Tuncəl Kurtiz
Tuncəl Tayanç Kurtiz (1 fevral 1936, Kocaeli, Türkiyə – 27 sentyabr 2013, İstanbul, Türkiyə) — Türk kino və teatr aktyoru, rejissor, prodüser və ssenarist.
== Həyatı ==
Tuncəl Kurtiz türk kino və teatr oyunçusu, rejissor, prodüser, ssenaristdir. Atası Selanik doğulan bir Türk bürokratı, anası Boşnakdır. Universitetdə qısa bir müddət hüquq fakültəsində, daha sonra isə filologiya, fəlsəfə, psixologiya və sənət tarixi hissələrində oxudu; ancaq heç birindən məzun olmadı. İlk dəfə 1959-cu ildə Dormen Teatrında aktyorluğa başlamış olan sənətçi, kino filmlərində rol aldı. Sürü filmiylə zirvəyə çıxan sənətçinin, təbiətlə iç içə yaşamağı sevdiyi ifadə edilər. 1981 Antaliya Qızıl Portağal Film Festivalında ən yaxşı ssenari mükafatını Nurəddin Sezər ilə birlikdə qələmə aldığı Gül Həsən filminin ssenarisiylə qazanmışdır. 2006-da Hacı, 2007-də Üsyankar adlı TV seriallarında oynadı. 2009-cu ilin başında viziona girən olan Payız Sancısı filmində Kamil Əfəndi xarakterini canlandırmışdır. Eyni il nəşrə başlayan Ezel adlı serialda Ramiz Karaeski obrazını canlandırmış və məşhurluğunu daha da artmışdır.