Babayeva sözü azərbaycan dilində

Babayeva

Yazılış

  • Babayeva • 99.3756%
  • BABAYEVA • 0.4601%
  • babayeva • 0.1643%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Babayeva
Babayeva — Azərbaycanlı soyadı.
Afət Babayeva
Afət Nuhu qızı Babayeva (Afət; 22 mart 1967. İmişli rayonu, Qaradonlu) — Azərbaycanlı şair, publisist. Polis mayoru. == Həyatı == Afət Babayeva 22 mart 1967-ci ildə İmişli rayonunun Qaradonlu kəndində anadan olub. 1974-cü ildə orta Qaradonlu kənd orta məktəbin birinci sinfinə daxil olub. 1984-cü ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Hüquqşünas olmaq istəyir. O, dövrün tələblərinə görə hüquq fakültəsinə daxil olmaq üçün iki illik əmək stajı tələb olunurdu. Ona görə də sənədlərini heç bir ali məktəbə vermir. Bu məqsədlə iki il çalışdıqdan sonra 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə sənədlərini verir.
Brilliant Babayeva
Dilarə Babayeva
Firəngiz Babayeva
Firəngiz Babayeva (15 aprel 1957, Xudat)—Azərbaycanlı teatr və kino aktrisası, Bakı Bələdiyyə Teatrının aparıcı aktrisası. Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Firəngiz Manaxim qızı Babayeva 15 aprel 1957-ci ildə Xudatda anadan olub. 1982-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna (indi ki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti) daxil olub. Təhsil aldığı illə ərzində o, Tədris Teatrının səhnəsində Polina ("Tribunal"A. Makayonok), Elektra ("Elektra", Sofokl), Krucinina ("Günahsız müqəssirlər", A. Ostrovski), Knyaginiya ("İki qardaş", M. Y. Lermontov) kimi obrazlar yaratmışdır. 1986-cı ildə İncəsənət İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla Mingəçevir Dövlət Dram Teatrının aktyor heyətinə qəbul olub. Bu teatrın səhnəsində aşağdakı rolları ifa edib: Sənubər ("Xoşbəxtlər"S. Rəhman) Aygül ("Kimin sualı var?", N. Həsənzadə) Kiçik gəlin("Gəlinlərin üsyanı", Ş. Başbeyev) Nigar ("Solğun çiçəklər", C. Cabbarlı) Qadın ("Bağlı qapı arxasında iki nəfər", V. Sergeyev) Bəyaz saçlı qız("Qətl günü", Y. Səmədoğlu) 1987-ci ildə ilin aktrisası mükafatına layiq görülüb. Mingəçevir Teatrında çalışdığı dövrdə Bütün şəhər tədbirlərinin həm Rus həm də Azərbaycanca aparıcı olub. 1990-cı ildə Sumqayıt Dövlət Musiqili Dram Teatrına (indi ki H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı) dəvət alır 1990–1999-cu illərə kimi teatrda çalışır. Sumqayıt Dövlət Dram Teatrının səhnəsində aşağdakı rolları ifa edib: Telli-("Məlikməmmədin nağılı", M. Məmmədov) Ana-("Anlaşılmazlıq", A. Kamyu) Çiçək-("Subaylarınızdan görəsiz", S. Ələsgərov) İrma-("Varlı evində", G. Xuqayev) Asya-("Arşın mal alan", Ü. Hacıbəyov) Zeynəb-("Ölülər", C. Məmmədquluzadə) Nərgiz-("Dünya ay Dünya", Ş. Qəribli) Münəvvər-("Mənim ağ göyərçinim", T. Vəliyeva)və s.
Kamilə Babayeva
Kamilə Babayeva (11 avqust 1974, Bakı) — Aktrisa, teleaparıcı == Həyatı == Kamilə Babayeva 11 avqust 1974-cü ildə Bakıda anadan olub.1981-1991-ci illərdə Bakı şəhər 7 saylı Məmməd Rahim adına orta məktəbdə təhsil alıb. 1983-1990-cı illərdə 2 saylı musiqi məktəbində təhsil alıb. 1991-1993-cü illərdə BDU-nun nəzdində qızlar kollecində təhsil alıb, 1994-1998-ci illərdə isə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) təhsil alıb. == Karyerası == 1993-cü ildə ANS TV-də xəbər aparıcısı kimi fəaliyyət göstərib. 1994-cü ildə BMT TV-də diktor kimi fəaliyyət göstərib. 1995-ci ildə Vahid TV-də veriliş aparıcısı olub. == Filmoqrafiya == Bağ mövsümü (film, 1985) – rol: Ağabalanın qızı Acılar bitməz (film, 2009) – rol: Ayla Aramızda qalsın (film, 2011-2013) – rol: Yeganə Vəkil hanı?
