ispan sözü azərbaycan dilində

ispan

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ispan • 84.7814%
  • İspan • 15.2186%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fandanqo(ispan rəqsi)
Fandanqo — ispan xalq rəqsi. Kastiliya və Əndəlisdə geniş yayılmışdır. Musiqi ölçüsü 3/4, tempi mülayimdir. Fandanqonun bütün növləri mahnının müşayiəti ilə qoşa ifa olunur. XVIII əsrdən Fandanqonun melodiyaları bəstəkarlar (X.V.Qlyuk, V.Motsart, H.Rimiski-Korsakov, E.Qranados və b.) tərəfindən işlənilmiş, ayrı-ayrı orijinal əsərlərə daxil edilmişdir.
İspan
İspanlar — Avropada xalq. İspanlar Avropanın qərbində, Priney yarmadasında yaşayan İspaniyanın yerli əhalisinə verilən addır. Bundan başqa, ən böyük hissəsi Latın Amerikası olmaqla, dünyanın bir çox bölgələrində ispan mühacirlərinin kökündən olan milyonlarla İspan yaşayır.İspanlar roman əsilli xalqdır.İspan dili roman dillərinə daxildir.
İspan Amerikası
İspan Amerikası Amerikadakı İspan ərazilərinə şamil edilir. "İspan Amerikası" termini xüsusilə 15-19-cu əsrlər arasında ərazilərin imperiya dövründə istifadə edilmişdir. İmperator hakimiyyətinin sonuna qədər İspaniya Amerika və Filippindəki xaricdəki ərazilərinin Kolumbun qərbə üzərək Asiyaya çatdığına dair təsəvvürü əsasında "Hindistan" adlandırdı. Bu ərazilər yüksək əhəmiyyətə çatdıqda isə, tac 1524-cü ildə Aztek İmperatorluğunun fəthindən sonra onun mülkləri üzərində daimi kral nəzarətini təsdiqləyən Hindistan Şurasını yaratdı. İspan köçkünlərini cəlb edən sıx yerli əhali və mineral sərvət mənbələri olan bölgələr müstəmləkə mərkəzlərinə çevrildi və belə resursları olmayanlar isə maraq dairəsində idi. Bölgələr imperiyaya daxil edildikdən və onların əhəmiyyəti qiymətləndirildikdən sonra, xaricdəki mülklər daha güclü və ya zəif tac nəzarəti altına düşdü. Tac Karib dənizindəki Kristofer Kolumbun və onun varislərinin hökmranlığından dərs aldı və onlar heç vaxt kəşfiyyatçılara və fatehlərə süpürmə səlahiyyətləri vermədilər. Katolik monarxlarının 1492-ci ildə Qranadanı fəth etməsi və yəhudiləri qovulması "Amerika müstəmləkəçiliyinin başlanğıcı anında dini dövlətçiliyin döyüşkən ifadəsi idi". Tacın dini sferadakı gücü papalığın Patronato real qrantı sayəsində onun xaricdəki mülklərində mütləq idi və "Katoliklik kral hakimiyyəti ilə ayrılmaz şəkildə bağlı idi". Kilsə-dövlət münasibətləri fəth dövründə quruldu və 1700-cü ildə, Burbon monarxları böyük islahatlar həyata keçirən və tac və qurbangah arasındakı əlaqəni dəyişdirən Habsburq dövrünün sonuna qədər sabit qaldı.
İspan dili
İspan dili (español) — Hind-Avropa dil ailəsinin roman qrupuna aid dil. == Yayılma arealı == İspaniyada, Argentinada, Meksikada, Kubada, Kosta-Rikada, Uruqvayda, Venesuelada, Kolumbiyada, Puerto-Rikoda, Nikaraquada, Hondurasda, Çilidə, Peruda, Ekvadorda, Qvatemalada, Boliviyada, Dominikan Respublikasında, Salvadorda, Paraqvayda, Panamada, Ekvatorial Qvineyada, Qərbi Səhrada və qeyri-rəsmi olaraq Amerika Birləşmiş Ştatlarında, Filippində, Andorrada, Belizdə və Cəbəli-Tariqdə danışılır. İspan dili və ya kastiliya dili (İsp: español və ya castellano), Hind-Avropa dil ailəsinə bağlı latın dillərindən biridir. Dünyada ən çox danışılan ikinci dildir(Çindən sonra.) 559 milyon insanın danışdığı dildir.Avropa ölkələrindən sadəcə İspaniyada rəsmi dildir. Həmçinin, bu dil, bir çox Latın Amerika ölkələrinində rəsmi dilidir. Məsələn: Kuba, Argentina, Kolumbiya, Kosta-Rika, Çili, Ekvador, Qvatemala, Peru, Meksika, Uruqvay və digər ölkələr == Qrammatikası == == Fonetikası == == İstinadlar == === Xarici keçidlər === İspan ədəbiyyatı antologiyası. Bakı: "Şərq-Qərb", 2007.
İspan mətbəxi
İspan mətbəxi — ölkənin müxtəlif regionlarının töhfəsi olaraq ispan mətbəxini zənginləşdirən müxtəlif yeməklərin hazırlanması formasıdır. Bu mətbəx kənd yerləri və sahilyanı ərazilərdən tutmuş bir çox ərazilərin və iqlimlərin mədəniyyətini təmsil edir. == Ümumi məlumat == İspan mətbəxi tarix boyu ərazisində yerləşmiş eyni zamanda sonradan yaranmış koloniyaların da mətbəxinə güclü təsir etmişdir. Bu da öz növbəsində ispan mətbəxini müxtəlif cür bişirmə texnikaları və inqredientlərlə təmin etmişdir. Öz bişirmə texnikaları və ərzaqları ilə XIX əsrin sonu- XX əsrin əvvələrində daha da məşhurlaşmağa başlayan bu mətbəx uzun müddət Avropada məşhur olmamışdır. Bütün bu kulinariya bilikləri onun tarixi və mənşəyi ilə maraqlanan , bu sahə üzrə ixtisaslaşmış kulinariya yazıçıarı sayəsində işıq üzü görmüşdür. Bu yazıçı qruplarını “27-ci nəsil” adlandırmışlar. Bu təkamül hazırda yeni ispan mətbəxi kimi tanıdığımız mərhələyə qədər inkişaf etmişdir. Bəzən bu sahə üzrə mütəxxəsislər onun müxtəlidliyini nəzərə alaraq cəmdə istifadə edirlər “cocinas de España” (İspan mətbəxləri ) . Müasir ispan mətbəxində iki reallıq nəzərə çarpır: ənənələrə əsaslanan klassik ispan mətbəxi və dünya şöhrəti qazanmış və daim yeniliklər, yeni bişirmə texnikaları axtaran müasir ispan mətbəxi.
