Salis sözü azərbaycan dilində

Salis

Yazılış

  • Salis • 72.0000%
  • salis • 28.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Salis Məmmədov
Salis Məmmədsani oğlu Məmmədov (1 iyul 1932, Nuxa – 29 yanvar 2009, Şəki) — "Şəkinin səsi" və "İpəkçi" qəzetlərinin həmtəsisçisi və baş redaktoru, Azərbaycan Respublikasının əməkdar jurnalisti (23.10.1991). == Həyatı == Salis Məmmədov 1 iyul 1932-ci ildə Nuxa (indiki Şəki) şəhərində anadan olmuşdur. 1948-ci ildə Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 1951-ci ilə - Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək orada işləmişdir. 1952-ci ildən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 1962-ci ildən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinin qiyabi şöbəsinə daxil olmuş, 1965-ci ildə oranı bitirmişdir. Tələbəlik illərində onun vasitəçiliyi ilə Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması "Nuxa fəhləsi" qəzetində nəşr edilmişdir. 1965-ci ilin aprelində Nuxa şəhər partiya komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatının "İpəkçi" qəzetinə redaktor təyin edilmiş və 2009-cu ilin yanvar ayına qədər - 44 il bu qəzetin redaktoru olmuşdur. 1990-cı ilin dekabrında "İpəkçi"nin ənənəvi təsisçilərindən imtina etmiş və bu qəzeti "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, qəzetin başlığı üstündəki V.İ.Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan "Bütün ölkələrin proletarları birləşin!" şüarını yığışdırmışdır. Bu, həmin vaxta qədər Azərbaycanda analoqu olmayan, SSRİ-də isə yalnız nadir təsadüf edilən hadisə idi. Salis Məmmədov Azərbaycan Jurnalistlər İttifaqının orqanı olan "Müxbir" bülleteninin redaksiya heyətinin üzvü idi.
Manuel Ferras di Kampus Salis
Manuel Ferras di Kampus Salis (15 fevral 1841 — 28 iyun 1913) — Braziliya Respublikasının 4-cü prezidenti, qəhvə istehsalçısı, siyasətçi və vəkil. 1894-cü ildə San-Paulu icra başçısı və senatoru vəzifəsini tutub. Bundan başqa 3 dəfə dövlət başçısı katibi, ədliyyə naziri və millət vəkili olub. 15 noyabr 1898-ci ildə keçirilən seçkilərdə prezident seçilib. Prezidentliyi müddətində sərt maliyyə islahatları aparıb. Bununla da, ölkədə yaranan iqtisadi gərginliyi aradan qaldıra bilib. 28 iyun 1913-cü ildə San-Pauluda vəfat edib.
Ammonium salisilat
Ammonium salisilat – üzvi birləşmədir, rəngsiz kristal, suda həll olan, rasional formulu NH4C6H4(OH)COO olan ammonium və salisil turşusunun duzudur. == Alınması == Ammonyak məhlulunun salisil turşusuna inert atmosfer mühitində təsiri ilə. N H 3 + C 6 H 4 ( O H ) C O O H → N H 4 C 6 H 4 ( O H ) C O O {\displaystyle {\mathsf {NH_{3}+C_{6}H_{4}(OH)COOH\ {\xrightarrow {}}\ NH_{4}C_{6}H_{4}(OH)COO}}} == Fiziki xassələri == Ammonium salisilat suda və etanolda həll olan rəngsiz kristallar əmələ gətirir. == Mənbə == Справочник химика / Редкол.: Никольский Б.П. и др.. — 3-е изд., испр. — Л.: Химия, 1971. — Т. 2.
Coys Ellen Salisberi
Coys Ellen Salisberi (ing. Joyce E. Salisbury; 1944, Arizona) — ABŞ tarixçisi. O, Viskonsin-Qri-Bey Universitetində humanist tədqiqatlar üzrə fəxri professordur. Salisberi 1993-cü ildə buradan Frankental ailəsinin adına görkəmli professor tituluna layiq görülmüşdür.Salisberi erkən və orta əsrlərin sosial və gender tarixinə, həmçinin erkən xristianlığa toxunan yüzlərlə nəşrin və ondan çox kitabın müəllifidir.
Erigeron salishii
Erigeron salishii (lat. Erigeron salishii) — mürəkkəbçiçəklilər fəsiləsinin xırdaləçək cinsinə aid biki növü.
