ehtiyat sözü azərbaycan dilində

ehtiyat

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ehtiyat • 83.5553%
  • Ehtiyat • 16.4005%
  • EHTİYAT • 0.0442%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ehtiyat fondu
Ehtiyat qiymət
Reserve price ~ резервированная цена ~ en düşük fiyat ~ ehtiyat qiymət – hərraclarda: gizli tutulan minimal qiymət təklifi (BID). Adətən, minimal qiymət (satıcının razı olacağı ən aşağı qiymət) potensial alıcılara elan olunur, ancaq onlayn hərraclar (məsələn, eBay) satıcılara ehtiyat qiymət adlandırılan və gizli saxlanılan minimal qiymətini göstərməyə icazə verir. Ehtiyat qiymət açıqlanmır və ondan aşağı qiymət təklifi son satış qiyməti kimi qəbul olunmur. Bax: AUCTION, EBAY. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Ehtiyat kopya
Yedəkləmə və ya ehtiyat nüsxə (ing. backup) — arxivləşdirmə üçün, yaxud zədələnmə və ya yoxolma halında qiymətli faylların saxlanması məqsədilə proqramın, diskin və ya bəzi verilənlərin ehtiyat surətidir. Bəzi tətbiqi proqramlar faylların eyni zamanda həm cari versiyasını, həm də əvvəlki variantını diskdə saxlamaqla, onların yedək kopiyasını avtomatik yaradır. == Yedəkləmə üsulları == İnformasiyalar 3 fərqli üsulla yedəklənə bilər: Tam yedəkləmə (Full backup)- Bu üsulla yedəkləmə zamanı bütün qaynaqlar yedəklənir. Ən etibarlı üsuldur, lakin zaman və əlavə yaddaş ehtiyacı yaranır Addımlı yedəkləmə (Incremental backup) Bu tip yedəkləmədə sadəcə son yedəkdən bu yana yedəklənməmiş sənəndlər yedəklənir. Differensial yedəkləmə (Differential backup) Bu tip yedəkləmədə son tam yedəkdən bu yana yedəklənməmiş olaraq seçilən sənədlər yedəklənir.
Federal Ehtiyat Sistemi
Federal Ehtiyat Sistemi (FES) (daha çox FED olaraq da adlandırılır) — 1913-cü il dekabrın 23-də Federal Ehtiyat haqqında qanuna əsasən məxsusi olaraq yaradılan və ABŞ-nin Mərkəzi Bankı səlahiyyətində olan maliyyə strukturu. FES-in kapital formasının şəxsi olmasına baxmayaraq (aksiyaları xüsusi statusa malikdir) onun idarə olunmasında dövlət xüsusi rol oynayır. Mərkəzi bank funksiyasını icra edən müstəqil maliyyəiqtisad institutu. == Ümumi məlumat == 23 dekabr 1913 ildə "Federal ehtiyatlar haqqında" (Federal Reserve Act) qanuna əsasən yaradılmışdır. Federal Ehtiyat Sistemi ABŞ dollarının rəsmi emissiyasını həyata keçirə bilir; milli pul siyasətini (iqtisadi artımı əks etdirən pul və kredit aqreqatlarının uzunmüddətli artımını qoruyub saxlamaq və maksimum məşğulluğ, qiymət stabilliyinə nail olmaq və uzunmüddətli orta faiz dərəcələrini saxlama məqsədilə) müəyyən edir; özəl kommersiya bank institutlarının fəaliyyətinin nəzarət və tənzimlənməsini həyata keçirir; depozit institutlarına, ABŞ hökumətinə maliyyə xidmətləri göstərir. Federal Ehtiyat Sisteminin strukturu (1935 ildən): federal hökumət agentliyi – Direktorlar şurası (7 üzvünü ABŞ prezidenti seçir, senat təsdiq edir); 12 regional federal ehtiyat bankı (Atlanta, Boston, Dallas, Kanzas-Siti, Klivlend, Minneapolis, Nyu-York, Riçmond, San-Fransisko, Sent-Luis, Filadelfiya, Çikaqo). FES == FES-in strukturu == on iki regional federal rezerv bankı — ABŞ xəzinədarlığının fiskal nümayəndələri verdikləri rezerv kapitala görə Federal Ehtiyat Banklarının aksiyalarından gəlir götürən çoxsaylı özəl banklar FES-in idarəetmə sistemi : ABŞ Prezidenti tərəfindən təsdiq edilən və 7 nəfərdən ibarət İdarəetmə Şurası. Hər bir üzv 14 illiyə təyin edilir. ABŞ Prezidentinin Qanuna əsasən İdarəetmə Şurası sədrini vaxtından əvvəl vəzifədən azad etmək hüququ vardır (indiyə qədər bu maddədən istifadə edilməyib). Açıq bazar üzrə federal komitə müxtəlif məsləhət şuraları fevral 2018-ci ildən FES İdarəetmə Şurasının sədri Cerom Pauel dir.
Ehtiyat Bankı (Yeni Zelandiya)
Yeni Zelandiya Ehtiyat Bankı (ing. Reserve Bank of New Zealand) — Yeni Zelandiyanın mərkəzi bankı. == Tarixi == Uzun müddət Yeni Zelandiyanın pul dövriyyəsində təkcə Britaniya deyil, həm də xarici sikkələrdən (İspan, Hindistan, Portuqal, Danimarka, Hollandiya) istifadə olunurdu. 1840-1881-ci illərdə özəl istiqrazlar, 1857-1881-ci illərdə isə özəl mis tokenlər buraxılmışdır. İmperator Sikkə Qanununa (1870) əsasən, 1897-ci ildən Britaniya sikkələri yeganə qanuni ödəniş vasitəsi oldu. Dövriyyədə altı özəl bankın əskinasları da var idi (Oklend Bankı, Avstralaziya Bankı, Yeni Cənubi Uels Bankı və s.). 1 aprel 1934-cü ildə Yeni Zelandiyanın Ehtiyat Bankı Aktı qəbul edildi. 1934-cü il avqustun 1-də bank fəaliyyətə başladı və əskinaslar buraxıldı. 1936-cı ildə bank milliləşdirildi. == İstinadlar == == Ədəbiyyat == Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб.
Verilənlərin uzaqdan ehtiyat kopyası
