loru-loruyana sözü azərbaycan dilində

loru-loruyana

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • loru-loruyana • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Loru
Loru və ya Lori — Yaşayış məntəqələri Loru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Loru əyaləti — Azərbaycanın tarixi mahallarından biri. Osmanlı Loru mərzi — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Loru qəzası — Rusiya imperiyasının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Loru çökəkliyi — Loru mərzində düzənlik. Loru Berd — Ermənistan Respublikasının Loru mərzində kənd. Bu adı olan tanınmış şəxslər Lori Stroud — Digər Luri — Hind-Avropa dil ailəsinin İran dil qrupuna daxil olan dil.
Dəmirçilər (Loru)
Dəmirçilər, Demirçilar, Qoçavan — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 9 km şimal-qərbdə yerləşir. 1937-ci ilə qədər Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Erməni mənbələrində Demirçilar kimi qeyd edilir. Toponim şahsevən türk tayfasının bir qolunu təşkil edən dəmirçilər etnonimi əsasında əmələ gəlmişdir. XIII əsr tarixçisi Şəhabəddin Nəsəvi dəmirçiləri Cingiz xanın nəsli ilə bağlayır. «Azərbaycanın coğrafi adlar» kitabında dəmirçi tayfasının şahsevən qəbiləsinə mənsub nəsil olduğu göstərilir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə adı dəyişdirilib Qoçavan qoyulmuşdur.
Gərgər (Loru)
Gərgər, Rus Gərgəri, Puşkino — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 16 km məsafədə yerləşir. Kəndin adı erməni mənbələrində Rus Gərgəri (Gərgər rus) formasında qeyd edilir. XIX əsrin əvvəllərində ruslar bura köçürüləndən sonra toponimə rus sözü (etnonim) əlavə edilərək rəsmi sənədlərdə Rus Gərgəri kimi öz əksini tapmışdır. == Toponim == Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 14.11.1937-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilərək rus şairi A. S. Puşkinin şərəfinə Puşkino qoyulmuşdur. 1937-ci ildə Puşkino adlandırılmışdır. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur. Bezabdal dağından axan çay da Gərgərçay adlanır. Əsli: Qarqar. Azərbaycan xalqının etnik tarixində mühüm rol oynamış qarqar tayfasının adını əks etdirir.
Loru Berd
Loru Berd (erm. Լոռի բերդ) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rusiya imperiyası zamanına aid rəsmi sənədlərdə kəndin adı Lori və ya Berti kimi qeyd edilir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Loru Berd bələdiyyəsi"ni (erm. Լոռի բերդ համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 405 nəfərdir.
Loru mahalı
Loru mahalı — Azərbaycanın tarixi mahallarından biri. Səfəvilər dövlətinin, Qarabağ bəylərbəyliyinin doqquz mahalından biri. Borçalı Rusiya tərəfindən işğal edildikdən sonra, 12 sentyabr 1801-ci ildə Gürcüstan quberniyası daxilində Borçalı distansiyası yaradıldı. 1880-ci ildə Tiflis quberniyası daxilində Borçalı qəzası təşkil edilir və onun ən böyük nahiyəsi də Loru olur. Loru Borçalının dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin 1236-cı ildə monqollar tərəfindən dağıdıldığı, XIV-XV əsrlərdə yenidən bərpa olunduğu, XV-XVIII əsrlərdə Osmanlı və İran hücumlarına məruz qaldığı yazılır. 1918-ci ildə erməni daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru və Pəmbək mahalı ərazilərini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı qəzası (əslində Loru nahiyəsi) neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürür. 1921-ci ildə isə Gürcüstan və Ermənistan bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir.
Loru mərzi
Loru mərzi (erm. Լոռու մարզ Lorru marz) — Ermənistan Respublikasında inzibati-ərazi vahidi. Şimalda Gürcüstanın Aşağı Kartli diyarı, şərqdə Tovuz mərzi, cənubda Dərəçiçək mahalı və Karbi mahalı, qərbdə Şirak mərzi ilə həmsərhəddir. Gürcüstanla sərhəd xətti 110 km–dir. İnzibati mərkəzi Böyük Qarakilsə şəhəridir. == Tarix == Mərz ölkənin şimalında Gürcüstanla sərhəddə, tarixi Loru mahalı ərazisində yerləşir. 7 noyabr 1995-ci ildə Ermənistan Respublikası Milli Məclisinin qərarı ilə Alaverdi, Quqark, Taşir, Spitak, Stepanavan və Tumanyan rayonları ləğv edilərək onların hesabına Loru mərzi təşkil edilmişdir. == Coğrafiya == Mərzin ərazisi 2011–ci il siyahıyaalınması zamanı 3.789 km² idi. Yeni inzibati dəyişikliklərdən sonra mərzin ərazisi 10 km² artaraq 1 yanvar 2012–ci il tarixindən etibarən 3.799 km² təşkil edir. Ərazinin 251.154 hektarı kənd təsərrüfatı üçün yararlı hesab edilən torpaqlardır, ondan 42.075 hektarı əkin sahələridir.
