Kuri sözü azərbaycan dilində

Kuri

Yazılış

  • Kuri • 71.4286%
  • kuri • 28.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Cənubi Kuril boğazı
Cənubi Kuril boğazı — Sakit okeanına daxil olan Kunaşir adasını Şikotan adasındasından ayırır. Boğaz Boyük Kuril adaları qrupunu da Kiçik Kuril adaları qrupundan ayırır. Kunaşir boğazı ilə Xəyanət boğazı vastəsi ilə birləşir. Boğazın sahilində Kunaşir adasında Yujno-Kurils qəsəbəsi yerləşir.
Dördüncü Kuril boğazı
Dördüncü Kuril boğazı — Sakit okeanına daxil olan Ançiferova və Paramuşir adalarını Onekotan və Makanruşi adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 1,5 km təşkil edir. Dərinliyi 1110 m-ə çatır. Sahili qayalı və sıldırımlıdır. Boğazda Vasili, Kapustnı (Paramuşir), Kimberley, İvan-Malı (Onekotan), Polubosnı (Makanruşi) burunları vardır. Bura Bolşaya, ruçi Fomelnı, Krivoy, Novov, Skalnı və Poloqi çayları tökülür. Şimal hissədə Vasili körfəzi yerləşir. Şimalında Lujin boğazı, cənubunda isə Evreinov boğazı yerləşir. Kuril adalarının sıra sayına görə dördüncü olduğü üçün in bu cür adlandırılmışdır.
Euphorbia kuriensis
Euphorbia kuriensis (lat. Euphorbia kuriensis) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.
Kiçik Kuril cərgəsi
Kiçik Kuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 100 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 360.85 km² təşkil edir. Qrupun tərkibinə 6 böyük və bir necə kiçik adalardan ibarətdir. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. Kiçik Kuril cərgəsinə daxil olan adalar Böyük Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti, Yujno-Kurilsk şəhər dairəsi ərazisinə daxildir. Adalara Yaponiya iddia edir. Yaponiya adaları Hokkaydo prefekturası Nemuro subprefekturası ərazisinə hesab edir. Qrupa daxil olan adaların səthi hamar və təpəlidir.
Kiçikyarpaq kuril çayı
Kiçikyarpaq dazifora (lat. Dasiphora parvifolia) - dazifora cinsinə aid bitki növü.
Kolşəkilli kuril çayı
Kolşəkilli dazifora (lat. Dasiphora fruticosa) - dazifora cinsinə aid bitki növü.
Konca Kuriş
Konca Kuriş (1960 – 20 iyun 1999) — Türk-müsəlman feminist yazıçı. Konca Kuriş evli və beş uşaq anası idi. 1998-ci ildə oğurlanmış, bundan sonra 20 iyun 1999-cu ildə 38 yaşında Konyada öldürülmüşdür. İddialara əsasən Konca Kuriş “Türk Hizbullah” təşkilatının keçmiş üzvlərindən olub. Lakin sonra təşkilat əlehinə çıxmış və “Quran”ın dogmatik şəkildə şərh olunmasını tənqid etmişdi. 1998-ci ildə yoxa çıxan Kuriş Hizbullah təşkilatının üzvləri tərəfindən 38 gün işgəncəyə məruz qalmış və öldürülərək dar bir məzarə basdırılmışdır. Qatillər yazıçıya edilən işgəncələri video lentə almışdır. Cəsədi 2000-ci ilin yanvar ayında Hizbullah sığınacaqlarına edilmiş əməliyyatlar zaman tapılmışdır. Türkiyə Hizbullah təşkilatı Konca Kurişin oğurlanılmasına, işgəncə edilməsinə və öldürülməsinə dair məsuliyyəti aşağıdakı cümlələri söyləyərək öz üzərinə götürmüşdür: “ İslam düşməni və yalançı feminist olan Konca Kuriş Allaha və Qurani Kərimə qarşı çıxdığı üçün Hizbullah döyüşçüləri tərəfindən oğurlanaraq sorğulanmışdır. Dinsiz Türk Cumhuriyyətinin rəsmi din açıqlamalrı ilə təlimatları ilə paralel şəkildə hərəkət edən və Sionistlərin də istifadə etdiyi Konca Kuriş müsəlmanları şübhəyə salacaq fəaliyyətlərə təşəbbüs etdiyi üçün cəzalandırılmışdır”.
