ehtiram sözü azərbaycan dilində

ehtiram

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ehtiram • 80.0763%
  • Ehtiram • 19.6759%
  • EHTİRAM • 0.2479%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 18.92 dəfə / 1 mln.
2002 ••••••••••• 34.26
2003 •••••••••••••••••••• 66.14
2004 ••••••••••••• 40.09
2005 •••••••• 26.32
2006 ••••••• 21.85
2007 •••••••• 26.43
2008 •••••••••• 32.89
2009 ••••••• 20.32
2010 •••••• 17.70
2011 •••••• 17.24
2012 ••••• 15.92
2013 •••• 11.82
2014 •••• 13.21
2015 ••••• 15.14
2016 ••••• 15.62
2017 •••• 12.36
2018 •••••• 17.53
2019 •••••• 18.22
2020 •••• 10.08

ehtiram sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] Dərin hörmət, sayğı. …Qasım əminin kənddə artıq ehtiramı vardı. Ə.Haqverdiyev. Kazım kişi bu ehtirama görə razılıq elədi və yenə fikrində durub dedi ki, öz işimdə qalmaq istəyirəm. Mir Cəlal. Ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halına gəlmişdi. M.Hüseyn. □ Ehtiram etmək (eləmək, göstərmək, qılmaq, saxlamaq) – hörmət etmək, sayğı göstərmək. [Gülzar:] Xudaya, ata-anaya ehtiram edib sevməyi övlada vacib etmisən. S.S.Axundov. Səlim ona əri Zeynaldan daha artıq ehtiram göstərmiş, izzəti-nəfsini müdafiə etmişdi. S.Hüseyn. Ehtiram sahibi – hörmətli sayılan, hörmət edilən, nüfuzlu adam. …Konsul kimi mütəşəxxis və ehtiram sahiblərindən ehtiyat etmək, hər halda, lazımdır. C.Məmmədquluzadə. Ehtirama layiq – hörmət edilməli, hörmət edilməyə layiq. [Zeynal:] Mehriban munis bir ana olmaq həsəbi ilə ehtirama layiq bir qadındır… S.Hüseyn.

    Azərbaycan dilinin izahlı lüğəti

ehtiram sözünün etimologiyası

ehtiram sözünün sinonimləri (yaxın mənalı sözlər)

ehtiram sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 EHTİRAM – NİFRƏT Ailədəki bu qarşılıqlı ehtiram indi artıq ənənə və etiqad halına gəlmişdir (M.Hüseyn); Adamla çörək kəsib üzünə gülən, dalda isə ayağının altını qazan şəxslərə nifrəti böyük idi (M.İbrahimov).

    Azərbaycan dilinin antonimlər lüğəti

ehtiram sözünün rus dilinə tərcüməsi

  • 1 почитание, почет

    Azərbaycanca-rusca lüğət
  • 2 сущ. 1. уважение (почтительное отношение, основанное на признании чьих-л. достоинств). Ehtiram hissi чувство уважения, qarşılıqlı ehtiram взаимное уважение, dərin ehtiram глубокое уважение, səmimi ehtiram искреннее уважение, ümumxalq ehtiramı всенародное уважение, ehtiram bəsləmək kimə питать уважение к кому, ehtiramını bildirmək выразить свое уважение, ehtiram göstərmək kimə оказывать уважение кому, ehtiramını qazanmaq kimin заслужить уважение чье, ehtiramını itirmək потерять уважение к кому-л., kimə ehtiram ələməti olaraq в знак уважения к кому, ehtiramınıza qarşı təşəkkür edirəm благодарю (благодарен) за почет и уважение 2. почёт (уважение) оказываемое кому-л. обшеством, окружающими людьми. Ehtiram etmək оказывать почет; hörmət və ehtiram почёт и уважение (приветствие при встрече)

    Azərbaycanca-rusca lüğət

ehtiram sözünün inglis dilinə tərcüməsi

  • 1 i. respect, esteem; ~ bəsləmək / göstərmək to respect (d.), to esteem (d.), to have* respect (for); bir kəsə dərin ~ bəsləmək / göstərmək to have* a profound respect for smb.; hamının ~ını qazanmaq to enjoy universal esteem, to win* the respect of all

    Azərbaycanca-ingiliscə lüğət

ehtiram sözünün fransız dilinə tərcüməsi

  • 1 is. respect m, considération f, estime f, déférence f ; ~ bəsləmək (və ya göstərmək) respecter vt, témoigner du respect à (və ya envers, pour, à l’égard de) qn ; bir kəsə dərin ~ bəsləmək (və ya göstərmək) traiter qn avec respect, avec déférence, respecter (və ya aimer, estimer) qn ; avoir une considération respectueuse pour qn ; hamının ~ını qazanmaq jouir de la grande considération de tous

    Azərbaycanca-fransızca lüğət

ehtiram sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. гьуьрмет; ehtiram etmək (eləmək, göstərmək, qılmaq, saxlamaq) гьуьрмет авун, гьуьрмет хуьн; ehtirama layiq гьуьрметдиз лайих, гьуьрмет авуниз лайих.

    Azərbaycanca-ləzgicə lüğəti

ehtiram sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. hörmət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

hörmət, sayqı.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"ehtiram" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ehtiram nədir? #ehtiram sözünün mənası #ehtiram nə deməkdir? #ehtiram sözünün izahı #ehtiram sözünün yazılışı #ehtiram necə yazılır? #ehtiram sözünün düzgün yazılışı #ehtiram leksik mənası #ehtiram sözünün sinonimi #ehtiram sözünün yaxın mənalı sözlər #ehtiram sözünün əks mənası #ehtiram sözünün etimologiyası #ehtiram sözünün orfoqrafiyası #ehtiram rusca #ehtiram inglisça #ehtiram fransızca #ehtiram sözünün istifadəsi #sözlük