Mara sözü azərbaycan dilində

Mara

Yazılış

  • Mara • 84.3750%
  • mara • 13.5417%
  • MARA • 2.0833%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mara (çay)
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Mara Karfanya
Mara Karfanya, (18 dekabr 1975, Salerno, İtaliya) — İtaliyalı siyasətçi.[mənbə göstərin] Mara Karfanya dünyanın ən gözəl qadın siyasətçiləri arasında ilk yerlərdən birini tutur. Keçmiş şou ulduzu indi İtaliyada bərabər imkanlar naziridir. İtaliyanın baş naziri xarici həmkarları qarşısında fəxr edə bilər ki, onun hökumətindəki nazir keçmiş fotomodel, tanınmış televiziya aparıcısı və “Miss İtaliya-1997” gözəllik müsabiqəsinin iştirakçısıdır. Almaniyanın “Bild” jurnalı Mara Karfanyanı “dünyanın ən gözəl naziri” adlandırıb. Britaniyanın “Financial Times” qəzeti isə indiki nazirin 2001-ci ildə “Maxim” jurnalında nəşr olunmuş fotolarını təkrar dərc edib.
Mara Salvatrucha
Mara Salvatrucha (azərb. Mara Salvatruça‎, jarqon dilində "salvadorlu küçə qarışqalarından ibarət briqada" mənasını verir, qısaca MS-13) — beynəlxalq cinayətkar qruplaşması. Başda ABŞ, Meksika, El Salvador, Honduras və Qvatemala olmaqla Orta və Şimali Amerikanın bir çox ölkələrində aktiv olan şiddətli və sürətlə böyüyən küçə dəstələrindən biridir. Müxtəlif hesablamalara görə, cinayət sindikatının sayı assosiativ üzvlər də daxil olmaqla 50–300 min nəfər arasında dəyişir. Bu rəqəm təkcə ABŞ-də 40 min nəfər təşkil edir. Federal Təhqiqatlar Bürosu da daxil olmaqla, bir çox hüquq-mühafizə orqanlarının hesablamalarına görə Mara Salvatruça üzvlərinin sayı təxminən 50–80 min nəfərdir və bunlardan təxminən 10–15 mini ABŞ-də fəaliyyət göstərir. Bandanın etnik tərkibində salvadorlular, honduraslılar, qvatamelalılar, meksikanlar və ispanlar çoxluq təşkil edir. Mara Salvatruça, müəyyən bir şəhər ərazisi hüdudlarında fəaliyyət göstərir və vaxtaşırı nəzarət olunan mülkləri genişləndirməyə cəhdlər göstərir. MS-13 dəstə üzvləri başda narkotik, silah və insan alveri olmaqla, quldurluq, reketlik, sifarişli qətllər, fidyə üçün adam qaçırma, oğurluq, avtomobil oğurluğu, çirkli pulların yuyulması və saxtakarlıq kimi bir çox cinayət işlərində fəaliyyət göstərirlər. Bir çox sahibkarlar və Mara Salvatruşa ərazilərində yerləşən kiçik mağazalar gəlirlərinin yarısını dəstə üzvlərinə verməlidir.
Mara Xatun
Mara Brankoviç və ya Mara Dəspinə Xatun (d. 1416 — ö. 14 sentyabr 1487) — Serbiya despotu Corc Brankoviçin qızı və 6. Osmanlı padşahı II Muradın hərəmlərindən biridir. 1435-ci ildə saraya gələn Mara Xatunun II Muradla olan evliliyindən övladı olmadı. Ancaq Şahzadə Mehmedin anası Hüma Xatunun gənc yaşda vəfat etməsinin ardından kiçik şahzadənin tərbiyəsilə Mara Xatun maraqlandı. Evlənməsinə baxmayaraq dinini dəyişməyən Mara Xatun 1451-ci ildə II Muradın vəfatı ilə dul qaldı və xüsusi icazəylə ömrünün sonuna qədər Serbiyadakı bir monastıra çəkildi. Ancaq ögey oğlu II Mehmedlə əlaqələrini heç vaxt kəsmədi. Ögey oğlunun səltənətinin ilk illərində Bizans imperatoru XI Konstantin ilə evlənmə məsələsi ortaya çıxsa da, Konstantinopolun fəthindən sonra bu təklif aradan qalxdı. 1463–1479 Osmanlı-Venesiya müharibəsi əsnasında vasitəçilik etdi.
