dəyişə sözü azərbaycan dilində

dəyişə

Yazılış

  • dəyişə • 99.7327%
  • Dəyişə • 0.2673%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Başladılmamış dəyişən
Başladılmamış dəyişən –( eng.uninitialized variable ) proqramlaşdırmada: elan olunmuş, ancaq istifadə edilənədək heç bir qiymət mənimsədilməmiş dəyişən. Doğrudur, belə dəyişən istifadə anında müəyyən qiymətə malik olacaq, ancaq həmin qiyməti öncədən bilmək olmur. Proqram təminatında xətaya səbəb olan belə hallar proqramlaşdırmada geniş yayılıb. Aşağıdakı proqram nümunəsində k dəyişəninə başlanğıc qiymət mənimsədilmədiyindən onun dövrdən sonra hansı qiyməti alacağını bilmək mümkün deyil. void count( void ) { int k, i; for(i = 0; i < 10; i++) k = k + 1; printf("%d", k); } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bul dəyişəni
Bul dəyişəni– kompüter proqramında: mümkün iki qiymətdən birini alan dəyişən. Kəmiyyətlərin müqayisəsinin nəticələrini hər dəfə yadda saxlamaq lazım gəldikdə Bul dəyişənləri çox faydalı olur. Bul ifadəsi– iki Bul qiymətindən (doğru – true və yalan – false) birini verən ifadə; bəzən məntiqi və ya şərti ifadə də deyilir. Belə ifadələrin tərkibinə < (kiçikdir) və > (böyükdür) kimi nisbət operatorlarının istifadə olunduğu müqayisələr və Bul ifadələrinin məntiqi kombinasiyaları daxil ola bilər. Bul məntiqi– məntiqi qiymətlərin (“doğru”, “yalan”) emalı ilə bağlı olan anlayış. Bir çox proqramlaşdırma dilləri qabaqcadan “doğru” və “yalan” qiymətlərini təyin etməklə Bul verilənlərindən istifadə edir; başqa dillərdə isə Bul qiymətləri tam ədədlər vasitəsilə təyin olunur ki, bu zaman, adətən, (həmişə yox) “0” “yalan” qiymətinə, “0 deyil” isə “doğru” qiymətinə bərabər tutulur. Bul axtarışı – verilənlər bazasında Bul operatorlarından istifadə etməklə axtarışdır. \ == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən
Dəyişən (riyaziyyat)
Dəyişən (proqramlaşdırma)
Dəyişən (variable) – proqramlaşdırmada: proqramın yerinə yetirilməsi zamanı dəyişən, müəyyən tip verilənləri özündə saxlayan adlı yaddaş sahəsi. Məsələn, “check” adlanan dəyişən 12 ədədini özündə saxlaya bilər, ancaq proqram istənilən anda həmin qiyməti dəyişə bilər. Proqramlaşdırma dillərinin əksəriyyəti dəyişən konsepsiyasını dəstəkləyir. Proqramda dəyişəndən istifadə etmək üçün onu aşkar, yaxud qeyri-aşkar elan etmək – identifikator mənimsətmək və tipini göstərmək lazımdır. Dəyişənin tipi onun hansı mümkün qiymətləri ala biləcəyini və onun üzərində hansı əməliyyaların aparıla biləcəyini müəyyən edir. Fəaliyyət sahələrinə görə dəyişənləri iki növə ayırırlar: lokal dəyişənlər və qlobal dəyişənlər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Dəyişən (riyaziyyat)
Dəyişən — öz qiymətini dəyişən fiziki və abstrakt sistemlərə xas olan əlamətdir. Məsələn, ağacın boyu, insanın yaşı, yerin məkanı və s. Riyaziyyatda dəyişəni adətən hərflərlə işarə edirlər. Məsələn, f ( x ) = x + 5 {\displaystyle f(x)=x+5} o deməkdir ki, f {\displaystyle f} funksiyası x {\displaystyle x} dəyişənindən asılıdır.
Dəyişən cərəyan
Dəyişən cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişən cərəyan. Praktikada daha geniş istifadə olunan dəyişən cərəyanın alınması 1831-ci ildə ingilis alimi Maykl Faradeyin kəşf etdiyi elektromaqnit induksiya qanununa əsaslanır. == Həmçinin bax == Sabit cərəyan == Ədəbiyyat == A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov. Fizika. IX sinif üçün dərslik.
