Salayev sözü azərbaycan dilində

Salayev

Yazılış

  • Salayev • 99.6960%
  • salayev • 0.2026%
  • SALAYEV • 0.1013%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Amid Salayev
Amid Yadulla oğlu Salayev (10 fevral 2002, Sığdaş, Masallı rayonu – 4 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Amid Salayev 2002-ci il fevralın 10-da Masallı rayonunun Sığdaş kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Amid Salayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amid Salayev oktyabrın 4-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Masallı rayonunun Sığdaş kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Salayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Amid Salayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ayaz Salayev
Ayaz Salayev (1 avqust 1960, Bakı) — Azərbaycan kinorejissoru və kinoşünası, ssenaristi, televiziya aparıcısı və kino redaktoru, pedaqoq, "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru, Azərbaycanın əməkdar incəsənət xadimi (2000). Ayaz Salayev 1960-cı ilin 1 avqustunda Bakıda anadan olub. 1977–1982-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun Kinoşünaslıq fakültəsində təhsil alıb. 1983–1985-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasında və "Azərbaycanfilm"də redaktor vəzifəsində çalışıb. 1986–1988-ci illərdə ÜDKİ-nin aspiranturasında oxumaqla bərabər, həmin təhsil ocağında "müasir film" fənnindən dərs deyib. 1995-ci ildə çəkdiyi "Yarasa" filmi Fransa, Almaniya, İspaniya, Yunanıstan, Belçika, İsveçrə, İsveç, Finlandiya, ABŞ, Kanada, Rusiya, Bosniya və Herseqovina, Misir, Türkiyə, Monqolustan və digər ölkələrdə keçirilən otuza yaxın müsabiqədə iştirak edib. Film Fransanın Anje şəhərində keçirilən beynəlxalq Avropa kinosu festivalında Qran-priyə və digər nüfuzlu mükafatlara layiq görülüb. Sovet dövründə AzTV-də yayımlanan məşhur "Retro" verilişinin aparıcısı olub. 18 dekabr 2000-ci ildə Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Müxtəlif ali və orta təhsil ocaqlarında kino tarixindən dərs deyib.
Baba Salayev
Baba Hacı Baba oğlu Salayev (1 yanvar 1970, Sumqayıt) — Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi, general-mayor. == Həyatı == 1976–1986-cı illər Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1987 – 1992-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 2002–2006-cı illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil alıb. 1986-cı ildə İdman İstehsalat Birliyində fəhlə kimi əmək fəaliyyətinə başlayıb. 1988–1989-cu illərdə Ordu sıralarında müddətli həqiqi hərbi xidmətə olub. 1992–2011-ci illər ərzində Azərbaycan Respublikası Daxili İşlər orqanlarında xidmət edib. 1992–1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib. 1-ci Qarabağ Müharibəsi Veteranıdır. 2011–2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hüquq Pozmalara Qarşı Mübarizə Baş İdarəsinin şöbə rəisi vəzifəsində xidmət edib.
Eldar Salayev
Eldar Yunis oğlu Salayev (31 dekabr 1933, Naxçıvan – 20 iyun 2022) — Azərbaycan alimi, fizika-riyaziyyat elmləri doktoru, akademik, 1983–1997-ci illərdə Azərbaycan EA-nın prezidenti, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). Eldar Salayev 1933-cü ildə dekabrın 31-də Naxçıvan şəhərində dünyaya gəlmişdir. 1970–1973-cü illərdə Azərbaycan EA Fizika İnstitutunda elmi işlər üzrə direktor müavini. 1972-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adını, 1975-ci ildə fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsini almışdır. 1979-cu ildən professordur. 1980-ci ildə EA-nın müxbir üzvü, 1983-cü ildə isə həqiqi üzvü seçilib. 1983–1997-ci illərdə Azərbaycan EA-nın Prezidenti seçilmişdir. Akademik S.İ.Vavilov adına, H.Z.Tağıyev adına, N.Nərimanov adına mükafatların laureatıdır. İslam Akademiyasının üzvüdür. 20 iyun 2022-ci ildə vəfat etmişdir.
