* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. Pis, alçaq, yaramaz. Gidi Reyhan ərəb atı gətirməz; Aşa bilməz qarlı dağlar, yol, məni. “Koroğlu”. ◊ Gidi yaxud gidi-gidi dünya – etibarsız dünya. [Fəhlələrdən biri:] Hə, indi bizi özünə qardaş elədin? Dünənə kimi yanından keçmək olmurdu. Ay gidi dünya ha!… M.Hüseyn. [Cahandar ağa] dərindən köksünü ötürdü: “Ay gidi dünya, gör axırın hara gəlib çıxdı”. İ.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / gidi2 Pis, alçaq, yaramaz, etibarsız. (“Koroğlu” dastanının lüğəti) Gidi xonkar, qıl başının çarəsin, Koroğlu üstünə dəllərlə gəlib. Alıbdı qalanı, yıxıbdı bürcün, Koroğlu üstünə şirlərlə gəlib. (“Koroğlunun Bayazid səfəri”) (“Bəşir Əsəd oğlu”) * Ləşkərün götürüb gəldün üstümə, Gidi Reyhan, məgər dəli olmusan? Nə girmisən mənim canım qəsdinə, Gidi Reyhan, məgər dəli olmusan? (Paris nüsxəsi, 3-cü məclis)
Azərbaycan dastanlarının leksikası / gidi1 1 прил. подлый, низкий, бесчестный ◊ gidi dünya бренный мир 2 прил. удалой, лихой, бравый. Gidi Koroğlu лихой, удалой Кёроглу
Azərbaycanca-rusca lüğət / gidi1 прил. пис, усал, алчах, виже текъвер; ** gidi yaxud gidi-gidi dünya ихтибарсуз дуьнья.
Azərbaycanca-ləzgicə lüğəti / gidi(Basarkeçər, Laçın, Tovuz) etibarsız. – Ay gidi Abbasəli indi olaydı, danışeydı, siz də yazeydıηız (Basarkeçər); – Eh, gidi dünya, çoxlarını uddun (Tovuz)
Azərbaycan dilinin dialektoloji lüğəti.