Neft kimyası və neft emalı prosesləri (jurnal)
Neft kimyası və neft emalı prosesləri — Azərbaycan Milli Elmlər Akademiyası akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun jurnalı. Jurnalda neft kimyası tarixi, neft emalında yaranan müxtəlif problemlərin həlli yolları, elmi-tədqiqatların nəticələri nəşr olunur.
Lisenziya seriyası AB № 022696
Qeydiyyat nömrəsi 496, 09.02.2000
p-ISSN 1726-4685
e-İSSN 2519-2876
2011-ci ildən Inspec bazasına daxil edilmişdir
2016-cı ildən "Web of science" bazasına daxil edilmişdir
2017-ci ilin sentyabr ayından “Thomson Reuters” (Web of Science) Clarivate Analytics elmimetrik bazasında yerləşdirilib.
== Tarixi ==
Hər il dörd say olmaqla geniş oxucu kütləsinin ixtiyarına verilən bu jurnal 2000-ci ilin fevral ayından nəşr olunur. Jurnalda əsasən neft kimyası və neft emalı ilə bağlı mühüm məsələlər, eləcə də üzvi kimya, yüksək molekullu birləşmələr, kimyəvi kinetika və kataliz, kimya mühəndisliyi prosesləri və aparatı, neft emalı və neftayırma sənayesi problemlərinin iqtisadiyyatı, neft emalı və neftayırma proseslərinin optimallaşdırılması, neft kimyasının və neft emalının ekoloji problemləri ilə bağlı məsələlər öz əksini tapır.
Jurnalın bu sayında kimyəvi kinetika və kataliz, neft kimyası, neft emalı və bunların ekoloji problemləri ilə bağlı məqalələr öz əksini tapmışdır.
== Redaksiya heyəti ==
Vaqif Abbasov – (baş redaktor)
Oleq Sinyaşin - (baş redaktorun müavini)
Musa Rüstəmov - (baş redaktorun müavini)
Vaqif Fərzəliyev – (baş redaktorun müavini)
Leylufər Əliyeva – (məsul katib)
Nabil N.Eldin Abdellah
Rövnəq Abdullayev
Elşad Abdullayev
Ahmed M.Al-Sabagh
Elmar Abdullayev
Vaqif Əhmədov
Hafiz Əlimərdanov
İsmayıl Əliyev
Mehmet Hakki Alma
Ziyafəddin Əsədov
Ramil Baxtizin
Vladimir Ciçiashvili
Ahmed M.El-Saghier
Arif Həsənov
Dmitriy Grishin
Asgat Gumerov
Mahammad Haqiqi
Hikmət İbrahimov
Minavər İbrahimova
Etibar İsmayılov
Sakit Rəsulov
Vladimir Kapustin
Beykəs Xıdırov
Valeriy Lunin
Anton Maksimov
Vahid Mammadov
Eldar Məmmədbəyli
David Məmmədov
Məhərrəm Məmmədyarov
Abel Məhərrəmov
Shaaban K.Mohamed
Soltan Mohammadzadeh J.S.
Nazim Z.Muradov
Camal Musayev
Tofiq Nağiyev
Füzuli Nəsirov
Dilqəm Tağıyev
Nurseli Uyanik
Kərim Zare
Kompüter tərtibatı
F.Ə.Gərayeva
X.Ə.Cavadova
Korrektor
L.P. Zyablova
Tərcüməçi
D.R.Nurullayeva
== Bölmələr ==
Neft kimyası
Neft emalı
Üzvi kimya
Yüksəkmolekullu birləşmələr
Kimyəvi kinetika və kataliz
Kimya texnologiya prosesləri və aparatları
Ximmotologiya
Neft emalı və neft kimyası sənayeləri iqtisadiyyatı
Neft emalı və neft kimyası proseslərinin optimallaşdırılması
Neft kimyası və neft emalının ekoloji problemləri
Qısa məlumat
== Müəlliflər üçün qaydalar ==
1. Ümumi əsaslar
1.1. Jurnal müəlliflərin vətəndaşlığı və yaşadığı yerdən asılı olmayaraq neft kimya və neft emalı üzrə aktual problemlərinə aid olan işləri çap etdirir. Jurnalda çap etdirmək üçün orijinal tədqiqatların nəticələri göstərən məqalə formasında, qısa məlumat və redaktora məktub şəklində olan materiallar, o cümlədən analitik icmallar və informasiya təqdim edilə bilər.