Zahidilik
Şeyx Zahid Gilani (fars. تاج الدين ابراهيم زاهد گيلاني; Tacəddin İbrahim Zahid Gilani, 1216, Lahican, Gilan ostanı – 1301, Lənkəran) – sufi Zahidiyyə təriqətinin banisi, islam alimi, mürşid.
== Həyatı ==
Tam adı Tâcəddîn İbrahim Zahid Gilanî olan Şeyx Zahid Gilani 1218-ci ildə Lənkəranın Siyavurd (indiki Siyavar) kəndində doğulmuşdu. Dövrünün görkəmli alimi olmuş, bir neçə dil bilirdi. Öz müridləri ilə sufizmi yayan Şeyx Zahidin Siyavurd, Güstaşfi və Hiləkaranda zaviyələri olmuşdu.
Şeyxin Həlyəkəran və Siyavrudda iki xatunu var idi. Şeyx Səfi təzkirəsində bu barədə belə bir qeyd varː
Əvvəl Şeyx Zahidə çox hörmət edən Şirvanşah III Axsitan sonralar onun nüfuzunun artması və müridlərinin sayının çoxalmasından çəkinərək, onun imkanlarını məhdudlaşdırmağa başlamışdı. Bu barədə də "Şeyx Səfi təzkirəsi"ndən ətraflı məlumat alırıqː
Mənbədə verilən məlumatdan məlum olur ki, şirvanşahlar hətta Şeyxə qarşı sui-qəsd təşəbbüsü göstərmiş, lakin istəklərinə nail ola bilməmişdilər.
Şeyx Zahid Gilani 1301-ci ildə vəfat etmiş və Siyavurdda dəfn olunmuşdur. Siyavurdu su basdığına görə Şah İsmayıl Xətainin babası və Şeyx Zahidin yeznəsi (qızının əri) Şah Səfiəddin onun qəbrini oradan Hiləkərana köçürülmüşdü.