Elşən Salayev
Elşən Fuad oğlu Salayev (8 iyun 1998; Bakı, Azərbaycan — 18 noyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən Müharibəsi şəhidi. Salayev Elşən Fuad oğlu 8 iyun 1998-ci ildə Bakı şəhərində anadan olub. Salayev Elşən Fuad oğlu 2015-ci ildə 264 nömrəli məktəb-liseyin XI sinfini bitirmiş, elə həmin il 617 balla Bakı Dövlət Universitetinin Tarix fakültəsinin Tarix (ingilis bölməsi) ixtisasına qəbul olub. Universitet illərində o istər respublika, istərsə də beynəlxalq səviyyəli tədbirlədə iştirak edərək aktiv tələbəlik həyatı keçirmişdir. Universitet həyatının ikinci ilində Elşən “Erasmus +” proqramı ilə Türkiyənin Cümhuriyyət Universitetində yarımillik bir müddətdə təhsilini davam etdirmişdir. 2017-2018-ci illərdə Elşən Salayev 2013-cü ildə yaradılan Oxford Universitetinin Nizami Gəncəvi mərkəzinin mühüm elmi təşəbbüslərdən biri olan “Bərdə arxeoloji tədqiqatları” layihəsində iştirak etmişdir. Elşən, bu illər ərzində qazıntıların Torpaqqala və Qaratəpə areallarında iştirak etmişdir. Mükəmməl rus və ingilis dillərini bilən Elşənin vətən sevgisi onun təhsil sevgisindən üstün idi. Buna görə də İrlandiyanın bir neçə universitetindən magistratura təhsili üçün təqaüd qazanmasına baxmayaraq o əsgər getməyi özünə borc bildi. Elşən Salayev, 2019-cu ildə ali məktəbi bitirmişdir.
Fazil Salayev
Fazil İdris oğlu Salayev (1 sentyabr 1931, Bakı – 20 iyun 1978, Bakı) — Azərbaycan teatr və kino aktyoru. Fazil Salayev 1931-ci ilin sentyabrın 1-də Bakıda, İdris Salayevin ailəsində dünyaya gəlib. Əslən Cənubi Azərbaycandandırlar. Hələ uşaq yaşlarından yazı-pozuya böyük həvəsi olan gələcəyin məşhur aktyoru dörd yaşında ilk dəfə öz adını fotosunun arxasına yazıbmış. Orta məktəbi yaxşı qiymətlərlə bitirən Fazil sənədlərini Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə verir və oranı əla qiymətlərlə tamamlayır. Bir müddət orta məktəbdə müəllim işləyir. Hətta Yasamal rayonundakı məktəblərdən birində xalq artisti Afaq Bəşirqızının oxuduğu sinfə rəsm dərsi keçir. Eyni zamanda "Azərbaycan" nəşriyyatında tərtibatçı-rəssam kimi fəaliyyət göstərir. Bundan sonra Fazil sənədlərini Teatr İnstitutuna (Mədəniyyət və İncəsənət Universiteti) verir və qəbul olunur. Teatr İnstitutunu bitirən F. Salayev Akademik Milli Dram Teatrına işə qəbul olunur.
Fuad Salayev
Fuad Məmmədəmin oğlu Salayev (24 sentyabr 1943, Bakı) — Azərbaycan heykəltaraşı, professor, Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki (2009), Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq rəssamı (2002). Fuad Salalev 1943-cü ildə Bakı şəhərində anadan olub. Fuad Salayev təlsilini ilk öncə Ə.Əzimzdə adına rəssamlıq məktəbində sonra isə İ.Surikov adına Dövlət rəssamlıq məktəbində almışdır.Almaniya və Yuqoslaviyada keçirilən heykəltaraşlıq üzrə beynəlxalq simpoziumlarının , həmçinin respublikada və xaricdə keçirilən sərgilərin içtirakçısı olmuşdur.Əsərləri ABŞ, Rusiya, Kanada, İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə və Yaponiyada muzey, fond, qalereya və şəxsi kolleksiyalarda saxlanılır. Əsasən bürünc üzərində işləyir, həmçinin digər matriallardan istifadə edir. Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru, xalq rəssamı, professor Fuad Salayevə Rusiya Rəssamlıq Akademiyasının fəxri akademiki adı verilib. Ekspozisiyada rəssamın "Simvol ilə maili qüllə" (bürünc) "Şaquli"(bürünc), "Fəza kompozisiyası" (bürünc) işləri nümayiş olunur.
Hacı Salayev
Salayev Hacı Hacı Baba oğlu (28 iyun 1968, Sumqayıt) — Azərbaycan Respublikasının Milli Məclisi IV və V çağırış deputatı. Salayev Hacı Hacı Baba oğlu 28 iyun 1968-ci ildə Azərbaycan Respublikası Sumqayıt şəhərində anadan olub. 1975–1985-ci illərdə Bakı şəhəri 6 saylı orta məktəbdə təhsil alıb. 1994-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Plan-iqtisad fakültəsini bitirib. 2002-ci ildə isə Bakı Dövlət Universiteti Hüquq fakültəsini bitirib. 1985-ci ilin iyun ayında "İdman" İstehsalat Birliyində fəhlə vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1986-cı ilin noyabr ayından 1988-ci ilin oktyabr ayınadək Ordu sıralarında həqiqi hərbi xidmətdə olub. Ordu sıralarından tərxis olunduqdan sonra "İdman" İstehsalat Birliyində əmtəəşünas, sonra isə iqtisadçı vəzifəsində işləyib. 1991-ci ilin noyabr ayında Hədiyyələr və Bədii Məmulat üzrə Xalq Yaradıcılığı İstehsalat Birliyi "Şəbəkə" Filialının direktoru vəzifəsinə təyin olunub. 1996-cı ilin fevral ayından 2002-ci ilin oktyabr ayınadək Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi İdarədə hərbi xidmətdə olub (Milli Təhlükəsizlik Nazirliyi).