Mara Zalite
Mara Zalite (latış. Māra Zālīte‎ d. 18 fevral 1952, Krasnoyarsk) — Latviya şairəsi, dramaturq və ictimai xadim. Latviya Elmlər Akademiyasının fəxri üzvü (1998). Mara Zalite 18 fevral 1952-ci ildə Rusiya Sovet Federativ Sosialist Respublikasının Krasnoyarsk diyarında, sürgün olunmuş ailədə anadan olub. 1956-cı ildə ailəsi ilə birlikdə Latviyaya qayıtmışdır. Zemqale məktəbində oxumuşdur. Latviya Dövlət Universitetinin Filologiya fakültəsini bitirib (1975). Latviya Yazıçılar Birliyində referent vəzifəsində çalışmışdır. SSR (1974-1979) və Liesma jurnallarında ədəbi məsləhətçisi (1977-1990), Karoqs jurnalının baş redaktor (1989-2000), Latviya Müəlliflər Birliyinin prezidenti, Dövlət Dil Komissiyasının sədri ( 2002-2004), Latviya Milli Kitabxanasının İdarə Heyətinin üzvü, Müəllif Hüquqları üzrə Məşvərət Şurasının üzvü və Latviya Respublikası Nazirlər Kabineti yanında Milli Mədəniyyət Şurasının üzvü olmuşdur.
Mara çayı
Mara — Keniya və Tanzaniyada çay. Uzunluğu 395 km-ə yaxındır. Mənbəyi Tanzaniyanın mərkəzi hissəsindədir. Çay öz adını Masayi-Mara qoruğuna verib.
Masai Mara
Masai Mara— Cənubi-qərbi Keniyada yerləşən qoruq. Sahəsi 1800 km² olan Masai-Mara Milli Qoruğu Keniyada yerləşir. Masai-Mara Keniyanın ən məşhur qoruğudur. Onun ərazisi aksiyaların geniş yayıldığı savannalardan və bu savannalarda otlayan saysız-hesabsız heyvanlardan ibarət düzənliklərdir. Burada qnu-antilopları, ceyranlar, zürafələr, aslanlar, kaftarlar, begemotlar və timsahlar vardır.
Runey Mara
Patrisia Runi Mara (ing. Patricia Rooney Mara) — Amerikalı aktrisa.
Mara Buneva
Mara Buneva (1902 – 14 yanvar 1928, Skopye) ― makedoniya bolqarı olan inqilabçı, Daxili Makedoniya inqilabi təşkilatının üzvü. O, keçmiş Serb çetnik komandiri və Yuqoslaviyanın Skopye vilayətinin məmuru olan Velimir Preliçi qətlə yetirmiş, özünü isə silahla sinəsindən vuraraq intihar etmiş və bir neçə saat sonra xəstəxanada ölmüşdür. Buneva bu gün əsasən Bolqarıstanda qəhrəman, Şimali Makedoniyada isə mübahisəli bir bulqarofil kimi qəbul edilir. Onun ölümü hər il Skopye, Vardarda özünü güllələdiyi yerdə anılır. Buneva 1902-ci ildə o dövrdə Osmanlı imperiyasının Kosovo vilayətinin (indiki Şimali Makedoniya) ərazisi olan Tetovo şəhərində anadan olub. Onun ailəsi əslən Setole kəndindəndir. Balkan müharibələrindən (1912–1913) sonra Serbiyanın Cənubi Serbiya adlı vilayətinə çevrilən Vardar Makedoniyası 1915–1918-ci illərdə Bolqarıstanın işğalı altında idi. Bu dövrdə Bunevanın atası Nikola Bunev Tetovonun meri idi və Buneva Skopye qızlar liseyində oxuyurdu. Buneva 1919-cu ildə Bolqarıstana köçdü. O burada Sofiya Universitetində təhsil aldı və bir Bolqarıstan zabiti ilə evləndi.
