* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. İşin, fəaliyyətin müvəqqəti dayandırılması; işin, fəaliyyətin müvəqqəti dayandırıldığı, ara verdiyi vaxt, müddət. Murad bir anlıq fasilədən sonra davam etdi. İ.Əfəndiyev. Dilbər nahar fasilələrində kolxozçulara qəzet oxuyur, ictimai və siyasi mövzularda söhbətlər edirdi. Ə.Sadıq. // Bir işin qurtarması və başqa işin başlanması arasındakı qısa vaxt, müddət. Bədii özfəaliyyət dərnəklərinin müsamirəsi başlanmazdan əvvəl fasilə elan edildi. S.Rəhimov. 2. Tənəffüs, aravermə. “Marselyoza” və başqa mahnıları bilən yoldaşlarımız dərslərin arasındakı fasilələrdə sinfin qapısını bağlayıb, mahnı oxuyur, biz də onlarla xor təşkil edirdik. T.Ş.Simurq. □ Fasilə vermək – ara vermək, işi, fəaliyyəti arada saxlamaq, dayandırmaq; tənəffüs vermək. İşə bir qədər fasilə vermək lazımdır. 3. Məsafə, ara. Amma “Həblülmətin” [qəzeti] bunu görmür və bilmir, ondan ötrü ki, Osmanlı ilə Kəlkətənin fasiləsi çoxdur. C.Məmmədquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / fasilə2 işin, fəaliyyətin müvəqqəti dayandırılması; işin, fəaliyyətin müvəqqəti dayandırıldığı vaxt.
Azərbaycan qadın adlarının izahlı lüğəti. / fasilə3 ə. 1) ayıran; 2) bölmə; 3) ara(lıq); 4) kiriş və tellərin uzunluğu; 5) işdə ara vermə; tənəffüs.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / fasilə4 1) işin, fəaliyyətin müvəqqəti dayandırılması; işin, fəaliyyətin müvəqqəti dayandırıldığı, ara verdiyi vaxt, müddət; 2) tənəffüs, aravermə; 3) məsafə, ara.
Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / fasilə1 Ərəbcə fəsil sözü ilə kökdaşdır. bizdə kəsik işlədilib (kəsiksiz “fasiləsiz” deməkdir), (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / fasilə3 1. FASİLƏ [Fəridə:] Fasilədə biz onu oyadıb yenə bir tikə kotlet verdik (M.İbrahimov); ANTRAKT (teatrda, konsertdə) Bizim operalarda hər bir opera üçün zəruri olan reçitativlər, oxuyanlar üçün ayrıca bitkin partiyalar, ansambl, antraktlar yox idi (Ü.Hacıbəyov); PAUZA Qısa pauzadan sonra Ceyran xala danışmağa başladı (İ.Əfəndiyev); TƏNƏFFÜS Cövdət tənəffüs qurtarmamış şöbəyə gəlib yerində oturdu (H.Abbaszadə). 2. FASİLƏ, MƏSAFƏ, ARA
Azərbaycan dilinin sinonimlər lüğəti / fasilə1 1. промежуток, дистанция, интервал; 2. перерыв, передышка, пауза, антракт;
Azərbaycanca-rusca lüğət / fasilə2 I сущ. 1. перерыв: 1) промежуток времени, на который прекращается, приостанавливается какое-л. действие, процесс чего-л. Uzunmüddətli fasilə длительный перерыв, qısa fasilə короткий перерыв, bir dəqiqəlik fasilə минутный перерыв, yeddiillik fasilədən sonra после семилетнего перерыва 2) промежуток времени, предназначенный для отдыха во время работы, занятий ч ем-либо. Nahar fasiləsi обеденный перерыв 2. перемена (перерыв между уроками, занятиями в учебном заведении) 3. передышка (непродолжительная остановка, короткий перерыв для отдыха) 4. перебой (периодически повторяющаяся задержка, приостановка в чем-л.). İşdə fasilə halları перебои в работе, fasilələrlə işləmək работать с перебоями 5. антракт (перерыв между актами спектакля или отделениями концерта)
Azərbaycanca-rusca lüğət / fasilə1 i. interval; break; pause; (aranı kəsmə) recess; intermission; interruption; on dəqiqəlik ~ ten minutes’ interval / break; nahar ~si dinner break; bir saatlıq nahar ~si an hour’s break for lunch / dinner; danışıqlarda ~ break in the talks; On günlük fasilədən sonra məşğələlər yenidən başlandı After a 10-day recess the classes were resumed; ~lərlə off and on, with intervals; ~ vermək / etmək; to pause; to break* off; to make* intermission; ~yə çıxmaq to have* a break / an interval
Azərbaycanca-ingiliscə lüğət / fasilə1 is. pause f ; entracte m ; récréation f ; intervalle m ; interruption f ; nahar ~si pause f (du) déjeuner ; ~lərlə avec les intervalles ; ~ vermək faire la pause
Azərbaycanca-fransızca lüğət / fasilə1 [ər.] сущ. 1. са кар вахтуналди акъвазарун, ара гун; ара гайи (атӀай) кьван вахт, ара; 2. ара гун, ара атӀун, ял ядай вахт; fasilə vermək ара гун, кӀвалах акъвазарун; ял ядай вахт гун; 3. ара, мензил.
Azərbaycanca-ləzgicə lüğəti / fasilə