Həsənağa Salayev
Həsənağa Salayev (5 dekabr 1921, Bakı – 2 oktyabr 1981, Bakı) — aktyor, Azərbaycan SSR xalq artisti, film səsləndirən, arxiv kadrlarda iştirak edən. Romantik və realist aktyor məktəblərinin estetik prinsiplərini öz yaradıcılığında cazibəli ahəngdarlıqla ehtiva edən Həsənağa Dərya oğlu Salayev 5 dekabr 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinifini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən 1938-ci ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə təhsilini başa vurduğu günlərdə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb. Qısa müddətdə Həsənağa Salayev teatrın repertuarında yer tutan və təzə hazırlanan tamaşalarında maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Vilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar), "Qış nağılı" (Florizel və Leont), Nazim Hikmətin "Türkiyədə" (Hüseyn Həlim), Mirzə İbrahimovun "Həyat" (Abbas), Mehdi Hüseynin "Cavanşir" (Qartal və Söhrab), "Alov" (Əmin Bəxtiyarov), Lope de Veqanın "Sevilya ulduzu" (Tavera), Şıxəli Qurbanovun "Sənsiz" (Fərhad), Süleyman Rüstəmin "Qaçaq Nəbi" (Vəli), Cəfər Cabbarlının "Solğun çiçəklər" (Bəhram), "Od gəlini" (Qorxmaz), "Almaz" (İbad), "Oqtay Eloğlu" (Oqtay), Pavel Malyarevskinin "Daş qartal" (Maksİm), Yuri Osnos və Vladimir Vinnikovun "Hind gözəli" (Çarudatta), Mirzə Fətəli Axundzadənin "Hacı Qara" (Heydər bəy), Bernard Şounun "Şeytanın şagirdi" (Riçard Daycen), Bəxtiyar Vahabzadənin "İkinci səs" (Rəşad), Nazim Hikmətin "Şöhrət və ya unudulan adam" (Doktor), Fridrix Şillerin "Orlean qızı" (Dünua), Hüseyn Cavidin "Səyavuş" (Keykavus) əsərlərinin tamaşalarında xarakterik səhnə surətləri yaradıb. Aktyor eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarını?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Sübhi Salayev
Salayev Sübhi Haşım oğlu (1927 – 1990) — geologiya-mineralogiya elmləri doktoru (1961), professor, Azərbaycan EA-nın akademiki (1989). Sübhi Salayev 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə Azərbaycan Döv­lət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Sübhi Salayev 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1962-1990-cı illərdə Neft və qaz geologiyası şöbəsinə və Neft geologiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik etmişdir. Sübhi Salayev 1952-ci ildə "Cənubi Qobustanın neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru, 1961-ci ildə "Cənubi-şərqi Qafqazın oliqosen-miosen çöküntüləri və onların neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azərbaycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zonalarının ayrılması, depressiya zonalarında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezokaynozoy çöküntülərində neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problemləri üzrə fundamental əsərləri neft-qaz geologiyası elmini zənginləşdirmişdir. O, 10 km-ə qədər dərinlikdə yatan horizontlarla bağlı neft və qaz yataqları axtarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamətlərini işləyib hazırlamışdır.
Əli Salayev
Əli Məmməd oğlu Salahlı (Salayev) (26 iyun 1946, Masallı rayonu – 24 aprel 2005, Lənkəran) — Azərbaycanın teatr aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2000). Əli Salahlı 26 iyun 1946-cı ildə Masallı rayonunun Yeddioymaq kəndində doğulmuşdur. O, 1977–1982-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsində qiyabi təhsil alıb. 1973–2005-ci illərdə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının truppasında aktyor işləyib. Əli Salahlı 24 aprel 2005-ci ildə Lənkəranda vəfat etmişdir.