Mara Ellis Rayan
Mara Ellis Rayan (ing. Marah Ellis Ryan, qızlıq soyadı Martin) və ya Ellis Martin (27 fevral 1860, Batler (dairə, Pensilvaniya), Pensilvaniya – 11 iyul 1934) — ABŞ yazıçısı, aktrisası və aktivisti. O, hopi ilə yaşadıqdan sonra yerli amerikalılar üzərində etibarlı sayılırdı. Mara Ellis Rayan Pensilvaniya ştatının Batler dairəsində Qrem və Sidni Meklinq Martinin ailəsində anadan olmuşdur. O, karyerasına Ellis Martin təxəllüsü ilə başlamış, bir neçə şeir və hekayə yazmışdır. Rayan 1883-cü ildə irlandiyalı aktyor və komediya ustası Semuel Ervin Rayan ilə evlənmişdir. O, 1889–1925-ci illər ərzində çoxsaylı romanlar yazaraq populyar yazıçı olmuşdur. Təxminən 1909-cu ildə Arizonada məskunlaşmış hopi xalqı arasında yaşamağa getmişdir. "New York Times"a görə, Rayan "gizli dini ayinlərə qəbul edilən yeganə ağdərili qadın olduğunu iddia etmişdir. O, ABŞ və Meksikada hindilərin qəbilə həyatında nüfuz sahibi kimi qeyd edilmişdir".
Mara Lezama Espinosa
Mara Lezama Espinosa (1969, Mexiko) — Morena Partiyasından olan meksikalı jurnalist və siyasətçi. Mara Lezama kimi tanınan qadın siyasətçi, Quintana Roonun hazırkı qubernatorudur və dövləti idarə edən ilk qadın olaraq tarixə düşdü. O, 2021-ci ildən 2022-ci ilə qədər Benito Xuarezin meri olub. Daha sonra o, 2022-ci ildə keçirilən yerli seçkilərdə Xuntos Hacemos Historia alyansının dəstəklədiyi Quintana Roo qubernatorluğuna namizəd oldu və nəticədə qalib gəldi.
Cuki-i Bijan (Marağa)
Cuki-i Bijan (fars. ‎‎‎جوكي بيژن‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (4 ailə).
Cuki-i Məhəmmədrza (Marağa)
Cuki-i Məhəmmədrza (fars. ‎‎‎جوكي محمدرضا‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Cuki-i Vusta (Marağa)
Cuki-i Vusta (fars. ‎‎‎جوكي وسطي‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 68 nəfər yaşayır (16 ailə).
Cukibizən (Marağa)
Cukibizən — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Qaraağac bölgəsinin Ətraf kəndistanında, Qaraağac qəsəbəsindən 36 km cənub-qərbdədir.
Cukiteymur (Marağa)
Cukiteymur — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Qaraağac bölgəsinin Quruçay kəndistanında, Qaraağac qəsəbəsindən 37 km cənub-qərbdədir.
Cəfalı (Marağa)
Cəfalı — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Mərkəzi bölgəsinin Qavdul kəndistanında, Marağa şəhərindən 42 km cənub-şərqdədir.
Cəlqay (Marağa)
Cəlqay — İranın Şərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Bənab bölgəsinin Bənacu kəndistanında, Bənab qəsəbəindən 5 km cənubdadır.
Cəmşidabad (Marağa)
Cəmşidabad — İranın Sərqi Azərbaycan ostanında kənd. Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəindən 28 km şimal-qərbdədir.
