islahatı sözü azərbaycan dilində

islahatı

Yazılış

  • islahatı • 94.9452%
  • İslahatı • 4.9595%
  • İSLAHATI • 0.0954%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Meyci islahatı
Meyci islahatı (yap. 明治維新 Meyci işin) — eləcə də Meyci yenilənməsi və Meyci inqilabı kimi tanınan, Yaponiyada 1868-1889-cu illərdə keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən,sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray şoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meyci islahatı ilə bağlıdır. Meyci illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətlləndirilmiş tədbiqi ilə səciyələnir. Buna görə Meyci islahatını bəzən Meyci inqilabı da adlandırırlar.
Meydzi islahatı
Meyci islahatı (yap. 明治維新 Meyci işin) — eləcə də Meyci yenilənməsi və Meyci inqilabı kimi tanınan, Yaponiyada 1868-1889-cu illərdə keçirilən, geriyə qalmış aqrar ölkəni dünyanın aparıcı ölkələrindən birinə çevirən,sosial-iqtisadi, siyasi, hərbi islahatlar kompleksi. Samuray şoqun idarəçilik sistemindən birbaşa, imperator Mutsuxitonun və onun hökumətinin timsalında, imperator idarəsinə keçid idi. İslahat dövlət quruluşuna, qanunvericiliyə, İmperator sarayına, əyalət inzibatçılığına, maliyə, sənaye, diplomatiya, təhsil, din və yaponların həyatının başqa sahələrinə ehəmiyətli dərəcədə təsir etdi. Yeni dövr yapon milli dövlətçiliyinin formalaşması və yapon milli identikliyinin yaranması Meyci islahatı ilə bağlıdır. Meyci illəri ənənəvi yapon həyat tərzinin sınması və qərb sivilizasiyasının nailiyətlərinin sürətlləndirilmiş tədbiqi ilə səciyələnir. Buna görə Meyci islahatını bəzən Meyci inqilabı da adlandırırlar.
Tayka islahatı
Tayka islahatı (大化の改新, Tayka no Kayşin) – 645-ci ildə Yaponiyada həyata keçirilmiş bir sıra siyasi innovasiyalar. Tayka islahatı Şahzadə Nakano Oe (daha sonra İmperator Tenci) və Nakatomi no Kamatari (daha sonra Fucivara no Kamatari) tərəfindən 645-ci ildə Soqa klanı hakimiyyətinə qarşı olan çevrilişdən sonra baş tutmuşdur.Tayka islahatı imperator ailəsinin bütün Yaponiya boyunca mütləq hakmiyyətini bərqərar etmək və Çindəki Tan sülaləsinin dövləti əsasında hökumət qurmaq üçün həyata keçirilmişdi. Çindən götürülən yeniliklərdən biri imperator dövrlərini adlandırmaq idi və taxta çıxmış İmperator Kotoku hakimiyyətinin birinci yarısını Tayka dövrü ("Böyük dəyişiklik") adlandırmışdır. Tayka islahatını araşdıran alimlər onu Meyci islahatı ilə müqayisə etsələr də, ondan fərqli olaraq, Tayka islahatı diqqətlə planlaşdırılmış və elan olunmuş islahatdır. == Arxaplan == Tayka dövründən əvvəl Yaponiya müxtəlif klanlar tərəfindən idarə olunurdu və imperatorluq sarayı 50 il boyunca Soqa klanının təsiri altında olmuşdur. Soqa klanı intriqa, manipulyasiya və qətlərlər hakimiyyətdə qalırdı. Soqa klanının son lideri olan Soqa no İrukanın qurbanlarından biri 643-cü ildə öldürülmüş Şahzadə Yamaşiro Oe idi. Bu qətldən sonra İruka öz malikanəsini saraya çevirmiş və oğullarını şahzadə adlandırmışdır.645-ci ildə Şahzadə Nakano Oe və Nakatomi no Kamatari Nakanonun anası olan İmperatriça Koqyokunun sarayında İrukanı öldürmüşdürlər. Bu hadisə İşşi insidenti adını almışdır. İmperatriça Koqyoku taxtı Nakanonun dayısı İmperator Kotokuya buraxmış və islahatların həyata keçirilməsi üçün zəmin yaranmışdır.Cəmi 20 yaşında olmasına baxmayaraq Nakanonun taxta böyük təsiri var idi və vəlihəd şahzadə olmuşdur.
