daxma sözü azərbaycan dilində

daxma

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • daxma • 91.3580%
  • Daxma • 7.4074%
  • DAXMA • 1.2346%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Daxma
Daxma və ya koma — Azərbaycanda qədim xalq yaşayış evi. Həmçinin daxmalar digər ərazilərdə də istifadə edilir. == Tərtibatı == Birgözlü, divarları çiy kərpic və möhrəpalçıqdan hörülən daxmanın memarlıq tərtibatı çox sadə idi. Daxma evlərə işıq divarda açılmış dəlikdən, yaxud damdakı bacadan düşürdü. Qapısı təktaylı, damı balıq-beli formasında olurdu. == Yaşayış == Bu cür evləri keçmişdə əsasən, yoxsul kəndlilər tikirdilər. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası, III cild, səh.
Daxma (zərdüştilik)
Daxma (fars. دخمه‎, ˈdäχ-mä) və ya Sükut qülləsi — torpağın və digər təbii elementlərin çürüyən cəsədlərlə çirklənməsinin qarşısını almaq üçün zərdüştçülər tərəfindən ekskarnasiya məqsədilə tikilmiş dairəvi, hündür tikili. Leş yeyənlər, adətən kərkəslər metiyin ətini yeyirlər. Skelet qalıqları daha da aşınma və parçalanmanın davam etdiyi mərkəzi çuxura yığılır. == Əsaslandırma == Təsir etmənin doktrina əsası zərdüştçülük dinində hər üçü müqəddəs sayılan torpaq, su və ya odla təmasdan qaçmaqdır. Zərdüştçülük ənənəsi insan cəsədlərini və heyvan cəsədlərini (saç və dırnaq qırıntılarından əlavə) "nasu", yəni natəmiz, çirkləndirici hesab edir. == İstinadlar == == Əlavə ədəbiyyat == Vendidad Fargard 5, Purity Laws, as translated by James Darmesteter Wadia, Azmi (2002), "Evolution of the Towers of Silence and their Significance", in Godrej, Pheroza J.; Mistree, Firoza Punthakey (eds.), A Zoroastrian Tapestry, New York: Mapin Excerpted in "A Zoroastrian Tapestry (book extract)". The Hindu - Sunday Magazine. 21 July 2002. Archived from the original on 7 January 2003.
Daxma (zərdüştçülük)

Atəşpərəstlər daxması yaşayış yeri
Atəşpərəstlər daxması yaşayış yeri — Qazax rayonunun Xanlıqlar (digər adı Musaköy) və Köçəsgər kəndləri arasında yerləşən qədim yaşayış yeri. E.ə. VI əsrə aid tikili ölkə əhəmiyyətli arxeoloji abidədir.
Tom dayının daxması (roman)
Tom dayının daxması — Amerika yazıçısı Harriyet Biçer-Stounun 1852-ci ildə quldarlıq əleyhinə yazdığı romanı Əsərdə qüdrətli Amerika ölkəsində köləlik sistemi, irqçilik, bunların insanların psixologiyasına, intellektinə vurduğu pozucu təsirlər, zəngin mənəviyyatlı zəncilərin ağlasığmaz məhrumiyyətləri ustalıqla qələmə alınmışdır. ABŞ-də quldarlığa və afro-amerikanlara olan münasibətinin dəyişməsində 1852-ci ildə nəşr edilən bu kitabın mühüm rolu olmuşdur. Əsər çox tərif qazansa da, onu pisləyənlər heç də az olmamışdır. Kitab ABŞ-nin cənubunda "abolisionist təbliğatı" kimi qiymətləndirilərək qadağan olunmuşdur. Quldarlıq tərəfdarı olan bir sıra cənublu yazıçılar əsərə cavab olaraq "Anti-Tom ədəbiyyatı" silsiləsinə daxil olan əsərlər yazmışdırlar. Roman ilk dəfə Azərbaycan dilində kütləvi tirajla 1986-cı ildə isə Voyniçin “Ovod” əsəri ilə birlikdə 50 cildlik "Dünya uşaq ədəbiyyatı kitabxanası" seriyasının 23-cü cildində nəşr olunmuşdur. 1991-ci ildə "Gənclik" nəşriyyatı tərəfindən azərbaycanlı yazıçı Hidayətin tərcüməsində təqdim edilmişdir. 2011-ci ildə "Apostrof" MMC-də təkrar çap olunmuşdur.
Tom dayının daxması

