Zəhirəddin Maraşi
Seyyid Zəhirəddin bin Nasirəddin bin Kəmaləddin əl-Hüseyni əl-Maraşi (1413 və ya 1412, Amul, Mazandaran ostanı – 1488 və ya 1489) — İranlı dövlət adamı və tarixçi. I Şah Abbas Səfəvinin ana tərəfindən qohumudur.
Mir Zəhirəddin bin Nasirəddin 1412-ci ildə Təbəristanın Amul şəhərində doğulmuşdu. Həzrət Əli soyundan olub, Mərəşiyyyə seyidləri kökənlidir. Təriqət şeyxi olan babalarından Qəvaməddin müstəqil bir idarəçilik qurmaq amacıyla 1349-cu ildə qiyam qaldırdı; oğulları və müridlərinin yardımı ilə Mazandaranın böyük bir qismini ələ keçirdi və Mərəşilər xanədanını qurdu (1359). Qəvaməddinin yerinə keçən oğlu Kəmaləddin, Əmir Teymur tərəfindən uşaqları və qardaşlarıyla birlikdə Mavəraünnəhirə sürüldü (1393). Kəmaləddinin 1398-ci ildə Kaşqarda ölümünün ardından ailənin sürgünə göndərilmiş olan mənsubları geri dönüb Mazandaranı təkrar ələ keçirdilər. Nasirəddin, Saridə hökm sürən qardaşı Seyyid Əlinin idarəsi altında qaldı. Seyyid Əli tərəfindən iki dəfə elçi olaraq Teymurlu Şahrux mirzəyə göndərilən Nasirəddin 1432-ci ildə vəfat etdi. Yerinə keçən oğlu Zəhirəddin Maraşi, 1456-1461 illər arasında Rüstəmilər xanədanı içindəki anlaşmazlıqları yoluna qoymağa çalışdı.