Verilənlərin uzaqdan ehtiyat kopyası, həmçinin bulud ehtiyat kopyası və ya rezervlənmə xidməti (ing. backup-as-a-service, BaaS) istifadəçilərə kompüter fayllarının ehtiyat kopyasının verilməsi, məlumatların saxlanılması və bərpası üçün sistem təqdim edən xidmət. Onlayn ehtiyat provayderlər son istifadəçilərə (və ya müştərilərə) bu növ xidmət göstərən şirkətlərdir. Bu cür ehtiyat xidmətləri bulud hesablama forması hesab olunur. Onlayn ehtiyat kopya sistemləri adətən müəyyən bir cədvəl üzrə işləyən müştəri proqram təminatı üçün qurulur. Bəzi sistemlər gündə bir dəfə, adətən gecə vaxtı, yəni kompüterlər istifadə edilmədiyi saatlarda işləyir. Digər yeni bulud ehtiyat kopya xidmətləri, demək olar ki, real vaxt rejimində istifadəçi sistemlərində dəyişiklikləri ələ keçirmək üçün davamlı olaraq fəaliyyət göstərir. Onlayn ehtiyat kopya sistemi adətən verilənləri toplayır, sıxışdırır, şifrələyir və uzaqdan ehtiyat kopya xidməti təminatçısının serverlərinə və ya saytdan kənar avadanlıqlara ötürür. Verilənlərin uzaqdan ehtiyat kopyası ənənəvi ehtiyat üsullarına nisbətən üstünlüklərə malikdir: Uzaqdan ehtiyat kopya üçün istifadəçi müdaxiləsi tələb olunmur. İstifadəçi lentləri dəyişdirməli, CD-ləri etiketləməli və ya digər manual addımlar atmalı deyil.
Toxunulmaz ehtiyat
Toxunulmaz ehtiyat — fövqəladə hallarda istifadə edilməsi üçün saxlanan ərzaq, yanacaq və s.ehtiyat mallar. Toxunulmaz ehtiyat həm dövlət, həm şəxsi səviyyədə yaradıla bilər. TE silahlı qüvvələrdə, uzunmüddətli ekspedisiyalarda mütləq yaradılır. Adi hallarda toxunulmaz ehtiyat istifadə edilmir. Ancaq TE -ni yenisi ilə əvəzləmək lazım gəldikdə köhnə TE istifadə edilir. Şəxsi TE kimi avtomobillərdəki yanacağı və təkərləri, evlərdə pul vəsaitini göstərmək olar.
“Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı” rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
Artımlı ehtiyat kopyalama
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. == Həmçinin bax == Yedəkləmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Artımlı ehtiyat nüsxələmə
Artımlı ehtiyat nüsxələmə (ing. incremental backup) — sonuncu tam ehtiyat nüsxələmədən (ing. full backup) sonra dəyişikliyə uğramış faylların ehtiyat nüsxələnməsi prosesidir. == Həmçinin bax == Yedəkləmə == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondu — Azərbaycan Respublikasında dövlət büdcəsi gəlirləri əsasında mövcud olan fond. == Maliyyələşməsi == Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. == İstiqaməti == Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir. Məsələn, bu fondun vəsaitləri hesabına "Qızıl kitab"a adları yazılmış gənc istedadların hər biri üçün onlar 25 yaşına çatanadək 300 manat məbləğində xüsusi aylıq təqaüd təsis edilmişdir. == Qadağa və məhdudiyyətlər == Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz. Fondun vəsaitlərinin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır.
Taxıl istehsalının ehtiyat mənbələri (film, 1978)
Texniki təbliğat filmi taxıl istehsalının ehtiyat mənbələri barədə söhbət açır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir.
Ehtiyatda saxlanmış söz
Ehtiyatda saxlanmış söz (ing. Reserved word,rus. зарезервированное слово) – proqramlaşdırma dillərinin əksəriyyərində: özəl anlamı, konkret funksiyası olan söz; açar söz (KEYWORD) də deyilir. Ehtiyatda saxlanmış sözlərdən prosedurları, funksiyaları, dəyişənləri, yaxud istifadəçinin ad verdiyi başqa obyektləri adlandırmaq üçün identifikator kimi istifadə etmək olmaz. Ancaq elə dillər var ki, (məsələn, Fortran) onlarda açar sözlər ehtiyatda saxlanmış sözlər deyil. Komanda sətri interfeysinə malik əməliyyat sistemlərində qurğuların məntiqi adları (məsələn, LPT1, COM1), eləcə də bəzi komandaların adları ehtiyatda saxlanılır. == Həmçinin bax == İdentifikator Açar söz == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Ehtiyatsızlıqdan qətl
Ehtiyatsızlıqdan qətl — bu qətl növü başqa qətllərdən fərqli olaraq məqsədsiz şəkildə həyata keçirilir,yəni başqa qətl hadisələrində cinayətkar hədəf seçdiyi insanı əvvəlcədən öldürəcəyini və ya qarşıya çıxmış maneəni dəf etmək üçün qarşısında olan insanları öldürməyi məqsəd seçir. Bu qətl növündə isə adətən məsuliyyətsizlik və ya ehtiyatsızlıqdan törədilir,yəni bir insan istəmədən qarşısındakı insana odlu və ya soyuq silahla xəsarət yetirərək ölümünə səbəb olur. Cinayət məcəllələrində bu qətlə uyğun "ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölmünə səbəb olma" maddəsi vardır.
Genetik Ehtiyatlar İnstitutu
Genetik Ehtiyatlar İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. İnstitutun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərovdur. == Tarixi == Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarı ilə 30 yanvar 2003-cü il Genetika və Seleksiya İnstitutunun bazasında Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatları İnstitutu yaradılmışdır. == Fəaliyyət istiqamətləri == İnstitutun əsas elmi istiqamətləri mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması, beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi, ex situ və in situ şəraitində mühafizəsi ilə bağlı elmi problemlərin araşdırılması və mühafizə işinin təşkili, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə elmi tədqiqatların aparılmasından və müvafiq sahələrdə ölkə institutlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir. == Genetik banki == İnstitutda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq, orta (20-30 il) və uzun müddətli saxlama (50-100 il) şəraiti olan Milli Genbank yaradılmışdır Hazırda xarici ölkələrin genbanklarında toplanmış Azərbaycan mənşəli nümunələrin geriyə qaytarılaraq Genetik Ehtiyatlar İnstitutuna cəmlənməsi prosesinə başlanılmışdır. Bunun üçün ABŞ Kənd Təsərrüfatı Departamenti, Ümumrusiya Bitkiçilik İnstitutu, İCARDA, bir neçə digər beynəlxalq, regional və milli genbanklarla müvafiq razılaşmalar əldə edilmişdir. İnstitutun təcrübə sahələrində nadir, qiymətli bitkilərin, dünya miqyasında çox böyük dəyərə malik kolleksiyaların, eləcə də geriyə qaytarılmış nümunələrin bərpası və çoxaldılması həyata keçirilir.