Xaqani Salayev
Məmmədəmin Salayev
Məmmədəmin Məmmədəli oğlu Salayev (5 aprel 1909, Bakı - 2000, Bakı) — kənd təsərrüfatı elmləri doktoru (1966), professor (1968), AMEA-nın müxbir üzvü (1972), Əməkdar elm xadimi. Məmmədəmin Salayev 5 aprel 1909-cu ildə Bakıda anadan olub. 1930-cu ildə Azərbaycan Texniki Universitetinin Kənd təsərrüfatı fakültəsini bitirib. O, 1941-ci ildə elmlər namizədi, 1966-cı ildə elmlər doktoru və 1968-ci ildə professor elmi adını alıb. 1972-ci ilə AMEA-nın müxbir üzvü seçilib. Məmmədəmin Salayev 1930-1933-cü illərdə Azərbaycan Təcrübə Seleksiya Stansiyasında (Gəncə şəhəri) kiçik elmi işçi, 1933-1935-ci illərdə isə Ümumittifaq Aqrotorpaqşünaslıq və Gübrə İnstitutunun Azərbaycan filialında baş elmi işçi olaraq çalışıb. O, 1935-1938-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin Torpaqşünaslıq Elmi Tədqiqat İnstitutunun aspirantı olan Salayev 1938-1940-cı illərdə SSRİ Elmlər Akademiyası Azərbaycan filialının Torpaqşünaslıq Bölməsində baş elmi işçi, 1945-1947-ci illərdə isə Azərbaycan EA Kənd Təsərrüfatı Elmləri Bölməsinin elmi katibi vəzifəsində çalışıb. Məmmədəmin Salayev 1945-1987-ci illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Torpaqların genezisi, coğrafiyası və xəritəçiliyi laboratoriyasının rəhbəri, 1951-1953-cü illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktor müavini, 1961-1963-cü illərdə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun müvəqqəti direktoru, 1983-1987-ci ildə Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifələrini icra edib. Məmmədəmin Salayev Torpaqşünaslıq və Aqrokimya İnstitutu­nun Namizədlik Dis­sertasiyası üzrə Müdafiə Şurasının sədri, 1987-ci ildən ömrü­nün sonuna kimi Torpaqşünaslıq və Aqro­kimya İnstitutunun müşaviri, institutdakı Dok­torluq Dissertasiyasının Müdafiə üzrə D-004.16.01 İxtisaslaşdırılmış Şuranın sədri vəzifəsində çalışıb. Keçmiş Ümumittifaq Torpaqşünaslar Cəmiyyətinin fəxri üzvü; SSRİ Nazirlər Soveti yanında Elm və Texnika üzrə Komissiyanın üzvü; Azərbaycan Sovet Ensiklopediyası Elm-Redak­siya Heyətinin üzvü; AR Ali Attestasiya Komissiyasının Biologiya və Kənd təsərrüfatı elm sahələri üzrə Ekspert Komissiyasının üzvü; Məmmədəmin Salayevin tədqiqatı torpaqların sistematikasına, xəritələşdirilməsinə, torpaq meliorasiyası məsələlərinə, Kiçik Qafqaz dağlıq vilayəti torpaqlarının morfoloji, gene­tik və kimyəvi-mineraloji xüsusiyyətlərinin öyrənilməsinə həsr edilib.
Nazənin Salayeva
Nazənin (tam adı: Nazənin Rəhim qızı Salayeva; (ata soyadı: Əliyeva); 28 iyul 1964, Astara rayonu) — Azərbaycan müğənnisi, solo ifaçı. Nazənin 28 iyul 1964-cü ildə Astara rayonunda anadan olmuşdur. Nazəninin atası Rəhim ilahiyyatçı, savadlı axund olub. Orxan adlı oğlu var. Hazırda sənətini davam etdirməkdədir.
Zəhra Salayeva
Zəhra Məmməd qızı Salayeva (15 mart 1922, Bakı – 28 noyabr 2005) — məşhur Azərbaycan nevropatoloqu, tibb elmləri doktoru (1963), professor (1967), Azərbaycan Əməkdar Elm Xadimi (1981). Zəhra Salayeva 15 mart 1922-ci ildə Bakı şəhərində anadan olub. Şair Mikayıl Müşfiq Bakı şəhəri 18 saylı orta məktəbdə onun müəllimi olmuşdur. 1943-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. 1967-ci ildən N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun sinir xəstəlikləri kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, Azərbaycanda neyromalyariyaya, hemorragik ensefalitin klinika və patomorfologiyasına həsr edilmişdir. 1979-cu ildən Azərbaycan Tibbi Genetiklər Cəmiyyətinin sədri olmuşdur. 3 monoqrafiya, 4 dərslik və 4 dərs vəsaitinin müəllifidir. SSRİ Ali Sovetinin (7-ci çağırış) deputatı olmuşdur. 28 noyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir.
Sevda Salayeva

Oxşar sözlər

#salayev nədir? #salayev sözünün mənası #salayev nə deməkdir? #salayev sözünün izahı #salayev sözünün yazılışı #salayev necə yazılır? #salayev sözünün düzgün yazılışı #salayev leksik mənası #salayev sözünün sinonimi #salayev sözünün yaxın mənalı sözlər #salayev sözünün əks mənası #salayev sözünün etimologiyası #salayev sözünün orfoqrafiyası #salayev rusca #salayev inglisça #salayev fransızca #salayev sözünün istifadəsi #sözlük