İmperiya islahatı
İmperiya islahatı (lat. Reformatio imperii, alm. Reichsreform‎) 15–16-cı əsrlərdə Müqəddəs Roma İmperiyasının strukturunu və quruluşunu (alm. Verfassungsordnung‎) erkən müasir dövlətin tələblərinə uyğunlaşdırmaq üçün təkrarlanan cəhdlərə verilən addır. == İlk cəhdlər == 1434-cü ildən 1438-ci ilə qədər Eger (müasir Çeb, Çexiya) və Nürnberqdəki imperiya məclislərində, qismən imperator Sigizmundun təşəbbüsü ilə, qismən də kürfürstlər tərəfindən islahata dair ilk cəhdlər edildi. Münaqişələr qadağan edildi, sikkə zərbi hüquqları və səyahət hüquqlarının yenidən nəzərdən keçirilməsi və imperiyanın inzibati dairələrə bölünməsi ilə bağlı müzakirələr aparıldı. Bununla belə, bütün təkliflər imperator və knyazların ziddiyyətli maraqlarına əsaslanırdı. Hər iki tərəf imperiyanın daha işlək hökumətini yaratmağa çalışırdılar, lakin əks istiqamətdə işləyirdilər. İmperator öz mərkəzi nəzarətini gücləndirməkdə maraqlı idi; knyazlar iştirak edə biləcəkləri kollegial, korporativ liderlik istəyirdilər. O dövrün yazıları, o cümlədən Reformatio Sigismundi kimi nəşrlər göstərir ki, kiçik ərazi hakimiyyətlərini — qrafları və baronları, eləcə də imperiya cəngavərlərini, eyni zamanda imperiya şəhərlərini və daha kiçik kilsə ərazilərini təmsil edən təhsilli təbəqələr imperatorun güclü bir mövqeyə sahib olmağını dəstəkləyirdi, çünki bu, öz senyorlarının təsirini azaltmağa xidmət edəcəkdi.
Kenmu islahatı
Kemmu bərpası 1336-1338 (yapon建武新政, けんむのしんせい, Kemmu-no tüko) — Yaponiyada şoqunat yaranandan sonra, imperatorlar real hakimiyətdən uzaqlaşdırılmışdılar. Lakin öz taleyi ilə barışmaq istəməyən imperatorlar və şoqunlar arasında ədavət və nifaq ara vermirdi. İmperatorlar heç də ancaq dövlət dininin başçısı rolu ilə barışmaq istəmirdilər. Şoqunata qarşı ilk çıxış edənlərdən biri imperator Qodayqo idi. O zaman gerçək hakimiyət, nümayəndələri Kamakura şoqunatı dövründə vacib sikken(reqent) vəzifəsini və titulunu özlərində saxlayan, Xodzö evinin əlində idi. Xodzö klanı Kamakura şoqunatı dövrü belə yüksək vəziyyətə ona görə nail olmuşdu ki, qoşun yığaraq və Yeritomonun tərəfində savaşaraq Minamotonun hakimiyət uğrunda mübarizəsinə fəal dəstək verirdilər. Qodayqonun tərəfində ilk növbədə buddist ruhaniləri çıxış edirdilər. Onlar nüfuzlu qüvvə idi. Lakin ancaq onlar deyildi. İmperatoru, Xodzö evinin diktaturasına qarşı çıxış edən bəzi iri feodal klanlar da dəstəkləyirdi.
