* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Yağ çıxartmaq üçün içində qatıq çalxalanan saxsıdan və ya ağacdan qayrılmış uzunsov qab. Çöldə hər övrəti-qarabaği; Nehrədə çalxayır gözəl yaği. S.Ə.Şirvani. [Bahar:] Axşamacan cəhrə əyir, inək sağ, qatıq çal, nehrə çalxa, adını da tənbəl qoysunlar. Ə.Haqverdiyev.
Azərbaycan dilinin izahlı lüğəti / nehrə1 Ərəb mənşəlidir, nəhr (çay) sözü ilə kökdaşdır, Türk dillərində nehrə yerinə, qobe, göbə, atıq işlədilib (“gəbərmək”lə qohumdur). Özbək və türkmən dillərində nehrə əvəzinə moy cuvaz işlədirlər. Qaraqalpaq dilində buna piy küpü (yağ küpü) deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / nehrə1 NEHRƏ, TULUQ (yağ almaq üçün içində qatıq çalxanan qab; nehrə saxsı, yaxud da taxtadan düzəldilir, tuluq isə qoyun, yaxud keçi dərisindən hazırlanır) Budur mənim ürək sözüm; Nehrələrdə çalxalanan; yağlarım da sizinkidir (M.Rahim); [Süd] qatıq halına gələndən sonra nehrəyə, yaxud tuluğa töküb çalxalayırlar (Ə.Vəliyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / nehrə2 сущ. 1. маслобойка (приспособление для сбивания сливок или сметаны в сливочное масло) 2. пахталка (ручная маслобойка); nehrə çalxamaq пахтать масло, nehrə yağı сливочное масло
Azərbaycanca-rusca lüğət / nehrə1 сущ. кквар, некӀегъан; nehrə çalxamaq кквар агъурун; // кварцин; nehrə yağı кварцин дуьдгъвер.
Azərbaycanca-ləzgicə lüğəti / nehrə