ehtimal sözü azərbaycan dilində

ehtimal

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ehtimal • 91.4176%
  • Ehtimal • 8.4677%
  • EHTİMAL • 0.1147%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ehtimal
Ehtimal (alm. Wahrscheinlichkeit‎; fr. Probabiltè; ing. Probability; lat. Probabilitas; osm. tr. probabilitas; osm. tr. ihtimaliyet; ər. إحر اًن دُّ ) – mümkün ola biləcək, baş verə biləcək hadisənin, vəziyyətin və s.
Ehtimal fəzası
U = { E 1 , E 2 , … , E n } {\displaystyle U=\{E_{1},E_{2},\ldots ,E_{n}}\} elementar hadisələr çoxluğunun hər bir E k {\displaystyle E_{k}} hadisənin onun ehtimalı adlanan yeganə P ( E k ) {\displaystyle P(E_{k})} ədədi uyğundur, belə ki, bu ədədlər üçün ∑ k = 1 n P ( E k ) = P ( E 1 ) + P ( E 2 ) + … + P ( E n ) = 1 {\displaystyle \sum \limits _{k=1}^{n}P(E_{k})=P(E_{1})+P(E_{2})+\ldots +P(E_{n})=1} şərti ödənir. Onda U {\displaystyle U} hadisələr çoxluğuna ehtimal fəzası deyilir. Ədəbiyyat 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh.
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. == Ehtimalın tarixçəsi == Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Ehtimal nəzəriyyəsinin tarixi
Ehtimal nəzəriyyəsinin tarixi bir çox unikal xüsusiyyətlərə malikdir. Əvvəla, onunla təxminən eyni vaxtda meydana çıxan riyaziyyatın digər sahələrindən (məsələn, riyazi analiz və ya analitik həndəsə) fərqli olaraq, ehtimal nəzəriyyəsinin mahiyyət etibarilə hər hansısa antik və ya orta əsr sələfləri olmamışdır; bu, biləvasitə Yeni dövrdə meydana gəlmişdir. Uzun müddət ehtimal nəzəriyyəsi sırf eksperimental elm və “tamamilə qeyri-riyaziyyat” hesab olunurdu. Onun ciddi əsaslandırılması yalnız 1929-cu ildə, yəni çoxluqlar nəzəriyyəsinin aksiomatikasından (1922) daha gec işlənmişdir. İndiki vaxtda ehtimal nəzəriyyəsi tətbiq sahəsinin genişliyinə görə tətbiqi elmlərdə ilk yerlərdən birini tutur; “demək olar ki, heç elə bir təbiət elmi yoxdur ki, orada ehtimal metodlarından bu və ya digər şəkildə istifadə olunmasın”. Tarixçilər ehtimal nəzəriyyəsinin inkişafında bir neçə dövr ayırırla . Tarixdəqədərki, XVI əsrə qədər. Qədim dövrlərdə və orta əsrlərdə naturfilosoflar təsadüflərin mənşəyi və onun təbiətdəki rolu haqqında metafizik mülahizələrlə məhdudlaşırdılar. Bu dövrdə riyaziyyatçılar ehtimal nəzəriyyəsi ilə bağlı məsələləri nəzərdən keçirir və bəzən həll edirdilər, lakin hələ ümumi metodlar və tematik anlayışlar meydana çıxmamışdı. Bu dövrün əsas nailiyyəti sonralar ehtimal nəzəriyyəsini yaradanlar üçün faydalı olan kombinator metodlarının inkişafı hesab edilə bilər.
Ehtimal ölçüsünün əvəzlənməsi
Ehtimal ölçüsünün əvəzlənməsi (ing. Change measure) — maliyyə alətlərinin dəyərini və ya onların digər xüsusiyyətlərini qiymətləndirmək üçün digər (ola bilsin ki, praktiki məqsədlər üçün daha əlverişli) düsturları əldə etmək üçün təsadüfi proseslərin nəzərdən keçirildiyi ehtimal ölçüsünü dəyişdirmək üçün stoxastik maliyyə riyaziyyatında istifadə olunan prosedur. Ehtimal ölçüsünün dəyişdirilməsi Radon-Nikodim teoremlərinə, Girsanov teoreminə, həmçinin şərti riyazi gözləntilər üçün ümumiləşdirilmiş Bayes düsturuna əsaslanır. Arbitraj qiymətləri nəzəriyyəsi ilk növbədə fiziki ehtimal ölçüsünü risk-neytral ölçü ilə əvəz etməyi nəzərdə tutur. Bir çox hallarda, sonuncunu irəli ölçü ilə əvəz etmək rahatdır. Mübadilə tədbirləri kimi digər tədbirlər də tətbiq oluna bilər. Çox vaxt, bu və ya digər tədbirin istifadəsi, müvafiq dərəcədə, bəzi maraq prosesinin martingale olması ilə əlaqədardır.
Ehtimallıq
Ehtimallıq (alm. Probabilismus‎; fr. Probabilisme; ing. Probabilism; lat. Probabilis – ola biləcək; osm. tr. ihtimaliye; ər. الاحتمالية ; tr. olasıcılık) — biliyin ancaq imkanlılıq dəyəri olduğunu və imkan olarsa ola biləcəyini önə sürən nəzəri-skeptik təlim. == Mənbə == Adilə Nəzərova.