Azərbaycanın əlifbası islahatı
Azərbaycan dilində Əlifba islahatları — Çoxəsrlik yazı ənənələri olan Azərbaycan dilində zəngin ədəbiyyat yaradılmışdır. XX əsrin 20-ci illərinin sonuna kimi Azərbaycan dilinin yazısı ərəb qrafikasına əsaslanmış, yalnız 1929-cu ildə latın qrafikalı əlifbaya keçilmişdir. Ərəb əlifbasının islah olunması sahəsində ilk təşəbbüs 19-cu əsrin 60-cı illərində M.F.Axundzadə tərəfindən irəli sürülmüş və sonradan bu ideya bir çox Azərbaycan ziyalıları tərəfindən dəstəklənmişdir. Lakin əlifba islahatı sahəsində ilk praktiki addımlar 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyi elan olunduqdan sonra atılmışdır. 1918-cu ilin dekabrında milli hökumət yeni Azərbaycan əlifbasının layihəsini hazırlamaq məqsədilə xüsusi komissiya yaratmışdı. Komissiyaya üç müxtəlif layihə təqdim olunsa da, Abdulla bəy Əfəndiyevin hazırladığı və Azərbaycan yazısının latın qrafikasına keçirilməsini nəzərdə tutan layihə bəyənilmişdir. Latın qrafikalı Azərbaycan əlifbasının layihəsi 1919-cu il avqustun 20-dən sentyabrın 1-nə kimi Bakıda keçirilmiş Azərbaycan müəllimlərinin qurultayında təsdiq olunduqdan sonra parlamentin müzakirəsinə verilmişdir. Lakin Aprel işğalı (1920) milli hökumətə bu layihəni reallaşdırmağa imkan vermədi. Azərbaycanda əlifba islahatını ölkədə hakimiyyəti zor gücünə ələ keçirmiş bolşeviklər reallaşdırdı. Azərbaycan MİK 4-cü sessiyasının 1928-ci il 11 oktyabr tarixli qərarı ilə respublika latın əlifbasına keçdi.
Montegu-Çelmsford islahatı
Montegu-Çelmsford islahatı (ing. Montagu–Chelmsford Reforms) — 1919-cu ildə Britaniya imperiyası parlamenti tərəfindən qəbul edilmiş, 1935-ci ilədək qüvvədə olan Hindistanın idarə olunmasına dair qanun. Hindistan işləri üzrə nazir Edvin Montegu və Hindistan vitse-kralı Frederik Çelmsford işləyib hazırlamışdılar. Montegu-Çelmsford islahatı bir sıra cüzi güzəştlər verməklə (Hindistan general-qubernatoru yanında iki palatalı qanunvericilik orqanı yaradılması və s.) Hindistanda genişlənməkdə olan milli azadlıq hərəkatının qarşısını almaq məqsədi daşıyır və əslində müstəmləkə hökmranlığının mahiyyətini dəyişmirdi. Montegu-Çelmsford islahatına görə Hindistan əhalisinin çox cüzi hissəsinə (təqribən 1%-i) seçki hüququ verilir, 1909-cu ildə qəbul olunmuş mürtəce dini-icma kuriaları bölgüsü sistemi saxlanılırdı. == İstinadlar == == Əlavə ədəbiyyat == Montagu Millennium entry on Montagu-Chelmsford Report Arxivləşdirilib 2017-11-23 at the Wayback Machine One Scholar’s Bibliography Britannica Encyclopaedia: Montagu-Chelmsford Report Puja Mondal, Montagu-Chelmsford Reforms and the Government of India Act, 1919. Self study history: Montagu-Chelmsford Reforms Paul Johnson (1991). A History of the Modern World: from 1917 to the 1990s. Weidenfeld and Nicolson London. Merriam-Webster's Biographical Dictionary entry on Edwin Montagu (1995).
Rusiyada kəndli islahatı
Rusiyada kəndli islahatı—1861-ci ildə keçirilən islahat. == Tarixi == Rusiyada kəndli islahatının keçirilməsindən xeyli keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi. Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində — 1859-1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada ilk inqilabi şərait yaranmışdı. Rusiyadan fərqli olaraq Azərbaycanda torpaq sahibləri ilə kəndlilər arasında mövcud olan sosial ziddiyyət o qədər də kəskin deyildi. Azərbaycanda kəndlilər nə torpağa, nə də feodalın şəxsiyyətinə təhkim olunmamışdılar. Azərbaycanda sahibkar kəndlilər torpağa və mülkədarlara təhkim olmayıb, sahibkar torpaqlarında yaşayan dövlət kəndliləri hesab edilirdilər.