Məsumə Babayeva
Məsumə Mustafa qızı Babayeva — Azərbaycan aktrisası. == Həyatı == Məsumə Mustafa qızı Babayeva 23 sentyabr 1951-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Tələbə ikən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bəzi tamaşalarda uşaq rollarında çıxış edib. Hələ tələbə olmasına baxmayaraq, orada Leyla Bədirbəyli, Həsənağa Salayev, Hökümə Qurbanova, Hamlet Qurbanov kimi sənətkarlarla tərəf-müqabil olmuşdur. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla Gənc Tamaşaçılar Teatrına göndərilib. Hazırda Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Teatrda çalışdığı illər ərzində 100-ə yaxın müxtəlif obrazlar yaradıb. Onların arasında Aycan ("Aycan", Xanımana Əlibəyli), Qaraca qız ("Qaraca qız", Süleyman Sani Axundov), Kiçik Ramo ("Əlvida, Hindistan", Qeybulla Rəsulov), Sadıq ("Mənim nəğməkar bibim", Əkrəm Əylisli) və s. kimi bir çox rollar da var.
Natəvan Babayeva
Natəvan Namik qızı Babayeva (12 oktyabr 1977, Bakı – 20 iyul 2023, Bakı) — telejurnalist, aparıcı. == Haqqında == Natəvan Babayeva 12 oktyabr 1977-ci ildə Bakı şəhərində anadan olub. Valideynləri əslən Salyan rayonundandır. 1984–1994-cü illərdə Xətai rayonu 204 saylı orta məktəbində təhsil almışdır. 1994–1998-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr pilləsini və 2001-ci ildə magistraturada jurnalistika fakültəsini bitirmişdir. O, qısa müddət "Sara Xəbər"də çalışıb. 24 avqust 2000-ci ildən 18 iyul 2016-cı ilə kimi ANS TV-də çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Televiziyasının (AzTV) aparıcısı kimi fəaliyyətini davam etdirib. 20 iyul 2023-cü ildə uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Salyanın Parça Xələc kəndində dəfn olunub.
Rasimə Babayeva
Rasimə Babayeva (1 oktyabr 1950, Bakı ) — Bakı Musiqi Akademiyasının Orqan və klavesin kafedrasının professoru, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi (2021),Azərbaycan Respublikasının əməkdar müəllimi. == Həyatı == Babayeva Rasimə Əhməd qızı 1950-ci ildə Bakı şəhərində anadan olub. 1956-1968-ci illərdə Bülbül adına orta ixtisas məktəbində oxumuşdur. 1969-1973-cü ildə Üz.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını fortepiano və orqan (Z.Cəfərovanın sinfi) sinifləri üzrə bitirmişdir. 1983-cü ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının assistent-stajorluğunu bitirmişdir. 1988-ci il Moskva Dövlət Konservatoriyasının orqan ixtisası üzrə yarım il təcrübə keçmişdir. Pitsunda (1988) Riqa (1989), Alma-Ata (1989) Danimarka (1992), İsveç (1997, 2001), Hollandiya (1999) ölkələrində keçirdiyi ustad dərslərində iştirakçı olmuşdu və beynəlxalq sertifikatlarına layiq görülmüşdür. 1974-cü ildən Konservatoriyanın konsertmeyster, 1985-ci ildən Orqan və klavesin kafedrasında orqan üzrə müəllim, 1986-cı ildən baş müəllim, 1991-ci ildən dosent, 2002-ci ildən indiyədək professor vəzifəsində çalışır. == Mükafatları == Azərbaycan Respublikasının əməkdar müəllimi Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi == Elmi fəaliyyəti == 1973-cü ildən M.Maqomayev adına Azərbaycan Dövlət Flarmoniyasının solisti, sonra isə AZKonsertin solisti, 1982-ci ildən Soyuz Konsertin və Dövlət konsertin solisti, keçmiş SSSR ərazisində olan bütün şəhərlərdə və xaricdə ilk azərbaycanlı orqan ifaçısı kimi ölkəmizi təmsil etmişdir. R.Babayeva Azərbaycan bəstəkarlarının orqan üçün yazılan bütün əsərlərinin təbliğatçısı, bir qisminin isə redaktorudur.