ehtimal sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü. Onun bu gün gəlməyinə ehtimal azdır. – Natəvandır ol, bu təklifə yoxdur ehtimal. Füzuli. Əziz balalar!… Həmin bağlı otaqda 30-40 nəfər adam bir neçə vaxt davam edərsə, axırda bəzi azarlara mübtəla olub həlak olmaqlarına ehtimal var. N.Nərimanov. 2. Ara söz mənasında (çox vaxt “ki” bağlayıcısı ilə) – ola bilsin ki, yəqin ki, mümkündür. Mən sizi 6-7 ay əvvəl, bir kişi ilə bərabər gəzən görərdim… [O] gözlərinə qara rəngli bir gözlük taxırdı. Ehtimal ki, gözləri görməyirdi. S.Hüseyn. [Aydəmir:] …Fəqət, ehtimal ki, mən atdığım dəymişdir… C.Cabbarlı. Ehtimal ki, o körpə heyvan balaca müsahibinin, onu yemləyib bəsləmək istəyən Baharın gəlməyini güman edib sevinmişdi. Mir Cəlal. 3. Güman, təxmin, təsəvvür, fərziyyə. Fəlakət zamanı ən kiçik bir ehtimal belə, insanın xəyalında min ümid oyadır. M.İbrahimov. □ Ehtimal etmək – mümkün hesab etmək, zənn etmək, güman etmək, təsəvvür etmək. ◊ Ehtimal nəzəriyyəsi – riyaziyyatın külli miqdarda təsadüfi hadisələrin qarşılıqlı təsirinə əsaslanan qanunauyğunluqlarını öyrənən şöbəsi. Təsadüfi hadisələrin ehtimallarını öyrənən elmə ehtimal nəzəriyyəsi deyilir. Z.Xəlilov. Hər (bir) ehtimala qarşı (görə) – mümkün ola biləcək, baş verə biləcək hadisəni, vəziyyəti və s.-ni nəzərə alaraq göz önündə tutmaq. Küçəyə çıxmaq lazım gəlirdi. Buna görə də hər ehtimala qarşı tədbir görmək lazım idi. M.S.Ordubadi.

    Azərbaycan dilinin izahlı lüğəti / ehtimal
  • 2 bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / ehtimal
  • 3 ə. 1) mümkün olma, ağlabatan olma; bir işin mümkün ola bilməsi; 2) tab gətirmə; dözmə.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ehtimal
  • 4 1) təsadüfi hadisənin baş verməsinin mümkünlük dərəcəsinin ədədi xarakteristikası; 2) təkrar olunan bu və ya digər şəraitdə hadisələr silsiləsindəki hər hansı hadisənin baş vermə imkanının dərəcəsi. Elmi idrakın kateqoriyası kimi ehtimal kütləvi proseslər üçün xarakterik olan hadisələr arasındakı xüsusi əlaqələ-ri əks etdirir. Ehtimal, şəraitlə həmin şəraitdə baş verən hadisə arasında mövcud obyektiv əlaqəni xarakterizə edir. Gözlənilən hadisənin baş verəcəyi o zaman ehtimal edilir ki, hadisənin həmin şəraitdə obyektiv baş verməsi mümkün olsun. Bu zaman hadisənin nə vaxt həyata keçəcəyi bilinmir; 3) bir şeyin ola bilməsi, baş verə bilməsi, mümkünlüyü; 4) ara söz mənasında (çox vaxt, "ki" bağla-yıcısı ilə) ola bilsin ki, yəqin ki, mümkündür; 5) güman, təxmin, təsəvvür, fərziyyə.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / ehtimal

ehtimal sözünün sinonimləri (yaxın mənalı sözlər)

ehtimal sözünün rus dilinə tərcüməsi

  • 1 1. вероятность; 2. предположение, гипотеза; 3. вероятно, возможно;