Stolıpin aqrar islahatı
Stolıpin aqrar islahatı — Pyotr Stolıpinin başçılığı altında Rusiyada kənd təsərrüfatı və aqrar sahədə həyata keçirilən islahat. == Zəmin == Birinci rus inqilabının qarşısında duran əsas məsələlərdən biri də aqrar məsələnin həll olunması problemi idi. İnqilabın yatırılmasından sonra çarizm bu problemi islahatlar yolu ilə həll etməyə, yəni hakimiyyəti və torpaqları mülkədarların əlində saxlayaraq aqrar böhranın səbəblərini aradan qaldırmağa çalışırdı. Birinci rus inqilabı məğlubiyyətlə nəticələnsə də inqilabi hərəkatların geniş vüsət alması onu göstərdi ki, kəndlərdə, milli ucqarlarda hökumətin sosial dayağı yoxdur. 1905-1907-ci illər inqilabı Rusiyada aqrar məsələsini onun burjua inkişafının milli xüsusiyyəti olduğunu tamamilə təsdiq edərək, bunu başlıca məsələ kimi bütün kəskinliyi ilə irəli sürdü. İslahatdan sonrakı bütün inkişaf sübut etdi ki, həm mülkədar, həm də kəndli təsərrüfatı, feodalizmin saysız-hesabsız qalıqları ilə buxovlansa da, kapitalizm yolu ilə inkişaf edir. 1905-1907-ci illər inqilabı dövründə kəndli hərəkatından qorxuya düşmüş hökumət kəndlilərin torpaq uğrunda mübarizəsini dayandıra bilən tədbirlər görmək qərarına gəldilər. 1905-ci il noyabrın 3-də çar hökuməti mülkədarlardan torpağı satın alıb kəndlilərə satan Kəndli torpaq bankının fəaliyyətini genişləndirmək haqqında fərman verdi. Torpaq məsələsi ilə əlaqədar daha geniş tədbirlər işləyib hazırlamaq məqsədi ilə hökumət 1906-cı il yanvarın 6-da kəndlilərin pay torpaqlarına malik olmaq hüququna aid qanunların ilkin qaydada işlənib hazırlanması üçün “xüsusi müşavirə” adlanan bir müşavirə çağırdı. Müşavirə zadəganlara məxsus torpaq fondunun toxunulmazlığını saxlamaq barədə mülkədarların və onların siyasi partiyası olan “Birləşmiş zadəganlar şurası”nın xüsusi sifarişini yerinə yetirdi.
Türk dili islahatı
Türk dili islahatı — (türkcə Dil Devrimi, dil inqilabı və ya dil islahatı), türk dilinin ərəb və fars mənşəli sözləri unudulmuş qədim Türk dillərdən alınmış və ya Türk köklərdən istifadə edilərək tamamilə yenidən düzəldilmiş sözləri ilə əvəz etməyə yönəltmiş bir dövlət kampaniyası idi. Kampaniya 12 İyul 1932 tarixində Atatürk tərəfindən başladılmiş və 1970-ci illərədək davam etmişdir. Türkсədəki qeyri-türk ünsürlərə qarşı mübarizəsinin ən qızğın mərhələsi 1932-1938-ci illər arasında aparılmışdır. Dil islahatından qabaq türk dilinin leksik fondunun əksər hissəsi ərəb və fars sözləri təşkil etmişdirsə, kampaniyasının başa çatmasından sonra ərəb sözlərin payı cəmi 6%-ə, fars sözlərinki isə 1 %-ə enmişdir. == Tarixi == === Osmanlı dönəmi === Türklər ərəb və fars dilli xalqlarla təmasa girəndə öz dillərində olmayan sözləri aldılar. Ancaq tapılmayan sözlərə əlavə olaraq, türk sözləri zaman keçdikcə öz funksiyalarını itirdi və ərəb və fars sözləri ilə əvəz olundu. Türk dilində od sözü fars atəşi ilə əvəz edilmişdir. Yalnız sözlər deyil, hər iki dildə ifadələr və konstruksiyalar, həmçinin qrammatika qaydaları da alındı. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər. Nə türkdilli mövzular, nə ərəb və farsdilli mövzular, nə də digərləri bu cür Osmanlı dilini başa düşə bilmədilər.
