* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Xəbər, soraq. Qarabaşlar Əhmədin salıx verdiyi yerə getdilər. Gördülər ki, Əmrah hələ arxın yanında yatır. (“Əmrah”)
Azərbaycan dastanlarının leksikası / salıx(Borçalı, Gədəbəy, Gəncə, Xanlar, Qazax, Şəmkir, Tərtər) 1. xəbər 2. soraq ◊ Salığını almax (Gəncə) – 1. xəbərini almaq; 2. sorağını almaq. – Salığını almışam, gedif alajam. Salıx vermax (Meğri) – tanışlıq vermək. – Salıx verdim ki, man Nüyədi adamıyam. Salıx verməx’ (Borçalı, Gədəbəy, Xanlar, Qazax, Şəmkir, Tərtər) – 1. xəbər vermək; 2. soraq vermək. – Uşaxdan bir salıx verən yoxdu (Qazax); – Bir ildi ki, yavının itməsini salıx vermişəm, yenə bir şey çıxmır (Xanlar); 3. nişan vermək (Borçalı, Şəmkir). – Bir adam gəlmişdi, Məmmədin öyünü soruşdu, mən də salıx verdim getdi (Şəmkir); – Salıx verən olsa, gedif taparam (Borçalı)
Azərbaycan dilinin dialektoloji lüğəti.