Sona Babayeva
Sona Babayeva — Azərbaycan aktrisası. == Həyatı == 8 noyabr 1941-ci ildə Bakıda doğulub. 24 iyun 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 13 sentyabr 1963-cü ildən Gənc Tamaşaçılar Teatrında çalışır. 57 ildir Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. == Mükafatları == 10 dekabr 2018-ci il tarixində "Tərəqqi" medalı ilə təltif edilmişdir.
Sündüz Babayeva
Babayeva Sündüz Hacımirzə qızı (d. 28 dekabr 1946, Dəvəçi, Pirəbədil kəndi) — Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı (1995–2007). == Həyatı == Sündüz Babayeva 1946-cı il dekabrın 28-də Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil kəndində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Əmək fəaliyyətinə müəllim kimi başlamış, 1990 ildən Dəvəçi Rayon XDS İcraiyyə Komitəsinin katibi, 1992-ci ildən Dəvəçi Rayon İcra Hakimiyyətində şöbə müdiri, Dəvəçi Rayonu Uşaq Yaradıcılıq Mərkəzinin direktoru, 1995–2007-ci illərdə isə Dəvəçi (indiki Şabran) Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır. == Mükafatları == Sündüz Babayeva "Şərəf nişanı" və "Şöhrət" ordenləri ilə təltif olunmuşdur.
Sürəyya Babayeva
Sürəyyə Babayeva
Səbinə Babayeva
Səbinə Eldar qızı Babayeva (2 dekabr 1979, Bakı) — Azərbaycan pop müğənnisi, Azərbaycanın əməkdar artisti (2018). Azərbaycanı 2012-ci ildə Bakı şəhərində keçirilən 57-ci Avroviziya Mahnı Müsabiqəsində təmsil edib və 150 xalla 4-cü yeri tutub. == Həyatı == Səbinə Babayeva 2 dekabr 1979-cu ildə Azərbaycanın Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Üzeyir Hacıbəyov adına Azərbaycan Milli Konservatoriyasının nəzdində Asəf Zeynallı adına Musiqi Kollecinin vokal sinfinə daxil olub. Burada o, Azərbaycanın xalq artisti Natəvan Şeyxovadan dərs alıb. Kolleci bitirdikdən sonra Səbinə xanım Azərbaycanı musiqi müsabiqələrində təmsil edib. 2003-cü ildə Səbinə Babayeva "Bəyaz həyat" serialında "Röya kimi" mahnısını ifa edıb və geniş tamaşaçı kütləsinə tanınıb. Sonrakı illərdə o, caz janrında mahnılar ifa edib və Bakı Caz Mərkəzində çalışmağa başlayib. 2013-cü il 28 mart tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Emin Ağalarova məxsus olan "Oceans away" mahnısının təqdimat mərasimi keçirilib. 2014-cü ildə 17 yanvar tarixində Səbinə Babayevanın ifa etdiyi və sözləri Günay Malikqızına məxsus olan "Ey Azərbaycanım" mahnısının təqdimat mərasimi keçirilib.
