* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Xatirə olaraq verilən, saxlanılan, yaxud qalan şey. Bu kitab sənə bizdən yadigar olsun. – Vaqifin və Vidadinin … əşar və əbyatları … gələcək nəsil üçün böyük yadigar məqamındadır. F.Köçərli. [Dul qadın:] [Oğluma] atadan yadigar olaraq bir bazubənd qalmışdı, qoluna bağlamışam. Çəmənzəminli. Babalarımız burada yaşamış, burada ömür sürmüşlər. Bu yurd onlardan bizə yadigar qalmışdır. Ə.Məmmədxanlı. // Hər hansı bir hadisəni, işi, adamı və s.-ni xatırladacaq, yaxud yada salmaq üçün vasitə olacaq şey. Şeyx tək otaqda, Gülsümdən yadigar qalan bir pişiyin müsahibəti ilə təbibsiz, dərmansız ömrünün axır saatını gözləyirdi. Ə.Haqverdiyev. İndi haman pələng dərisi məndədir. Atamızdan yadigar olduğu üçün saxlayıram. A.Şaiq. 2. məc. Qalıq, nümunə. Keçmiş dövrlərin yadigarı. – Məşədi Əhməd tamamilə əski həyatın bir yadigarı idi. S.Hüseyn.
Azərbaycan dilinin izahlı lüğəti / yadigar3 f. 1) xatirə; keçmişi və ya bir şəxsi yada salan şey; 2) yadda saxlamaq üçün verilən hədiyyə; 3) heykəl, büst, abidə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / yadigar1 Fars mənşəlidir, yadqar kimi işlədilir. Yad (hafizə) sözündən əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / yadigar2 1. YADİGAR Bu papağı Qaçaya böyük bacısı yadigar olaraq bağışlamışdı (M.S.Ordubadi); HƏDİYYƏ Onun divarları al-əlvan naxış; Əsrdən-əsrə hədiyyə qalmış (S.Vurğun). 2. yadigar bax abidə 1
Azərbaycan dilinin sinonimlər lüğəti / yadigar2 сущ. память: 1. предмет, хранимый на память, памятный подарок, знак памяти о ком-, о чём-л. Yeganə yadigar единственная память, canlı yadigar живая память, ana yadigarı память о матери, dostundan yadigar память о друге, atasının yadigarı память об отце 2. воспоминание о к ом-, о чём-л. Əsrlərin yadigarı память веков, əbədi yadigar вечная память, ilk məhəbbətin yadigarı память о первой любви, babalardan yadigar память предков, qara günlərin yadigarı память о чёрных (тяжёлых) днях, görüşdən yadigar память о встрече; yadigar qalmaq kimdən оставаться, остаться на память; доставаться, достаться от кого как память, yadigar vermək давать, дать, дарить, подарить на память, yadigar saxlamaq хранить как память, ən əziz yadigar kimi saxlamaq беречь как самую драгоценную память
Azərbaycanca-rusca lüğət / yadigar1 i. souvenir, keepsake; memory; əsrlərin ~ı the memory of centuries; bir kəsə nəyi isə ~ olaraq vermək to give* smth. as a keepsake / as a souvenir to smb.; ~ saxlamaq to keep* as a keepsake / a souvenir
Azərbaycanca-ingiliscə lüğət / yadigar1 [fars.] сущ. ядигар (1. рикӀел хуьн патал тир, ва я пишкеш яз гайи (хуьзвай) затӀ; 2. пер. ивирар, чешне).
Azərbaycanca-ləzgicə lüğəti / yadigar