Azərbaycanda məhkəmə islahatı (1866)
Azərbaycanda 1866-cı il məhkəmə islahatı — XIX əsrin 60–70-ci illərində Çar Rusiyası tərəfindən Azərbaycanda keçirilən burjua islahatlarından biri. == Məhkəmə islahatının keçirilməsi zərurəti == İqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli məhkəmə islahatına başlamağa məcbur oldu. 1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri adı altında birləşdirilmiş məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi. Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və məhkəmə icrası, məhkəmə hakimiyyətinin qanunverici və icraedici hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ, cinayət işlərinin əskəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s. burjua-demokratik prinsiplərini bəyan etdi. 1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi.
Bençmark faiz dərəcələrinin islahatı
Bençmark faiz dərəcələrinin islahatı (ing. Interest Rate Benchmark Reform) — Maliyyə Sabitliyi Şurasının başlatdığı LİBOR və EONIA (niderl.) kimi göstərici faiz dərəcələrini 2014-2021-ci illər ərzində yeni milli risksiz bir gecəlik faiz dərəcələri ilə əvəz edən qlobal islahat. Qiymət faiz dərəcələri, maliyyə məhsullarının dəyərini qiymətləndirmək və onlar üçün ödənişləri hesablamaq üçün banklar və digər maliyyə bazarının iştirakçıları tərəfindən geniş istifadə olunur. Bir sıra mərkəzi banklar pul siyasəti üçün əməliyyat hədəfləri olaraq etalon dərəcələrini təyin etdilər. İslahat iki mərhələdən ibarətdir: (1) əsas istinad dərəcələrinin təhlili, düzəlişi və metodoloji təkmilləşdirilməsi (mümkün dəyişdirmə ilə); (2) etalon dərəcələrin bütövlüyünün və dəqiqliyinin təmin edilməsinə, habelə təyin olunmuş milli orqanlar tərəfindən standart nisbətlərinə nəzarətə yönəlmiş qaydalar və davranış qaydalarının tətbiqi. Qiymət standartı islahatı nəticəsində LIBOR dərəcələr ailəsi, mərkəzi banklar və birjalar tərəfindən idarə olunan bir qrup milli faiz dərəcələri ilə əvəz olundu. 2020-ci ildən etibarən Avropa Birliyində , Avstraliyada , Sinqapurda və Cənubi Koreyada maliyyə meyarlarını tənzimləyən qanunvericilik tətbiq edilmişdir. Dövlət bankları ilə birlikdə mərkəzi banklar da onun nəzarətindən çıxarıldı. Nəticədə, xüsusi göstərici administratorları etalon tənzimləmə perimetrinə daxil edilir. Milli göstəricilərin transsərhəd tətbiqi vəziyyətində, ABŞ, İsveçrə və Çindən olan administratorları Avropa Birliyində akkreditə olunmuşdur == İstinadlar == == Ədəbiyyat == Калинин Н. Отказ от IBOR и переход к новым бенчмаркам (Cbonds Review).
