İsfahani sözü azərbaycan dilində

İsfahani

Yazılış

  • İsfahani • 96.0784%
  • isfahani • 3.9216%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ağamirək İsfahani
Ağamirək İsfahani (əsl adı Ağa Cəlaləddin Mirək əl-Həsəni əl-İsfahani) — 16-cı əsr Təbriz miniatür məktəbinə mənsub rəssam. Səfəvi hökmdarı I Təhmasibin saray kitabxanasında işləmişdir. Sam Mirzə "Töhfeyi-Sami" (1550) əsərində Ağamirək İsfahaninin şah sarayında misilsiz rəssam olduğunu göstərmişdir. Tarixçi İskəndər bəy Münşinin məlumatına görə, Ağamirək İsfahaninin sarayda böyük nüfuzu olmuşdur, O, Nizami "Xəmsə"-sinin 1539–43-cü illərə aid məşhur əlyazmasına (Britaniya muzeyi) miniatürlər çəkmişdir. "Şapurun Xosrovun yanına qayıtması", "Xosrovun taxta çıxması", "Məcnun vəhşi heyvanlar arasında" və s. miniatürləri emosionallığı, kompozisiya kamilliyi və obrazlılığı ilə qiymətlidir. 1537-ci il tarixli "Şahnamə" əlyazmasında da Ağamirək İsfahaninin bir neçə miniatürü var. O, həmçinin fil dişi üzərində oyma işləri ilə də şöhrət qazanmışdı. Ağamirək İsfahaninin tuşla işlənmiş bir neçə rəsmi məlumdur.Bakı şəhərinin Binəqədi rayonunda onun adını daşıyan Ağamirək İsfahani küçəsi var. == Həyatı == Baburun ölumundən sonra taxta onun oğlu Humayun çıxır.
Hatif İsfahani
Seyid Əhməd Hatif İsfahani (fars. سید احمد هاتف اصفهانی‎) — XVIII əsr İran şairi. Əslən Ordubaddan olmuşdur. == Həyatı == Əslən Azərbaycanın Ordubad şəhərindən olan Hatifin ailəsi Səfəvilər dövründə İsfahana köçmüş, özü isə XVIII əsrin birinci yarısında həmin şəhərdə anadan olmuşdur. İsfahanlı Nəsir Təbibdən ənənəvi elmləri, Mir Seyid Əli Müştaq İsfahanidən isə ədəbi sənətləri öyrənmişdir. O, dövrün digər mühüm ədəbiyyat adamları, o cümlədən Səbahi və Azər Bəydili ilə də ünsiyyətdə olmuşdur. İsfahandan başqa bir müddət Kaşanda da yaşamış və son illərini Qumda keçirmişdir. O, farsdilli poeziyada ifrat "hind üslubu" (Səbki-Hindi) hesab etdiyi hərəkatı inkar edən və erkən farsdilli poeziyanın üslub prinsiplərinə daha yaxın olan poetik idomi qəbul edən "bazqəşti ədəbi" adlı "ədəbi qayıdış" hərəkatının nümayəndəsi idi.
Mahan İsfahani
Mahan İsfahani (fars. ماهان اصفهانی‎; 1984[…], Tehran) — İran və ABŞ klaviaturaçısı, alimi, şərhçisi, orkestraçısi və keçiricisi. Bir Konserto solisti, resitali və işbirlikçi bir musiqiçi olaraq, müxtəlif erkən klaviatura üzrə beynəlxalq şöhrət qazanmışdır.
Nişat İsfahani
Əbdülvahab Nişat İsfahani (fars. نشاط اصفهانی‎ 1761 və ya 1759, İsfahan – 1828 və ya 1829) — İranın xarici işlər vəziri, şair, xəttat. == Həyatı == Mirzə Əbdülvahab 1761-ci ildə İsfahanda anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Mirzə Əbdülvahab şair idi. Nişat təxəllüsü ilə şeir yazırdı. Mirzə Əbdülvahab Fətəli şah Qacarın hakimiyyəti dönəmində İranın Xarici İşlər vəziri olmuşdu. Mötəmədüddövlə ləqəbini daşıyırdı.O, 1817-ci ildə Rusiya səfiri general Yermolovla görüşmüşdü. Mirzə Əbdülvahab 1864-cü ildə vəfat edib.