Genetik Ehtiyatlar İnstitutu (Azərbaycan)
Genetik Ehtiyatlar İnstitutu - Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi tədqiqat institutu. İnstitutun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərovdur. == Tarixi == Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 saylı qərarı ilə 30 yanvar 2003-cü il Genetika və Seleksiya İnstitutunun bazasında Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatları İnstitutu yaradılmışdır. == Fəaliyyət istiqamətləri == İnstitutun əsas elmi istiqamətləri mədəni bitkilərin və onların yabanı əcdadlarının, qiymətli, nadir, itməkdə və nəsli kəsilməkdə olan cinslərin, növlərin, aborigen sort və formaların, kənd təsərrüfatı heyvanlarının yerli cinslərinin inventarlaşdırılaraq pasportlaşdırılması, toplanması, introduksiyası, bərpası, çoxaldılması, beynəlxalq deskriptorlar əsasında qiymətləndirilməsi, ex situ və in situ şəraitində mühafizəsi ilə bağlı elmi problemlərin araşdırılması və mühafizə işinin təşkili, davamlı, yüksək məhsuldar, keyfiyyətli nümunələrin aşkar edilərək seleksiya işinə cəlb edilməsi üzrə elmi tədqiqatların aparılmasından və müvafiq sahələrdə ölkə institutlarının fəaliyyətinin əlaqələndirilməsindən ibarətdir. == Genetik banki == İnstitutda Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda ilk dəfə olaraq, orta (20-30 il) və uzun müddətli saxlama (50-100 il) şəraiti olan Milli Genbank yaradılmışdır Hazırda xarici ölkələrin genbanklarında toplanmış Azərbaycan mənşəli nümunələrin geriyə qaytarılaraq Genetik Ehtiyatlar İnstitutuna cəmlənməsi prosesinə başlanılmışdır. Bunun üçün ABŞ Kənd Təsərrüfatı Departamenti, Ümumrusiya Bitkiçilik İnstitutu, İCARDA, bir neçə digər beynəlxalq, regional və milli genbanklarla müvafiq razılaşmalar əldə edilmişdir. İnstitutun təcrübə sahələrində nadir, qiymətli bitkilərin, dünya miqyasında çox böyük dəyərə malik kolleksiyaların, eləcə də geriyə qaytarılmış nümunələrin bərpası və çoxaldılması həyata keçirilir.
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi
Genetik Ehtiyatların İnformasiya Şəbəkəsi (ing. Germplasm Resources Information Network, qısaca GRIN) — Onlayn rejmində canlı orqanizmlər haqqında genetik və digər informasiyaları əks etdirən layihə.
Göl ehtiyatları
Qaz ehtiyatına görə ölkələrin siyahısı
Təbii qaz
Qazaxıstanın əmək ehtiyatları
Qazaxıstanın əmək ehtiyatları — Qazaxıstan Respublikasında iqtisadi cəhətdən aktiv əhali sayındadır (Qazaxıstan Respublikası Milli İqtisadiyyat Nazirliyinin Statistika Komitəsi 2016-cı ildən bəri "işçi qüvvəsi" terminindən istifadə edir). 2017-ci ilin iyul ayı etibarilə Qazaxıstanda iqtisadi cəhətdən fəal əhali 9.032.075 nəfərdi (ümumi əhalinin təqribən 49% -i), bunlardan 8.515.900 nəfəri ("özünəməxsus işləyənlər" də daxil olmaqla) məşğul, 437.000 nəfəri isə işsizdir. İyul 2017-ci il tarixinə rəsmi işsizlik nisbəti 4.9% -dir. Çoxsaylı mütəxəssislər həqiqi işsizlik nisbətlərinin çox aşağı olduğunu iddia edirlər. Müstəqil iqtisadçı Rəhim Oşakbayevin hesablamalarına görə Qazaxıstanda həqiqi işsizlik 15% -ə çatır . Eyni göstəricilər "Strateji" ictimai fondunun sosioloqu Serik Beisembayev tərəfindən verilir; tədqiqatçıya görə, qeyri-rəsmi işləyənlərin üst və alt təbəqələri var. Birincilər şüurlu şəkildə qeyri-rəsmi bazarı seçirlər, əhalinin sosial cəhətdən həssas qruplarına aid deyillər və potensial olaraq qanuni əsaslarla işlədiklərindən daha yüksək əmək haqqı alırlar. Qeyri-rəsmi işləyənlərin aşağı təbəqəsi son dərəcə həssasdır; ixtisas çatışmazlığı və ya digər səbəblərdən qanuni əsaslarla iş tapa bilmirlər. Qeyri-rəsmi sektorda ümumiyyətlə az maaşlı işlərlə qarşılaşırlar. Təhsilin aşağı keyfiyyəti problemi var, gənclər arasında aparılan sorğular zamanı insanların iki ali təhsilli olduqları, amma diplom alaraq öz ixtisası üzrə işə düzələ bilmədikləri üçün taksi sürücüsü kimi işlədikləri hallar olmuşdur.
Qızıl ehtiyatları
Qızıl ehtiyatları — dövlət pul qurumlarının nəzarəti altında yüksək likvidli aktivlər . Pul qızılından və xarici valyuta fondlarından, xüsusi çəkilmə hüquqlarından, BVF-dəki ehtiyat mövqeyindən ibarətdir. Xarici valyutada olan fondlara aşağıdakılar daxildir: nağd xarici valyuta; müxbir hesablardakı qalıqlar, o cümlədən qızılda bölünməmiş metal hesablar; 1 ilədək ilkin vadəsi olan əmanətlər, o cümlədən - qızıl depozitlər, əks geri satın alma müqavilələri çərçivəsində verilən kreditlər, * * xaricdəki mərkəzi banklarla, Beynəlxalq Hesablaşmalar Bankı və ən azı uzunmüddətli kredit reytinqi olan digər qeyri-rezident kredit təşkilatları ilə. "Fitch Ratings" və "Standard & Poor's" reytinq agentliklərinin təsnifatına görə "A" (və ya "Moody's" reytinq agentliyinin təsnifatına görə "A2"); "Fitch Ratings" və "Standard & Poor's" reytinq agentliklərinin təsnifatına əsasən "AA-" dan aşağı olmayan borc qiymətli kağızları (və ya borc qiymətli kağızları emitentləri) reytinqi olan qeyri-rezidentlər tərəfindən buraxılmış borc qiymətli kağızları »), Qeyri-rezidentlərə orijinal ödəmə müddəti 1 ilə qədər olan