    Azərbaycanca-rusca lüğət / ehtimal
  • 2 I сущ. 1. вероятность, объективная возможность осуществления чего-л. Ehtimal dərəcəsi степень вероятности, qələbə ehtimalı вероятность победы, müharibə ehtimalı возможность войны, münaqişə ehtimalı возможность конфликта, səhv ehtimalı возможность ошибки, hadisə ehtimalı вероятность события, real ehtimal реальная возможность 2. предположение (мыслимое допущение). Bu kimi ehtimallar такие предположения, müxtəlif ehtimallar разные предположения, təkcə bir ehtimala görə на основании только одного предположения, bu ehtimal deyil, faktdır это не предположение, а факт; ehtimal nəzəriyyəsi теория вероятностей (раздел высшей математики) II вводн. сл. возможно, вероятно. Ehtimal, mübarizə olacaqdır вероятно, будет борьба, ehtimal ki, … вероятно, по всей вероятности, возможно, что … Ehtimal ki, gəlsin вероятно, он придет, ehtimal ki, çatsın возможно, что успеет, çox ehtimal ki, … очень возможно, что …, весьма вероятно; ehtimal etmək считать возможным, считать допустимым, ehtimal olunmaq предполагаться; hər ehtimala qarşı на всякий случай

    Azərbaycanca-rusca lüğət / ehtimal

ehtimal sözünün inglis dilinə tərcüməsi

  • 1 i. 1. probability, likelihood; qələbə ~ı probability of victory; 2. supposition; assumption; ~ etmək to suppose (d.); to assume (d.); Ehtimal ki, ... Very likely ..., Probably...; Çox ehtimal ki, ... In all probability..., Most probably..., In all likelihood...; hər bir ~a qarşı to make* sure; Hər bir ehtimala qarşı mən ondan soruşacağam I’ll ask him / her just to make sure

    Azərbaycanca-ingiliscə lüğət / ehtimal

ehtimal sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) probabilité f, chances f, éventualité f, espoir m, vraisemblance f ; qələbə ~ı les chances de victoire ; 2) supposition f ; ~ etmək supposser vt, imaginer vt, croire vt, penser vt, admettre vt ; ~ki,. . . selon toute probabilité, il est probable que. . . , probable (. . .) que ; çox ~ ki,. . . il est fort probable que. . . ; hər bir ~a qarşı à tout hasard, à toute éventualité

    Azərbaycanca-fransızca lüğət / ehtimal

ehtimal sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. игьтимал (1. мумкин хьунухь, мумкинвал; 2. ара гаф манада: жеди, якъин хьи, мумкин я; 3. гиман, тахминвал, бинесуз фикир, ферз; // ehtimal etmək игьтимал авун, мумкин тирди яз гьисабун, гиман авун, зенн авун, ферз авун); ** hər (bir) ehtimala qarşı (görə) гьар (са) игьтималдиз къарши (килигна), хьунухь мумкин тир кар (везият) вилив кьуна.

    Azərbaycanca-ləzgicə lüğəti / ehtimal

ehtimal sözünün türk dilinə tərcüməsi

"ehtimal" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ehtimal nədir? #ehtimal sözünün mənası #ehtimal nə deməkdir? #ehtimal sözünün izahı #ehtimal sözünün yazılışı #ehtimal necə yazılır? #ehtimal sözünün düzgün yazılışı #ehtimal leksik mənası #ehtimal sözünün sinonimi #ehtimal sözünün yaxın mənalı sözlər #ehtimal sözünün əks mənası #ehtimal sözünün etimologiyası #ehtimal sözünün orfoqrafiyası #ehtimal rusca #ehtimal inglisça #ehtimal fransızca #ehtimal sözünün istifadəsi #sözlük