İspan nazı
İspan nazı (lat. Genista hispanica) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin naz cinsinə aid bitki növü. == Təbii yayılması: == Qərbi Аvrоpаnın cənubundа bitir. Аrаlıq dənizinin qərb sаhillərində, Kаnаr аdаlаrındа, Krımdа quru yаmаclаrdа yаbаnı hаldа bitir. == Botaniki təsviri == Kiçik, sıxbudаqlı, tikаnlı kоldur. Yаrpаqlаrı uzun, еnsiz, üstdən tünd yаşıl, аltdаn bоzumtuldur. Kоlun zоğlаrının bünövrəsində çоxsаylı iynələri yеrləşir. Çiçəkləri çоxsаylı, ikicinsli, ətirli оlub, sаrı rəngdədir. Çiçək qrupu builki zоğlаrın qоltuğundа, sаlxım və yа bаşcıq şəklində, nаdir hаllаrdа dəstə ilə və yа tək-tək yеrləşir. Mеyvələri аvqust аyındа yеtişir.
İspan qripi
İspan qripi (isp. gripe española) — 1918–1920-ci illər aralığında H1N1-in alt qrupu olan virusun səbəb olduğu qrip epidemiyası. Güman edilir ki, bu həm yoluxmuş insanların sayında, həm də ölənlərin sayında bəşər tarixində ən geniş yayılmış qrip pandemiyası olmuşdur. Virus dünyada təxminən 550 milyon insan və ya dünya əhalisinin 29,5% -inə təsir göstərmişdir. Pasifik adalarından Arktika bölgəsinə qədər virusun genişlənməsi onun coğrafiyasından xəbər verir. İspan qripi nəticəsində 50–100 milyon aralığında insanın vəfat etdiyi təxmin edilir. Bu göstərici 1918-ci il üçün dünya əhalisinin 5 % bərabərdir və bu günə qədər bəşər tarixi üçün ən genişmiqyaslı fəlakət hesab olunur.İspan qripinin əsas xüsusiyyətlərindən biri də zəif, körpə və yaşlı insanlara təsir etməsindən daha çox sağlam və gənc insanları hədəf alması olmuşdur. Birinci Dünya Müharibəsinin sonlarına yaxın xəstəlik demək olar ki, bütün dünyanı öz təsiri altına almış və bəzi tarixçilərə görə 4 il davam edən müharibənin yekunlaşmasının əsas səbəblərindən biri olmuşdur. Uzun illər sonra açılan toplu məzarlıqlardan götürülmüş nümunələr əsasında virusun insanlar arasında donuz qripi olaraq tanınan H1N1 ilə bənzərlik təşkil etdiyi müəyyənləşmişdir. İlk xəstələrin ABŞ-də 1918-ci ilin əvvəllərində görünməsinə baxmayaraq, qripə "İspan" adı verilmişdir.
İspan təkəsaqqalı
İspan təkəsaqqalı (lat. Scorzonera hispanica) — təkəsaqqalı cinsinə aid bitki növü.
İspan vaşaqı
Pireney pişiyi (lat. Felis pardinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pişik cinsinə aid heyvan növü.
İspan xanımotu
İspan xanımotu (lat. Atropa baetica) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin xanımotu cinsinə aid bitki növü.
İspan İmperiyası
İspaniya imperiyası — 1492-ci ildə Qranadanın tutulmasından, 1898-ci ildə İspaniyanın koloniyası Filippin ərazisinin ABŞ tərəfindən işğal edilməsinə qədərki dövrü əhatə etmişdir.
İspan ədəbiyyatı
İspan ədəbiyyatı (isp. Literatura española) – İspan şair və yazıçıların İspaniya, eləcə də dünya mədəniyyətinə bəxş etdikləri ədəbi-mədəni fikrin ən yaxşı nümunələri. İlk ispan ədəbiyyatı mətinləri 11-ci əsrdən qalmış yalnızlıq və sevgi kimi incə hissləri dilə gətirən ərəb hərfləri ilə Kastiliya ləhcəsi ilə yazılmış qısa şeirlərdir.
Çili İspan dili
Çili İspan dili (isp. Español chileno) — Çilinın rəsmi dilidir.