digər maliyyə tələbləri. Əvvəllər dövlət ehtiyatları qızılla yaradılmışdı, lakin Bretton Woods konfransı nəticəsində Amerika Birləşmiş Ştatları, ABŞ dolları və qızıla çevrilmə öhdəliyi ilə ABŞ dollarına dünya valyutası olaraq dəstək verdi. Qızıl Standartdan sərbəst konversiyaya keçmə müddətində ABŞ dolları qızılla birlikdə dünya pulu növünə çevrildi. Ardından, 1971-ci ildə Bretton-Vuds sisteminin çökməsindən sonra, ABŞ dollarının qızıla çevrilməsindən imtina etdi, lakin qlobal əməliyyatlarda ABŞ dollarının üstünlük payını nəzərə alaraq, ABŞ dolları əsas ehtiyat valyutası olaraq qalır və əksər mərkəzi banklar böyük valyuta saxlamağa davam edir ABŞ dollarındakı beynəlxalq ehtiyat həcmi. Dünyadakı beynəlxalq ehtiyatların valyuta quruluşundakı dəyişiklik göstərir ki, XX və XIX əsrin əvvəllərində ABŞ və Böyük Britaniya valyutalarını ən çox möhkəmləndirdilər. Yalnız avronun yaradılması ilə Avropanın aparıcı kontinental ölkələri Rusiyanın fəal şəkildə qarşı çıxdığı bu qədər həddindən artıq möhkəmlənmə meylinə müqavimət göstərə bildilər. Qeydlər: Çin məlumatları üç ayda bir yeniləyir.
Qızıl ehtiyatı
Qızıl ehtiyatı — Ölkənin xəzinəsinə və ya Mərkəzi Emissiya Bankına məxsus olan, külçə və kəsilmiş pul şəklində saxlanılan ehtiyat qızıl fondu. Bir ton qızıl təxminən 32150.75 unsiyaya bərabərdir.
Rekreasiya ehtiyatları
Rekreasiya ehtiyatları— Rekreasiya ehtiyatlarına (istirahət) rekreasiya və turizmin təşkili üçün istifadə edilə bilən,nadir tarixi və bədii dəyərə malik olan, estetik cazibədarlığı və müalicə-sağlamlıq əhəmiyyətinə malik olan təbii və antropogen obyektlər daxildir.Rekreasiya ehtiyatları dörd əsas qrupa ayrılır.Onlardan birincisi olan rekreasiya-müalicə ehtiyatlarına müalicə əhəmiyyətli mineral sular aiddir. İkinci qrupa rekreasiya-sağlamlıq sahələri daxil edilir.(çimərliklər). Üçüncü qrupa rekreasiya-idman mərkəzləri, məsələn, dağ-xizək idman mərkəzləri aid edilə bilər.Rekreasiya-tanışlıq obyektlərinə tarixi abidələr daxildir. Bir çox hallarda rekreasiya ehtiyatları iki böyük qrupa ayrılır: 1. Təbii rekreasiya-turizm ehtiyatları istirahət,müalicə və turizm üçün istifadə edilir. Onlara okeanlar,dənizlər,çaylar və göllərin sahilboyu əraziləri,dağlar meşə massivləri,mineral suların mənbələri aiddir. Belə təbii landşaftlara yaxın istirahət,idmanla məşğul olmaq,ov etmək,balıq tutmaq üçün əlverişli imkanlar vardır. 2. Mədəni-tarixi obyektlərə tarixi, arxeoloji,şəhərsalma,arxitektura,incəsənət abidələri daxildir.Bu qrupa aid olan abidələrə Londonda Vestminster, Moskvada Kreml,Romada Kolizey,Hindistanda Tac-Mahaldır.
Selus ov ehtiyatı
Selus ov ehtiyatı — Tanzaniyanın cənubunda qorunan ərazidir. Ümumi 50 00 kvadrat kilometr ərazini əhatə edir. Ərazi 1982-ci ildə vəhşi təbiət müxtəlifliyinə və toxunulmamış təbiətinə görə UNESCO-nun Ümumdünya irsi təyin edilmişdir. Qoruqda Afrika savanna fili, qara kərgədan, begemot, şir, Şərqi Afrika vəhşi iti, Afrika kəli, Masai zürafəsi, düzənlik zebri və Nil timsahı kimi heyvanlar yaşayır. Qoruq daxilində daimi insan məskunlaşmasına icazə verilmir. İnsanların bütün girişi və çıxışı Tanzaniya Təbii Ehtiyatlar və Turizm Nazirliyinin vəhşi təbiət bölməsi tərəfindən idarə olunur. Ərazi ilk dəfə 1896-cı ildə, alman Tanqanika qubernatoru Herman fon Visman tərəfindən qorunan bir bölgə olaraq təyin edilmiş və 1905-ci ildə ov ehtiyatına çevrilmişdir. Qoruq, 1917-ci ildə Birinci Dünya müharibəsi zamanı almanlara qarşı döyüşərkən həyatını itirən məşhur ovçu və erkən konservant Frederik Selusun adını daşıyır. Ərazi 2005-ci ildən etibarən Aslan Qoruma Birliyi hesab olunur. Qoruqun sərhədləri Uran yataqlarından istifadəyə icazə verilməsi üçün dəyişdirilib.
Su ehtiyatlarının çirklənməsi
Azərbaycanın səth sularının əsasını çay suları təşkil edir. Bunun 65%-i qonşu ərazilərdən axıb gələn tranzit çayların və yalnız 35 %-i yerli çayların hesabınadır. Respublikamızın əsas su arteriyası olan Kür çayı və onun əsas qolu Araz hələ Azərbaycan ərazisinə daxil olana qədər qonşu ölkələrdə güclü çirklənməyə məruz qalır. Bunlarla yanaşı, Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Son zamanlar Böyük Qafqazın Kür hövzəsinə aid olmayan və birbaşa Xəzər dənizinə tökülən şimal-şərq həssəsi çaylarının və Lənkəran regionuna daxil olan çayların çirklənməsi də müşahidə edilir. Antropogen amillərin təsirinin güclənməsi ilə əlaqədar olaraq Kür, Araz çayları və onların qollarının suyunun kimyəvi tərkibində böyük dəyişikliklər baş vermişdir. Son 40 il ərzində Salyan şəhəri yanında Kür çayı suyunun minerallığı 3 dəfədən çox artaraq 1020 mq/l olmuşdur. Bu dövr ərzində Araz çayının Saatlı məntəqəsində suyun minerallaşması 400 mq/l-dən 1300 mq/l-ə qədər artmışdır. Əvvəllər çayların suyu hidrokarbonat sinfinə və kalsium qrupuna mənsub olduğu halda, hazırda sulfatlı-natriumludur. Suyun kimyəvi tərkibinin və keyfiyyətinin dəyişməsinin əsas səbəbi Kür – Araz ovalığında suvarılan sahələrdən qayıdan suların və kollektor – drenaj sularının Kür çayına və onun qollarına daxil olmasıdır.
Su ehtiyatı
