çevir sözü azərbaycan dilində

çevir

Yazılış

  • çevir • 91.3043%
  • Çevir • 7.2464%
  • ÇEVİR • 1.4493%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Analoq-rəqəm çeviricisi
Analoq-rəqəm çeviricisi – analoq (zamana görə fasiləsiz dəyişən) fiziki kəmiyyətləri diskret rəqəmli kəmiyyətlərə çevirən qurğu. Analoq kəmiyyətlər kimi elektrik gərginliyi və cərəyanı, rəqslərin tezliyi, faza sürüşmələri, dönmə bucaqları və s. götürülür. Ədədi kodlar, əsasən, ikilik, ikilik-onluq və ya onluq say sistemləri ilə verilir. Ümumi halda analoq-rəqəm çevrilməsi prosesi kvantlaşdırma (fasiləsiz verilənlərin zaman, səviyyə və ya hər iki parametr üzrə eyni anda diskretləşdirilməsi) və kodlaşdırmadan ibarətdir. Kvantlaşdırma zamanı fasiləsiz kəmiyyət müəyyən qanunla seçilmiş və ümumilikdə ilkin kəmiyyəti (əvvəlcədən təyin edilmiş səhvlə) əks etdirən ani qiymətlərdən ibarət ardıcıllığa çevrilir. Kodlaşdırma zamanı kvantlaşdırma prosesində seçilmiş ilkin kəmiyyətin ani qiymətləri ölçülür və nəticələr ədədi kodlar şəklində qeyd edilir. Müasir Analoq-rəqəm çeviricisində kvantlaşma və kodlaşma prosesləri analoq və inteqral sxemlərin, mikroprosessorların və s. köməyilə yerinə yetirilir. Analoq-rəqəm çeviricisi verilənlərin ötürülməsi sistemlərində, informasiya-ölçmə sistemlərində, avtomatik idarəetmə qurğularında və s.
Analoq-rəqəmsal çevirici
Analoq-rəqəmsal çevirici (ing. Analog-to-digital converter, rus. Аналого-цифровой преобразователь) yaxud ARÇ — analoq siqnalı rəqəmsal siqnala çevirən qurğudur. ARÇ siqnalın diskretləşdirməsini və kvantlanmasını həyata keçirir. Analoq-rəqəmsal çeviriciləri adətən qarşılıqlı təsir edən bir neçə elementdən ibarətdir. Açıq sxem üzrə birbaşa çevirmə üsulunda ARÇ-nin elementləri iki qrupa bölünür. Onlardan birinci zaman-impuls modulyasiyasını həyata keçirir, yəni zaman-impuls siqnalını yaradır. Harmonik gərginlik və cərəyanın amplitud, faza və ya tezliyi şəklində olan məlumat parametrlərini çevirdikdə müqayisə elementi ME və sıfır indikatoru Sl lazım olur. İkinci qrup isə ardıcıl vahid kodda rəqəm siqnalı yaradaraq kvantlama əməliyyatı aparır və lazım gəldikdə onu mövqe dərəcə-rəqəmə çevirir. Tipik olaraq, bir ADC, gərginliyi ikili rəqəmsal koda çevirən bir elektron cihazdır.
Elektron-optik çevirici
Elektron-optik çevirici — vakuum fotoelektron cihazı; obyektin gözlə görünməyən təsvirinin (infraqırmızı, ultrabənövşəyi və ya rentgen şüalarında) görünən təsvirə çevrilməsi, yaxud görünən təsvirin parlaqlığının artırılması üçün istifadə edilir. Sadə elektron-optik çevirici elektron dəstəsi yaradan elektrodlar, yarımşəffaf fotokatod və katod-lüminessent ekrandan ibarətdir. Fotokatoddan çıxan elektronlar elektrik sahəsi tərəfindən sürətləndirilir və lüminessensiya yaradaraq ekranda fokuslanır; nəticədə ekranda obyektin görünən (ikinci) təsviri alınır. Optik təsvirin parlaqlığının gücləndirilməsi elektronların əlavə sürətləndirilməsi, yaxud elektron təsvirin sıxılması yolu ilə əldə edilir. Elektron-optik çevirici spektroskopiya, tibb, mikrobiologiya, astronomiya və s. sahələrdə optik və mikroskopik tədqiqatlar zamanı parlaqlığı az olan və zəif işıqlandırılan obyektləri müşahidə etmək, həmçinin qaranlıqda obyektləri infraqırmızı şüalarla işıqlandıraraq görmək üçün tətbiq olunur. Çox sürətlə gedən proseslərin qeydiyyatı üçün də elektron-optik çeviricilər yaradılmışdır.
Eyler çevirməsi
Eyler çevrilməsi — nəticə verə bilən funksiyalar arasındakı əlaqə, bəzi hallarda Eyler çevrilməsi olaraq adlandırılır. İki fərqli formada var olan çevrilmə, ardıcıl silsilələrin yığılmasını sürətləndirə bilir. Başqa bir deyimlə, ∑ n = 0 ∞ ( − 1 ) n a n = ∑ n = 0 ∞ ( − 1 ) n Δ n a 0 2 n + 1 {\displaystyle \sum _{n=0}^{\infty }(-1)^{n}a_{n}=\sum _{n=0}^{\infty }(-1)^{n}{\frac {\Delta ^{n}a_{0}}{2^{n+1}}}} ifadəsində x yerinə 1/2 qoyularaq 1 əldə edilə bilir. Sağdakı elementlər çox sürətli şəkildə kiçildikləri üçün bu cəm asanlıqla hesablana bilir. Eyler çevrilməsi aşağıdakı formada ümumiləşdirilə