Kurikulum
"Kurikulum" latın sözü olub, mənası "kurs", "yol" deməkdir. Xarici pedaqoji ədəbiyyatlarda göstərildiyi kimi, kurikuluma aid biliklərin təşəkkül tapması və inkişaf etməsi üçün 30 ilə yaxın bir vaxt sərf olunmuşdur. 1918-ci ildə ilk kurikulumlar yaranmışdır. Artıq ötən əsrin 60–70-ci illərində dünyada, xüsusən ABŞ-də kurikulum ideyaları genişlənmiş, bir nəzəriyyə kimi formalaşmışdır. Kurikulum hərəkatı kimi genişlənən bu təhsil dalğası dünyanın inkişaf etmiş ölkələrində də yayılmış, mütərəqqi təhsil təcrübəsi kimi özünün təsdiqini daha geniş miqyasda tapmışdır. Azərbaycanda kurikulum termini ötən əsrin 90-cı illərinin sonundan etibarən istifadə olunmağa başlamışdır. İlk vaxtlar "təhsil planı" kimi tərcümə olunaraq istifadə edilsə də, sonralar araşdırmalarda kurikulum kimi işlənmiş, son illərdəki hüquqi-normativ sənədlərin dilində də eyni ilə həmin anlayış saxlanılmışdır. Kurikulumun mahiyyəti haqqında yanaşmalar müxtəlif olmuşdur. Hər kəs öz ölkəsinin ehtiyacları baxımından ona yanaşmış, hazırladığı nümunələrdə zəruri tələbatları nəzərə almışdır. Azərbaycan pedaqoji fikrində isə bu belə qəbul olunmuşdur: "Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəddir" (Ümumi təhsil sistemində dərslik siyasəti.
Kurikulum (jurnal)
"Kurikulum" elmi-metodik jurnalı — Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuş mətbu orqanı. "Kurikulum" elmi-metodik jumalı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən 2007-ci ildə təsis olunmuşdur. Jurnalın təsis olunması yeni kurikulum sənədlərinin məzmunu və mahiyyəti, onlarla işin xüsusiyyətlərinin müəllimlərə, metodistlərə, məktəb rəhbərlərinə, təhsil orqanlarının əməkdaşlarına ətraflı izah olunması, onların bu prosesə elmi-metodik və psixoloji hazırlığının təmin edilməsi ilə bağlıdır. Eyni zamanda təhsil işçilərinə elmi-metodik köməyi gücləndirmək, gələcəkdə kurikulumların təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsi ilə bağlı elmi-tədqiqat işlərinin nəticələrini işıqlandırmaq, ölkəmizdə və xaricdəki qabaqcıl təcrübə nümunələrinin yayılmasını təmin etmək də bu jurnalın ümdə vəzifəsidir. Jurnalın redaksiya heyətinə görkəmli alimlər, tanınmış təhsil mütəxəssisləri, kurikulum sahəsində böyük təcrübəyə malik xarici ölkə mütəxəssisləri daxildir. 2008-ci ilin yanvar ayında jurnalın ilk nömrəsi çapdan çıxmışdır. Jurnal ildə 4 dəfə, 154 səhifə həcmində çap olunur. Jurnalda yeni kurikulumların tətbiqi sahəsində qabaqcıl iş təcrübələrinə, təhsilin məzmunu, təlim texnologiyaları və şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələlərinə həsr olunmuş yazılar, tərcümə materialları, fənn kurikulumları əsasında müasir dərslik və dərs vəsaitlərinin tərtibi texnologiyaları, qabaqcıl məktəb rəhbərləri və müəllimlərin iş təcrübələri, inkişaf etmiş ölkələrin mövcud ümumi təhsil modelləri, təlim üsulları, təhsildə IKT-nin tətbiqi ilə bağlı təbliğat, maarifləndirmə və tədqiqat xarakterli məqalələr dərc olunur. Bunlarla yanaşı, jurnal müəllim və şagirdlər üçün müxtəlif vəsaitlər, o cümlədən metodik vəsaitlər və didaktik materiallar işləyib hazırlayır, müvafiq təhsil resurslarının yaradılması işində fəal iştirak edir. Jurnal ilk nömrəsindən başlayaraq müəllimlər arasında geniş populyarlıq qazanmış, onların yaxın köməkçisinə çevrilmişdir, aktual və maraqlı elmi-metodik məqalələr, müəllimlərin təlim fəaliyyətinə aid rəngarəng praktik materiallar çap etməklə ölkə müəllimlərinin böyük bir hissəsini vahid auditoriyaya toplayır, onların islahatın tələbləri əsasında yenidən hazırlanması işində böyük xidmət göstərir.
