kişilik sözü azərbaycan dilində

kişilik

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • kişilik • 75.7225%
  • Kişilik • 19.6532%
  • KİŞİLİK • 4.6243%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.46 dəfə / 1 mln.
2003 •••••••••••••••••• 1.18
2007 ••••••••••••••••••• 1.27
2008 •••• 0.24
2009 •••••••••••••• 0.96
2010 •••••••••••• 0.82
2011 •••••••••• 0.69
2012 •••• 0.26
2013 ••••••••• 0.58
2014 •••••••••••••••••••• 1.37
2015 ••••• 0.34
2016 ••• 0.17
2017 ••• 0.16

kişilik sözünün leksik mənası və izahı

  • 1 is. 1. Qoçaqlıq, igidlik, mərdlik, mətanət, səbat, qeyrət, hünər. Hücuma başlarkən Bədəlov taqımına demişdi: – Bax, kişilik vaxtıdır, qırdığınızı qırın, olmadı əsir tutun… Ə.Əbülhəsən. [Fərhad] döyüşçülərlə olduqca müxtəsər danışdı: – Hər kəsdə azərbaycanlı qanı varsa, bu gecə kişilik göstərməlidir. Ə.Vəliyev. 2. Kişiyə xas olan sifətlər, xüsusiyyətlər. [Hacı:] Mənim kişiliyim qalmayıb. C.Cabbarlı. [Hacı Kamyabın] kişiliyini yaxşı anlamaq lazım gələrsə, “arvadlar arasında kişi” sözü haqqında fikrini anlamaq gərəkdir… Qantəmir. // Kişi heysiyyəti, mənliyi, qeyrəti. Müqim bəyin kişiliyinə toxunan bu atmacadan o, pul kimi qızardı. S.Rəhimov. // Kişi cinsi qabiliyyəti. ◊ (Heç) kişilik(dən) deyil – kişi adına yaraşmaz, insana yaraşmaz, layiq deyil. Qəssab Alı fikirləşdi ki, bu belə danışır, bunun kefinə dəyib Eyvazı əlindən almaq heç kişilikdən deyil. “Koroğlu”. [Əmrah:] Eh, nökərçilik də bir kişilik deyil. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / kişilik

kişilik sözünün etimologiyası

  • 1 Türk dillərində kişi sözü ilə bizdə olduğu kimi erkək mənasında deyil, adam, insan anlamında işlədilib (bəzi dillərdə indi də belədir). “Qutadqu bilik” əsərində kişilik kəlməsi “insanlıq”, “ərdəmlik” mənasını əks etdirib. Kişilik “ən yaxşı insani keyfiyyəti özündə yaşadan” kimi başa düşülməlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / kişilik

kişilik sözünün sinonimləri (yaxın mənalı sözlər)

kişilik sözünün rus dilinə tərcüməsi

  • 1 1. мужество; 2. храбрый; 3. возмужалость;

    Azərbaycanca-rusca lüğət / kişilik
  • 2 сущ. 1. возмужалость (состояние физической зрелости) 2. мужество (стойкость, присутствие духа). Kişilik göstərmək проявлять мужество 3. мужское достоинство. Kişiliyinə toxunmaq задеть мужское достоинство ◊ kişilik etmək: 1. проявить великодушие; 2. проявить мужество; (bu) heç kişilikdən deyil это не по-мужски (не подобает мужчине)

    Azərbaycanca-rusca lüğət / kişilik

kişilik sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. (müst. və məc. məna) manhood; məc. manliness; Bu heç kişilikdən deyil It is not worthy of manhood / manliness II. s. manhood; ~ əlamətləri signs of manhood

    Azərbaycanca-ingiliscə lüğət / kişilik

kişilik sözünün fransız dilinə tərcüməsi

kişilik sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. 1. итимвал, касвал, викӀегьвал, уьтквемвал, игитвал, мердвал, гьунар; 2. итимвал, итимдиз хас тир сифетар (хесетар); гъейрат; эркеквал; ** (heç) kişilik(dən) deyil (гьич) итимвал (касвал) туш, итимвиляй туш, итимдиз кутугай, итимдин (инсандин) тӀварцӀиз лайих кар туш.

    Azərbaycanca-ləzgicə lüğəti / kişilik

"kişilik" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kişilik nədir? #kişilik sözünün mənası #kişilik nə deməkdir? #kişilik sözünün izahı #kişilik sözünün yazılışı #kişilik necə yazılır? #kişilik sözünün düzgün yazılışı #kişilik leksik mənası #kişilik sözünün sinonimi #kişilik sözünün yaxın mənalı sözlər #kişilik sözünün əks mənası #kişilik sözünün etimologiyası #kişilik sözünün orfoqrafiyası #kişilik rusca #kişilik inglisça #kişilik fransızca #kişilik sözünün istifadəsi #sözlük