iştaha sözü azərbaycan dilində

iştaha

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • iştaha • 86.1789%
  • İştaha • 13.8211%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İştaha
İştaha və ya İştah — insanın qida qəbuluna xüsusi emosional halı. İştaha qida maddələrinə tələbatın xoş emosiyaları əsasında baş verir. Həzm sisteminin fəaliyyətində də dəyişiklik olur. Bu zaman tüpürcək və mədə şirəsi ifraz olunur. Həzm orqanlarının fəaliyyətinin artması iştahanı artırır. İştaha, əsasən, həzm mərkəzinin və mərkəzi sinir sisteminin qıcıqlanmasından, habelə orqanizmin ümumi vəziyyətindən asılı olaraq törəyir. Şərti reflekslər iştahanın nizamlanmasında böyük rol oynayır. Normal iştaha üçün qida rejiminin, qidanın keyfiyyəti və miqdarının, həzm sistemi vəziyyətinin böyük əhəmiyyəti var. İştahanı saxlamaq üçün tez-tez və az miqdarda qidalanmaq lazımdır. Şirniyyat iştahanı azaldır.
İştahazılıq
İştahazılıq — Müxtəlif xəstəliklərin əlaməti kimi meydana çıxa bilən və qida qəbuluna olan istəyin azalmasını əks etdirən simptom, psixoloji xəstəlik. İştaha qidalanma istəyi və aclıq hissi deməkdir. Bu hiss kifayət qədər qidalı maddələrin və enerjinin bədənə daxil olmasını və maddələr mübadiləsinin fasiləsiz təminatını tənzimləyir. İştaha hissi mərkəzi sinir sistemi və həzm traktı arasında olan qarşılıqlı əlaqə nəticəsində yaranır. Bu hissin istər azalması, istərdə artması orqanızmdə normal maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. Nevrotik anoreksiya. Nevrotik anoreksiya diaqnozu ən çox (90%) gənc xanımlarda (15–25 yaş arası) qoyulur və psixoloji pozğunluq hesab edilir. Bu xəstəlik zəmanəmizin xəstəliyi olsa da ilk dəfə ədəbiyyatlarda 1874-cü ildə təsvir edilmişdir. Xəstəliyin əsasında xanimların zərif görünmə istəyi durur. Bu məqsədlə onlar qidalanmanı azaldır, ifrat idmanla məşğul olur və hətta maye itirmək üçün sidikqovuculardan, süni qusma və ishal yaratma kimi vasitələrdən istifadə edirlər.

iştaha sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Yemək istəmə, yeməyə meyil, yemək arzusu. Təmiz hava adamın iştahasını artırır. – İştaha diş altındadır. (Məsəl). …Yazırsan ki, iştaham azalıb, belə ki, sübh vaxtı bozbaş yeyəndə, axşam azanı deyiləndə kabab yeyirəm… C.Məmmədquluzadə. [Qurban:] Neyləyim, Allah plovu bir adama verir, iştahı bir ayrısına. Ə.Haqverdiyev. 2. məc. Arzu, istək, həvəs. Müftə pulları alıb cibinə dolduranda [onun] iştahası daha da artdı. “Kirpi”. □ İştah(a) ilə, iştahla – 1) həvəslə, ləzzətlə, acgözlüklə. İştahla yemək. – [Oruc] tütək çalırkən qoyunlar iştah ilə ot otlar, arabir qulaqlarını qırparaq o səsi dinlərdi. A.Şaiq. Nəcəf iştaha ilə yeyir, xalasının ona etdiyi yaxşılıqlardan uzun-uzadı danışırdı. Q.İlkin; 2) məc. arzulu, həvəsli, həsrətkeş. Pulsuz, lakin iştahalı tamaşaçı sovuşmaq istəmir. Mir Cəlal. ◊ İştahası açılmaq – yemək arzusu daha da artmaq, daha da iştahalanmaq, yemək istəmək. [Bərbərzadə:] Həmişə bu yoldaşla söhbət eyləyəndən sonra, mənim iştaham açılır. S.Rəhimov. İştahası böyük olmaq – çox böyük şeylər ummaq, imkanı, ləyaqəti xaricində olan şeylərin arzusunda olmaq. [Teymur:] Yox, aşna, iştahan çox böyükdür. İnanmıram, bu qədər verə. “M.N.lətif.”. İştahası çəkmək – ürəyi istəmək, meyli olmaq. İslam gülə-gülə yavaş səslə [Telliyə] deyirdi: – Ay qız, gic olma!… Çox vaxt adam yağlı plovdan çiyrənər, iştahası soğançörək yemək çəkər. S.Hüseyn. İştahası küsmək (bağlanmaq, pozulmaq, tutulmaq) – bu və ya başqa bir səbəb üzündən yemək istəməmək, yeməkdən qalmaq, ürəyi heç bir şey istəməmək. Qarabaş bildi ki, Əhmədin fikri Pəri Soltanı narahat eləyib, iştahı bağlanıb. (Nağıl). [Qurban:] Di yaxşı, gəl götür, iştahım tutulub, yeyə bilmirəm. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / iştaha

