Kedorlaomer
Kedorlaomer (q.yəh. כדרלעמר , Kedor-Laomer; q.yun. Хοδολλογομόρ, Xodolloqomor) və ya Kudur-Laqamar (q.yəh. נדדלעמד, Kudur-Laomar) — Əhdi-ətiqdə personaj, Elam hökmdarı, patriarx İbrahimin müasiri. Yaradılış kitabının məzmununda təcəssüm edir. O, indiki Ölü dənizin yerində olan beş şəhərin (Sodom, Qomorra, Adma, Sevoim və Bela ) üsyankar padşahlarını cəzalandırmaq üçün Orta Şərqin digər üç padşahı ilə ittifaqda Fələstinə qarşı yürüşə başlamışdır.
Kedorlaomerin adı sırf elamcadır və tanrı Laqamarın adı ilə əlaqələndirilir.