nişi sözü azərbaycan dilində

nişi

Yazılış

  • nişi • 60.0000%
  • Nişi • 40.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dayqo Nişi
Dayqo Nişi (d. 28 avqust 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Norihiro Nişi
Norihiro Nişi (d. 9 may 1980) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Katsuzo Nişi
Katsuzo Nişi (yap. 西 勝造, 1884–1959) ー yapon mühəndisi və Aikido ustası. 1927-ci ildə o, Yaponiyada ilk metro layihəsinin - Tokio metrosunun aparıcı texniki mühəndisi olmuş, həmçinin öz sağlamlıq sistemini yaratmışdır. == Həyatı == Katsuzo gənc yaşlarından sağlamlığı uğrunda mübarizə aparmağa məcbur olub. Katsuzonun dünyada mövcud olan demək olar ki, bütün sağlamlıq və profilaktik tibb nəzəriyyələrini uzun illər diqqətlə öyrənməsi və sınaqdan keçirməsinin sonradan onun öz müalicə üsullarını yaratması ilə nəticələndi. Aikido müəllimi kimi Nişi aikido ilə məşğul olanları Sağalma Sistemi ilə tanış etdi. Nəticədə, Qızıl Balıq məşqi (kingyō undō, 金魚運動) kimi müəyyən məşqlər aikidoya daxil edildi və aikido ilə məşğul olanlar öz sağlamlıqlarının qayğısına qalmaq üçün yeni bir yanaşma tətbiq etdilər.
Nişi-Rozen sazişi
Nişi-Rozen sazişi (西・ローゼン協定, Nişi-Rozen Kyotey) – 25 aprel 1898-ci ildə Yaponiya ilə Rusiya arasında Koreya barədə imzalanmış saziş. Saziş Rusiya naziri Roman Romanoviç Rozen və Yaponiya xarici işlər naziri Nişi Tokuciro tərəfindən imzalanmışdır. == Haqqında == Yaponiya ilə Rusiya Koreya yarımadası üçün rəqabət içərisində idilər. Bu rəqabət 1895-ci ildə başa çatan Yaponiya-Çin müharibəsindən sonra daha da kəskinləşmişdir. Üçlər müdaxiləsindən sonra Yaponiyanı sakitləşdirmək istəyən Rusiya Koreya məsələsində bir sıra güzəştlərə getmək qərarına gəlmişdir.Sazişə əsasən iki ölkə də Koreyanın daxili işlərindən uzaq qalmalı, Koreya üçün hərbi qüvvə və maddi yardım göndərərkən bir-birilərinin təsdiqini almalı idi. Rusiya Yaponiyanın Koreyadakı ticarət və sənaye fəaliyyətlərinə qarışmayacağı barədə söz vermişdir. Saziş iki tərəfi də məmnun etmişdir. Rusiya Yaponiyanın Koreyadakı təsirini, Yaponiya isə Rusiyanın Mancuriyadakı təsirini tanımışdır. == Həmçinin bax == Yamaqata-Lobanov sazişi == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə). VI cild (Niju–Saka).
Akihiro Nişimura
Akihiro Nişimura (d. 8 avqust 1958) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 49 oyun keçirib, 2 qol vurub.
Akinori Nişizava
Akinori Nişizava (18 iyun 1976, Şizuoka) — keçmiş Yaponiya futbolçusu. 2009-cu ildən karyerasını başa vurub. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 29 oyun keçirib, 10 qol vurub.
Akira Nişino
Akira Nişino (d. 7 aprel 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 12 oyun keçirib, 1 qol vurub.
Cunci Nişikava
Cunci Nişikava (29 iyun 1907 - ?) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Kae Nişina
Kae Nişina (d. 7 dekabr 1972) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 46 oyun keçirib, 2 qol vurub.