Natrium salisilat
Natrium salisilat — salisil turşusu törəmələri qrupuna aid olan ağrıkəsici və antipiretik dərman vasitəsidir. Ağrıkəsici və qızdırmasalıcı dərman kimi vasitə, onun əsas tətbiq sahəsidir. Asetilsalisil turşusuna həssas olan insanlar üçün mümkün olan əvəzedicilərə aid edilir. Həmçinin, steroid olmayan dərman kimi iltihab əleyhinə istifadə oluna bilər. Əlavə olaraq, natrium salisilatın xərçəng hüceyrələrində apoptoz əmələ gətirdiyinə dair dəlillər mövcuddur. [1] == Xassələri == Natrium salisilat salisil turşusunun natrium duzudur. Fiziki xüsusiyyətlərinə görə: şirin-duzlu dada malik, qoxusuz, ağ kristal toz və ya xırda lopa şəklindədir. Çox asanlıqla suda (1: 1), spirtdə (1: 6) həll olur. Məhlulları (pH 6.0–7.0) +100 ° C-də 30 dəqiqə müddətində sterilizə edir. == Qeyd == ↑ Lee E. J., Park H. G., Kang H. S. Sodium salicylate induces apoptosis in HCT116 colorectal cancer cells through activation of p38MAPK // International journal of oncology.
Neoseiulus salish
Neoseiulus salish (lat. Neoseiulus salish) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin neoseiulus cinsinə aid heyvan növü.
Salisil aldehidi
Salisil aldehidi (orto-hidroksibenzaldehid, 2-hidroksibenzaldehid) o-НОС6H4CHO – fenolun iyinə bənzər kəskin iyli, yandırıcı dada malik rəngsiz mayedir. 3-Hidroksibenzaldehid və 4-hidroksibenzaldehidlərlə birlikdə sadə aromatik oksialdehidlərə aiddir. Salisil aldehidi müxtəlif xelat agentləri üşün kimyəvi reagentdir. == Fiziki xassələri == Suda (100 ml, 8°С-də 1,72 q), benzolda (100 ml, 12°С-də 64,6 q), dietil efirində, etanolda həll olur. Su buxarı ilə qovulur[1].Dielektrik keçiriciliyi 17,09-dur. == Alınması == Salisil aldehidi qələvi mühitində fenol və xloroformdan alınır. Bu proses Raymer-Timan reaksiyası adlanır. Salisil turşusunun elektrolitik bərpası ilə; O-krezolun POCl3 və ya fosgen ilə 120-150 °C-də qarşılıqlı təsirindən əmələ gələn fosfatın və ya karbonatın hidrolizi ilə; Bor turşusunun iştirakı ilə fenolun urotropinlə reaksiyası ilə (Daff reaksiyası); Salisil aldehidinin alternativ üsulla alınması fenolun formaldehid ilə kondensləşməsindən alınan hidroksibenzil spirtinin oksidləşməsi reaksiyasıdır.Texnikada salisil aldehidi sulfat turşusu məhlulunda manqandioksiddən istifadə etməklə ortokrezol-sulfoturşuların aril efirlərinin müvafiq salisil aldehidinin efirləırinə oksidləşməsindən alınır. == Təbiətdə tapılması == Təbiətdə Spiraea ulmaria, Spiraea digitat efir yağlarının tərkibində rast gəlinir. Ayrıca, salisil aldehidi, qarabaşaq toxumunun qoxusunu təyin edən bir maddədir[2].

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2003 •••••••••••• 0.39
2005 •••••••••••••••••••• 0.67
2007 ••••••• 0.21
2008 •••••••• 0.24
2015 •••••• 0.17
2020 •••••••••••• 0.40

salis sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) üçüncü; 2) üçüncü övlad (oğul).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

üçüncü (oğul və ya qız).

Azərbaycan kişi adlarının izahlı lüğəti

"salis" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#salis nədir? #salis sözünün mənası #salis nə deməkdir? #salis sözünün izahı #salis sözünün yazılışı #salis necə yazılır? #salis sözünün düzgün yazılışı #salis leksik mənası #salis sözünün sinonimi #salis sözünün yaxın mənalı sözlər #salis sözünün əks mənası #salis sözünün etimologiyası #salis sözünün orfoqrafiyası #salis rusca #salis inglisça #salis fransızca #salis sözünün istifadəsi #sözlük