II Aleksandrın məhkəmə islahatı
II Aleksandrın məhkəmə islahatı — 1860-cı illərdə imperator II Aleksandrın həyata keçirdiyi islahatlardan biri. == Zəmin == Rusiya imperiyasında iqtisadi inkişafın və 50-ci illərin sonu – 60-cı illərin əvvəllərindəki şəraitin təsiri altında öz obyektiv sosial-iqtisadi məzmununa görə burjua xarakterli məhkəmə islahatına başlamağa məcbur oldu. 1864-cü il noyabrın 20-də II Aleksandr hakim senata fərman imzaladı. Bu fərmana ―1864-cü il 20 noyabr məhkəmə nizamnamələri adı altında birləşdirilmiş məhkəmə təsisatları, cinayət məcəlləsi, mülki məcəllə və andçı hakimlər tərəfindən qoyulan cəzalar haqqında nizamnamə əlavə edilmişdi. Məhkəmə islahatı silki məhkəmələri bütün silklər üçün ümumi olan məhkəmələrlə əvəz etdi, andlılar məhkəməsi, vəkillər korpusu yaratdı, məhkəmə instansiyaların sayını azaltdı. Bu islahat formal olaraq məhkəmə quruculuğu və məhkəmə icrası, məhkəmə hakimiyyətinin qanunverici və icraedici hakimiyyətlərdən ayrılması, məhkəmə prosesinin aşkarlığı, hakimlərin müstəqilliyi və onların bütün işləri öz daxili inamlarına müvafiq surətdə həll etmək hüququ, cinayət işlərinin əskəriyyətinin andlı iclasçılarının iştirakı ilə baxılması və s. burjua-demokratik prinsiplərini bəyan etdi. 1864-cü il məhkəmə islahatı məlum dərəcədə müsbət əhəmiyyətə malik idi. Bununla bərabər, hakim təbəqə tərəfindən, mütləqiyyət quruluşu şəraitində keçirilmiş bu islahat da yarımçıq idi. Onun qeyri-ardıcıllığı, ilk növbədə, dövlət cinayətlərinin andlılar məhkəməsinin ixtiyarından alınmasında təzahür etdi.
Qazaxıstanda pensiya islahatı (1998)
Qazaxıstan Respublikası — Müstəqil Dövlətlər Birliyi ölkələrinin arasında əhalinin pensiya təminatında islahatlar aparan ilk dövlətdir.Qazaxıstanda pensiya sistemi Çili pensiya sisteminin prototipi idi.Sovet İttifaqının dağılması ilə vahid pensiya sistemi çökdü. 20 iyun 1997-ci ildə Qazaxıstan Respublikasında 20 iyun 1997-ci il tarixli 136-I saylı Qazaxıstan Respublikasında pensiya təminatı haqqında qanun çıxdı. 1998-ci ildə Qazaxıstanda pensiya islahatına başlandı. 1 yanvar 1998-ci ildən bəri bütün işləyən vətəndaşlar gəlirlərinin 10% -ni yığım pensiya fonduna fərdi pensiya hesablarına ayırmaq məcburiyyətindədirlər. Təqaüd islahatının inkişaf etdiriciləri Qriqori Marçenko və Daulet Sembayev idi.Pensiya fonduna yığılan vəsait islahata görə "Qazaxıstan Xalq Bankı" ASC-nin törəmə şirkəti olan "Qazaxıstan Xalq Bankının Yığım Pensiya Fondu" Səhmdar Cəmiyyəti tərəfindən idarə olunur. Bu qanuna uyğun olaraq, 1998-ci il yanvarın 1-dən etibarən bütün işləyən vətəndaşlar gəlirlərinin 10% -ni yığım pensiya fonduna fərdi pensiya hesablarına köçürmək məcburiyyətindədirlər. Eyni zamanda, vətəndaşların könüllü təqaüd vermə hüququ da vardır. Fonda yığılmış vəsaitlər iqtisadiyyata yatırılır və işçinin işinə son verildikdən sonra onun fərdi pensiya müavinətlərinə yönəldilir. == İslahatın tarixi == 1995-ci ilin iyul ayında ilk Qazaxıstan könüllü pensiya fondu Qazaxıstanda qeydiyyata alındı. Noyabr 1996-cı il, ilk təkliflər edildi.