Çimnaz Babayeva
Çimnaz Məmməd qızı Babayeva (23 dekabr 1946, Bakı – 23 dekabr 2019, Bakı) — Azərbaycan balerinası, Azərbaycan SSR xalq artisti (1978), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). == Həyatı == Çimnaz Babayeva 23 dekabr 1946-cı ildə Bakıda anadan olmuşdur. 1954–1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində (Qəmər Almaszadənin sinfində) təhsil almış, məktəbi bitirdiyi ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur. Sonralar teatrda məşqçi-pedaqoq işləmiş, xəstəliyi ilə bağlı son illərdə səhnədən uzaqlaşmışdır. Çimnaz Babayeva 23 dekabr 2019-cu ildə, 73-cü doğum günündə vəfat etmişdir. == Yaradıcılığı == Böyük səhnəyə 9 yaşında Boris Zeydmanın "Qızıl açar" baletində Buratino rolu ilə çıxmışdır. Həyat yoldaşı Vladimir Pletnyovla birlikdə "Xanəndənin taleyi" (Cahangir Cahangirov) operasının rəqs nömrələrini qurmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası ilə bir çox ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və b.) çıxış etmişdir. Çimnaz Babayevanın ifa etdiyi əsas partiyalar: == Mükafatları == "Azərbaycan SSR əməkdar artisti" fəxri adı (21 may 1970) — Azərbaycan xareoqrafiya sənəti sahəsində böyük xidmətlərinə və Parisdə beynəlxalq rəqs festivalında müvəffəqiyyətli iştirakına görə "Azərbaycan SSR xalq artisti" fəxri adı (10 yanvar 1978) — Sovet teatr sənətinin inkişafında xidmətlərinə görə Azərbaycan SSR Dövlət mükafatı (1974) — M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun "Nəsimi dastanı" xoreoqrafik poemasının tamaşasındakı Nəsiminin sevgilisi partiyasına görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü (11 iyun 2002) — Azərbaycanın mədəniyyət və incəsənət sahəsində böyük xidmətlərinə görə == İstinadlar == == Ədəbiyyat == Балет: энциклопедия. Москва: Советская энциклопедия.
İnarə Babayeva
Babayeva İnarə Əhməd qızı — Azərbaycan Respublikasının əməkdar artisti, Prezident mükafatçısı, Akademik Opera və Balet teatrının solisti, Mədəniyyət və İncəsənət Universitetinin Musiqi sənəti fakültəsinin solo oxu kafedrasının dosenti. == Həyatı == İnarə Əhməd qızı Babayeva 1977-ci il Aprel ayının 14 Bakı şəhərində anadan olmuşdur.. 1996-2002-cü illərdə Üzeyr Hacıbəyli adına Bakı Musiqi Akademiyasının solo oxuma fakültəsində ali təhsil almış və Akademiyanı magistratura pilləsi üzrə 2005 ci ildə isə akademiyanın Asperanturasını fərqlənmə ilə bitirmişdir.Opera və kamera ifaçısı,vokal müəllimi,ixtisası üzrə bitirmişdir.İnarə Babayeva akademiyada təhsil aldığı müddət ərzində, 1999- cu ildən Azərbaycan Akademik Musiqili teatrın aparıcı solisti kimi fəaliyyətə başlayır.O teatrda çalışdığı müddət ərzində teatrın rus bölməsində: İ.Kalmanın – “Silva”, “Bayadera”, “Maritsa”,”Qaraçı- Premyer” , F.Leqarın - “Şən dul qadın”, Q.Qarayevin- “Çılğın qasqonçu”, Ü.Hacıbəylinin-“ O Olmasın bu olsun” operettalarında baş qəhrəman obrazlarını ifa etmişdir. İnarə Babayeva 2002-ci ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistidir. O, Opera və Balet Teatrının repertuarında milli və klassik dünya bəstəkarlarının yaradıcılığına məxsus bir sıra tamaşalarda əsas partiyaları Gülnaz - «O olmasın bu olsun» Ü.Həcibəyli Gülçöhrə- «Arşın mal alan»Ü.Həcibəyli Humay- «İntizar» F.