Naoko Nişiqay
Naoko Nişiqay (d. 22 yanvar 1969) — keçmiş Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Nişikava Coken
Nişikava Coken (西川 如見, 1648, Hizen əyaləti[d], Saykaydo[d] – 1724) – Edo dövrünün ortalarında yaşamış Yaponiya astronomu. Əsl adı Nişikava Tadahide olsa da, Cirozaemon adı ilə də tanınmışdır. == Həyatı == Nişikava Coken 1648-ci ildə Yaponiyanın Hizen əyalətində doğulmuşdur. Atası Naqasaki şəhərindən olan bir əyalət məmuru idi. O, Kioto alimi Nambu Socudan konfusiçilik dərsləri, Kobayaşi Yoşinobudan isə astronomiya dərsləri almışdır. 50 yaşında təqaüdə çıxmış və həyatının qalan hissəsini astronomiya ilə coğrafiyaya həsr etməyə qərar vermişdir.Müxtəlif sahələrə maraq göstərdiyi üçün 1719-cu ildə şoqun Tokuqava Yoşimune tərəfindən astronomiya və Qərb elmləri haqqında məsləhətlər vermək üçün dəvət olunmuşdur. 1712-ci ildə yazdığı "Tenmon Qiron" (azərb. "Astronomiya prinsiplərinin müzakirəsi"‎) kitabında "iki cənnət"in fiziki və əxlaqi dualizmindən bəhs etmişdir. 1714-cü ildə "Ryoqi Şusetsu" (azərb. "Ulduz və yer qlobusları haqqında materialların izahı"‎) əsərini yazmışdır.
Nişikava Tadahide
Nişikava Coken (西川 如見, 1648, Hizen əyaləti[d], Saykaydo[d] – 1724) – Edo dövrünün ortalarında yaşamış Yaponiya astronomu. Əsl adı Nişikava Tadahide olsa da, Cirozaemon adı ilə də tanınmışdır. == Həyatı == Nişikava Coken 1648-ci ildə Yaponiyanın Hizen əyalətində doğulmuşdur. Atası Naqasaki şəhərindən olan bir əyalət məmuru idi. O, Kioto alimi Nambu Socudan konfusiçilik dərsləri, Kobayaşi Yoşinobudan isə astronomiya dərsləri almışdır. 50 yaşında təqaüdə çıxmış və həyatının qalan hissəsini astronomiya ilə coğrafiyaya həsr etməyə qərar vermişdir.Müxtəlif sahələrə maraq göstərdiyi üçün 1719-cu ildə şoqun Tokuqava Yoşimune tərəfindən astronomiya və Qərb elmləri haqqında məsləhətlər vermək üçün dəvət olunmuşdur. 1712-ci ildə yazdığı "Tenmon Qiron" (azərb. "Astronomiya prinsiplərinin müzakirəsi"‎) kitabında "iki cənnət"in fiziki və əxlaqi dualizmindən bəhs etmişdir. 1714-cü ildə "Ryoqi Şusetsu" (azərb. "Ulduz və yer qlobusları haqqında materialların izahı"‎) əsərini yazmışdır.
Nişiki çayı
Nişiki çayı (錦川, Nishiki-gawa) – Yaponiyanın Yamaquçi prefekturasının ən uzun çayı. Uzunluğu 110 kilometrdir. Nişiki uzunluğu 331,8 kilometr olan çay sisteminin ən böyük çayıdır. Yaponiya hökuməti həmin çay sistemini 2-ci sinif çay sistemi kimi təsnif etmişdir. Çayın hövzəsinin sahəsi 885 km² təşkil edir. Çay öz başlanğıcını Şunan şəhərinin yaxınlığından götürür. İvakuni şəhərindən keçdikdən sonra Daxili Yapon dənizinə tökülür. Çayın üzərində iki su bəndi tikilib: Kodo və Suqano.