Azərbaycan Xalq Cümhuriyyəti Əlifba İslahatı Komissiyası
Əlifba İslahatı Komissiyası — Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ölkə əhalisinin maarifləndirilməsini sürətləndirmək məqsədilə həyata keçirdiyi tədbir. == Komissiyanın yaradılması == 1919-cu il martın 21-də Cümhuriyyət Hökumətinin qərarı ilə Xalq Maarifi Nazirliyinə ərəb əlifbasının islahatı üzrə xüsusi Hökumət komissiyası yaratmaq və komissiyanın hazırladığı təklifləri baxılmaq üçün Nazirlər Şurasına təqdim etmək tapşırılmışdı. Bu qərara əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin üzvü Xudadat bəy Məlik-Aslanovun sədrliyi ilə Xalq Maarifi Nazirliyi yanında ərəb əlifbasının islahatı üzrə xüsusi komissiya yaradılmışdı. Əlifba islahatı, hər şeydən öncə, maarifçilik, xalq təhsilinin milliləşdirilməsi sahəsində Hökumətin qarşısında duran vəzifələrin həyata keçirilməsinə birbaşa xidmət etməli idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət və qayğısı ilə fəaliyyət göstərən komissiya tezliklə bir neçə əlifba layihəsi hazırlayaraq Hökumətə təqdim etmişdi.Həmin layihələr arasında müəllim Abdulla bəy Əfəndizadənin hazırladığı variant bəyənilmiş və yeni əlifba üçün əsas kimi qəbul olunmuşdu. A. Əfəndizadə əlifba islahatı, xüsusilə latın əlifbasına keçidin zəruriliyi ilə bağlı 1919-cu ildə Bakıda "Son türk əlifbası" adlı dərslik də nəşr etdirmişdi. Dərslikdə o, ilk dəfə olaraq, ərəb və latın əlifbalarını müqayisəli şəkildə vermiş, birincinin ana dilimizə uyğunsuzluğunu, ikincininisə daha münasib olduğunu zəngin dil faktları ilə əsaslandırmışdı. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin əlifba islahatı sahəsində həyata keçirdiyi ilk əməli addımlar Aprel işğalı nəticəsində yarımçıq qaldı. == Aprel işğalından sonra == Azərbaycan Xalq Cümhuriyyəti dövründə artıq reallaşmaq ərəfəsində olan əlifba islahatı ideyasına 1921-ci ildə Sovet Azərbaycanında yenidən qayıdıldı. Bu məsələnin geniş müzakirəsindən sonra Nəriman Nərimanovun imzaladığı xüsusi dekretlə Azərbaycanda əlifba islahatı üzrə Yeni Türk Əlifba Komitəsi yaradıldı.
SSRİ-də inzibati-ərazi bölgüsü islahatı (1962–1963)
SSRİ-də inzibati-ərazi bölgüsü islahatı — Sovet Sosialist Respublikaları İttifaqında 1962–1963-cü illərdə SSRİ Nazirlər Sovetinin Sədri Nikita Xruşşovun təşəbbüsü ilə xalq təsərrüfatının idarə olunması sistemində islahatların tərkib hissəsi kimi həyata keçirilmiş inzibati-ərazi bölgüsü islahatı. İslahat zamanı SSRİ-nin tərkibindəki inzibati vahidlər onlarda sənaye və kənd rayonlarının formalaşması ilə əhəmiyyətli dərəcədə genişlənmişdir. Rayonların ümumi sayı bu dövrdə 3421-dən 1711-ə qədər azalmışdır; bir sıra respublikalarda, diyar və vilayətlərdə sənaye rayonları (122) təşkil edilmişdir. Sovet İttifaqı Kommunist Partiyasının yerli orqanları və zəhmətkeş xalq deputatları sovetləri müvafiq iqtisadi rayonları idarə etmək üçün sənaye və kənd təsərrüfatı orqanlarına bölünmüşdü və beləliklə, partiya və sovet idarəsinin yerli orqanlarının sayı iki dəfə artmışdır. İslahat tez bir zamanda səmərəsizliyini göstərmiş və 1964-cü ilin dekabrında–1965-ci ilin yanvarında məhdudlaşdırılmışdır. Sənaye və kənd rayonları ləğv edilmiş, adi inzibati rayonlar bərpa olunmuşdur. Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli Fərmanı ilə respublika tabeliyində olan 50 rayon və 6 şəhər əvəzinə 31 rayon və 7 respublika tabeli şəhər yaradılmışdır. Cəmi 23 rayon ləğv edilmişdir. Ləğv edilmiş rayonlar (20): Ağcabədi, Əli Bayramlı, Astara, Ağsu, Balakən, Daşkəsən, Cəbrayıl, Dəvəçi, Yevlax, Jdanov, Zərdab, Qax, Qubadlı, Qutqaşen, Mirbəşir, Nuxa, Puşkin, Saatlı, Tovuz, Xaçmaz. Dağlıq Qarabağ Muxtar Vilayəti.