Loru qəzası
Loru qəzası (rus. Лорийский уезд, gür.: g.ə. ლორის მაზრა / l.ə. loris mazra) — Rusiya imperiyasıının Gürcüstan quberniyası tərkibində mövcud olmuş inzibati-ərazi vahidi. Kartli-Kaxetiya krallığının Rusiya imperiyasına birləşdirilməsindən və ləğvindən sonra bu krallığın ərazilərini əhatə edən Gürcüstan quberniyası tərkibində, 12 sentyabr 1801-ci ildə təşkil edilmişdir. İnzibati cəhətdən Tiflis şəhərini, Borçalı, Pəmbək, Qazax və Şəmşəddil distansiyalarını əhatə edirdi. 23 noyabr, 1804-cü ildə Rusiya imperatoru I Aleksandrın verdiyi əmrə əsasən inzibati mərkəzin Tiflis şəhəri olması dəyişdirilmədən Loru qəzasının adı "Tiflis qəzası" olaraq dəyişdirildi.
Loru çökəkliyi
Loru çökəyi və ya Loru düzü və ya Loru çölü və ya Loru yaylası — tarixi Loru mahalında, keçmiş Gürcüstan quberniyasının Borçalı distansiyasında, Tiflis quberniyasının Borçalı qəzasında, hazırkı Ermənistan Respublikasının şimalında, Loru mərzində (erm. Լոռու մարզ) düzənlik. Uzunluğu 50 km, eni isə 20–30 km-dir. Qaraağac, Ağzıböyük və Bozabdulla dağ silsilələrinin əhatəsində yerləşir.
Loru çökəyi
Loru çökəyi və ya Loru düzü və ya Loru çölü və ya Loru yaylası — tarixi Loru mahalında, keçmiş Gürcüstan quberniyasının Borçalı distansiyasında, Tiflis quberniyasının Borçalı qəzasında, hazırkı Ermənistan Respublikasının şimalında, Loru mərzində (erm. Լոռու մարզ) düzənlik. Uzunluğu 50 km, eni isə 20–30 km-dir. Qaraağac, Ağzıböyük və Bozabdulla dağ silsilələrinin əhatəsində yerləşir.
Ləmbəli (Loru)
Ləmbəli — Tiflis quberniyasının, Loru-Borçalı qəzasında, indiki Barana (Noemberyan) rayonunda kənd. Rayon mərkəzindən 15 km şimal-qərbdə, Tona çayının sağ tərəfində yerləşir.Ən tanınmış tayfası Ayvazdar tayfasıdır. == Tarixi == Bu yer "Ermənistan"ın şimalında sonuncu nöqtədir. Dəniz səviyyəsindən 470 m yüksəklikdə yerləşən, dərəli-təpəli, dağlı-düzlü yerdir. Erməni mənbələrində "Ləmbəli qyuğ" formasında qeyd edilir. Toponim "rütubətli və bürkülü zonalar üçün səciyyəvi olan tikili" mənasında işlənən ləm və "düzənlik, açıqlıq, açıq yer", "geniş düzənlik" mənasında işlənən pila//pala (> bəli) sözlərinin birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan toponimdir. == İqlimi == Qışı mülayim-orta temperaturu +50 °C, yayı nisbətən isti –orta temperaturu +300C-dir. == Əhalisi == Kənddə 1831-ci ildə 11 nəfər, 1886-cı ildə 292 nəfər, 1897-ci ildə 376 nəfər, 1908-ci ildə 400 nəfər, 1914-cü ildə 493 nəfər azərbaycanlı yaşamışdır. 1915-ci ildən sonra azərbaycanlılar ermənilərin təcavüzünün nəticəsində tarixi-etnik torpaqlarından qovulmuşlar.
Mixaylovka (Loru)
Mixaylovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Nikolayevka (Loru)
Nikolayevka, Amrakits — Tiflis quberniyasının Borçalı qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd.
Petrovka (Loru)
Qurdqala, Petrovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 11 km məsafədə yerləşir. Rayon təşkil edilənədək Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Toponim türk mənşəli qurd etnoniminə qala sözünün birləşməsindən əmələ gəlib "qurd tayfasına mənsub qala yanında salınan kənd" mənasını bildirir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı XIX əsrin 60-cı illərində dəyişdirilib Petrovka qoyulmuşdur.
