İbrahim İsfahanlı
İbrahim Hüseyn oğlu İsfahanlı (Hüseynzadə; 1897, Tiflis – 13 oktyabr 1967, Tbilisi) — azərbaycanlı aktyor, Gürcüstan SSR xalq artisti.
Tiflis Azərbaycan peşəkar teatrının formalaşmasında, truppanın dövlət statusu almasında, kollektivin aktyor ansamblının sənətkarlıq səciyyələrinin təkamülündə, romantik aktyor məktəbinin Gürcüstanda geniş intişar tapmasında müstəsna xidmətləri olan səhnə fədakarlarından biri də
İbrahim İsfahanlı olub. Aktyor, rejissor və teatr təşkilatçısı idi. Xüsusi teatr təhsili görməmişdi, ancaq fitrətən aktyor doğulub, güclü fəhmlə səhnənin hər incəliklərini duyurdu, çağlayan qüdrətli daxili ehtirasdan bacarıqla istifadə edirdi. Təxəyyülü qanadlı və ifadəli, emosional-psixoloji daxili aləmi çoxqatlı idi. Həyatın ən sərt sınaqları ilə üzləşib, lakin səhnəni heç vaxt tərk etməyib, mətanəti, iradəsi və ən əsası alovlu sənət məhəbbəti ilə bütün çətinliklərin fövqündə durub. İbtidai məktəb təhsili də görməyib. Amma əslən Başkeçidin Lök Candar kəndindən olan anası Molla Məsmədən yazı-pozunu öyrənərək zəngin mütaliəyə sahib olub.
"İsfahanlı" onun səhnə təxəllüsüdür.
== Həyatı ==
İbrahim Hüseyn oğlu Hüseynzadə (İsfahanlı) 1897-ci ildə Tiflisdə doğulub.