acın sözü azərbaycan dilində

acın

Yazılış

  • acın • 86.9565%
  • Acın • 13.0435%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Acınohur
Acınohur gölü
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu
Acınohur-Ceyrançöl öndağlığı fiziki-coğrafi rayonu — rayon ərazisi Qərbdə Gürcüstan Respublikası sərhəddindən başlayıb, şərqdə Ağsuçaya kimi davam edir. Şimalda Alazan — Əyriçay çökəkliyi, cənubda Kür-Araz ovalığı ilə əhatə olunur. Relyefin mütləq yüksəkliyi 200 m-lə 700–1000 m arasında dəyişib, asimmetrik quruluşlu alçaqdağ tirələrindən və onların arasında qalan sinklinal quruluşlu çökəkliklərdən və yüksək düzənliklərdən ibarətdir. Dağlığın dik, cənub yamaclarında arid- denudasiya prosesləri əsas relyefəmələgətirici proses olub, onun yaratdığı bedlend, gilli karst və yarğanlar geniş inkişaf etmişdir. Ərazidə yerüstü şirinsu ehtiyatı az olub, başlıca olaraq ərazini kəsən tranzit çaylardan ibarətdir. Rayon ərazisi yüksək aridliyi ilə xarakterik olub, relyefin müxtəlif yüksəkliklərində yarımsəhra, kserofit kollu quruçöl, seyrək arid — meşə landşaftları bir — birini əvəz edir (Müseyibov, Süleymanov, 1978, Mikayılov,1982). Acınohur- Ceyrançöl fiziki- coğrafi rayonu ərazisindən bilavasitə qış və payız otlaqları kimi geniş istifadə olunur, respublikamızda qoyunçuluğun inkişafında mühüm əhəmiyyəti vardır. Acınohur öndağlığında həmçinin taxılçılıq və üzümçülük inkişaf etmişdir. == Dövlət qoruqları == Acınohur öndağlığı ərazisində landşaftları mühafizə məqsədilə əsasən Ağdaş və Yevlax rayonları ərazisində Axar-Baxar silsiləsinin Türyançay və Əlicançay çayları arasında yerləşən hissəsinin cənub yamacında Türyançay dövlət qoruğu yaradılmışdır. Qoruqda arid seyrək meşə- kol bitkiliyi və bura üçün xarakter olan fauna kompleksi qorunur.
Acınohur gölü
Acınohur gölü — Azərbaycanın Şəki rayonu ərazisində tektonik mənşəli, şorsulu (axarsız) göllər qrupuna aid göl. Mingəçevir su anbarının şimalında, Acınohur çölünün mərkəzində, dəniz səviyyəsindən 107 metr yüksəklikdə yerləşir. Su aynasının sahəsi 7,8 km²-dir. Dəhnə çayı nadir hallarda Acınohur gölünə tökülür.
Acınohur çölü
Acınohur çölü — Qax və Şəki rayonları ərazisində yeləşən maili düzənlik. Qocaşen-Göyçay və Daşüz-Əmirvan silsilələri arasında yerləşir. Yarımsəhra lanşaftına malikdir. Arazboyu düzənliklərdən biri. Arid iqlimə malikdir. Kserofit ot bitkiləri üstünlük təşkil edir. Düzənliyin mərkəzində Acınohur gölü yerləşir. Hündürlüyü 105-240 metr arasında dəyişir.

"acın" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#acın nədir? #acın sözünün mənası #acın nə deməkdir? #acın sözünün izahı #acın sözünün yazılışı #acın necə yazılır? #acın sözünün düzgün yazılışı #acın leksik mənası #acın sözünün sinonimi #acın sözünün yaxın mənalı sözlər #acın sözünün əks mənası #acın sözünün etimologiyası #acın sözünün orfoqrafiyası #acın rusca #acın inglisça #acın fransızca #acın sözünün istifadəsi #sözlük