maya sözü azərbaycan dilində

maya

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • maya • 56.6174%
  • Maya • 43.1112%
  • MAYA • 0.2713%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

maya sözünün leksik mənası və izahı

  • 1 is. [fars.] 1. Dişi dəvə. Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal. A.Səhhət. Ağ mayaların üstündə oturub, yayxanayayxana gedən qoca qarıların qucağında camış balağı, çəpiş, yaxud it küçüyü gözə dəyirdi. Ə.Vəliyev. Bürüyür ətrafı zınqırov səsi; Ağca mayaların nərildəməsi. M.Rahim. // Ana göyərçin. Mayanı uçurtmaq. Maya yumurta üstündə oturub. 2. məc. dan. Ağ, dolğun, gözəşirin qadın haqqında (bəzən “kimi” qoşması ilə). Maya kimi gəlin. – Burdan bir maya getdi; Sallandı, çaya getdi; Yolunda cəfa çəkdim; Əməyim zaya getdi. (Bayatı).

    Azərbaycan dilinin izahlı lüğəti / maya
  • 2 is. [fars.] 1. Bəzi qidalarda qıcqırma əmələ gətirən maddə. Xəmir mayası. Pendir mayası.□ Maya vurmaq – bax mayalamaq 1-ci mənada. Qatığa maya vurmaq. 2. biol. Rüşeym, döl. Mayası pisdir. // məc. Əsas, əsil kök. Bu torpaqdır varlığımın mayası; Bu torpaqda alın təri tökmüşəm. S.Rüstəm. İlham bulaqları quruyacaqdır; Hər kimin deyilsə mayası eldən. O.Sarıvəlli. 3. Bəzi xəstəliklərə qarşı peyvənd (aşı) maddəsi. Difterit mayası. – Əgər uşağa vaxtkən çiçək mayasını döysən, dəxi o uşaq çiçək naxoşluğu tutmaz. C.Məmmədquluzadə. 4. məc. Mövzu, obyekt mənasında. İndi uşaqların hansı zavoda göndəriləcəyi də söhbət mayası olmuşdu. Ə.Əbülhəsən. 5. məc. Səbəb, əsas, kök, səbəbkar. [Rüstəm kişi:] Deyirəm axı, bu qanacaq sizdə olmaz. Deməli, mayası Şərəfdəndir? M.İbrahimov. [Sərvinaz Şahmara:] Bu işlərin bir mayası da sənsən. B.Bayramov. 6. Gəlir əldə etmək üçün bir şeyə qoyulan pul; sərmayə. Dükanın mayası da Molla Cəfərqulunun idi. N.Nərimanov. İki-üç ildən sonra maya əldən çıxdı. Ə.Haqverdiyev. // Ticarətə, alverə başlaya bilmək üçün əldə olan məbləğ, pul. □ Maya qoymaq – pul sərf etmək, pul xərcləmək, pul qoymaq. 7. Ümumiyyətlə, əldə olan pul, sərvət, dövlət. [Tacir] … əlində olan mayasını işə və istifadəyə buraxa bilmir. M.S.Ordubadi. □ Maya dəyəri (qiyməti) iqt. – bir malın hazırlanmasına sərf olunan, istehsal vasitələri xərci ilə işçiyə verilən əmək haqqından ibarət istehsal xərcləri. Məhsulun maya qiyməti. 8. mus. Səs qatarlarında orta pərdə. Əmələ gələn səs qatarlarında orta tetraxordun birinci pərdəsi maya adlanıb, ladda tonika vəzifəsini görür. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / maya
  • 3 əsas, əsl; saf, təmiz; göyçək; t. dəvə balası.