Dəyişən cərəyan üçün taxıc yuvaları
Taxıc yuvası — taxıcla birlikdə elektrik naqilləri arasında birləşmə yaratmaq üçün istifadə edilir. Tixac yuvası ya divarda suvağın üst hissəsində,ya da divara batırılmış şəkildə tətbiq olunur. Bəzi hallarda o səyyar birləşmədə əlaqələndrici rolunu oynayır. Məsələn masalarda, uzadıcı məqsədi ilə naqillərin birləşdirilməsində. Gücləndirilmiş taxıc yuvaları da mövcuddur. Belə yuvalar güclü maşınların elektrik şəbəkəsi ilə birləşdirilməsi üçün tətbiq edilir. Gücləndirilmiş taxıclar həm bir fazalı, həm də üç fazalı şəbəkələri birləşdirmək üçün müxtəlif səviyyəli qoruyucu mexanzimlə təchiz olunurlar. Bir çox gücləndirilmiş taxıc yuvaları 220/380 V gərginliyində işləyə bilir. Onlarda kontakt üçün sərt zolaqlardan istifadə edilir. Keramikadan hazırlanmış taxıc yuvaları plastmasa nisbətən daha etibarlıdır, çünki onlar yanmırlar.
Dəyişən kəmiyyət
Dəyişən kəmiyyət müxtəlif qiymətlər alan kəmiyyətdir. Məsələn, ideal qaz sıxılanda, onun həcmi və təzyiqi dəyişir. XVII əsrdə dəyişən kəmiyyətin riyaziyyata daxil edilməsi ümumiyyətlə, elmdə inqilabi sıçrayış idi. O təbiət hadisələrinin, onlar arasında əlaqənin və hərəkətin öyrənilməsində yeni mərhələ idi. Dekart, Nyuton və Leybnisin işlərinə əsaslanan diferensial və inteqral hesabı kimi güclü riyazi üsullar ciddi dəyişikliyə uğradı. Onlar XIX əsrdə ciddi riyazi əsaslandırıldı. Bu zaman limitlər nəzəriyyəsi və kəsilməz funksiyalar nəzəriyyəsi yarandı. Müasir riyaziyyat üçün dəyişən kəmiyyətin yuxarıdakı tərifi qənaətbəxş deyil. Müasir riyaziyyatın əsaslarına çoxluqlar nəzəriyyəsinin, topologiyanın ideyaları nüfuz etmişdir. Xüsusi halda, kəmiyyətin qiymətləri təkcə ədədlər yox, müəyyən çoxluğun ixtiyarı təbiətli elementləri ola bilər.
Dəyişən ulduz
Dəyişən ulduzlar Elə ulduzlar vardır ki, onların parlaqlıqları zamandan asılı olaraq dəyişir. Bu ulduzlara dəyişən ulduzlar deyilir. Dəyişən ulduzlar iki əsas Qrupa bölünürlər. 1) optik dəyişənlər; 2) fiziki dəyişənlər. Optik dəyişənlərin parlaqlığının dəyişməsinin səbəbi tutulmalardır.Fiziki dəyişən ulduzların parlaqlıqlarının və başqa parametrlərinin dəyişməsi isə onların daxilində gedən fiziki proseslərlə əlaqədardır. Dəyişən ulduzları 2 əsas qrupa bölürlər. Döyünən dəyişən ulduzlar və erruptiv - partlayış xarakterli dəyişən ulduzlar. === Döyünən dəyişənlər === Bu ulduzların parlaqlığının dəyişməsi onların radius və effektiv temperaturlarının müəyyən amplitud və periodla dəyişməsi ilə əlaqədardır. === Erruptiv- partlayış xarakterli dəyişən ulduzlar === Bu ulduzların parlaqlıqlarının dəyişməsi partlayış xarakterli enerji ayrılması ilə əlaqədardır.
Dəyişən ulduzların tərifləri
Dəyişən ulduzlar — ulduzun yalan olduğu bürcün adı olan latın hərfi ilə birlikdə (aşağıda göstərildiyi kimi) müəyyən bir etiketin Bayer təyin olunmuş formatında bir dəyişikliklə təyin olunur. Bürclər siyahısı və onların adlarının həssas formaları üçün bürclər siyahısına baxın. Cari adlandırma sistemi: Bayerin mövcud Yunanıstandakı məktubları olan ulduzlara yeni təyinatlar verilmir. Əks halda, hərfi R ilə başlayın və Z.-dən keçin. RZ ilə davam edin … RZ, SS istifadə edin … ZZ qədər SZ, TT … TZ və s. QZ-ə çatana qədər AA, BB … BZ, CC … CZ və s. İstifadə edin, həm birinci, həm də ikinci mövqelərdə J-ni atın. 334 kombinasiya məktubundan sonra Latin yazılarını tərk edin və V335, V336 və s. İlə ulduzları adlandırmağa başlayın.İkinci məktub alfabenin başlanğıcından heç bir zaman asla yaxınlaşmır, məsələn, heç bir ulduz BA, CA, CB, DA və s. Ola bilməz.
Dəyişən xərclər
Dəyişən xərclər — istehsal olunan məhsulun miqdarına uyğun olaraq artan xərclər.