Kuril-Kamçatka çökəkliyi
Kuril-Kamçatka çökəkliyi — Sakit okeannın şimal-qərbində yerləşən çokəklik. Çökəklik Kuril adalarının şərq sahili boyunca Kamçatka yarımadası sahilləri qədər uzanır. Çökəklik 2170 km məsafədə uzanır və orta eni 59 km-dir. Maksimal dərinliyi 10542 metrdir (44°00′46″ şm. e. 150°19′13″ ş. u.). Şökəklik pilləvari queuluşa sahibdir. Burada yamacların dikliyi 7°-dir. bir çox güşlü zəlzələlərin episentri rolunu oynayır.
Kuril adaları
Kuril adaları – Kamçatka y-a ilə Hokkaydo a. arasında adalar qrupu. Oxot dənizini Sakit okeandan ayırır. 30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.), çoxlu kiçik ada və qayalardan ibarətdir. Uz. təqr. 1200 km, sah. təqr. 10.5 min. km2.
Kuril adaları problemi
Kuril qoruğu
Kuril qoruğu — dövlət təbii qoruğu. RSFSR Nazirlər Sovetinin 10 fevral 1984-cü il tarixli 47 nömrəli qərarı ilə Kunaşir adasında və RSFSR-in Saxalin vilayətinin Cənubi Kuril rayonunda Kiçik Kuril cərgəsi adalarında qurulmuşdur. Sahəsi 65 355 hektardır. Qorunan zona 73 475 hektardır. Qoruğun mərkəzi şəhər tipli Yujno-Kurilsk qəsəbəsindədir. Qoruğun yaradılmasında məqsəd təbii proseslərin və hadisələrin təbii gedişatını, flora və faunanın genetik fondunu, bitki və heyvanların ayrı-ayrı növlərini və icmalarını, Cənubi Kuril adalarının tipik və unikal ekoloji sistemlərini qorumaq və öyrənməkdir. Qoruğun təbii kompleksləri misilsizdir və dünyada analoqu yoxdur. Kunaşir ərazisi və Kiçik Kuril silsiləsi Rusiya ilə Yaponiya arasında ərazi mübahisəsinin predmetidir. Bitki örtüyünün əsasını mühafizə olunan ərazinin 70% -dən çoxunu tutan meşələr təşkil edir. Qoruğun ərazisində 227 növ quş (bunlardan 107-si yuva qurur), 29 növ məməli vardır.
Kuril çayı
Dazifora (lat. Dasiphora) - gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Dasiphora tenuifolia (Willd.
Kurilsk
Kurilsk (rus. Курильск) ya da Şanamura (yap. 紗那村) — Rusiya Federasiyasında yerləşən şəhər. Saxalin vilayətinə daxildir.