Əlizadə Zoluşka-«Zoluşka» L.Vaynştey Cırtdan- «Cırtdan» N.Əliverdibəyov Rozina- «Sevilya bərbəri» C.Rossini Serpina -“Hammı elə edir” V.Mozart Adina -“Sevgi şərbəti” Donizetti Süzanna -“Don-Juan” V.Mozart Oskar-“Bal-Maskarad” D.Verdi Pamina-“Sehirli-tetək” V.Mozart Dilbər-“Sevil”F.Əmirov Amur-“Orfey və Evredika” Gluk Məhsəti-“Məhsəti” P.Axundova Cilda- «Riqoletto» C.Verdi Violetta- “Traviata» C.Verdi Muzetta- «Boqema» C.Puççini Mikaella-«Karmen»,J.Bizen və s Rolların öhdəsindən özünəməxsus gələrək,yüksək professionallıqla ifa edir. Gügüclu səs tembri ilə yanaşı, gözəl səhnə görkəminə, yüksək artistizm qabliyyətinə malikdir. İnarə Babaeva Azərbaycan Mədəniyyətini təmsil edərək,Ölkəmizin hüdudlarından kənarda,bir sıra müsabiqə və festivallarda iştirak etmiş, laureat və diplomant adına layiq görülmüşdür: Gənc vokalçıların Respublika müsabiqəsinin laureatı-1 yer(1994);Opera ifaçılarının Respublika müsabiqəsi laureatı-2 yer(2000);“Türksoy” (Türkiyə) beynalxalq festivalının iştirakçısı(2002);Vokalçıların Yaltada keçirilən müsabiqəsinin diplomantı(2006);Opera ifaçılarının Tuluza şəhərində (Fransa) keçirilən müsabiqəsinin diplomantı (2008); *Operetta ifaçılarınin Yekaterinburqda (Rusiya) keçirilən festivalının iştirakçısı. İ.Babayeva 2005-ci ildən, Yaponiya,Çin,İngiltərə,Fransa,İtaliya, Almaniya,Gürcüstan,Belorusiya,Kazakistan,Qırgızıstan,Makidoniya, Serbiya,Mərakeş keçirilən Azərbaycan mədəniyyəti günlərinin iştirakçısı olmuş, bir sıra dövlət və yubiley tədbirlərində iştirak etmişdir. İnarə Babayeva 2006 cı ildən Mədəniyyət və İncəsənət Universiteti vokal müasir estrada ifaçılığı fakültəsinin müəllimi 2013 cü ildən baş müəllimi,2019- cu ildən isə Kafedaranın dosentidir.O,vokal müasir estrada ifaçılığına aid 5 məqalənin, Azərbaycan vokal Nümunələri Soprano səsi üçün “Antaloğiya” kitabının müəllifidir. İnarə Babayeva 2ci təhsil olaraq 2014 cü ildə Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olur elə həmin ildə Akademik opera və Balet Teatrının səhnəsində dünya klassik opera inciləri sırasında olan, Perqolezinin “Qulluqçu- xanım” operasına quruluş vermişdir.
Şahzadə Babayeva
Şahzadə Babayeva — aktrisa. == Həyatı == Yasamal rayonundakı 20 saylı orta məktəbdə təhsil alıb. 1976-cı ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub. Tələbəlik illərində C.Məmmədquluzadənin "Anamın kitabı" əsərində ana, S.Vurğunun "Xosrov və Şirin" dramı əsasında hazırlanmış tamaşada Şirin və Məryəm, Eduard Definin "Silindir"ində Rita obrazlarını özünəməxsus orijinallıqla tamaşaçılara təqdim edib. 1981-ci ildə institutu bitirdikdən sonra təyinatla Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrına göndərilib. "Teymurləng"də Olimpiya, "Həyatın dibində" Nastya, "Adsız ulduz"da Monna, "Knyaz"da Jasmen Şəki Dövlət Dram Teatrında yaratdığı uğurlu obrazlardandır. 1984-cü ildən 1992-ci ilədək Gənclər teatrında çalışan aktrisa, 1993-cü ildə taleyini Bakı Bələdiyyə Teatrına bağlamışdır. Hüseynağa Atakişiyevin həyat yoldaşı olmuş və bir oğlu dünyaya gəlmişdir. 2002-ci ildə Əməkdar artist fəxri adına layiq görülmüşdür.