İngilis-ispan müharibələri
İngilis - ispan müharibələri (16-18-ci əsrlər). İngiltərə ilə İspaniya arasında dənizdə ağalıq və müstəmləkələrin işğal edilməsi uğrunda olan müharibə. Səbəbi sürətlə inkişaf edən və 16-cı əsrin ikinci yarısında satış bazarları və xammal mənbəyi əldə etməyə çalışan İngiltərənin, o dövrün ən güclü müstəmləkə və dəniz dövləti olan İspaniya ilə olan rəqabət oldu. Bu müharibə 1586-1604-cü il müharibəsi ilə başladı. İngiltərə rəqabətini birdəfəlik ləğv etmək qərarına gələn II Filipp Britaniya adalarına yürüş məqsədilə 40-minlik ekspedisiya korpusu yaratdı. Qoşun daşımaq üçün nəzərdə tutulan böyük və hündür göyərtəli gəmilərdən ibarət çoxsaylı donanma dəniz döyüşləri üçün nəzərdə tutulmamışdı. Bu yürüşün qarşısını almağa çalışan İngiltərə ayrı-ayrı kiçik donanmaların qüvvəsi ilə İspaniya sahillərinə və gəmilərinə hucumlar təşkil etməyə başladı. İngilis eskadrasının 1587-ci ildə Kadis limanına hucumu ispan donanmasının İngiltərəyə yürüşünü bir il gecikdirdi. == Məğlubedilməz armada == 1588- ci ildə 130 gəmidən ibarət Məğlubedilməz armada adlandırılan donanma İngiltərə sahillərinə yürüş etdi, lakin La Manş boğazında darmadağın edildi. Yeni ekspedisiya hazırlıqlarının qarşısı, ingilis donanmasının ispan sahillərindəki fəal əməliyatları ilə alındı.
İspan-ABŞ müharibəsi
1898-ci il İspan-Amerikan müharibəsi Amerika Birləşmiş Ştatları üçün mühüm əhəmiyyət kəsb edirdi. O,kapitalizmin inkişafının imperialistik mərhələsini açmışdır. Koloniyaların dünyanın böyük dövlətləri tərəfindən yenidən bölüşdürülməsi də, məhz bu dövrdən başlanmışdır. XIX əsrin ortalarından başlayaraq ABŞ Avropada və dünyanın digər regionlarında ictimai-iqtisadi və ictimai-siyasi təsirini nəzərə çarpan dərəcədə artırmışdı. İspan-Amerikan müharibəsi göstərdi ki, ABŞ özünü Şimali və Cənubi Amerikanın tamhüquqlu sahibi hesab edir və Qərb yarımkürəsində heç bir xarici qüvvənin iştirakına icazə verməyəcək. Faktiki olaraq 1898-ci ildə ABŞ beynəlxalq əhəmiyyətli dövlət rolunu oynamağa başladı. == Müharibənin başlama səbəbləri == Bütün XIX əsr ərzində ABŞ Kuba ilə bağlı siyasətində 2 istiqamət müəyyənləşdirmişdi: Ya ABŞ Kubanı özünə tabe edəcək, yada ki o, İspan müstəmləkə imperiyasının hissəsi kimi qalacaq. 1808–1809-cu ildən başlayaraq prezident Ceferson, Şimali Amerikalıların Kubada hökmranlığını qurmaq üçün bəyanatlar verməyə başladı. Birləşmiş Ştatlar Kubanın İspaniyanın hakimiyyəti altında qalmasını üstün tutdu və ada üzərində nəzarəti ələ almaq üçün düzgün anı gözlədi. Vəziyyət Texasın və Kaliforniyanın, həmçinin Arizona və Yeni Meksikanın Birləşmiş Ştatlar tərəfindən zəbt edilməsindən sonra dəyişdi.
İspan görüşü (şahmat)
İspan görüşü — Şahmatda 1. e2-e4 e7-e5 2. Ag1-f3 Ab8-c6 3. Ff1-b5. gedişləri ilə başlayan debüt. İlk dəfə olaraq ispaniyalı şahmatçılar Lüsyenin (XV əsr) və Lopesin (XVI əsr) əsərlərində göstərilir.
İspan məzar qartalı
İspan məzar qartalı (lat. Aquila adalberti) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin qartal cinsinə aid heyvan növü.
İspan Sosialist İşçi Partiyası
İspaniya Sosial İşçi Partiyası, qısa adı İSİP — İspaniyanın iki əsas siyasi partiyasından biri. == Haqqında == İspaniya Sosial İşçi Partiyasının əsası 1879-cu il 2 mayda Pablo İqlesias tərəfindən qoyulmuşdur. Bu partiya Beynəlxalq Sosialist və Avropa Sosialist partiyalarının üzvüdür. Partiyanın siyasi və ideoloji sahədə əsas dönüş nöqtəsi 1982 və 2004-cü illərdə keçirilən seçkilər olmuşdur ki, həmin illərdə partiya hakimiyyətə gəlmiş və İspaniya hökumətini formalaşdırmışdır. 1999-2004-cü illərdə müxalifətdə olmuşdur. 2011-ci il Parlament seçkilərində məğlubiyyətə uğradıqdan sonra müxalifətdədir. == İdeologiyası == İSİP-in yaradılmasında əsas məqsəd fəhlə sinfinin maraqlarını güdərək hakimiyyətə gəlmək və Marksist sosializm modelini qurmaq idi. 1979-cu ildə partiya Marksizm ideyalarından imtina etdi. İndiki dövrdə partiya Avropa Sosial Demokrat partiyaları arasında siyasi yer tutur. == 2004-cü il seçkiləri == 2004-cü ilin 14 mart Parlament seçkiləri İSİP-in inamlı qələbəsi ilə nəticələndi.
Viktorina Möran ispan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
Viktoriya Meranut İspan geyimində (tablo)
Viktoriya Meranut İspan geyimində (fr. Mlle V. en costume d'espada) - Eduard Mane tərəfindən 1862-cü ildə çəkilmiş rəsm əsəri.
2009 İspaniya Superkuboku
İspaniya Super Kuboku 2009 — Kubokun qalibi "Barselona" olmuşdur.
2012 İspaniya Superkuboku
2012 İspaniya Super Kuboku 23 və 29 avqust tarixlərində oynalınan 2 oyunla keçirildi. Turnirin finalında La Liqa 2011-12 çempionu Real Madrid ilə İspaniya Kral Kuboku 2011-12 qalibi Barselona qarşılaşdı. 2 oyundan sonra nəticə 4-4 olmasına baxmayaraq, qalib səfərdə vurduğu qol sayına görə Real Madrid oldu. Beləliklə Real Madrid 9-cu dəfə Super Kubokun sahibi oldu.