iştaha sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. аппетит: 1. желание есть, чувство голода. Pis iştaha плохой аппетит, iştahası yoxdur kimin нет аппетита у кого, iştahadan salmaq kimi лишить аппетита кого, iştahasını korlamaq kimin испортить аппетит кому, iştahasını itirmək потерять аппетит, iştahası qaçıb kimin пропал аппетит у кого, iştahasını küsdürmək kimin перебить (отбить) аппетит у кого, iştahasını pozmaq kimin испортить аппетит чей, кому, iştaha(ya) gətirmək kimi возбуждать, возбудить аппетит у кого, iştahadan kəsmək kimi лишить аппетита кого, iştahadan kəsilmək лишиться аппетита, iştahadan düşüb kim, iştahası küsüb kimin пропал аппетит чей, у кого, iştahası çəkmir, iştahası gəlmir нет аппетита у кого, не тянет к еде кого, iştahası gəlib kimin появился аппетит у кого; iştaha ilə с аппетитом 2. перен. обычно мн. ч. желания, стремления, потребности. İştahası imkanları ilə uyğun gəlmir его аппетиты не совпадают с его возможностями; iştahanı şəş elə держи карман шире: iştahası yeddi yerdən açılıb kimin разыгрался аппетит у кого ◊ iştahası küsüb kimin пропала охота у кого; iştahasını küsdürmək kimin отбить охоту у кого; iştahası böyükdür kimin у кого большой аппетит; iştahası pis deyil у кого неплохой аппетит

    Azərbaycanca-rusca lüğət / iştaha

iştaha sözünün inglis dilinə tərcüməsi

  • 1 i. appetite; yaxşı ~ good appetite; pis ~ poor appetite; bir kəsin ~sını açmaq to give* smb. an appetite, to whet smb.’s appetite; ~sını itirmək to lose* one’s appetite; İştahalı olasınız! Bon appetite!; İştəha diş altındadır at. söz. Appetite comes with eating

    Azərbaycanca-ingiliscə lüğət / iştaha

iştaha sözünün fransız dilinə tərcüməsi

  • 1 is. appétit m ; yaxşı ~ bon appétit ; pis ~ mauvais appétit ; ~lı olasınız! Bon appétit! ◊ ata. söz. ~ diş altındadır. L’appétit vient en mangeant

    Azərbaycanca-fransızca lüğət / iştaha

iştaha sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] суш. 1. иштагь, иштягь, тебягь, тӀуьн кӀан хьунухь, тӀуьниз авай майилвал; 2. пер. гьевес, кӀанивал, мурад; // iştah(a) ilə, iştahla а) иштягьдалди, гьевесдалди, лезетдалди, вил ичӀивилелди (мес. тӀуьн); б) пер. иштягь аваз, гьевес аваз; ** iştahası açılmaq иштягь ахъа хьун, тебягь ахъа хьун, тӀуьн кӀан хьун; iştahası böyük olmaq иштягь еке (чӀехи) хьун, рикӀиз гзаф еке затӀар кӀан хьун, вичелай алакь тийир, вичиз лайих тушир затӀара вил ттун; iştahası çəkmək иштягьди чӀугун, тебягьди чӀугун, рикӀи чӀугун, рикӀиз кӀан хьун; iştahası küsmək иштагьди хъелун, иштягь квахьун (чӀур хьун, тахьун), рикӀи чӀугун тавун, рикӀиз кӀан тахьун, нез кӀан тахьун.

    Azərbaycanca-ləzgicə lüğəti / iştaha

iştaha sözünün türk dilinə tərcüməsi

"iştaha" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#iştaha nədir? #iştaha sözünün mənası #iştaha nə deməkdir? #iştaha sözünün izahı #iştaha sözünün yazılışı #iştaha necə yazılır? #iştaha sözünün düzgün yazılışı #iştaha leksik mənası #iştaha sözünün sinonimi #iştaha sözünün yaxın mənalı sözlər #iştaha sözünün əks mənası #iştaha sözünün etimologiyası #iştaha sözünün orfoqrafiyası #iştaha rusca #iştaha inglisça #iştaha fransızca #iştaha sözünün istifadəsi #sözlük