* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Hər hansı bir şeyə olan və onsuz keçinmək mümkün olmayan tələbat, gərəklik, lüzum. Xassə, ol rus elminə talib; Onlara ehtiyacımız çoxdur; Bilməsək dil, ilacımız yoxdur. S.Ə.Şirvani. Poçt yolu ilə gəlib-gedənlərin hər ehtiyaclarını Rəhim bəy kəmali-məmnuniyyətlə rəf edirdi. Ə.Haqverdiyev. 2. Yoxsulluq, kasıblıq. Ehtiyac içərisində yaşamaq. Ehtiyac içində böyümək. – Bu əğniyaların üzün görüncə ehtiyacda; Get, ey fəqiri-binəva, kəfən bürün, məzarı gör! M.Ə.Sabir. Ehtiyac üzündən özgə qapısında qulluqçuluq edən qız görmədiyi, sevmədiyi dəli bir dövlətliyə satılır. S.S.Axundov. Şirəli də başqaları kimi yoxsulluq, ehtiyac içində böyümüşdü. M.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / ehtiyac1 Hacət sözü ilə qohumdur, ərəbcədir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / ehtiyac3 1. EHTİYAC (bir şeyə olan tələb) [Şakir:] Bildilər ki, bir şeyə ehtiyacı var, xahişsiz-filansız düzəldilər (M.İbrahimov); HACƏT Dərzi Zöhraba: Amma indi sənin geri qayıtmağına hacət yoxdur (S.Vəliyev); ZƏRURƏT Əlbəttə, bu yerləri yazın isti günlərində görmək Qəhrəman üçün daxili bir zərurət idi (S.Rəhimov); TƏLƏBAT (bax). 2. ehtiyac bax yoxsulluq
Azərbaycan dilinin sinonimlər lüğəti / ehtiyac2 сущ. нужда: 1. бедность, нищета (острый недостаток в средствах к существованию). Ehtiyac içində yaşamaq жить в нужде, ehtiyac üzündən из-за нужды, ehtiyaca görə по нужде, yeməyə olan ehtiyac нужда в еде 2. потребность, необходимость, надобность. İşçi qüvvəsinə olan ehtiyac нужда в рабочей силе, zəhmətkeşlərin ehtiyacını ödəmək удовлетворять нужды трудящихся, sənayenin ehtiyacları üçün для нужд промышленности; ehtiyac yoxdur kimə, nəyə нет нужды в ком, в чем. İzahata ehtiyac yoxdur нет нужды в комментариях, комментарии излишни; ehtiyac olduqda в случае нужды; tələsməyə ehtiyac yoxdur нет нужды торопиться; misal gətirməyə ehtiyac yoxdur нет нужды приводить примеры; ehtiyacı olmaq kimə, nəyə нуждаться в ком, в чем. Köməyə ehtiyacı olmaq нуждаться в помощи, müalicəyə ehtiyacı olmaq нуждаться в лечении, təmirə ehtiyacı olmaq нуждаться в ремонте, pula ehtiyacı olmaq нуждаться в деньгах, ehtiyac duymaq (hiss etmək) nəyə испытывать нужду в чем; ehtiyacdan qurtarmaq (çıxmaq) выбиваться, выходить из нужды; ehtiyaca dözmək терпеть нужду; ehtiyacı olmamaq kimə, nəyə не нуждаться в ком, в чем
Azərbaycanca-rusca lüğət / ehtiyac1 i. need, want; ~ hiss etmək to be* in need of / in want of; pula ~ı olmaq to be* in need of / in want of money; Sizin pula ehtiyacınız varmı? Are you in need of / in want of money? ~ olmadan needlessly, without necessity; ~ olsa in case of need; təbii ~ physical need; ~ içərisində yaşamaq to live in poverty / in want; ◊ Ehtiyac yoxdur! There is no need!
Azərbaycanca-ingiliscə lüğət / ehtiyac1 is. 1) besoin m, envie f, nécessité f, désir m, exigence f ; 2) pauvreté f, misère f ; ~ hiss etmək éprouver (və ya sentir, ressentir) le besoin de qch ; pula ~ı olmaq avoir besoin d’argent ; Sizin pula ~ınız varmı? Avez-vous besoin d’argent? ~olmadan sans nécessité ; ~ olsa en cas de nécessité, s’il faut, au besoin, le cas échéant ; təbii ~ plaisir m spirituel, plaisir m physique ; ~ içərisində yaşamaq vivre dans la misère ; être dans le gêne (və ya dans le besoin) ; tomber vi (ê) dans la dèche fam ◊ ~ yoxdur! Peu importe!
Azərbaycanca-fransızca lüğət / ehtiyac1 [ər.] сущ. игьтияж (1. са затӀуниз авай тӀалаб, гереклувал, лазимвал; 2. кесибвал, юхсулвал, дарвал).
Azərbaycanca-ləzgicə lüğəti / ehtiyac