Nişimuro rayonu
Nişimuro (西牟婁郡, Nishimuro-qun) — Yaponiyanın Vakayama prefekturasında yerləşən rayon. 2014-cü ilin 1 dekabrına olan məlumata görə rayonun əhalisi 40.867 nəfər, əhali sıxlığı 94,3 nəfər/km2 təşkil edir. Rayonun sahəsi 433,252-dır. == Qəsəbələr və kəndlər == Kamitonda Şirahama Susami == Birləşmə == 1 aprel 2005-ci ildə Kuşimoto qəsəbəsi Hiqaşimuro rayonunun tərkibində olan Koza qəsəbəsi ilə birləşdirilmiş və indi Hiqaşimuro rayonunun tərkibində olan yeni Kuşimoto qəsəbəsi yaradılmışdır. 1 may 2005-ci ildə Nakaheçi qəsəbəsi və Oto kəndi Tanabe şəhərinin tərkibinə qatılmışdır. 1 mart 2006-cı ildə Hikiqava qəsəbəsi Şirihama qəsəbəsi ilə birləşmişdir.
Nişinomiya
Nişinomiya (yap. 西宮) — Yaponiyanın Kansai regionunda yerləşən Hyoqo prefekturasında şəhər.
Nişirokuqo parkı
Nişirokuqo parkı (西六郷公園, Nişirokuqo koen) – Yaponiyanın Tokio şəhərində yerləşən park. Parkdakı meydançalar və heykəllər avtomobil şinləri ilə hazırlandığı üçün Şin parkı (タイヤ公園, Tayya koen) kimi tanınır. == Xüsusiyyətlər == Park Tokio şəhərinin Ota rayonunun Nişirokuqo bölgəsində yerləşir. Sahəsi təxminən 3700 m2 təşkil edir.Parkın əsas fərqləndirici xüsusiyyəti avtomobil şinlərindən istifadə olunaraq yaradılmasıdır. Bunun üçün yaxınlıqda yerləşən Kavasaki zavodundan götürülmüş 3000 rezin şindən istifadə olunmuşdur. Parkın girişində şinlərdən hazırlanan, 20 metrlik quyruğa malik Qodzilla heykəli yerləşir. Parkda şinlərdən hazırlanmış raket və robot heykəlləri də mövcuddur. Parkın ortasında isə nəhəng şin-yelləncək yerləşdirilmişdir.Parkda populyar olan məşğuliyyətlərdən biri şin xizəkçiliyidir. Ziyarətçilər xizək əvəzinə şinə minərək təpədən sürüşürlər. Parkı uşaqlarla yanaşı, böyüklər də tez-tez ziyarət edir.
Takao Nişiyama
Takao Nişiyama (d. 7 yanvar 1942) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Yoşio Nişina
Yoşio Nişina (仁科 芳雄, Nişina Yoşio, 6 dekabr 1890 – 10 yanvar 1951) – Yaponiya fizikaçısı. İkinci dünya müharibəsi zamanı Yaponiyada atom bombası layihəsinə başçılıq etmişdir. Kosmik şüalar haqqında araşdırmaların qabaqcılı olmuşdur. "Yaponiyada nüvə fizikasının atası" hesab olunur. == Həyatı və karyerası == === 1890–1940 === Yoşio Nişina 1890-cı ildə Yaponiyanın Okayama prefekturasında bir kənddə doğulmuşdur. Okayamada yerləşən liseydə təhsil aldıqdan sonra Tokio Universitetinə daxil olmuş və 1919-cu ildə elektrik mühəndisliyi ixtisası üzrə məzun olmuşdur. Mühəndislik işi təklifini qəbul etməyərək elektrokimya, daha sonra isə fizika üzrə təhsil almağa başlamışdır. Fiziki və Kimyəvi Tədqiqatlar İnstitutunda (RIKEN) tədqiqat köməkçisi olmuşdur.1921-ci ildə RIKEN tərəfindən təhsil məqsədilə Avropaya göndərilmişdir. Kembricdə Kavendiş laboratoriyasında təhsil almış, Ernest Rezerfordun tələbəsi olmuşdur. 1923-ü ildə Nils Borla işləmək üçün Kopenhagen Universitetinə daxil olmuş, Göttingen və Hamburqu da ziyarət etmişdir.