2018 İspaniya Qran-prisi
2018 İspaniya Qran Prisi—2018-ci ildə keçirilmiş növbəti İspaniya Qran Prisi. == İspaniya Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Williams-da Sergey Sirotkini Robert Kubitsa əvəz edib. Polşalı sürücü bolidin qış testlərindəki və indiki vəziyyətini müqayisə etmək üçün sükan arxasına keçib.Robert Kubitsa həm də Barselonadakı ikigünlük testlərdə komandasına kömək edəcək. Güclü külək sürücülərin işinə mane olub. Valtteri Bottas,Markus Eriksson və Sebastyan Fettel yerində fırlansalar da, qəzasız yollarına davam ediblər.Brendon Hartli və Roman Qrojan çınqıllığa düşüblər. Sessiyanın 34-cü dəqiqəsində qəza edən Daniel Rikiardonun maşınının asılqanı qırılıb və sessiya onun üçün başa çatıb. Onun maşınının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Daha sonra Robert Kubitsa və Lens Stroll da yerlərində fırlanıblar. Williams sürücüləri aerodinamikaya tələbkar trasdakı ilk məşqdə son iki yeri tutublar. Protokollara Valtteri Bottas başçılıq edib – 1:18.148.
2018 İspaniya Qran Prisi
2018 İspaniya Qran Prisi—2018-ci ildə keçirilmiş növbəti İspaniya Qran Prisi. == İspaniya Qran Prisi üçün təkər seçimi == == Sərbəst yürüşlər == === Birinci sərbəst yürüşlər === Williams-da Sergey Sirotkini Robert Kubitsa əvəz edib. Polşalı sürücü bolidin qış testlərindəki və indiki vəziyyətini müqayisə etmək üçün sükan arxasına keçib.Robert Kubitsa həm də Barselonadakı ikigünlük testlərdə komandasına kömək edəcək. Güclü külək sürücülərin işinə mane olub. Valtteri Bottas,Markus Eriksson və Sebastyan Fettel yerində fırlansalar da, qəzasız yollarına davam ediblər.Brendon Hartli və Roman Qrojan çınqıllığa düşüblər. Sessiyanın 34-cü dəqiqəsində qəza edən Daniel Rikiardonun maşınının asılqanı qırılıb və sessiya onun üçün başa çatıb. Onun maşınının təxliyə edilməsi üçün Virtual Təhlükəsizlik Maşını rejimi elan olunub. Daha sonra Robert Kubitsa və Lens Stroll da yerlərində fırlanıblar. Williams sürücüləri aerodinamikaya tələbkar trasdakı ilk məşqdə son iki yeri tutublar. Protokollara Valtteri Bottas başçılıq edib – 1:18.148.
25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası
25 aprel 1607-ci ildə hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası, (Niderlandca: Allegorie op de overwinning van de Hollandse op de Spaanse vloot bij Gibraltar) — Niderland rəssamı Adam Villarts tərəfindən 1615-ci ildə yağlı boya ilə çəkilən rəsm əsəridir. == Təsviri == Rəsm əsəri 38.4 sm × 55.9 sm ölçülərində çəkilmişdir. Rəsm əsəri 1615 və 1630-cu illər aralarında rənglənmişdir. Əsər Utrext şəhərində və Amsterdamda yerləşən Dövlət Muzeyinin Rəsm Kolleksiyasında nümayiş olunmuşdur. == Rəsmin analizi == Rəsm əsərində 1607-ci ilin 25 aprel tarixində baş vermiş Cəbəllütariq döyüşü zamanı hollandların İspaniya donanması üzərində qələbəsinin alleqoriyası və Səksənillik müharibə öz əksini tapmışdır. Rəsm əsərində taxta uğrunda mübarizə aparan vəkilləri və onların motivləri əsasında Hollandiya və İspaniya vuruşmasını görə bilərsiniz. İngiltərə və Venesiya əhalisi isə onlara itaət edir. Rəsmin fonunda Qayaların kənarlarında hərbi dəniz döyüşünü müşahidə edə bilərsiniz.
Abaran (İspaniya)
Abaran ( isp. Abarán) — İspaniyada şəhər və bələdiyyə. Şəhər Mursiya muxtar icmasının bir hissəsi kimi Mursiya əyalətinin bir hissəsi. Bələdiyyə Veqa-Alta-del-Sequra komarkasının bir hissəsidir. 115,38 km2 ərazini tutur. 2019-cu ilin məlumatına görə, əhalisi 12,964 nəfərdir. Vilayətin inzibati mərkəzinə qədər olan məsafə 40 kilometr (25 mil) qədərdir. Sequra çayının sahilində yerləşir. Şəhər ərazisində tunc dövrünə aid arxeoloji tapıntılar aşkar edilmişdir. Şəhərin adı ilk dəfə 1281-ci ildə qeyd edilmişdir.
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti, İspaniyanın şimal bölgələrinin fərqli hissələrində yerləşən eramızdan əvvəl 35.000 ilə eramızdan əvvəl 11.000 il əvvəlki tarixi dövrləri əhatə edən və Avropadakı Paleolit dövrünün mağara sənətinin liderləri arasında təmsil olunan Altamira mağarası başda olmaqla, ümumi olaraq 18 mağaradan ibarət topluluqdur. Mağaralar, kütləvi bir şəkildə bir Dünya Mirası olaraq müəyyənləşdirilmişdir.Bu abidə 1985-ci ildə ümumidünya irs siyahısına daxil edilmişdir. 1876-ci ildə İspaniyanın Santander əyalətində həvəskar arxeoloq olan Marselino Sautuola və onun qızı Altamira mağarasının qaranlıqlarında polixrom təsvirlər aşkar ediblər. Altamiranın zalları 280 metrə qədər uzanır. Mağaranı üç hissəyə ayırmaq olar. Birinci hissə Böyük plafon adlanır. Üst paleolitin ən məşhur incəsənət əsəri hesab olunur. Buradakı təsvirlər yalnız oxradan və kömürdən istifadə ilə təsvir edilməsinə baxmayaraq qədim rəssamın ustalıqı sayəsində polixrom təəsüratı yaradır. Mərkəzi hissədə çoxsayda öküz, bizon, at təsvirləri diqqəti cəlb edir. Düzbucaqlı nişanlara, müxtəlif xətlərə rast gəlinir.
