faşizm sözü azərbaycan dilində

faşizm

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • faşizm • 85.9502%
  • Faşizm • 14.0498%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Faşizm
Faşizm (lat. fascio, it. fascismo, tərc. "dəstə", "birlik") — Birinci dünya müharibəsindən sonra meydana gəlmiş siyasi cərəyan. Faşizm İtaliyada yaranmışdır. 1919–1945-ci illərdə İtaliyada totalitar tipli sağ radikal siyasi hərəkat. Xalqın maddi vəziyyətinin pisləşməsi, cəmiyyətin müxtəlif qruplarının gəlir səviyyəsi arasında artan fərq, 4 il davam edən və milyonlarla insanın həyatına son qoyan qanlı ümumavropa müharibəsinin qeyri-insaniliyinin və mənasızlığının dərki kütləvi narazılığa səbəb olmuşdu. Müharibənin nəticələrinin və müharibədən sonrakı sosial reallığın doğurduğu dərin məyusluq hissi keçmiş döyüşçüləri zorakı hərəkətlərə sövq edirdi. İtaliyada sosialist partiyasının sol qanadının sabiq lideri, hələ o zamanlar duçe (rəhbər) titulu daşıyan B. Mussolini onların maraqlarının carçısına çevrildi. O, 1919-cu ilin mart ayından onları faşilərdə birləşdirməyə (əvvəlcə Milanda) başladı; faşi üzvləri özlərini faşist, hərəkatı isə faşizm adlandırırdılar.
Ekoloji faşizm
Ekoloji faşizm — avtoritar bir hökumətin fərdlərin öz maraqlarını təbiətin təbii vəhdətinə qurban etmələrini tələb edən nəzəri siyasi modeldir.
Faşizm qurbanlarına abidə
Faşizm qurbanlarına abidə — 1995-ci ildə Ukraynanın Novoqrad-Volınska şəhərinin rəhbərliyi təşəbbüsü ilə qoyulmuş abidə. Abidə faşizm qurbanlarına həsr edilib və Sluç çayının yüksək sahilində, Levanevskiy küçəsində, Zabitlər evinin yanında yerləşir. == Haqqında == Abidənin qoyulduğu yerdə 1941-ci ilin avqust ayının sonunda 700-800 yəhudi qadın və uşaq güllələnib. 1945-ci ilə aid istintaq işinə görə burada qazılmış məzarlıq 5 metr dərinliyində 12 metr uzunluğunda və 3 metr enində olub. Onların hər biri ya sinəsində ya da başlarından aldıqları güllə yarasından ölüblər. Tapılmış meyidlər arasında hələ də övladını qucağında tutan ana meyidlərinə rast gəlinib. Təxmin edilir ki güllələnməni "Cənub" polis polku həyata keçirib. Abidənin ən böyük hissəsi qırmızı qranitdən hazırlanmış üçbucaqdır. Onun ətrafında isə Öz övladları üçün əzab çəkən və ağzını tutan ana obrazı təsvir edilib. Bu abidədə yalnız bir yazı həkk olunub.
Faşizm üzərində Qələbə Günü
Qələbə Günü (rus. День Победы) — Böyük Vətən Müharibəsinin (1941–1945) başa çatdığı gün. 1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytel qeydsiz-şərtsiz təslim aktını imzalamış, bununla da Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə qeyd olunur. == Qələbə günü Azərbaycanda == Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941–1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri "Şöhrət" ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.
Azərbaycan faşizmlə üz-üzə (film, 2005)
Faşizmə ölüm, xalqa azadlıq
Faşizmə ölüm, xalqa azadlıq — İkinci Dünya müharibəsi dövründə Yuqoslaviya Xalq Qurtuluş müharibəsi zamanı, xüsusilə Yuqoslav partizanları olmaqla, Yuqoslaviyadakı bütün müqavimət hərəkatının rəsmi şüarı kimi tanınan şüar. Bu şüar müharibədən sonra da Yuqoslaviya Sosialist Federativ Respublikasında və Dünya Kommunist Hərəkatı tarixində əhəmiyyətli bir yerə sahib olmuşdur. Müharibə və müharibədən sonrakı illərdə Partizan Müqavimət Hərəkatı üzvləri rəsmi və ya qeyri-rəsmi yazışmalarda və çıxışlarda "SFSN" şəklində şüarın qısaldılmış formasından son qeyd və ya təbrik sözü olaraq istifadə edirdilər. İkili söhbətlərdə bir şəxs "Smrt fašizmu" deyəndə, digər şəxs cavab olaraq "Sloboda narodu" deyərək qarşılıq verirdi. == Tarixi == 22 may 1942-ci ildə Yuqoslaviya partizanı Stepan Filipovic edamından bir neçə saniyə əvvəl bu şüarı söylədikdən sonra şüar məşhur oldu. Filipovic edam edilmək üçün ip boynuna keçirildiyində iki əlini yumruq şəklində havaya qaldıraraq "Faşizmə ölüm, xalqa azadlıq" deyə qışqırmışdı. Filipovicin bu anı bir çox yerlərdə təsvir edilmiş və heykəli düzəldilmişdi. Müharibə illərində Partizan Müqavimət Hərəkatının əsas nəşri olan Xorvat qəzeti "Vjesnik" 1941-ci il avqust nömrəsində həmin şüar başlıq kimi istifadə edilmişdir. Yuqoslaviya Kommunist Partiyası Yuqoslaviyanı işğal edən Üçüncü Reyxin ordularına qarşı səfərbərlik elan etmiş, 1841-ci ildə Yuqoslav xalqına bu şüarla müraciət edərək müqavimət hərəkatları yaratmaq üçün çağırış etmişdir. Partizan Baş Qərargah Bülleteni bu sözü 16 avqust 1941-ci il tarixli ilk nömrəsində istifadə etmişdir.
İtaliya faşizmi
İtaliya faşizmi (it. fascismo italiano), həmçinin klassik faşizm və ya sadəcə faşizm — İtaliyada inkişaf etmiş faşist ideologiyası. Bu ideologiya Benito Mussolininin rəhbərliyi altında 1922–1943-cü illərdə İtaliya krallığını idarə edən Milli Faşist Partiyası, 1943–1945-ci illərdə hakimiyyətdə olmuş Respublikaçı Faşist Partiyası, İtaliya Sosial Hərəkatı və digər neofaşist hərəkatları ilə əlaqələndirilir. İtaliya faşizmi italyan milliyətçiliyindən və İtaliya ərazisini genişləndirmək istəyindən qaynaqlanır. Faşistlər millətin üstünlüyünü və gücünü bəyan etməkdə bunu vacib hesab edirlər. İtaliya faşistləri müasir İtaliyanın Qədim Romanın varisi olduğunu iddia edirdilər. "Labor Charter" (1927–1934). Mussolini, Benito. Faşizm doktrinası. Sorel, Georges.
Ərəb faşizmi
Ərəb faşizmi (ərəb. الفاشية العربية‎) — faşizmi ərəb millətçiliyi ilə birləşdirən ifrat sağçı ideologiya. == Tarixi == İdeologiya Birinci Dünya müharibəsindən qısa müddət sonra ortaya çıxmış və müharibələrarası dövrdə böyümüşdür. Ərəb faşizminin yüksəlişi ərəblərin Osmanlılardan müstəqilliyi ilə eyni vaxtda olduğuna görə ərəb faşistləri çox türkofob idi. Ərəb faşizmi Nasist Almaniyası və Faşist İtaliyanın dəstəyi ilə böyümüşdür. Ərəb faşistləri İsrailin qurulmasından sonra getdikcə daha çox antisemit olmağa başlamışdılar. Ərəb faşizmi ilk dəfə Suriya, Livan, İraq, Fələstin və Misirdə böyümüşdür. Bəzi ərəb faşistləri islamçılığı öz millətçiliyinə daxil etmiş, bəziləri isə sekulyar idi. == Mənbə == === İstinadlar === === Ədəbiyyat === Jankowski, James P. Egypt's Young Rebels: "Young Egypt": 1933-1952. Hoover Institution Press.

