Qara Qarabəyli
Qara bəy Qarabəyov və ya Qarabəyli (14 yanvar 1874 və ya 1874, Şiştəpə, Yelizavetpol qəzası – 27 sentyabr 1953 və ya 1953, Səmərqənd) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, İttihad Partiyasının və İttihad fraksiyasının sədri, ictimai xadim, həkim
Qara bəy Qarabəyov 1873-cü ilin yanvar ayının 14-də Yelizavetpol quberniyasının Yuxarı Ayıblı (indiki Şiştəpə)) kəndində İsmayıl ağa ilə Şeyda xanımın ailəsində anadan olmuşdur. Şəmkir alman-rus liseyini, daha sonra Tiflis klassik gimnaziyasını bitirmişdir. 1892-ci ildə Moskva Universitetinin Tibb fakültəsinə daxil olmuşdur. O, təhsilini H. Z. Tağıyevin hesabına alırdı. 1896-cı ildə "inqilabi" fəaliyyətinə görə bir il həbs cəzasına məhkum edilib, həbsdən sonra təhsilini Yuryev (Tartu) Universitetinin tibb fakültəsində davam etdirmişdir.
1899-cu ildə universiteti bitirdikdən sonra iki il Moskvada işləyib. 1901-ci ildə Bakıya qayıtdıqdan sonra şəhərdə ilk dəfə olaraq zöhrəvi xəstəliklərin müalicəsi üzrə kabinet açıb.
Aprel işğalından sonra Qara bəy Qarabəyli həbs edilərək Arxangelskdəki Solovki həbs düşərgəsinə göndərilib. Nəriman Nərimanovun xahişindən sonra Vladimir Leninin müdaxiləsi nəticəsində 1923-cü ildə həbsdən azad edilir. Moskvaya köçərək Rusiya fövqaladə komissarlığının xəstəxanasında həkim işləyib, Kreml xəstəxanasına rəhbərlik etmişdir.