daxma sözünün leksik mənası və izahı

  • 1 is. 1. Daşdan, palçıqdan və s.-dən tikilən təkotaqlı, balaca, alçaq, ibtidai ev. Yazıq muzdur daxmanın ortasında ah-zar ilə özünü yerə vurub ağlamağa başladı. S.M.Qənizadə. Sitarənin daldalanmağa bir yeri yox idi, atası evinə də getməyə qorxurdu. Bunun üçün qarşısına gələn xaraba bir daxmaya soxuldu. Çəmənzəminli. 2. Yer altında düzəldilmiş müvəqqəti, ya daimi ibtidai mənzil; dam. Qarovulçu kvadratşəkilli bir taxta ilə yeraltı daxmanın qapısını bağlayır. M.İbrahimov. □ Qara daxma – pəncərəsiz, qaranlıq daxma. Nə işıltı, nə də çıraq, nə bir qara daxma var; Hər yer bütün yiyəsizlik, hər yer bütün qalın qar. A.Səhhət. 3. Ümumiyyətlə, ev, mənzil mənasında (bəzən istehza ilə, ya zarafatla deyilir). Öz daxmanda otur. Daxmamıza gedək. ◊ Daxma qaraltmaq – yaşamaq üçün eveşik düzəltmək və içində yaşayış qurmaq.

    Azərbaycan dilinin izahlı lüğəti / daxma

daxma sözünün etimologiyası

  • 1 Əsli damxa olub və dam kəlməsi ilə bağlıdır. “Kiçik dam” (damcığaz) anla­mını əks etdirir. -xa şəkilçisi (görünür, -ça, -çıq şəkilçisinin dəyişmiş formasi olub) kiçiltmə mənalı sözlər düzəldib, indi işlədilmir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / daxma

daxma sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 DAXMA (daşdan, palçıqdan və s. tikilmiş təkotaqlı, alçaq, balaca ev, yaxud yer altında düzəldilmiş kiçik ibtidai mənzil) Daxmada sükut hələ də pozulmamışdı (M.Hüseyn); DAM [Şəhrəbanu xanım:] İkisi də Şərəfnisənin damında yatırlar... (M.F.Axundzadə); DƏYƏ Çoban dəyəsində qonaq da qalır; Bu qəlbi dağlardan min ilham alır (B.Vahabzadə); KOMA Belə xəbər; bir komaya; daxmaya gəlsə; Günəş kimi işıq, sevinc verir hər kəsə (R.Rza); KÜLBƏ (köhn.) Nəhrin qaynağına doğru baxarkən suyun ortasında bir dəyirmançı külbəsinin qara dalğalarla qırpışa-qırpışa aşağı doğru axıb gəldiyini gördüm (A.Şaiq); QAZMA Gecə tonqal yanırdı; Qazma işıqlanırdı (M.Seyidzadə).

    Azərbaycan dilinin sinonimlər lüğəti / daxma

daxma sözünün rus dilinə tərcüməsi

  • 1 хибара, хижина, лачуга

    Azərbaycanca-rusca lüğət / daxma
  • 2 сущ. 1. изба 2. хижина 3. лачуга. Uçuq daxma развалившаяся изба, boş daxma пустая лачуга ◊ daxma qaraltmaq: 1. построить себе избушку (небольшой, одноэтажный, однокомнатный дом); 2. обзавестись семьей

    Azərbaycanca-rusca lüğət / daxma

daxma sözünün inglis dilinə tərcüməsi

daxma sözünün fransız dilinə tərcüməsi

daxma sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. кума (къванцикай, луцадикай ва мс. эцигнавай са вилин гъвечӀи, аскӀан ва усал кӀвал); къазма (чилин кӀаник эгъуьнна авунвай усал кӀвал); // qara daxma мичӀи кума (къазма), дакӀар авачир, санихъайни экв текъвезвай кума (къазма); 2. кӀвал манада (гагь-гагь рахшанддалди, зарафатдалди лугьуда); ** daxma qaraltmaq кума авун, яшамиш хьун патал кӀвал-югъ авун ва ана яшайиш туькӀуьрун.

    Azərbaycanca-ləzgicə lüğəti / daxma

"daxma" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#daxma nədir? #daxma sözünün mənası #daxma nə deməkdir? #daxma sözünün izahı #daxma sözünün yazılışı #daxma necə yazılır? #daxma sözünün düzgün yazılışı #daxma leksik mənası #daxma sözünün sinonimi #daxma sözünün yaxın mənalı sözlər #daxma sözünün əks mənası #daxma sözünün etimologiyası #daxma sözünün orfoqrafiyası #daxma rusca #daxma inglisça #daxma fransızca #daxma sözünün istifadəsi #sözlük