SSRİ-də 1956–1962-ci illər əmək haqqı islahatı
SSRİ-də 1956–1962-ci illər əmək haqqı islahatı — Nikita Xruşşovun Sovet İttifaqı Kommunist Partiyasının baş katibi olduğu dövrlərdə – 1956-1962-ci illərdə SSRİ-də həyata keçirilən əmək haqqı sistemindəki islahat. Bu islahatda əsas məqsəd İosif Stalin hakimiyyəti dövründə SSRİ iqtisadiyyatında tətbiq olunan istehsal kvotalarında müəyyən edilən miqdarı geridə qoyan istehsal sahəsi həyata keçirməyə istiqamətləndirilmiş iqtisadi siyasət əvəzinə daha əlverişli maliyyə təşviq sistemi yaratmaq idi. İosif Stalinin hakimiyyəti dövründə SSRİ işçiləri İqtisadi cəhətdən fəallıq göstərərək həyata keçirdikləri istehsal sahələrinin əvəzini, ədəd əmək haqqısından əldə edərək qazanırdılar. İşçilərin fərdi qazancları istehsal sahələri ilə düzgün mütənasibdə idi. Bu siyasət işçiləri mümkün qədər əmək sərf etməyə təşviq edərək istehsal sahəsini mümkün olduğu qədər artırmaq üçün həyata keçirilmişdi. Bu sistem getdikcə ölkə daxilində bürokratiyanın irəliləyişinə və sənayedə gəlir nisbətinin qeyri-kafi olmasına yol açmağa başladı. Həmçinin fabrik rəhbərləri işçi əmək haqqılarının düşməsinə mane olmaq məqsədi ilə işçilərə verilən şəxsi istehsal kvortaları üzərində dəyişikliklər həyata keçirməyə başladılar. Əmək haqqı istehsalı ilə keçmiş istehsal tətbiqlərinin aradan qaldırılması və əmək haqqılarının standart hala gətirilib əlavə iş ödənişləri və ya primlərə olan bağlılığının azaldılması surəti ilə işçilərə təsirli maliyyə təşviq sisteminin həyata keçirilməsi məqsədləndi. Buna qarşı olaraq fabrik rəhbərləri işçilərin gəlirlərini azaldacaq direktivlərə məhəl qoymadılar və yüksək əlavə iş əmək haqqılarını ödəməyə davam etdilər. Bununla bərabər istehsalın mümkün qədər tez ərsəyə gətirilməsi planlaşdırılsa da, istehsaldan sonra lazımlı sənaye istehsal vəsaitləri sıxlıqla qeyri-kafi vəziyyətə gəldi və istehsal öz işini yavaşlatmağa başladı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 7.47 dəfə / 1 mln.
2002 •••••••••••••••• 23.98
2003 •••••••••••••••••••• 30.31
2004 •••••••••••••• 20.21
2005 •••••••••••• 17.54
2006 ••••••••••• 16.44
2007 ••••••••••• 15.86
2008 •••••••• 11.94
2009 ••••••• 9.44
2010 ••• 3.90
2011 ••• 3.69
2012 ••• 4.39
2013 •• 2.48
2014 ••••• 7.55
2015 •••••• 8.17
2016 ••• 4.51
2017 •••• 4.55
2018 •••• 5.39
2019 •••• 5.42
2020 •••• 5.70

"islahatı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#islahatı nədir? #islahatı sözünün mənası #islahatı nə deməkdir? #islahatı sözünün izahı #islahatı sözünün yazılışı #islahatı necə yazılır? #islahatı sözünün düzgün yazılışı #islahatı leksik mənası #islahatı sözünün sinonimi #islahatı sözünün yaxın mənalı sözlər #islahatı sözünün əks mənası #islahatı sözünün etimologiyası #islahatı sözünün orfoqrafiyası #islahatı rusca #islahatı inglisça #islahatı fransızca #islahatı sözünün istifadəsi #sözlük