Ələviyyə Babayeva
Babayeva Ələviyyə Hənifə qızı (12 avqust 1921, Bakı – 23 sentyabr 2014, Bakı) — nasir, tərcüməçi, ssenari müəllifi; 1951-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Əməkdar mədəniyyət işçisi (1979), Prezident təqaüdçüsü. == Həyatı == Ələviyyə Babayeva 1921-ci il 12 avqustda Bakıda anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır. Ədəbi fəaliyyətə 1936-cı ildə "Ədəbiyyat qəzeti"ndə dərc olunmuş "İki həyat" adlı hekayəsi ilə başlamışdır. Hekayə, povest və romanlar yazmaqla yanaşı, müasir rus ədəbiyyatından tərcümələr etmişdir. A. Qaydarın "Uzaq ölkələr" (1950), V. Biankinin "İz ilə" (1947), "Ayı balası" (1959), "Qırmızı təpə" (1963), K. Paustovskinin "Oğru pişik" (1951), V. Q. Korolenkonun "Satın alnmış uşaqlar" (1962), Y. Sotnikin "Əcaib quş" (1964), V. Astafyevin "Ulduz xəzanı" (1970), Y. Çaruşinin "Nikitanın oyuncaqları" (1984) və b. onun tərcüməsində kütləvi tirajla çap olunmuşdur. "Azərbaycan qadını" jurnalında məsul katib (1951–1973), "Gənclik" nəşriyyatında müasir ədəbiyyat şöbəsinin müdiri (1973–1976), sonra baş redaktor (1976–1985) olmuşdur. Moskvada Azərbaycan ədəbiyyatı ongünlüyündə, həmçinin Azərbaycanın bir çox yerlərində ədəbi tədbirlərdə iştirak etmişdir. Azərbaycan Yazıçılar Birliyinin qəbul komissiyasının üzvü, tərcümə seksiyasının rəhbəri olmuşdur.
Əminə Babayeva
Babayeva Əminə Ağahüseyn qızı — Azərbaycanın tanınmış teatr və kino aktrisası. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Azərbaycan Respublikasının Əməkdar Artisti (2019) == Həyatı == Əminə Ağahüseyn qızı Babayeva 1950-ci ildə Bakı şəhərində anadan olub. Əminə Babayeva səhnə fəaliyyətini ilk illərdə görkəmli rejissor Lütfi Məmmədbəyovun rəhbərlik elədiyi Xalq Teatrında başlayıb. İlk gündən irili-xırdalı bir çox uğurlu tamaşalarda çıxış edib.1969-cu ildə görkəmli rejissor Tofiq Kazımovun dəvəti ildə Azərbaycan Dövlət Akademik Teatrından fəaliyyətə başlayıb. Teatrda ilk rolu X. Vahidin "Bağ qonşuları" tamaşasında Rəmziyyə obrazı olub. Teatrda işlədiyi ərzində o həm klassik həm də çağdaş Milli və əcnəbi dramaturqlarının pyeslərinin tamaşalarında dram obrazlarına səhnə həyatı verib. Ə. Babayeva 1985-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni maarif işi fakültəsini bitirib. Əminə Babayeva Azərbaycan televiziyasında müxtəlif proqramlarda, o cümlədən "Poeziya axşamı","Komediyalar axşamı","Hekayələr axşamı" adlı verlişlərdə mütamati olaraq çıxış ediridi. Oynadığı bir çox teatr tamaşalar və televiziya tamaşaları Qızıl Fondda saxlanılır. 1990-cı ildə Akademik Milli Dram Teatrının direktoru olmuş xalq artisti Hüseynağa Turabov tərəfindən teatrdan uzaqlaşdırılıb.10 il səhnədən ayrı düşən aktrisa 10-ildən sonra 2000-ci ildə İrəvan Azərbaycan Dövlət Dram Teatrında işləməyə başlamışdır daha sonra Bakı Bələdiyyə Teatrında az müddət çalışmışdır.10 il ərzində aktrisa "Əlvida" adlı 16 seriyalı bədii filmdə əsas obrazlardan birinə Ana roluna çəkilmişdir eləcədə bir neçə bədii filmlərdə rol almışdır.
Aytac Babayeva
Aytac Babayeva cinayəti - Bakı şəhəri, Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi. Bu cinayətin yetirməsində şübhəli şəxs kimi 1995-ci il təvəllüdlü İzzət Hüseynov Natiq oğlu bilinir. O, Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay istintaq dövrü müddətində həbs edilib. Hadisə nəticəsində səkkiz bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçinmişdir. == Arxa plan == İzzət Hüseynov ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: 20 yaşlı İzzət Hüseynov 17 yaşlı Aytac Babayevanı bıçaqladıqdan sonra başını bir neçə dəfə daşa vurub. O, bunu özünə nəzarəti itirməsi ilə əsaslandırıb. Hadisə Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib. İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. == Etirazlar == Aytac Babayevin səkkiz bıçaq zərbəsi ilə amansız şəkildə qətlə yetirilməsi cəmiyyətdə böyük rezonansa səbəb olmuşdur.