Java (dəyişən tipləri)
Java proqramlaşdırma dilində, dəyişənlərin tipləri iki yerə bölünür. 1. Primitiv tipli dəyişənlər. 2. Referans tipli dəyişənlər. Primitiv tipli dəyişənlər: Javada səkkiz ədəd primitiv dəyişənlər mövcuddur. Bunlar byte, short, int, long, float, double, boolean və char tipləridir. Bunlardan byte, short, int və long tiplərinin dəyərinə tam ədəd (yalnızca tam rəqəm) vermək olur. float və double tiplərinin qiymətinə kəsrli ədəd (məsələn: 1,3) vermək olur. boolean tipi biraz fərqli olaraq sadecə true (doğru) və false (yanlış) qiymətlərini alır.
Nüsxə dəyişəni
Nüsxə dəyişəni (ing. instance variable ~ ru. переменная экземпляра ~ tr. örnek değişkeni) – obyekt-yönlü proqramlaşdırmada: sinfin nüsxəsi ilə bağlı olan dəyişən. Əgər sinif hər hansı dəyişəni təyin edirsə, onda bu sinfin hər bir nüsxəsi həmin dəyişənin özəl kopyasına malik olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Qlobal dəyişən
Qlobal dəyişən (ing. global variable, rus. глобальнaя переменная) - fəaliyyət sahəsi proqramın bütün blokları və ya modulları olan dəyişən. Global dəyişən, adətən, proqramın əsas (yuxarı səviyyəli) blokunda elan olunur. Onun qiyməti proqramın istənilən deyimi (STATEMENT) tərəfindən istifadə edilə və dəyişdirilə bilir. Bu hal proqramın sazlanmasını və dəyişdirilməsini çətinləşdirdiyindən, qlobal dəyişənlərin sayını mümkün qədər məhdudlaşdırmaq lazımdır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Yerini dəyişən göl
Yerini dəyişən göl – (rus. блуждающeе озерo, ing. wandering lakes, divagation lake) ildən-ilə öz yerini dəyişən göl. Materik daxili arid vilayətlər üçün səciyyəvi hadisə olub, əsasən illik axımın il ərzində qeyri-bərabər paylanması və böyük dəyişkənliyi, çöküntülərin (gətirmələrinin) bollu­ğu və insanın təsərrüfat fəaliyyəti ilə əlaqədar baş verir /mis: Lobnor gölünü qidalandıran, Qönçədərə və Tarım çaylarının aşağı hissəsinin daimi olmaması həmin gölün məsafədə yer dəyişməsinə səbəb olur/.
Yerini dəyişən moren
Yerini dəyişən moren – (rus. морена перемещаемая, ing. moving moraine) buzlaq vasitəsilə yerini dəyişən, müxtəlif ölçülü qırıntı materialları. Yerini dəyişən moren dəyişən moren buzlağın sət­hində /səth/, onun içərisində /daxili/ və aşağı hissəsində /dib/ yerləşir. Çökdürülmüş morenlərə, daha doğ­rusu tam formalaşmış morenlərə qarşı qoyulur.
VFD (tezlik dəyişən sürücü)
Tezlik dəyişən sürücü, VFD (ing. Variable Frequency Drive) —asinxron (və ya sinxron) elektrik mühərrikinin rotor sürətini idarə etmək üçün bir sistemdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 8.13 dəfə / 1 mln.
2002 •••••• 3.43
2003 ••••••• 4.33
2004 •••••••• 4.72
2005 ••••• 2.70
2006 •••••••• 4.73
2007 •••••••• 4.86
2008 •••••• 3.17
2009 •••••••• 4.96
2010 •••••••••••• 6.99
2011 •••••••••••••• 8.49
2012 ••••••••••••• 8.00
2013 •••••••••••••••••••• 12.40
2014 ••••••••••••••••••• 11.50
2015 •••••••••••••••••• 10.89
2016 ••••••••••••••• 9.02
2017 ••••••••••• 6.50
2018 •••••••••••••• 8.09
2019 •••••••••••••••••• 10.85
2020 •••••••••••••••••••• 12.20

"dəyişə" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#dəyişə nədir? #dəyişə sözünün mənası #dəyişə nə deməkdir? #dəyişə sözünün izahı #dəyişə sözünün yazılışı #dəyişə necə yazılır? #dəyişə sözünün düzgün yazılışı #dəyişə leksik mənası #dəyişə sözünün sinonimi #dəyişə sözünün yaxın mənalı sözlər #dəyişə sözünün əks mənası #dəyişə sözünün etimologiyası #dəyişə sözünün orfoqrafiyası #dəyişə rusca #dəyişə inglisça #dəyişə fransızca #dəyişə sözünün istifadəsi #sözlük