bilər: p = 0, 1, 2, … üçün ∑ n = 0 ∞ ( − 1 ) n ( n + p n ) a n = ∑ n = 0 ∞ ( − 1 ) n ( n + p n ) Δ n a 0 2 n + p + 1 {\displaystyle \sum _{n=0}^{\infty }(-1)^{n}{n+p \choose n}a_{n}=\sum _{n=0}^{\infty }(-1)^{n}{n+p \choose n}{\frac {\Delta ^{n}a_{0}}{2^{n+p+1}}}} bərabərliyi təmin edilir. Eyler çevrilməsi 2 F 1 {\displaystyle \,_{2}F_{1}} hipergeometrik silsiləsinə sıxlıqla tətbiq edilir. Bu halda Eyler çervilməsi 2 F 1 ( a , b ; c ; z ) = ( 1 − z ) − b 2 F 1 ( c − a , b ; c ; z z − 1 ) {\displaystyle \,_{2}F_{1}(a,b;c;z)=(1-z)^{-b}\,_{2}F_{1}\left(c-a,b;c;{\frac {z}{z-1}}\right)} olaraq ifadə edilə bilir. Binom çevrilməsi və bunun fərqli bir tətbiqi olan Eyler çevrilməsi bir ədədin daimi kəsr olaraq ifadə edilməsində böyük əhəmiyyət daşıyır. 0 < x < 1 {\displaystyle 0<x<1} ədədinin daimi kəsr ifadəsinin x = [ 0 ; a 1 , a 2 , a 3 , ⋯ ] {\displaystyle x=[0;a_{1},a_{2},a_{3},\cdots ]} olduğu güman edilərsə, burdan x 1 − x = [ 0 ; a 1 − 1 , a 2 , a 3 , ⋯ ] {\displaystyle {\frac {x}{1-x}}=[0;a_{1}-1,a_{2},a_{3},\cdots ]} və x 1 + x = [ 0 ; a 1 + 1 , a 2 , a 3 , ⋯ ] {\displaystyle {\frac {x}{1+x}}=[0;a_{1}+1,a_{2},a_{3},\cdots ]} nəticələri alınır.
Sürətli Furye çevirməsi
Sürətli Furye çevirməsi (ing. Fast Fourier Transform, rus. Быстрое преобразование Фурье) – diskret Furye çevirməsinin sürətli hesablanması alqoritmidir. SFÇ-nin əsasını diskret siqnalın verilmiş bölgülər ardıcıllığının bir neçə aralıq ardıcıllığa bölünməsi prinsipi təşkil edir. N bölgü üçün SFÇ-də təxminən sayda əməliyyat olur. Məsələn, 256 bölgü üçün əməliyyatların sayı 2048-dir (DFT-də 65536-dir). == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Sürətli Furye çevirməsi (SFÇ)
Sürətli Furye çevirməsi (ing. Fast Fourier Transform, rus. Быстрое преобразование Фурье) – diskret Furye çevirməsinin sürətli hesablanması alqoritmidir. SFÇ-nin əsasını diskret siqnalın verilmiş bölgülər ardıcıllığının bir neçə aralıq ardıcıllığa bölünməsi prinsipi təşkil edir. N bölgü üçün SFÇ-də təxminən sayda əməliyyat olur. Məsələn, 256 bölgü üçün əməliyyatların sayı 2048-dir (DFT-də 65536-dir). == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti ", 2015,“İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Təqvim çevirmələri
Təqvim çevrilmələri — təqvimlər arasında il fərqini təyin edir. Miladi tarixin hicri tarixinə çevrilməsi düsturu: H i c r i = M i l a d i − 622 + M i l a d i − 622 32 {\displaystyle Hicri=Miladi-622+{\frac {Miladi-622}{32}}} Hicri tarixin miladi tarixə çevrilməsi üçün düstur: M i l a d i = H i c r i − M i l a d = 43 + 621 {\displaystyle Miladi=Hicri-Milad=43+621} Miladi təqvimini yəhudi təqviminə çevirmək üçün düstur.
Tərsinə çevirmək
Tərsinə çevirmək (ing. invert ~ ru. инвертировать ~ tr. ters çevirmek) – əksinə dəyişdirmək, məsələn, monoxrom displeydə rəngin tərsinə çevrilməsi ağı qaraya, qaranı isə ağa dəyişdirir. Analoji olaraq, tərsinə çevirən rəqəmsal mikrosxem, onun girişinə verilən siqnalları tərsinə çevirərək çıxışa ötürür. Belə əməl DEYİL (NOT) inkar Bul əməlinin elektron ekvivalentidir, məsələn, əgər “A” doğrudursa, onda “DEYİL A” yalandır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nigerdə hərbi çeviriliş
Nigerdə hərbi çeviriliş (fr. Coup d'État de 2023 au Niger) - 2023-cü ilin 26 iyul-28 iyul tarixləri arasında Nigerin paytaxtı Niamey şəhərində baş vermiş hərbi çevriliş. Çevriliş nəticəsində ölkənin prezidenti Məhəmməd Bazumun saxlanılıb və Prezident Qvardiyasının komandiri general Əbdürəhaman Çiani hakimiyyəti ələ keçirdib.

"çevir" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#çevir nədir? #çevir sözünün mənası #çevir nə deməkdir? #çevir sözünün izahı #çevir sözünün yazılışı #çevir necə yazılır? #çevir sözünün düzgün yazılışı #çevir leksik mənası #çevir sözünün sinonimi #çevir sözünün yaxın mənalı sözlər #çevir sözünün əks mənası #çevir sözünün etimologiyası #çevir sözünün orfoqrafiyası #çevir rusca #çevir inglisça #çevir fransızca #çevir sözünün istifadəsi #sözlük