Su ehtiyatları – İstifadəyə yararlı sular: çay, göl, kanal, su anbarı, dəniz və okean suları, yeraltı sular, torpaqdakı rütubət, buzlaq suları (buz), atmosferdəki su buxarları daxildir. Su ehtiyatlarının 2%-ə qədəri şirin sulardır ki, bunun da yalnız 0,3%-indən istifadə etmək mümkündür. Şirin su ehtiyatlarından təsərrüfatda (sutəchizatı, suvarma, hidroenergetika, daxili gəmiçilik, balıqçılıq və s.) geniş istifadə olunur. Çayların, göllərin və dənizlərin çirkab sularla xeyli dərəcə çirkləndirilməsi Su ehtiyatlarının keyfiyyətinin azalması təhlükəsini yaradır (1 m³ çirkab su 40-50 m³ təbii çay suyunu çirkləndirir və yararsız hala salır). Azərbaycan respublikasında Su ehtiyatlarının əsas hissəsini çay suları, 10,3 km3 -i yerli çayların suları) təşkil edir.
“Ehtiyatda olan sağ-trotskiçi mərkəzinin əksinqilabi milliyətçi təşkilatı” rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.
İstehsal ehtiyatları
İstehsal ehtiyatları — müəssisənin qəbul etdiyi, lakin hələ iş yerinə köçürülməmiş ehtiyatlar. Böyük Rusiya Ensiklopediyasının məlumatına görə, istehsal ehtiyatları müəssisəyə daxil olmuş, lakin hələ də iş yerlərinə köçürülməmiş xammal, materiallar, alınmış yarımfabrikatlar və komponentlər, yanacaq, alətlər və digər istehsal vasitələridir. Ehtiyatlar təbii və pulla ölçülən maddi ehtiyatların bir hissəsidir.
Birləşmiş Millətlər Təşkilatının Balıq Ehtiyatları Sazişi
Birləşmiş Millətlər Təşkilatının Balıq Ehtiyatları Sazişi (BMTBES) və ya sadəcə Balıq Ehtiyatları Sazişi (formal olaraq Dəniz hüququ haqqında Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1982-ci il tarixli Konvensiyasının müddəalarının həyata keçirilməsinə dair Saziş) — geniş əraziləri əhatə edən və bir sıra dövlətlər üçün iqtisadi və ekoloji narahatlıq doğuran balıqçılıq ehtiyatlarının birgə idarə edilməsini gücləndirmək üçün Birləşmiş Millətlər Təşkilatı tərəfindən yaradılmış çoxtərəfli müqavilə. 2016-cı ilin dekabrına olan məlumata görə, müqavilə 90 dövlət və Avropa İttifaqının daxil olduğu 91 tərəf tərəfindən ratifikasiya edilmişdir. Balıq ehtiyatları birdən çox eksklüziv iqtisadi zonadan keçir və ya orada olurlar. Saziş 1995-ci ildə qəbul edilmiş, 2001-ci ildə qüvvəyə minmişdir.
Ehtiyatların dövriyyəsi nisbəti
Ehtiyatların dövriyyəsi nisbəti (ing. Inventory Turnover Ratio, IT, Turnover of a Stocks, Inventory Turnover, Inventory Utilization Ratio, inventory turns, merchandise turnover, stockturn, stock turns, turns, and stock turnover) — hesabat dövründə satılmış məhsulların maya dəyərinin bu dövrdəki ehtiyatların orta məbləğinə nisbətini xarakterizə edən maliyyə göstəricisi. Bu nisbət müəyyən bir müddət ərzində şirkətin ehtiyatlarının orta hesabla neçə dəfə satıldığını göstərir. Tipik olaraq, əmsal 1 il müddətinə hesablanır. Ehtiyatlardan istifadənin səmərəliliyi onların dövriyyəsi ilə düz mütənasibdir == Hesablama == Ehtiyatların dövriyyəsi əmsalı aktivlərin dövriyyəsi əmsallarına istinad edir və müəssisənin inventardan istifadə etdiyi intensivlik dərəcəsini xarakterizə edir. Zamanla ifadə edilir. Aşağıdakı kimi hesablanır: Ehtiyatların dövriyyə nisbəti = Xalis gəlir/Satış qiymətləri ilə orta inventar və ya Ehtiyatların dövriyyə əmsalı = Satılan malların dəyəri/Ehtiyatların orta dəyəri. Bu halda ehtiyatların orta həcmi aşağıdakı kimi hesablanır: Orta inventar = Dövrün əvvəlində inventar həcmi + Dövrün sonunda inventar həcmi/2 və ya sadəcə: Orta inventar = Son inventar. Çoxdövrlü məlumatlar, orta aylıq göstəricilər, inventar dövriyyəsi haqqında daha dəqiq təsəvvür yaradır. Orta aylıq göstəricilərin hesablanması mövsümi dəyişiklikləri də nəzərə alır: Orta inventar = Dövrün sonunda inventar həcmi + Ayın sonu1 + Ayın sonu2 + ...
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" rəhbərlərinin işi
"Sağ-trotskiçi ehtiyat mərkəzinin əksinqilabi milliyətçi təşkilatı" (SEMƏMT) rəhbərlərinin işi – 1938–1956-cı illərdə bir neçə azərbaycanlı xalq təsərrüfatı rəhbəri, o cümlədən SSRİ Ali Soveti deputatının məhkum olunduğu və Azərbaycan SSR ali rəhbərliyi tərəfindən saxtalaşdırılmış siyasi istintaq işi. Bu iş üzrə "32 rayon partiya komitəsi katibi, 28 rayon icraiyyə komitəsi sədri, 15 xalq komissarı və onların müavinləri, 66 mühəndis, 88 Sovet ordusu və Hərbi-dəniz donanması komandiri, 8 professor və başqa səlahiyyətli şəxslər həbs edilərək güllələnmiş, ya da uzun müddətə azadlıqdan məhrum edilmişlər". == Zəmin == Bu iş SSRİ-də "Sovetlər əleyhinə sağ-trotskiçi bloku"nun başçıları elan olunmuş Buxarin və Rıkovun üzərində aparılmış prosesin regional davamı idi. İstintaqın iddiasına görə SEMƏMT Azərbaycan milliyətçilərinin əsasən başqa millətlərin nümayəndələrindən olan sağ-trotskiçilərlə birliyini təmin etmişdi. Bu təşkilat ona görə "ehtiyatda olan" adlandırılmışdır ki, guya ondan qabaq 1936–1937-ci illərdə XDİK tərəfindən darmadağın edilmiş "əsas" təşkilatın əvəzində yaradılmışdı; bu yeni təşkilatın üzvləri o zaman ehtiyatda idilər və əsas təşkilat məhv ediləndən sonra onun işini bərpa etməyə çalışmışlar. == SEMƏMT-in rəhbərləri == İstintaq işində aşağıda sadalanan təşkilatın rəhbərləri kimi bir neçə nəfər yüksək vəzifəli şəxs göstərilmişdir. Onlardan beşi Azərbaycan SSR xalq təsərrüfatı rəhbəri və SSRİ Ali Sovetinin 1-ci çağırışının deputatları idi: Manaf Xəlilov (Az. SSR Xalq Komissarları Sovetinin 1-ci müavini); İbrahim Əsədullayev (Az. SSR Xalq Daxili Ticarət komissarı); Əbülfət Məmmədov Az. SSR Xalq Əkinçilik komissarı; İskəndər Əliyev (Az.