    Azərbaycan qadın adlarının izahlı lüğəti. / maya

maya sözünün etimologiyası

  • 1 Farscadan (maya) alınma sözdür, pendir düzəltmək üçün istifadə olunur: südəmər buzov və ya quzu qursağından hazırlanır: qursağı içində su olan küpəyə salır, bal, buğda, yumurta əlavə edir, bir həftə ocağın yanında ( isti yerdə) saxlayır, nəticədə maya alırlar. (Bəşir Əhmədov. Etimologiya lüğəti) Birinci a səsi uzun tələffüz olunur. Buqra (erkək) və arvana (dişi) dəvə­lərindən törəmiş ikihörgüclü dişi dəvə maya adlanır. Poeziyada gözəllik simvolu kimi verilir, ona görə həm də qadın adı kimi işlədilir. Aınma sözdür. Şəmkirli Aşıq Hüseyn yazırdı: Sərində bəzəyi, baxışı şaxlı, / Bir şahbaz gərdənli, maya buxaqlı. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

    Azərbaycan dilinin etimologiya lüğəti / maya

maya sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 2 başlanğıc — toxum — nüvə — əsas

    Azərbaycan dilinin sinonimlər lüğəti / maya
  • 4 I MAYA (dişi dəvə) Dəvə, maya, nər, köşək; Lökləyirlər dalbadal (A.Səhhət); ARVANA Haca buğurlar, dizi qara nərlər, gözəl arvanalar., qoyun sürülərinin dalınca gəlirdi (Ə.Vəliyev); NAQƏ (arx.) İbtida xəlq oldu küllü-kainat; İnsan naqə mindi, naq ə nə mindi (Aşıq Ələsgər). II MAYA (biol.) [Həmid:] ..çünki mayası fitnə-fəsad iləyoğrulmuşdu (H.Abbaszadə); DÖL Döl üçün ayrılan xına quyruqlu qoçlar .. döyükmüş ətrafa baxırdılar (S.Rəhimov); TOXUM Alo: Sən bu atın beləliyinə baxma, yaman girdarlı heyvandır, heyf ki, toxumu yoxdur (S.Rehimov); EMBRİON, RÜŞEYM. III 1. MAYA (bəzi qidalarda qıcqırma əmələ gətirən maddə), BALATI (dial.) Salatını təmiz şaxlı (ADDL); XƏMRƏ Xəmrəsi, urvası xəmirsiz qalıb; Dünya düzəlmir ki, düzəlmir, babı! (M.Araz); ACITMA. 2. maya bax sərmayə 3. maya bax səbəbkar

    Azərbaycan dilinin sinonimlər lüğəti / maya

maya sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 MAYA I is. [ fars. ] biol. Rüşeym. Əynimiz, başımız kimyalaşsa da; Mayamız, kökümüz saf qalsın barı (B.Vahabzadə). MAYA II is. [ fars. ] Acıtma (xəmir). Gülbahar nənə mənə nağıl danışır. Mayası bahar sularından yoğrulmuş dadlı nağıl. MAYA III is. [ fars. ] Sərmayə, kapital. İstəyirlər mayalarını çoxaldıb xoca olsunlar, amma bacarmırlar (“Qaçaq Nəbi”). MAYA IV is. Dişi dəvə. Sarvan çəkər, maya bozlar, nər gedər. (A.Tufarqanlı). MAYA V is. Kök, qəşəng (qadın). Şahnaz kimi ağca mayadan kim keçər? (İ.Şıxlı).

    Azərbaycan dilinin omonimlər lüğəti / maya

maya sözünün rus dilinə tərcüməsi

  • 1 1. зародыш; 2. закваска, фермент, дрожжи, бродило; 3. основной капитал; 4. верблюдица; 5. перен. начало, основа;

