izhar sözü azərbaycan dilində

izhar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • izhar • 90.5882%
  • İzhar • 8.5294%
  • İZHAR • 0.8824%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

izhar sözünün leksik mənası və izahı

  • 1 [ər.] 1. Aşkar etmə, meydana çıxarma, göstərmə, bəlli etmə, bildirmə. // Bəlli, aydın, məlum. Bir gülüzlü nigar, sərvi-xoşrəftar; Cümlə xalqa izhar, bəllidi adı. Aşıq Saleh. □ İzhar etmək (eləmək, qılmaq) – zahirə çıxarmaq, aşkar etmək, açmaq, bəlli etmək, bildirmək. Kimə kim, dərdimi izhar qıldım, istəyib dərman; Özümdən həm bətər bir dərdə onu mübtəla gördüm. Füzuli. Qorxudan başımıza gələn macəranı heç kəsə izhar eləmədik. C.Məmmədquluzadə. Necə hər gizlini mən eyləyib izhar, yazım; Qorxmayıb Qaxqulu bəydən elə təkrar yazım? Ə.Nəzmi. 2. köhn. Bir sıra birləşmələrin birinci tərkib hissəsi; məs.: izhari-nifrət, izhari-təəssüf, izhari-təşəkkür və s. Budur qonşularımızın hal həyatda olan şair və ədibləri haqqında etdiyi izhari-məhəbbət və müvəffəqiyyət və izhari-sədaqət və xülusiyyət! F.Köçərli. [Mürtəcelər] fikirsiz və mütaliəsiz qiyam barəsində izhari-nəzər edib, öz keçəcəklərini unudublar. M.İbrahimov. □ İzhari-nifrət etmək (bildirmək) köhn. – öz nifrətini izhar etmək, bildirmək. [Məşədi İbad:] Bax, elə yaz ki, xalq oxuyub Rüstəm bəyə izhari-nifrət eləsin. Ü.Hacıbəyov. İzhari-təəssüf etmək köhn. – öz təəssüfünü bildirmək. İzhari-təşəkkür etmək – öz təşəkkürünü bildirmək. Məcmuəmizin açılmağı barəsində … teleqram və məktub göndərənlərdən nəhayət dərəcədə məmnun olub, bizi yada salanlara izhari-təşəkkür edirik. “Mol. Nəsr.”

    Azərbaycan dilinin izahlı lüğəti / izhar
  • 2 ə. 1) aşkar etmə, üzə çıxarma; 2) yalandan özünü göstərmə; 3) bildirmə, anlatma. İzhari-təşəkkür təşəkkür etmə, təşəkkür bildirmə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / izhar
  • 3 təzahür, biruzə vermək, ortaya çıxmaq. Aşkar etmə, meydanaçıxarma, göstərmə, bəlli etmə, bildirmə. Bəlli, aydın, məlum. Bir gülüzlü nigar,sərvi-xoşrəftar; Cümlə xalqa izhar eyləmək – yəni bütün aləmə car çəkmək.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / izhar

izhar sözünün sinonimləri (yaxın mənalı sözlər)

izhar sözünün rus dilinə tərcüməsi

  • 1 1. высказывание, изъявление; 2. обнаружение, проявление;

    Azərbaycanca-rusca lüğət / izhar
  • 2 сущ. устар. 1. обнаружение, выявление 2. выражение какого-л. чувства; изъявление чего-л. izhar etmək (eləmək) изъявлять, изъявить. Öz arzusunu (razılığını) izhar etmək изъявить своё желание (согласие), minnətdarlığını izhar etmək изъявить свою благодарность; məhəbbətini izhar etmək объясниться в любви

    Azərbaycanca-rusca lüğət / izhar

izhar sözünün inglis dilinə tərcüməsi

  • 1 i. arx. expression, revealing; ~ etmək to express (d.), to tell* (d.), to say* (d.); dərdini kədərini ~ etmək to give* vent to one’s sorrow and grief; hisslərini ~ etmək to give* vent to one’s feelings

    Azərbaycanca-ingiliscə lüğət / izhar

izhar sözünün fransız dilinə tərcüməsi

izhar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. ашкара авун, винел акъудун, дуьздал акъудун, къалурун, чирун; чизвай, малум (тир); izhar etmək (eləmək, qılmaq) винел акъудун, дуьздал акъудун, ашкара авун, лугьун, чирун.

    Azərbaycanca-ləzgicə lüğəti / izhar

izhar sözünün türk dilinə tərcüməsi

"izhar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#izhar nədir? #izhar sözünün mənası #izhar nə deməkdir? #izhar sözünün izahı #izhar sözünün yazılışı #izhar necə yazılır? #izhar sözünün düzgün yazılışı #izhar leksik mənası #izhar sözünün sinonimi #izhar sözünün yaxın mənalı sözlər #izhar sözünün əks mənası #izhar sözünün etimologiyası #izhar sözünün orfoqrafiyası #izhar rusca #izhar inglisça #izhar fransızca #izhar sözünün istifadəsi #sözlük