İsfahanı sözü azərbaycan dilində

İsfahanı

Yazılış

  • İsfahanı • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsfahanın Cümə Məscidi
İsfahan Ulu Məscidi və ya İsfahan Cümə Məscidi (Farsca: مسجد جامع اصفهان — Məscid-e-Jāmeh İsfahān) — İranın İsfahan Əyalətindəki bir Cümə məscididir. 771-ci ildən 20-ci əsrin sonlarına qədər davam edən inşaat, yenidənqurma, əlavə və təmir işləri nəticəsində məscid hazırkı formasını almışdır. İsfahan bağlı bazarı, məscidin cənub-qərbində yerləşir. 2012-ci ildə UNESCO tərəfindən Dünya Mirası Siyahısı elan edilmişdir. == Tarix == Əməvilər sülaləsi dövründə tikilən bu məscidin sütunlarından birinin şəxsən Şamda xəlifə tərəfindən tikdirildiyi barədə İsfahanda şayiələr mövcuddur. Məscid olmamışdan əvvəl Zərdüştlər üçün ibadət evi olduğu deyilir.
İsfahanın azad edilməsi
İsfahanın azad edilməsi — Nadir xanın rəhbərliyindəki Səfəvi ordusunun Murçe-Xort döyüşündə Əşrəf xanın əfqan ordusunu məğlub etməsinin nəticəsi idi. == Şəhərin azad edilməsi == İsfahan şəhəri I Şah Abbasın dövründən etibarən Səfəvi dövlətinin paytaxtı idi. 1722-ci ildə Mir Mahmud Hotakinin başçılıq etdiyi əfqanlar Gülnabad döyüşündə Səfəviləri məğlub edərək şəhəri ələ keçirmişdilər. İndi isə (1729) şəhər yenidən Səfəvi dövlətinin tabeliyinə keçirdi. Murçe-Xort döyüşündən bir gün sonra — 16 noyabr 1729-cu ildə Nadir xan ordusuna İsfahana daxil olma əmri verdi. Səfəvi ordusunun İsfahana daxil olması ilə Əşrəf xanın şəhəri tərk etməsindən sonra yaranmış özbaşınalıq və xaosa dərhal son verildi. Əfqanların İsfahanı ələ keçirən zaman törətdiyi qırğına cavab olaraq şəhərdəki əfqanlar öldürüldü və meyidləri küçələrdə sürükləndirildi. Qısasçıların bir digər hədəfi isə 1722-ci ildə İsfahanı tutan əfqan hökmdarı Mir Mahmud Hotaki oldu. Onun məzarı üzərində olan məqbərə dağıdıldı və ictimai tualet kimi istifadə edildi. == II Təhmasibin paytaxta gəlməsi == 1729-cu ilin noyabr ayının 9-da şəhər qapılarının qarşısında Nadir xan II Təhmasib şahı qarşılamaq üçün gözləyirdi.
İsfahanın mühasirəsi
İsfahanın mühasirəsi — əfqanların üsyanı zamanı 6 aylıq İsfahan mühasirəsi nəzərdə tutulur. Mühasirə 1722-ci ildə martdan oktyabra qədər davam etmiş və şəhərin üsyançılar tərəfindən ələ keçirilməsi ilə nəticələnmişdir. == Arxa plan == Bir zamanların güclü dövlətlərindən olan Səfəvi imperiyası XVII əsrin sonlarından özünün tənəzzül dövrünü yaşayırdı. Bunun səbəbləri sırasına hakim şahların idarəetmə ilə məşğul olmamaları, mülki qarışıqlıqlar, saray daxili çəkişmələr, qonşu dövlətlərlə müharibələr və s. daxil idi. Bəzi şaha tabe hakimlər, məsələn hörmətli tayfa liderlərindən biri olan Mir Veys Hotaki Şah Sultan Hüseyni idarəetmədəki boşluqların aradan qaldırılmadığı təqdirdə onun hakimiyyətinin zərbə alacağı barədə məlumatlandırmağa çalışdı. Lakin bu cəhd hakim elitada təmsil olunan və mövcud sistemin dəyişdirilməsində maraqsız olan şəxsləri narahat etdi. Hotaki Gurgin xan tərəfindən həbs edilməsi üçün İsfahana göndərildi, lakin o, bu imkandan istifadə edərək şahla yaxınlaşdı və geri qayıtmağa icazə aldı. Geri döndükdən sonra Gurgin xanla strateji tərəfdaşlıq etdi və sonda onu öldürərək bir neçə üsyanın başlamasına səbəb oldu. Şiə olan Səfəvilərdən narazı olan sünni pəştunlar Mir Veys Hotakinin rəhbərliyi altında üsyana qalxdılar.
İsfahanın Şeyx Lütfəllah Məscidi
Şeyx Lütfullah məscidi (Farsca: مسجد شيخ لطف الّله) — İranın İsfahan şəhərində yerləşir. 1602-ci ildə Səfəvi sülaləsi dövründə I Şah Abbas tərəfindən inşa edilmişdir. 1618-ci ildə tamamlanan məscid Səfəvi memarlığının şah əsərlərindən biri hesab olunur. Məscidin bərpasına 1930-cu illərdə Rza şah Pəhləvinin hakimiyyəti dövründə başlanılmış, şəhər memarlığının dirçəldilməsi proqramı çərçivəsində həyata keçirilmişdir. Bu gün məscidin fasadında görünən sənətkarlıq nümunəsi bərpa zamanı əlavə edilmişdir. Şeyx Lütfullah məscidi 163 metr eni, 513 metr uzunluğundadır və dünyanın ən qədim tarixi tikililərindən biridir. Məscidin memarı usta Hüseyn Bəna İsfahaninin oğlu Məhəmməd Rza İsfahanidir. Məscidin çölə açıq olan yeganə tərəfi meydana baxır. Bu məscid Teymurilər və Səfəvilər dövründən də əvvəl inşa edilən böyük günbəzli məqbərələri xatırladır. Yaxınlıqdakı Məscidi-Şah kimi, bu məscid də şimal-cənub oxundakı meydanla müqayisədə qiblə baxımından əyri istiqamətdə yerləşir.

Oxşar sözlər

#isfahanı nədir? #isfahanı sözünün mənası #isfahanı nə deməkdir? #isfahanı sözünün izahı #isfahanı sözünün yazılışı #isfahanı necə yazılır? #isfahanı sözünün düzgün yazılışı #isfahanı leksik mənası #isfahanı sözünün sinonimi #isfahanı sözünün yaxın mənalı sözlər #isfahanı sözünün əks mənası #isfahanı sözünün etimologiyası #isfahanı sözünün orfoqrafiyası #isfahanı rusca #isfahanı inglisça #isfahanı fransızca #isfahanı sözünün istifadəsi #sözlük