Kurilskoe gölü
Kurilskoe gölü — Kamçatka yarımadasının cənubunda, Cənubi Kamçatski yasaqlığı ərazisində mövcud olan krater mənşəlli göl. İnzibati cəhətdən Rusiya Federasiyası Kamçatka diyarı Ust-Bolşereskom rayonu ərazisində yerləşir. Bu ad təqribən 1711-ci ildə İvan Kozırevski tərəfindən o zamanlar göl ətrafında yaşayan Kuril adlı aynu qəbiləsi şərəfinə verilmişdir. Stepan Kraşeninnikov «Kamçatkanın təhlükəli torpaqları» kitabında gölün adını Ksuy və ya Ksuay olaraq göstərir. Gölün ilk təsvirini Qeorq Steller 1740-cı ildə vermişdir. 1908 və 1909-cu illərdə Fyodor Ryabuşkinin ekspedisiyası göldə bir sıra araşdırmalar aparmışdır. Kamçatkanın sahəsinə görə 3-cü ən böyük gölüdür və 77 km² sahəni əhatə edir. Gölün orta dərinliyi 195 m, maksimal dərinliyi 316 m təşkil edir. Əsasən qar və yağış suları ilə qidalanır. Suyunun səviyyəsi 1,3 m (maklsimal səviyyə may-iyun, ən aşağı səviyyə isə aprel) olaraq dəyişə bilir.
Kurima
Kurima yap. 来間島 — Miyako qrupuna, Sakişima adalarına və Ryukyu arxipelaqına daxil olan kiçik ada. İnzibati cəhətdən Yaponiyanın Okinava prefekturası, Miyako qəzası və eyniadlı dairə ərazisinə daxildir. Adanın sahəsi 2,84 км²,ən hündür nöqtəsi 47 metr təşkil edir. 2011-ci il məlumatına görə adada 168 nəfər adam yaşayır. Əsas yaşayış məntəqəsi Kurima qəsəbəsidir. Adanın ərazisi düzənlikdir. Ən hündür nöqtəsi 47 m təşkil edir. Miyakocima adası ilə körpü vastəsi birləşir.
Kuris
Kuris — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Kurisu Makise
Kurisu Makise (牧瀬 紅莉栖, Makise Kurisu) — 5pb. və Nitroplus tərəfindən yaradılmış "Science Adventure" franşizindən personaj. İlk dəfə 2009-cu ildə buraxılmış "Steins;Gate" vizual romanında təqdim olunmuşdur. Kurisu Makise Rintaro Okabe ilə birlikdə "Steins;Gate" seriyasının əsas personajlarından biridir. Okabe onu tez-tez Kristina deyə çağırır. Hekayədə o, neyrologiya sahəsində tanınmış gənc alimdir və Okabe ilə tanış olduqdan zamanda səyahət təcrübələrində ona kömək etməyə başlayır. Laboratoriyanın dörd nömrəli üzvünə çevrilir, D-poçtların göndərilməsində fəal iştirak edir və zamanda sıçrama cihazını ixtira edir. Hekayə davam etdikdə Okabe ilə Kurisu arasında romantik münasibətlər yaranır. Kurisu vizual romanla yanaşı manqa, ranobe və anime adaptasiyalarında, eləcə də, 5pb. və Nitroplus tərəfindən istehsal olunmuş sikvel oyun "Steins;Gate 0"-da da yer almışdır.
Kuritiba
Kuritiba (port. Curitiba) - Cənubi Braziliyanın ən böyük şəhəridir. Parana ştatının mərkəzi. Ərazisi 430,9 km², əhalisi 1 789 000 nəfərdir.
Kuriya
Kuria (lat. curia) — Qədim Romada ən qədim yaşayış məntəqəsi bölgüsü. Romul romalıları hər biri on kuriadan ibarət üç triba bölmüşdür. Hər bir kuria isə öz növbəsində ailə qruplarından və nəsillərindən təşkil olunurdu. Bu quruluşda hökmranlığa və ya ağalığa patrisian nəsli malik idilər. Hər otuz kuria bir səsə malik olurdu. Beləliklə xalq yığıncağının arxaiq forması kuria komissiyası adlanırdı.