Privolnoye (Loru)
Privolnoye — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Qalaça (Loru)
Qalaça — Yelizavetpol quberniyasının Qazax qəzasında, indiki Noemberyan rayonunda kənd. Rayon mərkəzindən 3 km şimalda yerləşir. 1926-cı ildə burada 3 nəfər azərbaycanlı yaşamışdır. Toponim qala sözünə kiçiltmə mənasını bildirən -ça şəkilçisi artırmaqla əmələ gəlib «kiçik qala yanında olan kənd» mənasını verir. Kəndin cənub-şərqində XII-XIII əsrlərə aid qalanın xarabalıqları indi də qalır. Kənd adını məhz həmin qaladan götürmüşdür. Quruluşca düzəltmə toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Berdavan (Qala qəsəbəsi) adlandırılmışdır.
Qarakilsə (Loru)
Qarakilsə — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. Rayon mərkəzindən 15 km məsafədə yerləşir. Qafqazın 5 verstlik xəritəsində Qarakilis formasında qeyd edilmişdir. Burada Qarakilsə adlı iki kənd olmuşdur: Böyük Qarakilsə, Kiçik Qarakilsə. Erm. SSR AS RH-nin 25.l.1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Lernahovit qoyulmuşdur. Böyük Qarakilsədə 1831-ci ildə ermənilərdən başqa 8 nəfər azərbaycanlı yaşamışdır. Kiçik Qarakilsədə 1886-cı ildə yalnız 106 nəfər azərbaycanlı yaşamışdır. XIX əsrin 90-cı illərində azərbaycanlılar deportasiya edilmişdir. İndi burada yalnız ermənilər yaşayır.
Qaraməhəmməd (Loru)
Qaraməhəmməd — Tiflis quberniyasının Borçalı (Loru-Pəmbək) qəzasında, indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-şərqdə yerləşir. Kəndin adı Qaraməmməd formasında da işlədilir. Toponim Qaraməhəmməd şəxs adı əsasında əmələ gəlmişdir. Antropotoponimdir. Quruluşca sadə toponimdir. Kəndin adı 1801-ci ildə dəyişdirilib Rusiya çarının şərəfinə Aleksandrovka qoyulmuşdur. Erm. SSR AS RH-nin 22.ll.1939-cu il fərmanı ilə adı yenidən dəyişdirilib rus şairi Maksim Qorkinin şərəfinə Qorki qoyulmuşdur. XIX əsrin əvvəllərinə qədər burada azərbaycanlılar yaşamışdır.
Qaraqala (Loru)
Qaraqala — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, indi Kalinino rayonunda kənd. Yuxarı Qaraqala və Aşağı Qaraqala kəndləri 1930-cu illərdə birləşdirilib Qaraqala kəndi yaradılmışdır. 1950-ci ilin sonlarında rayondakı İlməzli heyvandarlıq sovxozu ilə birləşdirilmişdir. Orta əsrlərə aid azərbaycanlıların tarixi ilə bağlı abidələr, qalalar, qəbiristanlıqlar var. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Noramut qoyulmuşdur. XIX əsrin ortalarında Yuxarı Qaraqaya və Aşağı Qaraqala hissələrindən ibarət olmuş, XX əsrin 30-cu illərində birləşmişdir. Yaxınlıqdakı "Qaraqala" qala xarabalığının adındandır.Будагов, Б. Ә.; Гејбуллајев, Г. Ә. Гарагала // Ермәнистанда Азәрбајҹан мәншәли топонимләрин изаһлы лүғәти. Бакы: Оғуз ели. 1998.
Qoturbulaq (Loru)
Qoturbulaq — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 17 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən qotur və bulaq sözlərindən əmələ gəlmişdir. Kənd müalicəvi əhəmiyyətli bulağın yaxınlığında (həmin bulağın suyundan əsasən qoturluq xəstəliyində istifadə olunurmuş) salındığı üçün kənd "Qoturbulaq" adlandırılmışdır. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə adı dəyişdirilib Katnaxbuyr qoyulmuşdur.
Qızqala (Loru)
Qızqala - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənd. Rayon mərkəzindən 8 km cənubda, Saratovka kəndindən 1,5–2 km məsafədə yerləşir. Erməni mənbələrində Qızqala kimi qeyd edilir. Toponim ərəb dilində oğuz etnonimini əks etdirən qız (ğuz>qız), etnonimi ilə qala sözünün birləşməsindən əmələ gəlib, «oğuz qalası yanında olan kənd» mənasını verir. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 25.l.1978-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Getavan (Çayqəsəbəsi) qoyulmuşdur.