Şövkət Babayeva
Şövkət Ələkbər qızı Babayeva, — Azərbaycan tar ifaçısı, mühəndis konstruktor. == Həyatı == Şövkət Babayeva 1924-cü il mayın 15-də Bakı şəhərində dünyaya göz açmışdır. Orta təhsilini başa vurduqdan sonra, 1 saylı Azərbaycan Dövlət Musiqi Texnikumuna daxil oldu. Uzeyir Hacıbəyovun təşəbbüsü və dəstəyi ilə, Şövkət xanım, xalq çalğı alətləri incələrini öyrənən ilk qadın ifaçılardan biri olmağa nail oldu. Təhsilini başa vurduqdan sonra, 1947 illdə № 2 uşaq musiqi məktəbində tar dərsləri keçməyə başlamışdır, onun tələbələrinin arasında məşhur diplomat Ramiz Abutalıbovda olmuşdur. 1940-cı illərin axırı və 1950-ci illərin əvvəllərində, bəstəkar və dirijor Səid Rüstəmovun dəvəti ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinda üzv oldu və orkestrla birlikdə uğurla bir sıra konsertlərə imza atdı. 1954-cü ildə Azərbaycan Texniki Universitetinə qəbul olundu və 1959-cu ildə Sənayə və Mülki Tikinti təhsilini tamamladı. Təhsilini başa vurduqdan sonra, onun mühəndis karyerası başladı. Səhnə karyerasını bitirdikdən sonra Şövkət Babayeva "Bakgiproqor" Layihə İnstitutunda mühəndis konstruktor kimi işləməyə başladı.Uzun illər boyu Bakı şəhərinin şəhər planlaşdırılması və inkişafına səmərəli töhfə verdi. Onun fəaliyyəti, şəhərin memarlığında dayanılmaz izlər qoymuşdur.
Fəridə Babayeva
Fəridə Babayeva — (6 sentyabr 1990) — azərbaycanlı peşəkar qadın futbolçu. "Ruslan-93" klubunun, həmçinin Azərbaycanın qadınlardan ibarət U19 milli yığmasının keçmiş üzvü == Həyatı və Karyerası == Fəridə Babayeva ilə bağlı arxiv məlumatlarında sadəcə 2007-ci ildə "Ruslan-93" klubunda çıxış etdiyi qeyd edilmişdir. == Milli Karyerası == 2008-ci ildə Azərbaycanın qadınlardan ibarət U19 millisində çıxış etdiyi bilinir.
Məryəm Babayeva
Məryəm Babayeva (tam adı: Babayeva Məryəm Şaqi qızı) — ADMİU-nun Estrada sənəti kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor, Əməkdar müəllim. Məryəm Babayeva 40 proqramın, 3 dərs vəsaiti, 2 metodiki vəsaitin və bir çox məqalənin müəllifidir. == Həyatı və təhsili == Məryəm Babayeva 8 dekabr 1960-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Məryəm Babayeva ilk musiqi təhsilini 1977-1981-ci illərdə Soltan Hacıbəyov adına Sumqayıt musiqi texnikumunda almışdır. O, ali təhsilini 1983-1988-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında tamamlamışdır. == Fəaliyyəti == Məryəm Babayeva ilk əmək fəaliyyətinə 1981-ci ildə Salyan musiqi məktəbində başlamış və 1983-cü ildən Sumqayıt şəhər 3 saylı musiqi məktəbində davam etdirmişdir. O, 1988-2001-ci illərdə Rusiyanın paytaxtı Moskva şəhərində müxtəlif tədris müəssisələrində işləməklə yanaşı, 1996-1998-ci illərdə Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasında görkəmli musiqişünas alim V.V.Yemelyanovun Vokal-yaradıcılıq laboratoriyasında təhsilini davam etdirmişdir. 28-31 mart 2016-cı il tarixlərində R.M.Qlier adına Kiyev Musiqi İnstitutunda, 14.12.2022-ci il tarixində ADMİU nəzdində olan Humanitar Kollecdə Məryəm Babayevanın ustad dərsləri keçirilmişdir. 2001-2002-ci illərdə Sumqayıt Musiqi Texnikumunda, 2002-2008-ci illərdə Bakı şəhər Bülbül adına orta ixtisas musiqi məktəbində vokal sinfində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 2006-2007-ci təhsil ilindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Musiqi sənəti” fakültəsinin “Estrada və populyar musiqi” kafedrasında elmi-pedaqoji fəaliyyətə başlamış, 2016-cı ildən "Estrada sənəti" kafedrasının müdiri vəzifəsində çalışır.