Altamira Mağarası Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Saab 105 — Saab şirkəti tərəfindən hazırlanmış İsveç istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveç Hərbi Hava Qüvvələrində Sk 60 və Avstriya Hərbi Hava Qüvvələrində Saab 105Ö adı altında xidmətə qəbul edilmişdir.
Amerikanın İspaniya sahilləri
Amerikanın İspaniya sahilləri — İspaniya imperiyasının Amerika qitəsindəki koloniyalarının Karib dənizi və Meksika körfəzinin sahillərini əhatə edən kontinental əraziyə verilən ad. XLVII və XLVIII əsrlərdə bu sahilyanı ərazilərin cənub hissəsi Tyerra Firme vilayəti və ya "kontinental vilayət" olaraq bilinirdi. == Konsepsiya == Termin ABŞ-nin indiki Florida ştatını, Meksika körfəzinin Texas ştatı və Meksikadakı qərb sahillərini, Mərkəzi Amerika və Cənubi Amerikanın şimal sahillərini əhatə edirdi. XLVII əsrdən XIX əsrə qədər Amerikanın İspaniya sahilləri Amerikanın qızıl, gümüş, odun və heyvan dəriləri kimi təbii sərvətlərinin İspaniyaya göndərildiyi yer idi. == İstinadlar == == Ədəbiyyat == Karl Zauer. The Early Spanish Main. Berkeley and Los Angeles: University of California Press 1969. == Xarici keçidlər == "Reefs, Wrecks and Rascals". Melfisher.org. Archived from the original on 2012-02-06.
Avstriyalı Anna (İspaniya kraliçası)
Avstriyalı Anna (isp. Ana de Austria) (1 noyabr 1549 – 26 oktyabr 1580, Badaxos[d], Estremadura) — Müqəddəs Roma imperatoru II Maksimilyan və əmisi qızı olan xanımı Avstriyalı Mariyanın qızı. 1570-ci ildə İspaniya kralı olan dayısı II Filipplə evləndi və İspaniya kraliçası oldu. Bundan başqa ərinin 1580-ci ildə Portuqaliya taxtına keçməsiylə Portuqaliya kraliçası ünvanını da aldı. Ancaq çox keçmədən səhhəti pozuldu və 26 oktyabr 1580-ci ildə ürək tutması səbəbiylə vəfat etdi. == Mənbə == J. Brouwer, Montigny, Representative of the Netherlands by Philip II (Amsterdam z.j. [1941]). R. Rodríguez Raso, Maximiliano de Austria, gobernador de Carlos V en España: cartas al emperador (Madrid 1963). Fernando González-Doria, Las Reinas de España (Madrid 1986). A. W. Lovett, Early Habsburg Spain, 1517-1598 (Oxford 1986).
Avstriyalı Mariya Anna (İspaniya kraliçası)
Avstriyalı Mariya Anna (isp. Mariana de Austria) (24 dekabr 1634, Vyana – 16 may 1696[…], Madrid) — İspaniya kralının xanımı. Atası Müqəddəs Roma imperatoru III Ferdinand, anası isə İspaniya kralı III Filippin qızı Mariya Annadır. 15 yaşında ikən dayısı olan IV Filipplə evləndi və İspaniya kraliçası oldu. Ərinin vəfatından sonra taxta çıxarılan 3 yaşlı oğlu II Karlosa kral naibəsi olaraq xidmət etdi. Sonrakı illərdə isə oğlunun əqli zəifliyi səbəbilə ölümünədək dövlət idarəsində söz sahibi oldu. Oğlunun rəsmi bir varisi olmaması, qohumluq əlaqələri olan digər Avropa monarx ailələrinin ölkəyə müdaxiləsi ilə nəticələndi. == Mənbə == Barton, Simon (2009). A History of Spain. Palgrave.
Avstriyalı Marqarita (İspaniya kraliçası)
Avstriyalı Marqarita (isp. Margarita de Austria) (25 dekabr 1584, Qras – 3 oktyabr 1611[…], Eskorial) — İspaniya və Portuqaliya kraliçası. == Mənbə == Magdalena S. Sánchez, Pious and Political Images of a Habsburg Woman at the Court of Philip III (1598–1621). in: Magdalena S. Sánchez and Alain Saint-Saëns (ed.), Spanish women in the golden age: images and realities. Greenwood Publishing Group (1996). Wurzbach, Constantin, von, ed. (1860). "Habsburg, Karl II. von Steiermark" . Biographisches Lexikon des Kaiserthums Oesterreich [Biographical Encyclopedia of the Austrian Empire] (in German). 6.