İmadəddin İsfahani
İmadəddin Məhəmməd ibn Hamid əl-Katib əl-İsfahani (1125-20.6.1201) — İran tarixçisi. == Həyatı == İmadəddin İsfahani İsfahan şəhərində anadan olmuşdur. İlk təhsilini Kaşanda almışdır. Daha sonra Bağdadda fiqhi oxudu. 1156-cı ildə Bağdadı İraq Səlcuqlu dövlətinə qarşı bacarıqla müdafiə edən Abbasi xəlifəsi Müktəfini (hökmdarlığı 1136–1160) təbrik etmək üçün yazdığı qəsidəylə vəzir İbn Hübeyrnin sevgisini qazandı. Onun tərəfindən naib olaraq Vasıtə göndərildi. Bu vəzifəsi İbn Hübeyrənin ölümünə (1165) qədər davam etdi. Bir müddət sonra Zəngilər sülaləsindən Nurəddin Zənginin (hd 1146–1174) katibi olan İmadəddin, onun öz adına tikdirdiyi mədrəsəyə müdərris olaraq göndərildi, amma Nurəddin Zenginin ölümündən sonra vəzifəsindən ayrılmaq məcburiyyətində qaldı. Homsu alan Səlahəddin Əyyubini öymək üçün bir şeir yazdı. Bununla Əyyubinin yaxınlığını qazandı və bütün səfərlərinə qatıldı.
Əbülfərəc İsfahani
Əbülfərəc İsfahani və ya Əbulfərəc əl-İsfahani (ərəb. أبو الفرج الأصفهاني‎; ing. `Ali ibn al-Husayn ul-Isfahānī; d. 897 — ö. 967) — görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi == Həyatı == == Yaradıcılığı == Onuncu yüzilliyin görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi olan Əbülfərəc İsfahaninin "Nəğmələr kitabı" Şərqin ən dəyərli yazılı abidələrindən sayılır. Kitabdakı fəsillərdən ikisi Bənu Amir qəbiləsindən olan Qeys ibn Müləvvəh — dünyanın Məcnun kimi tanıdığı şair haqqındadır. == Kitabları == Azərbaycan dilində Əbülfərəc İsfahani. Bir məcnun vardı. Bakı, "Yazıçı", 1990, 4 ç.v. (Ərəb dilindən tərcümə, ön söz və şərhlər Gövhər Baxşəliyeva) ISBN 5-560-00163-5 Əbulfərəc əl-İsfahani.
Məhəmməd İsfahani
Məhəmməd Mehdi Vəzi İsfahani (Persian: محمدمهدی واعظی اصفهانی; daha çox Məhəmməd İsfahani kimi tanınır; 5 iyul 1966, Tehran) — İranlı fars pop və xalq musiqisi müğənnisi. O, 1997-ci ildə İran Tibb Elmləri Universitetini bitirərək İran musiqisini məşhur İran ənənəvi müğənnisi Məhəmməd Rza Şəcəryan və onun ən yaxşı tələbəsi Əli Cahandardan öyrənib. == Həyatı == O, Tehranda anadan olub. 1997-ci ildə İran Tibb Elmləri Universitetinin Tibb fakültəsindən məzun olub. Ailəlidir və üç övladı var. == Fəaliyyəti == İsfahani bu günə kimi 14 albom təqdim edib. Albomlarında Homayun Xorram, Babək Bayat, Fereydoun Şahbazyan kimi böyük musiqi ustadları ilə çalışıb.İran Milli Orkestrinin yeni rəhbəri seçilməsi ilə Məhəmməd İsfahani Milli Orkestrin solisti kimi təqdim edilib.
Addulla xan İsfahani
Abdulla xanHacı Məhəmmədhüseyn xan oğlu Əminüddövlə (?-?)—İki dəfə Qacarlar dövlətinin baş naziri olmuş ictimai və dövlət xadimi. == Həyatı == Abdulla xan Hacı Məhəmmədhüseyn xan oğlu İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Birinci dəfə atası Hacı Məhəmmədhüseyn xan İsfahanindən sonra Qacarlar dövlətinin baş naziri olmuşdu.
Fəzli İsfahani Xuzani
Fəzli İsfahani Xuzani (fars. فضلی اصفهانی خوزانی‎; 1592 – XVII əsr) — İran zadəganı, tarixçisi. O, Səfəvi xanədanının 1501-ci ildə I İsmayıl tərəfindən (1501–1524-cü illərdə hakimiyyətdə olmuşdur) qurulmasından I Abbasın (1588–1629-cu illərdə hakimiyyətdə olmuşdur) ölümünə qədərki dövrünü əhatə edən "Əfzal əl-Təvarix" salnaməsi ilə tanınır. O, həm də Səfəvi xidmətində məmur olmuş, 1616–1625-ci illərdə Bərdə və Kaxeti valisi olmuş Qaraçaqay xanın vəziri olmuşdur. Fəzlinin oğlu, "Tiraz əl-əxbar"ın müəllifi olan Nəcməddin Əhməd Xuzani Hindustanda moğol zadəganı Baqir Xanın qızı ilə evlənmişdir.