ehtiyat sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Gələcəkdə lazım olacağı nəzərdə tutulub tədarük edilmiş, saxlanmış şey; tədarük. Ərzaq ehtiyatı. Taxıl ehtiyatı. Mal ehtiyatı. – [Qoca] …son qonaq ehtiyatı üçün saxladığı böyük şanı kəsib tabaqda buraya gətirmişdi. S.Rəhimov. …Kənddən çıxdıqlarının onuncu günü Səriyyə xala yemək ehtiyatının tükənməyə başladığını hiss etdi. M.İbrahimov. □ Ehtiyat görmək – 1) hazırlıq aparmaq, tədarük görmək, hazırlaşmaq (bayram, qonaqlıq, toy və s. münasibəti ilə). Bəli, Bəxtiyara xəbər yolladılar ki, filan gündə, filan saatda sənə qonağıq, ehtiyatını gör. (Nağıl); 2) gələcək üçün yığmaq, toplamaq; tədarük etmək (mal, pul və s). Uzun illər böyük bir etibara malik olan Nemətullayev, çox sakit həyat sürür və gələcək üçün ehtiyat görürdü. S.Rəhimov. 2. Zərurət, ehtiyac hiss edildikdə istifadə edilən (şey). Ehtiyat fondu. Ehtiyat qüvvələri. Toxunulmaz ehtiyat. – Radio səslənir: – Hüseyn, dön geri; Qalxmışdır ehtiyat təyyarələri. M.Rahim. □ Ehtiyat üçün – gələcəkdə, sonradan gərəkli, lazım olacağı ehtimalı ilə, hər bir ehtimala qarşı. Ehtiyat üçün pul götürmək. Ehtiyat üçün özü ilə adam götürmək. – Müəllim ehtiyat üçün məktəb xidmətçisi Mahmud əmini də götürdü. B.Talıblı. [Kazım] isə ehtiyat üçün götürdüyü kəndiri çıxarıb böyük çətinliklə Zeynəbin əllərini, ayaqlarını sarıdı. İ.Şıxlı. 3. Hələlik istifadə edilməyən, lakin mövcud olan şeyin miqdarı (çox vaxt cəm şəklində işlənir). Neft ehtiyatı. Dəmir ehtiyatı. Ölkəmizin tükənməz ehtiyatı. – Bir sıra alimlərin apardığı hesaba görə, Yer kürəsinin tərkibində olan tək uran və torinin atom energiyası neft və daş kömür ehtiyatının energiyasından 20 dəfə çoxdur. A.Qarayev. 4. Müharibə vaxtı orduda xidmətə yarayan, hərbi uçotda olan vətəndaşlar. Ehtiyata buraxmaq. Ehtiyatda olanları orduya çağırmaq. – Eldar bir ehtiyat komandiri kimi cəbhəyə getməli oldu. İ.Əfəndiyev. 5. Təhlükəni nəzərə alaraq, tədbirli, üsullu hərəkət etmə, davranma. Ehtiyat igidin yaraşığıdır. (Ata. sözü). İstədim həcv edim bir özgə sayaq; Amma yenə mane oldu ehtiyat. Q.Zakir. [Bəxtiyar:] Sarayda başqadır həyat; Bir az gərəkdir ehtiyat. A.Şaiq. Qınama qızları, bu ehtiyatdır; Dünyada tez qızan, tez də soyuyar. S.Vurğun. // Qorxma, çəkinmə. □ Ehtiyat etmək (eləmək) – qorxmaq, çəkinmək, saqınmaq. Soyuqdan ehtiyat etmək. İşin çətinliyindən ehtiyat etmək. – Sərsəri basma qədəm eşq təriqinə, Füzuli; Ehtiyat eylə ki, qayətdə xətərnak səfərdir. Füzuli. [Qazı:] Qızım, sən heç kəsdən ehtiyat etmə, heç kəsin cürəti yoxdur, sənə bir çırtma vursun. Ə.Haqverdiyev. [Molla Xəlil] müəllimin əleyhinə danışmaqdan, təbliğat aparmaqdan ehtiyat edirdi. S.Hüseyn. ◊ Ehtiyatı əldən buraxmaq – hər bir ehtimala qarşı tədbir görmək. [Vəzir:] Siz hər gün burada hazır olarsınız. Hər halda, ehtiyatı əldən buraxmaq olmaz. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / ehtiyat
  • 2 gələcək üçün saxlanmış şey; tədarük. Extiyar bax: İxtiyar.

