* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 “Bütün gecəni yatmamışam” deyirik. Gecəni sözündəki son şəkilçi nə bildirir? Bunu bəzən təsirlik hal hesab edirlər. Doğru deyil. Gecəni, günü, ili tipli sözlərdəki son şəkilçi mənsubiyyət bildirir; gecə boyu, il boyu birləşmələrindəki boy sözü ixtisar edilib və şəkilçi əvvəlki sözə keçib (müqayisə et: mənim kitabım yerinə, sadəcə olaraq, mənimki deyirik). Allahqulu sözündə birinci komponent ixtisar olunanda adamın adı Qulu şəklinə düşür. Deməli, gecə boyu birləşməsindəki boy hissəsinin ixtisara düşməsi və onun şəkilçisinin əvvəlki sözə artırılması mümkün olan haldır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / gecəni