Nağdalı
Nağdalı — Azərbaycan Respublikasının Laçın rayonu Şamkənd kənd inzibati ərazi dairəsində kənd.
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Kənd Şamkənd inzibati ərazi vahidliyinin tabeliyindədir. Kəndin yaşı 500 ildən çoxdur.
Kənddə 200 yerlik klub binası, 250 yerlik məktəb binası, 2 mağaza binası, hamam, çörək bişirmə sexi, 50 çarpayılıq xəstəxana, feldşer-mama məntəqəsi, kitabxana, 250 yerlik ATS- fəaliyyət göstərirdi.
Nağdalı kəndi rayonun qərb istiqamətində, Qırxqız dağlarının cənub ətəklərində, rayon mərkəzindən 74 km məsafədə yerləşir. Dəniz səviyyəsindən 1660 metr yüksəklikdə yerləşir. Kəndin ətrafından hər tərəfə geniş yayalaqlar başlayır. Şimaldan DQMV-i, qərbdən Kəlbəcər rayonu, şərqdən Ələkçi kəndi, şimal-şərqdən Şamkənd kəndi ilə həmsərhəddir.