* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 zərf [ər.] Xarici görünüşünə, görkəminə görə, xaricən, üzdən. Zahirən kim gözü görməz fələki-xunxarın; Məni bu gündə görən böylə sitəmkar olmaz. Qövsi. …On-on beş adam zahirən seyid libasında, başlarında yaşıl əmmamə və bellərində yaşıl qurşaq hər iki tərəfdən bizi əhatə edib yapışdılar atlarımızın cilovundan. C.Məmmədquluzadə. Zahirən … [Tehranın] sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi. M.İbrahimov. Səməd zahirən, doğrudan da, mürgüləyən adama bənzəyirdi. İ.Hüseynov. // Anlaşıldığı üzrə, məlum olduğu üzrə. Bir cavan tazədən gəlib ərsəyə; Əcaib oğlandır, adı Məhəmməd; Zahirən özütək pak imiş əsli; Ola bilməz heç övladi-Məhəmməd. M.P.Vaqif.
Azərbaycan dilinin izahlı lüğəti / zahirən2 ə. 1) aşkar olaraq; 2) xarici görünüşcə.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / zahirən2 I нареч. внешне, по внешнему виду, с внешней стороны, с виду, по внешности, внешностью. Zahirən bu evlər yaraşıqlı görünür внешне эти дома выглядят привлекательно, o zahirən böyük qardaşına bənzəyirdi внешностью он был похож на старшего брата II ввод. сл. по-видимому, видимо, очевидно, видно
Azərbaycanca-rusca lüğət / zahirən2 apparently / in appearance / in looks / outwardly / someone or smth. looks (by looking at someone or smth.) на вид / с виду / по виду (внешне) / на взгляд (cудя по внешнему виду)
Azərbaycanca-İngiliscə-Rusca frazeoloji lüğət / zahirən1 [ər.] нареч. къецепатан (винелпатан) акунрай, винелай; акунрай, малум тирвал, аквар гьалда.
Azərbaycanca-ləzgicə lüğəti / zahirən