Azərbaycan-İspaniya futbol matçlarının siyahısı
== Kişilər == === Əsas milli komanda === 09.06.2009 Bakı YO Azərbaycan – İspaniya 0:6 === U-21 === === U-19 === 01.06.2007 Sarpsborq, Norveç AÇEM İspaniya - Azərbaycan 4:0 19.04.2010 Əskişəhər, Türkiyə AÇEM İspaniya - Azərbaycan 4:0 12.02.2019 Mursiya, İspaniya YO İspaniya - Azərbaycan 2:0 13.11.2021 Vilts, Lüksemburq AÇSO İspaniya – Azərbaycan 6:0 === U-17 === 25.09.2012 İspaniya YO Barselona - Azərbaycan 0:1 19.10.2012 Beroe AÇSM Azərbaycan – İspaniya 0:2 26.06.2015 Astana BT Azərbaycan – İspaniya 1:1 pen. 1:4 === Klublar === 30.04.2013 Bakı YO Bakı – Atletiko Madrid 0:3 10.12.2013 Madrid YO Atletiko Madrid (U-14) – Bakı (U-14) 1:2 10.12.2013 Madrid YO Atletiko Madrid (U-14) – Bakı (U-14) 5:1 15.01.2014 Marbelya, İspaniya YO Linense – Bakı 1:0 16.01.2014 Marbelya, İspaniya YO La Balona – Bakı 1:0 30.07.2015 Bilbao UEFA AL Atletik Bilbao – İnter Bakı 2:0 06.08.2015 Bakı UEFA AL İnter Bakı – Atletik Bilbao 0:0 18.10.2017 Bakı UEFA ÇL Qarabağ – Atletiko Madrid 0:0 31.10.2017 Madrid UEFA ÇL Atletiko Madrid – Qarabağ 1:1 05.10.2018 Lvov, Ukrayna UEFA RK Uğur – Kastiliya-Leon 0:2 14.02.2019 Mursiya, İspaniya YO Ranero (U-19) - Azərbaycan (U-19) 1:6 19.09.2019 Bakı UEFA AL Qarabağ – Sevilya 0:3 28.11.2019 Sevilya UEFA AL Sevilya – Qarabağ 2:0 29.10.2020 İstanbul, Türkiyə AL Qarabağ - Vilyarreal 1:3 10.12.2020 Vilyarreal, İspaniya AL Vilyarreal - Qarabağ 3:0 == Qadınlar == === Əsas milli komanda === 04.10.2019 La-Korunya, İspaniya AÇSO İspaniya – Azərbaycan 4:0 18.02.2021 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İspaniya 0:13 === U-21 === === U-19 === 17.09.2016 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İspaniya 0:7 28.10.2017 Tirana, Albaniya AÇSO İspaniya – Azərbaycan 6:0 === U-18 === 05.01.2013 Yunanıstan AÇSO Azərbaycan – İspaniya 3:2 === U-17 === 02.10.2011 AÇSO İspaniya - Azərbaycan 7:0 05.10.2017 Bakı, Azərbaycan, AÇSO Azərbaycan - İspaniya 0:3 === Klublar === 17.02.2015 Tarraqona YO Pardinyes – Azərbaycan (U-21) 2:3 == Futzal == === A milli === 27.02.2011 Bakı, Azərbaycan AÇSM Azərbaycan – İspaniya 3:8 15.09.2016 Medellin, Kolumbiya DÇ İspaniya – Azərbaycan 4:2 04.02.2018 Lyublyana, Sloveniya AÇ Azərbaycan – İspaniya 0:1 26.01.2022 Qroningen, Niderland AÇ İspaniya – Azərbaycan 2:2 === Klublar === 20.11.2011 Barselona, İspaniya UK Barselona – Araz Naxçıvan 2:2 11.10.2012 Laşko, Sloveniya UK Barselona – Araz Naxçıvan 7:1 24.04.2014 Bakı, Azərbaycan UK Araz Naxçıvan – Barselona 4:4 p.
Azərbaycan–İspaniya futbol matçları
== Kişilər == === Əsas milli komanda === 09.06.2009 Bakı YO Azərbaycan – İspaniya 0:6 === U-21 === === U-19 === 01.06.2007 Sarpsborq, Norveç AÇEM İspaniya - Azərbaycan 4:0 19.04.2010 Əskişəhər, Türkiyə AÇEM İspaniya - Azərbaycan 4:0 12.02.2019 Mursiya, İspaniya YO İspaniya - Azərbaycan 2:0 13.11.2021 Vilts, Lüksemburq AÇSO İspaniya – Azərbaycan 6:0 === U-17 === 25.09.2012 İspaniya YO Barselona - Azərbaycan 0:1 19.10.2012 Beroe AÇSM Azərbaycan – İspaniya 0:2 26.06.2015 Astana BT Azərbaycan – İspaniya 1:1 pen. 1:4 === Klublar === 30.04.2013 Bakı YO Bakı – Atletiko Madrid 0:3 10.12.2013 Madrid YO Atletiko Madrid (U-14) – Bakı (U-14) 1:2 10.12.2013 Madrid YO Atletiko Madrid (U-14) – Bakı (U-14) 5:1 15.01.2014 Marbelya, İspaniya YO Linense – Bakı 1:0 16.01.2014 Marbelya, İspaniya YO La Balona – Bakı 1:0 30.07.2015 Bilbao UEFA AL Atletik Bilbao – İnter Bakı 2:0 06.08.2015 Bakı UEFA AL İnter Bakı – Atletik Bilbao 0:0 18.10.2017 Bakı UEFA ÇL Qarabağ – Atletiko Madrid 0:0 31.10.2017 Madrid UEFA ÇL Atletiko Madrid – Qarabağ 1:1 05.10.2018 Lvov, Ukrayna UEFA RK Uğur – Kastiliya-Leon 0:2 14.02.2019 Mursiya, İspaniya YO Ranero (U-19) - Azərbaycan (U-19) 1:6 19.09.2019 Bakı UEFA AL Qarabağ – Sevilya 0:3 28.11.2019 Sevilya UEFA AL Sevilya – Qarabağ 2:0 29.10.2020 İstanbul, Türkiyə AL Qarabağ - Vilyarreal 1:3 10.12.2020 Vilyarreal, İspaniya AL Vilyarreal - Qarabağ 3:0 == Qadınlar == === Əsas milli komanda === 04.10.2019 La-Korunya, İspaniya AÇSO İspaniya – Azərbaycan 4:0 18.02.2021 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İspaniya 0:13 === U-21 === === U-19 === 17.09.2016 Bakı, Azərbaycan AÇSO Azərbaycan – İspaniya 0:7 28.10.2017 Tirana, Albaniya AÇSO İspaniya – Azərbaycan 6:0 === U-18 === 05.01.2013 Yunanıstan AÇSO Azərbaycan – İspaniya 3:2 === U-17 === 02.10.2011 AÇSO İspaniya - Azərbaycan 7:0 05.10.2017 Bakı, Azərbaycan, AÇSO Azərbaycan - İspaniya 0:3 === Klublar === 17.02.2015 Tarraqona YO Pardinyes – Azərbaycan (U-21) 2:3 == Futzal == === A milli === 27.02.2011 Bakı, Azərbaycan AÇSM Azərbaycan – İspaniya 3:8 15.09.2016 Medellin, Kolumbiya DÇ İspaniya – Azərbaycan 4:2 04.02.2018 Lyublyana, Sloveniya AÇ Azərbaycan – İspaniya 0:1 26.01.2022 Qroningen, Niderland AÇ İspaniya – Azərbaycan 2:2 === Klublar === 20.11.2011 Barselona, İspaniya UK Barselona – Araz Naxçıvan 2:2 11.10.2012 Laşko, Sloveniya UK Barselona – Araz Naxçıvan 7:1 24.04.2014 Bakı, Azərbaycan UK Araz Naxçıvan – Barselona 4:4 p.