    Azərbaycan kişi adlarının izahlı lüğəti / ehtiyat
  • 3 EHTİYAT1 ə. tədbir. EHTİYAT2 ə. istifadə edilməyib saxlanılan şey(lər).

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ehtiyat

ehtiyat sözünün sinonimləri (yaxın mənalı sözlər)

ehtiyat sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 EHTİYAT I is. [ ər. ] Tədarük, yaşayış üçün toplanılan vəsait. Şoferdən də bir litr benzin al, özünə ehtiyat saxla (S.Qədirzadə). EHTİYAT II is. [ ər. ] Tədbirlilik, qorxu, çəkinmə, ehtiyatlı olma. Ehtiyat igidin yaraşığıdır (Ata. sözü). EHTİYAT III is. [ ər. ] Çəkinmə. Xəlil Mirzə nəfəs çəkməyə belə ehtiyat edirdi (Q.İlkin).

    Azərbaycan dilinin omonimlər lüğəti / ehtiyat

ehtiyat sözünün rus dilinə tərcüməsi

  • 1 1. осторожность, предосторожность; 2. опасение; 3. запас, припас, резерв; 4. запасный, резервный;

    Azərbaycanca-rusca lüğət / ehtiyat
  • 2 I сущ. 1. запас: 1) то, что запасено, приготовлено, собрано. Yanacaq ehtiyatı запас топлива, ərzaq ehtiyatı запас продовольствия, un ehtiyatı запас муки, toxunulmaz ehtiyat неприкосновенный запас, ehtiyyat görmək: 1. делать, сделать запас, заготавливать, заготовить, запасать, запасти что-л.; 2. готовиться к чему-л. (к празднику, к какому-л. событию), özü üçün ehtiyat görmək запасаться, запастись чем-л., ehtiyat saxlamaq хранить запас 2. то, что имеется для использования. Faydalı qazıntılar ehtiyatı запасы полезных ископоемых, neft ehtiyatı запасы нефти 3. перен. совокупность имеющихся у кого-л. знаний, понятий. Söz ehtiyatı запас слов 4. граждане, годные для прохождения службы в военное время, состоящие на воинском учете. Ehtiyatda olan zabit офицер запаса, ehtiyata buraxmaq уволить в запас 2. резерв: 1) обычно во мн. ч. запас чего-л., специально сохраняемый в каких-л. целях. Dövlət taxıl ehtiyatı государственные резервы зерна, istehsalat ehtiyatı производственные резервы 2) источник, откуда черпаются новые силы, средства. İşçi qüvvəsinin ehtiyatı резерв рабочей силы, ehtiyat əmək qüvvələri трудовые резервы 3) часть войск, оставляемая для использования в нужный момент. Baş komandanlığın ehtiyatı резерв главного командования (ставки), batalyon ehtiyatdadır батальон в резерве 4) состав военнообязанных, прошедших действительную службу и призываемых в армию в случае необходимости 3. предосторожность (мера, принятая для ограждения от какой-л. опасности). Ehtiyat tədbirləri меры предосторожности, ehtiyat etmədən без предосторожностей II прил. запасной, запасный: 1) заготовленный, оставленный в качестве запаса. Ehtiyat təkər запасное колесо, ehtiyat oyunçu запасной игрок, ehtiyat aerodrom воен. запасной аэродром, ehtiyat qapı запасный выход, ehtiyat hissələri запасные части 2) годный для прохождения службы в военное время, состоящий на воинском учете. Ehtiyat heyət запасной состав (рядовых, офицеров и т.п.) 2. резервный: 1) находящийся в запасе и употребляемый в случае необходимости. экон. Ehtiyat bankı резервный банк, ehtiyat kapitalı резервный капитал, ehtiyat fondu резервный фонд, ehtiyat parovozu ж.-д. резервный паровоз, ehtiyat akkumulyator bateriyası эл.-тех. резервная аккумуляторная батарея 2. находящийся в резерве. Ehtiyat briqadası резервная бригада, ehtiyat qoşunları резервные войска; ehtiyat eləmək kimdən, nədən бояться, опасаться кого, чего; ehtiyat üçün qoymaq откладывать (отложить) про запас ◊ ehtiyat igidin yaraşığıdır острожность – украшение героя, осмотрительность – достоинство молодца, береженого и бог бережёт, ehtiyatı əldən vermə! будь осторожен!