Mirzə Şükrullah İsfahani
Mirzə Şükrullah İsfahani — Səfəvi şahı I Şah Təhmasibin (1524–1576) baş mühasibi və daha sonra nüfuzlu dövlət xadimi Mirzə Salman Cabiri ilə əvəz olunana qədər 1576-cı ilin avqustundan 1577-ci ilin iyun ayına qədər olan qısa bir müddətdə II Şah İsmayılın (1576–77) baş vəziri vəzifəsini yerinə yetirən milliyyətcə fars olan dövlət xadimi. == Mənbələr == Newman, Andrew J. Safavid Iran: Rebirth of a Persian Empire. I.B.Tauris. 2008. 1–281. ISBN 9780857716613. Mitchell, Colin P. The Practice of Politics in Safavid Iran: Power, Religion and Rhetoric. I.B.Tauris. 2009. 1–304.
Rağib Əl-İsfahani
Ər-Rağib əl-İsfahani (XI əsr, İsfahan – 1108) — Dilçi alim. == Həyatı == 425-ci h.q. (1108/1109-cu il) ilində vəfat edib.
Əbu İsa İsfahani
Əbu İsa İsfahani ( ivr. ‏אַבּוּ עִיסַא אלְ-אִסְפַהַאנִיּ‏‎)‎, həmçinin İshak ben Yakov Ovadiya Əbu İsi (ivr. ‏יִצְחָק בֶּן יַעֲקֹב עוֹבַדְיָה אַבּוּ עִיסִי‏‎; İsfahan) ‎ — yəhudi din islahatçısı, orta əsrlərdə ilk yəhudi bidət hərəkatı olan isabitlər təriqətinin banisi.Özünü beş peyğəmbərdən biri, Məsihin sələfi elan ed\n İsfahani İranda Ərəb xilafətinə qarşı üsyan qaldırmışdır. Bu üsyan darmadağın edilmiş və Əbu İsanın özü döyüşdə həlak olmuşdur. Buna baxmayaraq, onun təlimlərinin davamçıları öz liderlərinin ölümünə inanmırdılar. Əbu İsanın həyatı və ölümü bir çox əfsanələrdə örtülmüşdür.Təriqət X əsrin birinci yarısında mövcudiyyətini davam etdirmiş və onun ideyaları karaimizmin banisi Anan ben Davidə təsir etmişdir. Əbu İsanın təlimlərinə görə, Məsihin zühurundan əvvəl İsa, Məhəmməd və özü də daxil olmaqla beş peyğəmbər gəlməli idi. O öz tərəfdarlarına ət və şərab yeməyi qadağan etmiş, boşanmaları ləğv etmiş və yeddi vaxt namaz qılmağı tapşırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Steven Wasserstrom. Between Muslim and Jew.
Əbulfərəc əl-İsfahani
Əbülfərəc İsfahani və ya Əbulfərəc əl-İsfahani (ərəb. أبو الفرج الأصفهاني‎; ing. `Ali ibn al-Husayn ul-Isfahānī; d. 897 — ö. 967) — görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi == Həyatı == == Yaradıcılığı == Onuncu yüzilliyin görkəmli ərəb ədəbiyatçısı və musiqiçisi olan Əbülfərəc İsfahaninin "Nəğmələr kitabı" Şərqin ən dəyərli yazılı abidələrindən sayılır. Kitabdakı fəsillərdən ikisi Bənu Amir qəbiləsindən olan Qeys ibn Müləvvəh — dünyanın Məcnun kimi tanıdığı şair haqqındadır. == Kitabları == Azərbaycan dilində Əbülfərəc İsfahani. Bir məcnun vardı. Bakı, "Yazıçı", 1990, 4 ç.v. (Ərəb dilindən tərcümə, ön söz və şərhlər Gövhər Baxşəliyeva) ISBN 5-560-00163-5 Əbulfərəc əl-İsfahani.