Nüşabə Babayeva-Vəkilova
Nüşabə Rəşid qızı Babayeva-Vəkilova — fəlsəfə doktoru, Vaqif Səmədoğlu Mərkəzinin rəhbəridir (2019-cu ildən). == Həyatı == Nüşabə Babayeva-Vəkilova Bakıda anadan olub. 190 nömrəli məktəbdə təhsil alıb. ADU-nun (indiki Bakı Dövlət Universiteti) şərqşünaslıq fakültəsinin fars bölməsində təhsil alıb. Az. EA-nın (AMEA) Fəlsəfə və Hüquq İnstitutunda çalışmış, 1978–1981-ci illərdə AMEA Şərqşünaslıq İnstitutunun əyani bölməsinin aspirantı olmuş, 1981-ci ildən 2000-ci ilə kimi isə burada əmək fəaliyyətini davam etdirmişdir. "Cənubi Azərbaycan maarifçilərinin ictimai — siyasi baxışları" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə doktoru adını qazanmışdır. "Cənubi Azərbaycan maarifçiləri" adlı monoqrafiyanın müəllifidir. 1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi çalışmışdır. 2000–2015-ci illər ərzinde Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti olmuşdur.
Günel Babayeva
Günel Rafiq qızı Babayeva — məşhur "Nə? Harada? Nə zaman?" oyununun televiziya variantının və Breyn-rinq teleoyununun iştirakçısı. "Nə? Harada? Nə zaman?" oyununun 2013-cü ilinin yay seriyasının "Büllur bayquş" sahibi. == Həyatı == Günel Babayeva 7 dekabr 1989-cu ildə Bakı şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və buranı 2011-ci ildə bitirib. Hobbiləri — musiqi, ədəbiyyat və kinoyadır. Sevdiyi rəng — narıncı, səyahət etmək üçün ən sevimli yeri — Avropadır.
Aytac Babayeva cinayəti
Aytac Babayeva cinayəti - Bakı şəhəri, Xətai rayonunda yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi Aytac Babayevanın qətlə yetirilməsi ilə nəticələnən cinayət hadisəsi. Bu cinayətin yetirməsində şübhəli şəxs kimi 1995-ci il təvəllüdlü İzzət Hüseynov Natiq oğlu bilinir. O, Nizami Rayon Məhkəməsinin qərarı ilə 3 ay istintaq dövrü müddətində həbs edilib. Hadisə nəticəsində səkkiz bıçaq zərbəsi alan Aytac Babayeva yerindəcə keçinmişdir. == Arxa plan == İzzət Hüseynov ifadəsi zamanı Aytac Babayevanı onun sevgisini cavabsız qoyduğu üçün öldürdüyünü bildirib: 20 yaşlı İzzət Hüseynov 17 yaşlı Aytac Babayevanı bıçaqladıqdan sonra başını bir neçə dəfə daşa vurub. O, bunu özünə nəzarəti itirməsi ilə əsaslandırıb. Hadisə Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib. İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. == Etirazlar == Aytac Babayevin səkkiz bıçaq zərbəsi ilə amansız şəkildə qətlə yetirilməsi cəmiyyətdə böyük rezonansa səbəb olmuşdur.

Oxşar sözlər

#babayeva nədir? #babayeva sözünün mənası #babayeva nə deməkdir? #babayeva sözünün izahı #babayeva sözünün yazılışı #babayeva necə yazılır? #babayeva sözünün düzgün yazılışı #babayeva leksik mənası #babayeva sözünün sinonimi #babayeva sözünün yaxın mənalı sözlər #babayeva sözünün əks mənası #babayeva sözünün etimologiyası #babayeva sözünün orfoqrafiyası #babayeva rusca #babayeva inglisça #babayeva fransızca #babayeva sözünün istifadəsi #sözlük