Azərbaycan–İspaniya münasibətləri
Azərbaycan–İspaniya münasibətləri — Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevral ayının 11-də qurulmuşdur. == Parlamentlərarası əlaqələr == Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 5 dekabr 2000-ci il tarixində yaradılmış və ilk rəhbəri Fəzail Ağamalıyev olmuşdur. 4 mart 2016-cı il tarixindən də Fəzail Ağamalı işçi qrupunun rəhbəridir. == İqtisadi əlaqələr == Əmtəə dövriyyəsi (min doll.) == Diaspor == === İspaniya azərbaycanlıları === == Viza == İspaniyaya gedən ümumi pasportlara, həmçinin xidməti və xüsusi pasportlar malik Azərbaycan vətəndaşları üçün Şengen vizası tələb edilir. Diplomatik pasportlar üçün 90 günə qədər viza tələb edilmir.
Borxa (İspaniya)
Borxa (isp. Borja) — İspaniyanın Araqon avtonom bölgəsinin Saraqosa vilayətində bələdiyyə. Bələdiyyə Kampo-de-Borxa kormakasında, Saraqosa şəhərindən 63 kilometr (39 mil) uzaqlıqda yerləşir. 2014-cü il əhali siyahıyaalmasına əsasən, bələdiyyədə 4.969 nəfər yaşayır. İntibah dövründə İtaliyada güc qazanmış Borciya ailəsi əslən Borxadandır. == Əhali == == Qardaş şəhərlər == == Qalereya == == İstinadlar == == Xarici keçdlər == Vikianbarda Borxa (İspaniya) ilə əlaqəli mediafayllar var.
Dirrik ispanağı
Dirrik ispanağı (lat. Spinacia oleracea) — pəncərkimilər fəsiləsinin i̇spanaq cinsinə aid bitki növü.
Drakula (film, 1931, İspanca versiya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Drakula — Internet Movie Database saytında.
Drakula (film, 1931, İspaniya)
"Drakula" (ing. Drácula) — 1931-ci ildə istehsal olunmuş ABŞ filmidir. == İstinadlar == == Xarici keçidlər == Drakula — Internet Movie Database saytında.
Ermənistan–İspaniya münasibətləri
İspaniya—Ermənistan münasibətləri — İspaniya və Ermənistan arasında iki tərəfli diplomatik münasibətlər. Münasibətlərin əhəmiyyəti ermənilərin İspaniyaya köçürülmə tarixinə əsaslanır. İspaniyada təxminən 40.000 erməni və onların nəsilləri yaşayır. Hər iki ölkə Avropa Şurasının üzvüdür. == Tarixi == Ermənistan və İspaniya arasında ilk əlaqə 1382-ci ildə, Kilikiya çarlığının devrilən kralı VI Levon, dövləti bərpa etmək üçün İspaniya kralı I Juandan kömək istəmək üçün İspaniyaya gəldiyi zaman baş verir. İspaniyada V Levon "Madrid Lordu" unvanını alır və I Juan ölümünə qədər İspaniyada qalır. Əsrlər boyu ermənilər müharibədən və qeyri-müəyyənlikdən qurtulmaq üçün İspaniyaya üz tutmuşlar. Bəzi ermənilər 1400-cü illərin sonları - 1500-cü illərin əvvəllərində İspan tədqiqatları dövründə iştirak etmişlər. 1915-ci ildəki Qondarma Erməni Soyqırımı zamanı ermənilərin əksəriyyəti İspaniyaya qaçmadı, əksinə ya Fransaya, ya da ispan dilli Argentina və Uruqvay üz tutdular. 26 dekabr 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra Ermənistan müstəqilliyini bərpa etdi.
Futbol üzrə İspaniya çempionatı
La Liqa (isp. Liga de Fútbol Profesional, LaLiga) — İspaniya peşəkar futbol liqası. İlk dəfə 1929-cu ildə keçirilmişdir və "Barselona" mövsümün qalibi olmuşdur.Liqadakı ən titullu klub "Real Madrid"dir. Hər il 20 komandanın oynadığı liqada son 3 yeri tutan klub Sequndaya düşür. İlk 4 klub isə UEFA Çempionlar Liqasına çıxır. 4–7-ci yerləri tutan klublar isə UEFA Avropa Liqasına çıxır. La liqanın ən məhsuldar oyunçusu "Barselona"da oynayan Argentinalı ulduz Lionel Messidir. 2015-ci ilə qədər BBVA sponsorluq edirdi. Daha sonra isə Electronic Arts sponsor oldu. İcraçı direktor isə Javier Gomez Morinadır .