Hacı Məhəmmədhüseyn xan İsfahani
Hacı Məhəmmədhüseyn xan İsfahani (?-?)—Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra Qacarlar dövlətinin baş naziri, Sədri. == Həyatı == Hacı Məhəmmədhüseyn xan İsfahan şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Sədr-əzəm Mirzə Məhəmmədşəfi Mazandaranindən sonra, 1819-cu ildə Qacarlar dövlətinin vəziri-əzəmi təyin olunmuşdu.Əminüddövlə ləqəbini daşıyırdı. 1816-cı ildə Qacarlar sarayına səfarətdə iştirak etmiş Pyotr Berje "A. P. Yermolovun İrana səfirliyi" adlı kitabında yazır: "Yermolovun gəlişi zaman Mirzə Şəfinin 80 yaşı vardı. O, 19 ramazan 1234 (1818 – 1819) ildə Qəzvin şəhərində Sultaniyədən qayıdarkən vəfat etmişdi və Kərbəlada dəfn olunmuşdu. Onun davamçısı, birinci nazir vəzifəsilə, daxili işlər nazirini Nizamüddövlə Məhəmmədhüseyn xan oldu. O, Ağaməhəmməd xanın yanında xidmətə başlamışdı və bəzi vaxtlarda Kaşanın, Qum və İsfahanın hakimi idi, orada isə onun haqqında çox xoş xatirələr qalmışdır. Bütün cismanı ilə torpağa bağlı idi və çox zaman özünün şəxsi hərəkəti ilə kəndlinin əməyini qiymətləndirməsi ona çoxlu pul qazandırmışdı, onları da bütünlüklə kasıblara və xeyriyyəçilik işlərinə sərf etmişdi".Hacı Məhəmmədhüseyn xan İsfahani Hacı Mirzə İbrahim Kələntərin yeznəsi, Mirzə Əbülhəsən xan Şirazinin bacanağı idi. Hacı Məhəmmədhüseyn xan İsfahani oğlu Abdulla xan Əminüddövlə iki dəfə Qacarlar dövlətinin vəziri-əzəmi olmuşdu.
Seyid Cəmaləddin Vaiz İsfahani
Seyid Cəmaləddin Vaiz İsfahani (1862–1908) — ruhani, inqilab xadimi. == Həyatı == 1862-ci ildə İranın İsfahan şəhərində doğulmuş, 1908-ci ildə Tehranda vəfat etmişdir. O, İsfahanın qədim seyid nəsli olan Sədrlər ailəsindən çıxmışdı. Sədrəlmühəqqiqin ləqəbini daşıyırdı. Dini – dünyəvi təhsilini valideynlərindən, üləmalardan və məktəbdarlardan almış, ərəb, fars, türk dillərini müstəqil öyrənmişdir. İran inqilabının (1906–11) iştirakçısı olmuşdur. Seyid Cəmaləddin Vaiz İsfahani 1906-cı ilin 9 iyulunda Tehranda digər natiqlər -Şeyx Məhəmməd Vaiz və Mirzə Nəsrullah Məlikülmütəkəlliminlə tutulmuşdu. == Mənbə == Ənvər Çingizoğlu, Məşrutə ensiklopediyası, Bakı, 2011. 624 səh.
Şeyx Nurullah Nəcəfi-İsfahani
Şeyx Nurullah Nəcəfi-İsfahani (tam adı: Şeyx Nurullah Məhəmməd Baqir oğlu Nəcəfi-İsfahani, fars. نورالله نجفی اصفهانی‎; 17 dekabr 1859, İsfahan – 1927, Tehran) — Məşrutə inqilabının tərəfdarı, üləma. == Həyatı == Son dövrlərin böyük fəqih və müctəhlərindən biri də Nurullah Nəcəfi-İsfahanidir. O, "Nur" və "Siqətülislam" adları ilə də tanınmışdı. Azadlığın vurğunu olan bu alim şeir və ədəbiyyatda da ustad idi. Atası Məhəmməd Baqir, qardaşları Məhəmmədtəqi İsfahani və Şeyx Məhəmmədəli vəfat etdikdən sonra Şeyx Nəcəfi "Siqətülislam" adlanmağa başladı. Ondan öncə qardaşı Məhəmmədtəqi İsfahani bu ləqəblə tanınırdı. Babası Şeyx Məhəmmədtəqi və onun atası Mirza Əbdürrəhim, İyvanəki və Vəramin məntəqələrində sakin olmuş, sonralar İsfahana köçmüşdülər. Hacı Nurullah da hicri təqivimlə 1278-ci ildə İsfahanda dünyaya göz açdı. Ədəbiyyat, sərf, nəhv, ərəb dili kimi ibtidai fənləri və üsuli-fiqhin bir hissəsini atasından öyrəndi.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.11 dəfə / 1 mln.
2005 •••••••••••••••••••• 0.67
2010 ••• 0.09
2012 ••• 0.09
2013 ••••• 0.15
2015 •••••••••••••••• 0.51
2016 •••••• 0.17
2017 •••••••••• 0.33
2020 •••••••• 0.27

"isfahani" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#isfahani nədir? #isfahani sözünün mənası #isfahani nə deməkdir? #isfahani sözünün izahı #isfahani sözünün yazılışı #isfahani necə yazılır? #isfahani sözünün düzgün yazılışı #isfahani leksik mənası #isfahani sözünün sinonimi #isfahani sözünün yaxın mənalı sözlər #isfahani sözünün əks mənası #isfahani sözünün etimologiyası #isfahani sözünün orfoqrafiyası #isfahani rusca #isfahani inglisça #isfahani fransızca #isfahani sözünün istifadəsi #sözlük