Qızılkilsə (Loru)
Qızılkilsə, Dağ Qarakilsə, Qızıldaş — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd. 1930 - cu ildə Stepanavan (Cəlaloğlu) rayonunun tabeliyində olmuşdur. Rayon mərkəzindən 14 km şimal-şərqdə, Dəmirçilər kəndinin yaxınlığında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin bir adı da Dağ Qarakilsə olmuşdur. Toponim qırmızı mənasında işlənən qızıl sözü ilə kilsə sözünün birləşməsindən əmələ gəlmişdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Qızıldaş, Ermənistan prezidentinin 19.IV.1991-ci fərmanı ilə yenidən dəyişdirilib Aruni qoyulmuşdur. Kənddə 1886-cı ildə 106 nəfər, 1897-ci ildə 202 nəfər,1908-ci ildə 215 nəfər, 1916-cı ildə 490 nəfər azərbaycanlı yaşamışdır.
Qışlaq (Loru)
Qışlaq, Jdanov — Loru mahalında qışlaq, kənd. Andrey Jdanovun şərəfinə adlandırılmışdır.
Saratovka (Loru)
Saratovka — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Kalinino rayonunda kənd.
Soyuqbulaq (Loru)
Soyuqbulaq — Ermənistanın Taşir rayonunda (keçmiş Vorontsovka, sonradan Kalinino) kənd. Soyuqbulaq İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Kalinino rayonunda kənddir. Erməni mənbələrində Sovux bulağ formasında qeyd edilir. Rayon mərkəzindən 11 km şimal-qərbdə, Qaraarxac dağının ətəklərində yerləşir. 1937-ci ilə kimi Cəlaloğlu (Stepanavan) rayonunun tərkibində olmuşdur. Kənd Lori əyalətində (keçmiş Loru mahalı) ərazisində yerləşir. 2008-ci ilin məlumatına əsasən Soyuqbulaq kəndinin əhalisinin sayı 184 nəfər təşkil etmişdir. 1988-ci ilin sonlarınadən etnik azərbaycanlılar üstünlük təşkil etmişdir. Kəndin adı sonralar dəyişdirilərək "Parağbyur" halına salınmışdır. Toponim Azərbaycan dilində "sərin" mənasında işlənən soyuq sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlmişdir.
Çubuxlu (Loru)
Çubuxlu, Pakrovka, Kuybışev — Tiflis quberniyasının Borçalı qəzasında,indi Cəlaloğlu (Stepanavan) rayonunda kənd. Rayon mərkəzindən 7 km qərbdə yerləşir.Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim çubuqlu türk etnonimi əsasında əmələ gəlmişdir. Anadoluda Çubuk və oğulları yaşamışdır. F.Sümər "Çubukun qəti olaraq türkmən olduqların" qeyd edir. Deməli, çubuqlu türk tayfasıdır və indi Ermənistan adlanan ərazidə bu tayfa yaşamışdır. Tayfa öz izini indi Ermənistan adlanan ərazinin bir çox toponimlərində öz izini qoruyub saxlamışdır.Etnotoponimdir.Quruluşca sadə toponimdir.Kəndə ruslar köçürüləndən sonra (1830–40-cı illərdə), 1840-cı ildə adı dəyişdirilib Pakrovka qoyulmuşdur. Erm SSR AS RH-nin 4.V.1939-cu il fərmanı ilə kəndin adı yenidən dəyişdirilərək inqilabçı V.V.Kuybışevin şərəfinə Kuybışev qoyulmuşdur. Kənddə tarixən azərbaycanlılar yaşamışdır. Rayonun ərazisi Rusiya tərəfindən işğal edildikdən sonra buraya XIX əsrin əvvəllərində ruslar köçürülmüşdür.

Oxşar sözlər

#loru-loruyana nədir? #loru-loruyana sözünün mənası #loru-loruyana nə deməkdir? #loru-loruyana sözünün izahı #loru-loruyana sözünün yazılışı #loru-loruyana necə yazılır? #loru-loruyana sözünün düzgün yazılışı #loru-loruyana leksik mənası #loru-loruyana sözünün sinonimi #loru-loruyana sözünün yaxın mənalı sözlər #loru-loruyana sözünün əks mənası #loru-loruyana sözünün etimologiyası #loru-loruyana sözünün orfoqrafiyası #loru-loruyana rusca #loru-loruyana inglisça #loru-loruyana fransızca #loru-loruyana sözünün istifadəsi #sözlük