Gürcüstan–İspaniya münasibətləri
Gürcüstan–İspaniya münasibətləri — Gürcüstan Respublikası və İspaniya arasındakı mövcud ikitərəfli münasibətlər. Gürcüstanın Madriddə bir səfirliyi, Barselona və Sevilyada isə konsulluğu vardır. İspaniyanın Gürcüstanda səfirliyi yoxdur, ancaq Türkiyənin Ankara şəhərindəki səfirlik Gürcüstan üçün də akkreditə olunmuşdur. İspaniyanın Tiflisdə bir konsulluğu var. Hər iki ölkə Avropa Şurasının üzvüdür. == Diplomatik münasibətlər == İspaniya Gürcüstan Respublikası ilə diplomatik əlaqələrini 1992-ci ildən bəri davam etdirir. Gürcüstanın 2005-ci ildən bu yana Madriddə diplomatik nümayəndəliyi var, lakin İspaniyanın Tiflisdə daimi səfirliyi yoxdur. İspaniyanın Ankaradakı səfirliyi çoxsaylı akkreditasiyaya malikdir. == İqtisadi əməkdaşlıq == 2014-cü ildə Gürcüstan iqtisadiyyatı 4.8% böyümüşdür. İstehlak, xüsusi sərmayə və ixracatdakı canlanma sayəsində inkişaf baş tutur.
III Karl (İspaniya kralı)
III Karl (isp. Carlos Sebastián de Borbón y Farnesio) (20 yanvar 1716[…], Madrid – 14 dekabr 1788[…], Madrid) — İspaniya, Neapol və Siciliya kralı. Mütləqiyyətçi fraksiyadan olan Karl, sonsuz olan ögey qardaşı VI Ferdinandın vəfatının ardından 1759-cu ildə İspaniya taxtına əyləşdi. 1731-ci ildə 15 yaşlı Karl anasının dayısı olan Antonio Farnesinin varissiz vəfatının ardından Parma və Pyaçentsa hersoqu elan edildi. 1738-ci ildə Polşa kralı III Avqustun qızı Mariya Amaliya ilə evləndi. 19 il boyunca Neapolda yaşayan cütlüyün bu nigahdan 13 övladı dünyaya gəlsə də, bunlardan beşi uşaq yaşlarında vəfat etdi. İspaniya kralı olaraq III Karl saray gəlirlərini artıraraq ölkədəki xarici qüvvələrə qarşı güclü islahatlar apardı. Maliyyə və ticarət münasibətlərini nizama salaraq dövlətin kilsə üzərindəki nüfuzunu artırdı. Yezuitlər imperiya torpaqlarından sürgün edildi. İspaniya ordusu və donanması böyüdüldü.
II Filipp (İspaniya kralı)
II Filipp (d. 21 may 1527 - ö. 13 sentyabr 1598) — İspaniya, Portuqaliya, Neapol və Siciliya, İngiltərə və İrlandiya (de-yure) kralı, Milan hersoqu və 17 Niderland əyalətinin lordu. Müqəddəs Roma imperatoru və İspaniya kralı V Karlla Portuqaliya şahzadəsi İzabellanın oğlu olan Filipp cütlüyün ilk övladı olaraq Valyadolid əyalətindəki Pimentel sarayında dünyaya gəldi. İdarəsindəki imperiya yaşadığı dönəmdə məlum olan bütün qitələri əhatə edirdi. Onun səltənətində İspaniya özünün qızıl dövrünü yaşadı. Səltənəti dönəmində fərqli zamanlarda 5 dəfə maliyyə böhranı yaşandı və hökumət iflas etdi. Bunun əsas səbəblərindən biri isə 1581-ci ildə Hollandiyanın müstəqilliyini qazanması və ticarət limanlarının ispanların əlindən çıxması oldu. 31 dekabr 1584-cü ildə Filipp Quiza hersoqu I Henriylə katolik dünyasının lideri olaraq Convil sülhünü imzaladı. Nəticədə Fransadakı kalvinistlərlə mübarizədə özünə müttəfiq qazandı.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 11.55 dəfə / 1 mln.
2002 •••••••• 6.85
2003 •••••• 5.12
2004 ••••••• 6.40
2005 ••••• 4.05
2006 ••••••••• 8.11
2007 •••••• 5.07
2008 ••••••••• 7.55
2009 •••••••••••• 10.88
2010 ••••••••••••••••• 14.98
2011 •••••••••••••••••• 16.13
2012 •••••••••••••••••• 16.61
2013 •••••••••••••••••••• 18.67
2014 ••••••••••••••••• 15.44
2015 ••••••••••••• 11.23
2016 •••••••••••••• 12.32
2017 •••••••••••• 10.73
2018 •••••• 4.79
2019 •••••• 5.56
2020 •••••••••• 8.88

ispan sözünün leksik mənası və izahı

  • 1 is. İspaniyanın əsas əhalisini təşkil edən, roman dillərindən birində danışan xalq və bu xalqa mənsub adam. İspan musiqisinin janr xüsusiyyətləri. İspan ədəbiyyatının görkəmli nümayəndələri. İspan dilinin ilk qrammatikası 1492-ci ildə yaradılmışdır.

    Azərbaycan dilinin izahlı lüğəti / ispan

ispan sözünün rus dilinə tərcüməsi

  • 1 I сущ. испанец, испанка. İspanlar испанцы II прил. испанский. İspan dili испанский язык, ispan rəqsləri испанские танцы

    Azərbaycanca-rusca lüğət / ispan

ispan sözünün inglis dilinə tərcüməsi

ispan sözünün fransız dilinə tərcüməsi

"ispan" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ispan nədir? #ispan sözünün mənası #ispan nə deməkdir? #ispan sözünün izahı #ispan sözünün yazılışı #ispan necə yazılır? #ispan sözünün düzgün yazılışı #ispan leksik mənası #ispan sözünün sinonimi #ispan sözünün yaxın mənalı sözlər #ispan sözünün əks mənası #ispan sözünün etimologiyası #ispan sözünün orfoqrafiyası #ispan rusca #ispan inglisça #ispan fransızca #ispan sözünün istifadəsi #sözlük