* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 647.54 |
2003 | ••••••••••••• | 397.23 |
2004 | ••••••••• | 277.59 |
2005 | ••••••••• | 287.46 |
2006 | •••••• | 171.86 |
2007 | •••••• | 182.25 |
2008 | •••••• | 191.48 |
2009 | •••••• | 166.38 |
2010 | •••••• | 171.38 |
2011 | ••••• | 159.49 |
2012 | ••••• | 141.98 |
2013 | •••••• | 170.67 |
2014 | ••••• | 161.66 |
2015 | •••••• | 171.48 |
2016 | •••••• | 186.90 |
2017 | ••••• | 139.82 |
2018 | ••••• | 132.30 |
2019 | ••••• | 147.57 |
2020 | ••••• | 153.82 |
1 zərf [fars.] Daima, hər vaxt, hər zaman. O, həmişə adamlardan uzaq gəzir. – [Almaz:] Mənim qapım dostlarımın üzünə həmişə açıqdır. C.Cabbarlı. Buna da şükr edib, “təvəkkül” – dedik; İmdadçün həmişə üz tutduq göyə. B.Vahabzadə. // Arasıkəsilmədən, daim. Oğul nankorların adəti budur: Günəşin nurunu həmişə udub; Cazibə alırlar, sürət alırlar… M.Araz.
Azərbaycan dilinin izahlı lüğəti / həmişə2 HƏMİŞƏ [Camal:] Belə cavanlardan ayrılıb, heç insafdır ki, kafedraya gedəsən. Dərs həmişə var (Y.Şirvan); DAİM(A) Xoş ol əbəveynə kim, bu minval; Hər daim olur cahanda xoşhal (M.Ə.Sabir); HƏR VAXT Bir də ki, Topuş belə sözləri birinci dəfə deyil, hər gün, hər vaxt eşidirdi (S.Rəhimov); HƏR ZAMAN Əbülhəsən bəy: Hər zaman səsini dinlərkən zövq duyduğum bu qızın indi hər bir kəlməsi, içərimdə ölüm xəbəri qədər acı təsirlər doğururdu (M.S.Ordubadi); HƏRDƏM Xəlqə ağzın sirrini hərdəm qılır izhar söz; Bu nə sirdir kim, olur hər ləhzə yoxdan var söz (Füzuli); İLMÜDAM Həsrətindən sızıldaram sübhü şam; Cism xəstə, gözü yaşlı ilmüdam (Aşıq Nəbi); MÜDAM (köhn.) Çingiz İldırım: Nə qədər ki, kəndlinin üzərində çox nəzarətçi var, o müdam narahat olub narazılıq eləyəcək (Ə.Vəliyev); PEYVƏSTƏ (kl.əd.) Cəmalının gülünə nişi xar tapmadı ol; Ki hüsn bağına peyvəstə bağban mən idim (Natəvan).
Azərbaycan dilinin sinonimlər lüğəti / həmişə1 HƏMİŞƏ – MÜVƏQQƏTİ Həmişə şad görüm üzünüzü mən; Bir ağrı keçməsin ürəyinizdən (S.Vurğun); Rəssam olmağımı müvəqqəti unutsunlar (S.Vəliyev).
Azərbaycan dilinin antonimlər lüğəti / həmişə2 нареч. всегда, во всякое время, постоянно; всё время, вечно. Həmişə səliqəlidir он всегда аккуратен, direktor həmişə məşğuldur директор всегда (вечно) занят, həmişə hazırıq мы всегда готовы ◊ həmişə təmizlikdə с лёгким паром! (приветствие тому, кто только что вымылся в бане)
Azərbaycanca-rusca lüğət / həmişə1 z. always, for ever, everlastingly; ~ olduğu kimi as ever, as always, as usual
Azərbaycanca-ingiliscə lüğət / həmişə1 zərf. toujours ; de tout temps ; constamment ; régulièrement ; éternellement ; ~ olduğu kimi comme toujours
Azərbaycanca-fransızca lüğət / həmişə1 [fars.] нареч. гьамиша, гьар вахтунда, гьар са чӀавуз, даима.
Azərbaycanca-ləzgicə lüğəti / həmişəf. daima, hər vaxt.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətidaimi, əbədi, hər vaxt, hər zaman.
Azərbaycan qadın adlarının izahlı lüğəti.