Şoyçi Nişimura
Şoyçi Nişimura (30 noyabr 1911 - 22 mart 1998) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib, 1 qol vurub.
Şusaku Nişikava
Şusaku Nişikava (d. 18 iyun 1986) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 23 oyun keçirib.
Takiçi Nişiyama
Takiçi Nişiyama (西山太吉, Nişiyama Takiçi, 10 sentyabr 1931, Şimonoseki, Yamaquçi prefekturası – 24 fevral 2023, Kitakyuşu, Fukuoka prefekturası) – Okinava adasının 1972-ci ildə ABŞ tərəfindən Yaponiyaya qaytarılması zamanı tərəflər arasında imzalanmış gizli paktı tapıb yaydığı üçün həbs olunmuş Yaponiya jurnalisti. == Həyatı == Nişiyama 1933-cü ildə Yaponiyanın Yamaquçi prefekturasının Şimoneseki şəhərində doğulmuşdur. "Mainichi Shimbun" qəzetinin siyasi jurnalisti olan Nişiyama ABŞ və Yaponiya arasında imzalanmış gizli paktın varlığını Okinava adasının qaytarılmasından bir il öncə — 1971-ci ildə yazdığı qəzet məqaləsində bildirmişdi. O, dövlətin gizli sənədlərini əldə etmək üçün Xarici İşlər Nazirliyinin qadın işçisina yaxınlaşmış və aralarındakı intim münasibətlərdən istifadə etmişdir. Dövlətin gizli sənədlərini yaymaqla ittiham olunaraq 1972-ci ildə həbs olunmuşdur.Tokio Rayon Məhkəməsi 1974-cü ildə onun günahsız olduğunu bildirsə də, apellyasiya məhkəməsi bu hökmü rədd edərək onun barəsində qəti həbs qərarı çıxarmışdır. Nişiyamanın günahkar olması barədə son qərar 1978-ci ildə ali məhkəmə tərəfindən verilmişdir. Nişiyama qəzetdəki işindən 1974-cü ildə çıxmışdır. Qəzetdən çıxdıqdan sonra Fukuoka prefekturasının Kitakyuşu şəhərində qohumuna məxsus olan meyvə şirkətində işləmişdir.Okinava adasının Yaponiyaya qaytarılması barədə rəsmi sənədlərin 2000-ci illərdə ABŞ-də yayımlanmasından sonra Nişiyama hökumətə qarşı məhkəmə işi başlatmışdır. 2005-ci ildə Tokio Rayon Məhkəməsində baş tutmuş məhkəmə işində bu hadisənin onun jurnalistika karyerasına zərbə vurduğunu bildirmişdir. Ali məhkəmə 2008-ci ilin sentyabrında onun işini geri qaytarmışdır.2009-cu ildə Nişiyama və bir neçə şəxs ictimaiyyətin insident barədə məlumatlı olması üçün hökumətdən ikitərəfli paktlar haqqında bütün sənədlərin nəşr olunması tələb etmiş və Tokio Rayon Məhkəməsinə müraciət etmişdirlər.

"nişi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nişi nədir? #nişi sözünün mənası #nişi nə deməkdir? #nişi sözünün izahı #nişi sözünün yazılışı #nişi necə yazılır? #nişi sözünün düzgün yazılışı #nişi leksik mənası #nişi sözünün sinonimi #nişi sözünün yaxın mənalı sözlər #nişi sözünün əks mənası #nişi sözünün etimologiyası #nişi sözünün orfoqrafiyası #nişi rusca #nişi inglisça #nişi fransızca #nişi sözünün istifadəsi #sözlük