    Azərbaycanca-rusca lüğət / ehtiyat

ehtiyat sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. stock, reserve, ration; zəngin ~ rich reserve; zəngin kömür (neft və s.) ~ı rich reserves of coal (oil, etc.); söz ~ı stock / fund of words, vocabulary; hərbi sursat ~ı stock / reserves of ammunition; toxunulmaz ~ emergency supply; (şəxsi) emergency reserve / ration; ~ı qurtarmaq to exhaust / to drain the supply (of); ~ görmək / yığmaq / toplamaq to store (d.), to lay* in stock (of); to provide oneself (with); ~ saxlamaq to lay* aside (d.), to lay* by / apart (d.); ~da olmaq (əsgər) to be* in the reserve; ~a buraxılmaq to be* / to have* been transferred to the reserve; 2. caution; ~ etmək to be* careful not (+to inf.); to fear, to be* afraid (of) ◊ Ehtiyat igidin yaraşığıdır ≅ Caution is the parent of safety, Discretion is the better part of valour; Ehtiyatı əldən vermə! Have a care! Be careful! II. s. spare; reserve (attr.); ~ hissələr spare parts, spares; ~ şin spare (tire); ~ çıxış emergency exit

    Azərbaycanca-ingiliscə lüğət / ehtiyat

ehtiyat sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. réserve f ; stock m (ambarlarda) ; approvisionnements m pl (ərzaq) ; économie f, épargne f, magot m ; zəngin ~ de riches réserves ; zəngin neft (kömür) ~ları de riches réserves de pétrole (de charbons, de houilles) ; söz ~ı vocabulaire m, bagage m de mots ; hərbi sursat ~ı munitions f pl ; toxunulmaz ~ provisions f pl, économies fpl ; ~ qurtarmaqdadır les réserves (les économies) s’épuisent ; ~ görmək (yığmaq, toplamaq) économiser vt, réserver vt, épargner vt ; ~da olan əsgər soldat m de réserve ; ~a buraxılmaq être versé,-e dans la réserve ; 2) précaution f, prudence f ; ~ etmək craindre vt, redouter vt, appréhender vt ◊ ~ igidin yaraşığıdır qui garde à carreau, n’est jamais capot ; prudence est mère de sûreté ; ~ı əldən vermə! prends garde! sois prudent! fais attention! méfis-toi! 2) sif. de rechange ; ~ hissələr pièces f pl de rechange ; ~ şin roue f de rechange ; ~ çıxış sortie f de secours

    Azərbaycanca-fransızca lüğət / ehtiyat

ehtiyat sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. игьтият (1. тадарак (мес. техилдин, тӀуьнин ва мс); ehtiyat görmək игьтият акун а) гьазурвал акун, гьазур хьун (мес. сувариз, мехъериз); б) гележег патал кӀватӀун; тадарак авун (пул, мал ва мс.); 2. игьтият патал, игьтияж хьайила менфят къачун патал хвенвай (мес. фонд, аскерар); ehtiyat üçün игьтият патал, гележегда (ахпа) лазим къведа лагьана, гьар игьтималдиз къарши; 3. гьелелик кӀвалахар тийиз тунвай, игьтият патал хвенвай затӀунин кьадар (мес. нафтӀадин, ракьун); 4. дяведин вахтунда армияда къуллугъ авуниз ярарлу, дяведин учотда авай гражданар; ehtiyata buraxmaq игьтиятдиз ахъаюн; 5. игьтиятлу хьунухь, игьтиятлувал, мукъаятвал, тедбирлувал; // кичӀе хьун, чугварвалун; ehtiyat etmək (eləmək) игьтият авун, кичӀе хьун, чугварвалун, къакъасун); ** ehtiyatı əldən buraxmaq (vermək) игьтият гъиляй ахъаюн, гьар са игьтималдиз къарши тедбир акун; düşmən gücsüz də olsa, ehtiyatı əldən vermə. Ata. sözü душман зайиф хьайитlани, игьтият гъиляй ахъаймир.

    Azərbaycanca-ləzgicə lüğəti / ehtiyat

ehtiyat sözünün türk dilinə tərcüməsi

"ehtiyat" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ehtiyat nədir? #ehtiyat sözünün mənası #ehtiyat nə deməkdir? #ehtiyat sözünün izahı #ehtiyat sözünün yazılışı #ehtiyat necə yazılır? #ehtiyat sözünün düzgün yazılışı #ehtiyat leksik mənası #ehtiyat sözünün sinonimi #ehtiyat sözünün yaxın mənalı sözlər #ehtiyat sözünün əks mənası #ehtiyat sözünün etimologiyası #ehtiyat sözünün orfoqrafiyası #ehtiyat rusca #ehtiyat inglisça #ehtiyat fransızca #ehtiyat sözünün istifadəsi #sözlük