ehtiras sözü azərbaycan dilində

ehtiras

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ehtiras • 87.0370%
  • Ehtiras • 11.4815%
  • EHTİRAS • 1.4815%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.81 dəfə / 1 mln.
2006 ••••• 0.45
2008 ••••••••• 0.97
2009 ••••••••• 0.96
2010 ••••••••• 1.00
2011 ••••••• 0.77
2012 •••••••••••••••• 1.72
2013 •••••••••• 1.02
2014 •••••••••••••••••••• 2.23
2015 •••••••• 0.85
2016 •••••••• 0.87
2017 ••••• 0.49
2018 ••••• 0.45
2019 ••• 0.28
2020 •• 0.13

ehtiras sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. Ağlın çətinliklə idarə edə bildiyi hiss. Ehtirasını saxlamaq. – [Xəlifə:] Səndə var coşqun ehtiras alovu; Yaxar atəşlərin sönük bir evi. H.Cavid. Sübhanverdizadə düşünür, getdikcə hərisliyi artır, gözlərində ehtiras qığılcımı çırtıldayırdı. S.Rəhimov. Yazıçı iki gəncin məhəbbətini də şüurlu və sadə bir məhəbbət kimi verir. Bu məhəbbət ehtirasa deyil, iki düşüncəli gəncin bir-birinə tam şüurlu münasibətinə əsaslanır. M.Arif. // Coşqunluq, ruh yüksəkliyi, vəcd, həyəcan. Bədiiruhi təsir cəhətindən …”Çargah” – həyəcan və ehtiras, “Bayatı-şiraz” – qəmginlik, “Humayun” isə “Şüştər”ə nisbətən daha dərin bir kədər hissi oyadır. Ü.Hacıbəyov. [Südabənin] qapqara gözləri yenə şam kimi yandı. Bir ehtiras alovu ilə işıqlandı. M.İbrahimov. 2. Şiddətli arzu, eşq, həvəs, şövq, meyil. [Afət:] Bədənim yandırır öz libasımı; Dəryalar söndürməz ehtirasımı. M.Rahim. 3. Şəhvət, hərislik, düşkünlük, təəşşüq. [Şeyx Kəbir:] Alçalır, ruhun alçalır… Ancaq; Səni alçaldan ehtiras olacaq. H.Cavid. …Mərcan bəy öz alçaq ehtiraslarını tərk edə bilmir, bəlkə həmin ehtiraslara azad imkanlar axtarır. Ə.Sultanlı.

    Azərbaycan dilinin izahlı lüğəti

ehtiras sözünün etimologiyası

ehtiras sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 şəhvət — hərislik — düşkünlük

    Azərbaycan dilinin sinonimlər lüğəti
  • 2 coşğunluq — vəcd — həyəcan

    Azərbaycan dilinin sinonimlər lüğəti
  • 3 həvəs — eşq — şövq — meyl — şəhvət

    Azərbaycan dilinin sinonimlər lüğəti
  • 4 1. EHTİRAS (cinsi əlaqə meyli) Bu gün Hüsaməddinin qadına olan ehtirasını coşdurmaq və ona təslim olmamaq vəzifəsini sənə tapşırıram (M.S.Ordubadi); ŞƏHVƏT [Əmir:] Dünyada qadın və şəhvət olmazsa kişilərin qəlbindəki inad və müqaviməti heç bir qüvvə qıra bilməz (M.S.Ordubadi); TEMPERAMENT Zəki: Başdan-ayağa həyəcandır, temperamentdir (S.Rəhman); NƏFS Səbəb budur ki, arvadlar bunların ərlərinin təkcə nəfsi-heyvaniyyətlərinə qulluq edirlər və nəfs öləndən sonra daha cavanı evdə saxlamağa bir vasitə olmur (Çəmənzəminli). 2. ehtiras bax coşqunluq 3. ehtiras bax həvəs

    Azərbaycan dilinin sinonimlər lüğəti

ehtiras sözünün rus dilinə tərcüməsi

  • 1 страсть, вожделение

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. 1. страсть: 1) сильное, безудержное чувство. Ehtirasını cilovlamaq обуздать страсть, ehtiraslar qaynayır страсти кипят, ehtiraslar coşur (qızışır) страсти разгораются, ehtiraslar yatdı (söndü, soyudu) страсти улеглись, ehtiraslar fırtınası (tufanı) буря страстей, xırda ehtiraslar мелкие страсти, vəhşi ehtiraslar дикие страсти 2) пристрастие к какому-л. делу, занятию. Oxumaq ehtirası страсть к чтению, işə ehtiras страсть к делу, sənət ehtirası страстъ к искусству, axtarış ehtirası страсть к поиску, yaradıcılıq ehtirası творческая страсть 3) сильная, безудержная любовь с преобладанием чувственного влечения. Qızğın (çılğın) ehtiras пылкая страсть, dəli ehtiras безумная страсть, alçaq ehtiraslar низменные страсти, ehtiras hissi чувство страсти, höyvani ehtiras животная страсть, cinsi-lətifəyə bəslənən ehtiras страсть к прекрасному полу, ehtiras odu огонь страсти, ehtiras alovu пламя страсти, ehtirası alovlanır пылает страсть 2. жажда (сильное, страстное желание чего-л.). Azadlıq ehtirası жажда свободы, yaratmaq ehtirası жажда творчества, sənətin sirlərinə yiyələnmək ehtirası жажда овладеть тайной искусства, varlanmaq ehtirası жажда наживы, hökmranlıq ehtirası жажда власти

    Azərbaycanca-rusca lüğət

ehtiras sözünün inglis dilinə tərcüməsi

  • 1 i. passion (for); alovlu ~ burning passion; ~ını cilovlamaq to master one’s passions; ◊ ~ları qızışdırmaq / alovlandırmaq to enkindle / to inflame the passions

    Azərbaycanca-ingiliscə lüğət

ehtiras sözünün fransız dilinə tərcüməsi

  • 1 is. 1) passion f, émotion f, sentiment m, flamme f, chaleur f, feu m ; alovlu ~ passion ardente ; 2) fougue f, véhémence f ; ~ını cilovlamaq maîtriser (və ya dompter, vaincre) ses passions ◊ ~ları qızışdırmaq (alovlandırmaq) brûler les passions, attiser les passions

    Azərbaycanca-fransızca lüğət

ehtiras sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. игьтирас (1. акьулдивай четиндаказ идара ийиз жедай гьисс; 2. кӀеви гьевес, кӀанивал, ашкъи, майилвал; нефс; 3. къанихвал, шегьвет, шевривал).

    Azərbaycanca-ləzgicə lüğəti

ehtiras sözünün türk dilinə tərcüməsi

"ehtiras" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ehtiras nədir? #ehtiras sözünün mənası #ehtiras nə deməkdir? #ehtiras sözünün izahı #ehtiras sözünün yazılışı #ehtiras necə yazılır? #ehtiras sözünün düzgün yazılışı #ehtiras leksik mənası #ehtiras sözünün sinonimi #ehtiras sözünün yaxın mənalı sözlər #ehtiras sözünün əks mənası #ehtiras sözünün etimologiyası #ehtiras sözünün orfoqrafiyası #ehtiras rusca #ehtiras inglisça #ehtiras fransızca #ehtiras sözünün istifadəsi #sözlük