    Azərbaycanca-rusca lüğət / maya
  • 2 1 сущ. I верблюдица 2. голубка, самка голубя 3. перен. беленькая, пухленькая (о женщине) 2 I сущ. 1. закваска: 1) вещество, служащее возбудителем брожения дрожжи, молочно-кислые бактерии и т.п. Xəmir mayası закваска для теста, хлебные дрожжи, pivə mayası пивные дрожжи, çaxır mayası винные дрожжи, yoqurt mayası закваска для йогурта; maya vurma заквашивание, подкваска, maya vurmaq заквашивать, заквасить 2) перен. основы, зачатки характера, заложенные в человеке воспитанием, средой и т.п. 2. затор (смесь предназначенная для брожения при приготовлении водки, пива, кваса и т.п.) 3. зачаток, зародыш: 1) первоначальная форма чего-л., способная к дальнейшему развитию, росту 2) перен. начало чего-л. 4. биол., мед. сыворотка (жидкий отстой свернувшейся крови и лимфы, используемый как лечебное и диагностическое средство). Difteriya mayası противодифтерийная сыворотка 5. капитал, деньги (значительная сумма денег), инвестиции. Maya qoyma капиталовложение, maya qoymaq вложить капитал, деньги 6. вложения (денежная сумма, вложенная в какое-л. предприятие); maya dəyəri (qiyməti) себестоимость, məhsulun maya dəyərini aşağı salmaq снизить себестоимость продукции, kommersiya maya dəyəri коммерческая себестоимость II прил. 1. дрожжевой: 1) относяшияся к дрожжам, принадлежащий, свойственный им. Maya iyi дрожжевой запах 2) используемый для получения дрожжей. Maya göbələkləri дрожжевые грибы 3) приготовленный на дрожжах, с дрожжами. Maya şirəsi хим. дрожжевой сок 4) изготовляющий дрожжи. Maya zavodu дрожжевой завод 2. зачаточный, зачатковый (находящийся в начале своего развития), анат. Maya qatı зачаточный слой, maya hüceyrələri зачатковые клетки; maya vermək kimə дать деньги, капитал кому для вложения во что –л.; maya əldə etmək приобрести деньги для вложения во что-л.; mayanı batırmaq прогореть (потерпеть неудачу в делах, обанкротиться, разориться); mayası başqa xəmirdəndir из другого теста (испечён)

    Azərbaycanca-rusca lüğət / maya

maya sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. 1. biol. germ, embroy; 2. ferment; (xəmir üçün) leaven; (pivə və s. üçün) yeast; pivə ~sı brewer’s yeast; ~ vurmaq bax mayalamaq II. i. main capital; ~ qoymaq to spend* money to gain profit III. s. cost; ~ dəyəri prime cost, cost price IV. i. female camel

    Azərbaycanca-ingiliscə lüğət / maya

maya sözünün fransız dilinə tərcüməsi

  • 1 is. levain m ; levure f ; pivə ~sı levure de bière ; bir paket ~ sachet m de levure ; biol. germe m, embryon m ; ferment m ; iqt. capital m ; ~ qoymaq investir du capital

    Azərbaycanca-fransızca lüğət / maya

maya sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] сущ. мая (1. гъвар; xəmir mayası ттинидин мая; 2. гил; südə maya vurmaq некӀедиз мая (гил) гун; 3. цил; pendir mayası нисидин мая, цил; 4. биол. кьерех, дул, эмбрион; // пер. асул куьк, пун; 5. бязи азарриз (мес. бацӀариз, дифтеритдиз ва мс.) къарши прививка ийидай дарман; 6. пер. тема, объект манада; 7. пер. себеб, асас, куьк, себебкар; 8. пул; капитал; maya qoymaq мая эцигун, пул эцигун, пул харж (серф) авун; 9. гъиле авай вири пул, сервет, девлет; 10. муз. ванерин жергедин юкьван перде).

    Azərbaycanca-ləzgicə lüğəti / maya
  • 2 [fars.] сущ. мая (1. диши деве, диши лавар; 2. пер. рах. мая хьтин, лацу, ацӀай, рикӀиз чими дишегьлидин гьакъинда).

    Azərbaycanca-ləzgicə lüğəti / maya

maya sözünün türk dilinə tərcüməsi

maya sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Cəbrayıl, Şamaxı, Şuşa) dırnağın dibi. – Dırnağımı tutanda qayçıynan mayasın da kəsmişəm, elə pis ağrıdır ki (Şamaxı)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"maya" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#maya nədir? #maya sözünün mənası #maya nə deməkdir? #maya sözünün izahı #maya sözünün yazılışı #maya necə yazılır? #maya sözünün düzgün yazılışı #maya leksik mənası #maya sözünün sinonimi #maya sözünün yaxın mənalı sözlər #maya sözünün əks mənası #maya sözünün etimologiyası #maya sözünün orfoqrafiyası #maya rusca #maya inglisça #maya fransızca #maya sözünün istifadəsi #sözlük