Kuriya-Muriya adası
Kuriya-Muriya adası (ərəb. جزر خوريا موريا‎ tərcümə. "Cuzur Xuruiya Muruiya") — Omana aid olan Ərəbistan dənizində yerləşən adalar qrupu. Ölkənin cənub-şərq sahilindən 40 kilometr məsafədə yerləşmişdir. Qrupa beş ada daxildir. Adalar ümumilikdə 73-lə km² ərazini əhatə edir. Qərbdən şərqə doğru: Əl-Xasikiya, Əs-Səud, Əl-Xallaniya, Qarzant və Əl-Kibliya adaları bir-birlərini əvəz edir. Adalar qranitdən ibarətdir və batırılmış dağ silsiləsinin zirvələrini təşkil edir. Adaların maksimum dəniz səviyyəsindən hündürlüyü 501 metrə bərabərdir. Belə hesab edilir ki, əsasən bu adalar Insulae Zenobii adı altında bizim eramızın I əsrinin yazı mənbələrində xatırlanır.
Olqa Kurilenko
Olqa Kurılenko (14 noyabr 1979[…]) — Ukrayna aktrisası və modeli. Bruklin Beynəlxalq Kino Festivalının "Adsız Barmağdakı" rola görə ən yaxşı aktrisası adlanmışdır. "Mərhəmət Kvantı" filmində Bondun yeni qızı (Kamilla) seçilib. Olqa Konstantinovna Kurilenko. 1979-cu il noyabrın 14-də Ukraynanın Berdyansk şəhərində anadan olub. Milliyətcə ukraynalıdı. 18 yaşınadək Fransada model kimi müxtəlif agentliklərdə çalışıb. Glamour, ELLE, Marie Claire və Vogue kimi jurnalların üz qabığında çəkilib. İlk kino təcrübəsi 2005-ci ildə çəkilən fransız filmi olan “Sevgi üzyü” olub. Sonradan “Paris, mən səni sevirəm” filmindəki qısa filmlərdən birində epizodik rol oynayıb.
Ruellia kuriensis
Ruellia kuriensis (lat. Ruellia kuriensis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin akantkimilər fəsiləsinin ruelliya cinsinə aid bitki növü.
Zelyonı (Kuril adaları)
Zelyonı adası yap. 志発島, rus. Остров Зелёный— Kuril adalarının Kiçik Kuril cərgəsinə daxil olan ada. Habomai arxipelaqının ən iri və ən hündür adalarından biridir. İnzibati cəhətdən Saxalin vilayəti Yujno-Kurilsk şəhər dairəsi ərazisinə daxildir (Rusiya). Günümüzdə ada ərazisində yaşayış yoxdur. Amma Rusiya ərazisində Yapon durasının yuva qurduğu əsas ərazilərdən biridir. Bölgənin əsas endemik canlısı Şikotan tarlasıçanıdır. Ada ilk dəfə 1739-cu ildə Böyük Şimal ekspedisiyasının qruplarından biri, III ranq kapitan Martın Petroviç Şpanberqin rəhbərliyi ilə kəşf edilmiş və xarici görünümünə görə bu cür adlandırılmışdır. 1855-ci ildə imzalanan Simod Traktayına görə adalar rəsmi olaraq Yaponiya imperiyasına verilmişdir.

"kuri" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#kuri nədir? #kuri sözünün mənası #kuri nə deməkdir? #kuri sözünün izahı #kuri sözünün yazılışı #kuri necə yazılır? #kuri sözünün düzgün yazılışı #kuri leksik mənası #kuri sözünün sinonimi #kuri sözünün yaxın mənalı sözlər #kuri sözünün əks mənası #kuri sözünün etimologiyası #kuri sözünün orfoqrafiyası #kuri rusca #kuri inglisça #kuri fransızca #kuri sözünün istifadəsi #sözlük