ehtirasla sözü azərbaycan dilində

ehtirasla

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ehtirasla • 93.3333%
  • Ehtirasla • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsanın ehtirasları (film, 2004)
İsanın ehtirasları (ing. The Passion of the Christ) — Mel Gibson tərəfindən çəkilən və İsanın çarmıxa çəkilməsindən bilavasitə əvvəl baş verən hadisələr haqqında olan İncil draması. Film cam duasından başlayaraq Məsihin dirilməsinin qısa təsvirinə qədər İsanın son 12 saatı haqqında bəhs edir. Filmdə, həmçinin, İsanın uşaqlıq, gənc yaşlarında anası ilə birlikdə dağlığ moizəsini verərkən, 12 həvariyunu öyrədərkən və sonuncu şam yeməyi ilə bağlı bəzi xatirələri də təsvir edilmişdir. Filmdəki dialoqlar arxa-kadr tərcümə və ya subtitrlar olmaqla tamamilə yenidən qurulmuş arami və latın dilində aparılır. Film Matera, Krako. Çineçitta və Roma şəhərlərində çəkilmişdir. Ekranlar çıxmazdan əvvəl də film çox mübahisələrə səbəb oldu. Filmin, xüsusilə Yaxın Şərq müsəlmanları arasında antisemitizm əhval-ruhiyyəsinə səbəb ola biləcəyinə dair narahatlıqlar var idi. Malayziya hökuməti filmin yalnız xristianlara göstərilməsinə icazə vermişdir.
Ədviyyatlar və ehtiraslar (film, 2014)
Ədviyyatlar və ehtiraslar — 2014-cü ildə Riçard C. Moraisin 2010-cu ildə yazdığı eyni adlı romanından uyğunlaşdırılmış, Stiven Naytın yazdığı ssenaridən rejissor Lasse Hallström tərəfindən çəkilmiş Amerika komediya-dram filmidir. Bu filmdə Helen Mirren, Om Puri, Manish Dayal və Charlotte Le Bon çəkilmişdirlər. Tale bir hind ailəsini Provansdakı balaca şəhərciyə atır və onlar məşhur bir restoranla üzbəüz balaca şərq mətbəxi olan kafe açmaq qərarına gəlirlər. Onların kafesi ilə üzbəüz yerləşən, fransız kulinariyası ilə məşhur olan restoranın yiyəsi madam Malori obyektinin “Mişlen” kataloqunda ulduz alması ilə fəxr edir. İlk vaxtlar madam Malori yeni səs-küylü qonşulara nifrətini gizlətmir, lakin yavaş-yavaş rəqiblər arasında müharibə barışıqla yekunlaşır; məlum olur ki, gənc mühacir-aşpaz Həsən xüsusi zövqə malikdir və hind şirniyyatı kimi fransız mətbəxinin də sirlərinə tez bir zamanda yiyələnir.
Ədviyyatlar və ehtiraslar (kitab)
Ədviyyatlar və ehtiraslar — Richard C. Morais tərəfindən yazılmış və 2008-ci ildə nəşr olunmuş romandır. Roman əsasında 2014-cü ildə eyniadlı bədii film çəkilmişdir. Bu, yeni bir hind restoranı ilə ənənəvi fransız restoranı arasındakı yüz metrlik məsafənin müxtəlif mədəniyyətlər və istəklər arasındakı uçurumu necə nümayiş etdirdiyi haqqında bir hekayədir. Bu əsər, iki restoranın rəqabətinə və bu rəqabətin həllinə diqqət yetirir və hadisələr Fransanın Saint-Antonin-Noble-Val şəhərində yerləşir. Kitab, Mumbayda ailəsinin hind restoranında doğulub böyüyən, romanın qəhrəmanı Həsən Hacı tərəfindən nəql edilir və onun uşaqlığından dünya şöhrətli aşpaza çevrilməsinə qədər olan həyat hekayəsini əhatə edir.

ehtirasla sözünün leksik mənası və izahı

  • 1 zərf 1. Coşqunluqla, eşqlə, həyəcanla. Şamxal ələ keçirdiyi ovu yırtıcı bir ehtirasla parçalamaq fikrində deyildi. İ.Şıxlı. 2. Hərisliklə, qızğınlıqla. Maya zərif qollarını açıb məhəbbət və ehtirasla Qaraşın boynuna sarıldı. M.İbrahimov.

    Azərbaycan dilinin izahlı lüğəti / ehtirasla

ehtirasla sözünün sinonimləri (yaxın mənalı sözlər)

ehtirasla sözünün rus dilinə tərcüməsi

  • 1 нареч. страстно, со страстью, со страстностью. Ehtirasla təbliğ etmək nəyi страстно пропагандировать что, ehtirasla danışmaq страстно говорить, ehtirasla sevmək страстно любить, ehtirasla təsvir etmək nəyi изображать со страстью что, böyük bir ehtirasla со всей страстностью, qeyri-adi bir ehtirasla с необыкновенной страстностью, ehtirasla öpmək страстно целовать, ehtirasla girişmək nəyə со страстью втянуться во что

    Azərbaycanca-rusca lüğət / ehtirasla

ehtirasla sözünün inglis dilinə tərcüməsi

ehtirasla sözünün fransız dilinə tərcüməsi

ehtirasla sözünün ləzgi dilinə tərcüməsi

"ehtirasla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ehtirasla nədir? #ehtirasla sözünün mənası #ehtirasla nə deməkdir? #ehtirasla sözünün izahı #ehtirasla sözünün yazılışı #ehtirasla necə yazılır? #ehtirasla sözünün düzgün yazılışı #ehtirasla leksik mənası #ehtirasla sözünün sinonimi #ehtirasla sözünün yaxın mənalı sözlər #ehtirasla sözünün əks mənası #ehtirasla sözünün etimologiyası #ehtirasla sözünün orfoqrafiyası #ehtirasla rusca #ehtirasla inglisça #ehtirasla fransızca #ehtirasla sözünün istifadəsi #sözlük