* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 ataya bərabər olan bəy (Səlcuqlar dövründə əvvəl vəzifə, sonralar titul olmuş və sultan vəliəhdlərinin tərbiyəçilərinə verilmişdir); böyük, ulu; zəngin, varlı.
Azərbaycan kişi adlarının izahlı lüğəti / atabəy1 Əvvəlcə gəncləri hərbi işə, igidliyə öyrədənlərə “sərkərdə (bəy) atası” (atabəy) deyiblər. Sonra bunlar özlərini xan, şah elan edib, xüsusi dövlət yaradıblar. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / atabəy