faşizm sözünün leksik mənası və izahı

  • 1 [ital. fascismo – dəstə, birləşmə] 1. İtaliyada 1922-1943-cü illər arasında mövcud olan və imperialist burjuaziyanın ən təcavüzkar dairələrinin mənafeyini ifadə edərək dövlət sərhədlərini genişləndirməyi qarşısına məqsəd qoyan, hakimiyyətin tək bir partiyanın əlində toplandığı rejim, açıq terrorçuluq diktaturası. Vuruşan xalq, qalib gələn xalq … faşizm kabusunu Yer üzündən silib məhv etmədikcə öz tarixi vəzifəsini bitməmiş sayacaqdır. M.Hüseyn. 2. Demokratik azadlıqlara son qoyaraq yerinə qatı şovinizm, irqçilik gətirən və avtoritar sistem yaratmaq məqsədi güdən siyasi cərəyan.

    Azərbaycan dilinin izahlı lüğəti / faşizm
  • 2 \ – maliyyə kapitalının ən mürtəce, şovinist, imperialist ünsürlərininaşıq terorçuluq diktaturası. Faşizmin hakim olduğu Almaniya ən yeni tarix ərəfəsində II dünya müharibəsinin törənməsinə səbəb oldu.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / faşizm

faşizm sözünün rus dilinə tərcüməsi

  • 2 I сущ. фашизм (политическое течение, в основе которого лежит идеология агрессивного шовинизма, расизма и т.п.). Alman faşizmi немецкий фашизм, faşizmə qarşı mübarizə борьба против фашизма II прил. фашистский (относящийся к фашизму, свойственный фашизму). Faşizm rejimi фашистский режим, faşizm əsarəti фашистское порабощение, faşizm təhlükəsi фашистская опасность (угроза)

    Azərbaycanca-rusca lüğət / faşizm

faşizm sözünün inglis dilinə tərcüməsi

faşizm sözünün fransız dilinə tərcüməsi

faşizm sözünün ləzgi dilinə tərcüməsi

"faşizm" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#faşizm nədir? #faşizm sözünün mənası #faşizm nə deməkdir? #faşizm sözünün izahı #faşizm sözünün yazılışı #faşizm necə yazılır? #faşizm sözünün düzgün yazılışı #faşizm leksik mənası #faşizm sözünün sinonimi #faşizm sözünün yaxın mənalı sözlər #faşizm sözünün əks mənası #faşizm sözünün etimologiyası #faşizm sözünün orfoqrafiyası #faşizm rusca #faşizm inglisça #faşizm fransızca #faşizm sözünün istifadəsi #sözlük