Cənub And maralı
Cənub And maralı (lat. Hippocamelus bisulcus) — And maralının iki yarımnövündən biridir. Cənubi Amerikanın cənubunda Çili və Argentina ərazisində yaşayan emdemik canlı. Bu növ marallar And dağlarında 3—5 min metr yüksəklikdə yaşayır. Onlar qrup halında yaşayır. Bu qruplar 2-8 maraldan ibarət olur. Yay ayları dağlara istiqamətlənirlər. Qışda isə 1000 metr səviyyəsinə qədər enirlər . Bəzən dəniz səviyyəsinə qədər enirlər. Günorta qayaların üzərinə çıxırlar.
Dairəvi türbə (Marağa)
Dairəvi günbəz türbəsi — Marağa şəhərində yerləşən Səlcuqlar dövrünə aid abidədir. Abidə Göy Günbəz türbəsi ilə 10 metrlik məsafədə yerləşir. Abidənin üzərində kufi xətti ilə onun tikilmə tarixi hicri 563-cü il göstərilsə də, içəridə yerləşən qəbirlə bağlı heç bir məlumat verilməmişdir. Binanın tikilişi zamanı işlənmiş müxtəlif rəngli kaşılar, naxış və ornament növləri o dövrdə kaşı ilə işləmə sənətinin inkişaf etdiyini göstərməklə yanaşı, türbənin ümumi görüşünə xüsusi rəng qatmışdır. Abidə dairəvi formalı, sadə və üzəri ikitərəfli günbəzlə örtülmüş fasada malik türbədir. Lakin zamanla abidənin tavanı və günbəzi dağılaraq tarixə qovuşmuşdur. Türbənin qeyd edilən iki hissəsi dağıldıqdan sonra isə binanın digər hissələrini qoruyub-saxlamaq üçün köhnə günbəzin yerində çardaq formalı dam tikilmişdir. Dairəvi türbə giriş qapısını əhatə edən çərçivə və aypara şəkilli tağlarla bəzədilmişdir. Tağın aşağı və yuxarı hissəsində isə kərpic və firuzəyi kaşılarla bəzədilmiş mürəkkəb naxışlara malik kufi xəttlə yazılmış kitabələr memarlıq-üslub baxımından xüsusi əhəmiyyət kəsb etməkdədir. Abidə öz tikildiyi tarix ilə Qırmızı Günbəd türbəsinin tikildiyi tarix arasındakı qısa zamanda öz fasad quruluşunun keçdiyi böyük inkişaf və təkamül yolunu göstərdiyi üçün xüsusi əhəmiyyət kəsb edir.
Daşatan (Marağa)
Daşatan (fars. داش اتان‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,250 nəfər yaşayır (328 ailə).
Daşbulaqbazar (Marağa)
Daşbulaqbazar (fars. ‎‎‎داش بلاغ بازار‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 270 nəfər yaşayır (55 ailə).
Dieqo Armando Maradona
Dieqo Armando Maradona (30 oktyabr 1960[…], Lanus[d], Buenos-Ayres əyaləti[d] – 25 noyabr 2020, Diqe-Luxan[d], Buenos-Ayres əyaləti[d]) — Argentinalı keçmiş futbolçu və məşqçi. 25 noyabr 2020-ci ildə vəfat edib. O, klub karyerası ərzində "Argentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Newell's Old Boys" klublarında oynayıb. Gənclər arasında dünya çempionu 1979. 1986 Dünya Kubokunun ən yaxşı oyunçusu. 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu. İki dəfə dünya çempionatlarının simvolik komandalarının üzvü. "Boka Xuniors" ilə Argentina çempionu, "Napoli" klubu ilə ikiqat İtaliya çempionu. FİFA-nın rəsmi saytında səsvermə yolu ilə 20-ci əsrin ən yaxşı futbolçusu 53,6% səs toplayıb; FİFA Futbol Komissiyasının məlumatına görə isə, Maradona 20-ci əsrin 3-cü futbolçusudur. Klassik 10 nömrə mövqeyində oynayan və yaradıcı pleymeyker olan Maradona, transfer qiyməti ilə iki dəfə dünya rekordu qıran ilk oyunçu olub.
Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısı
Bu Argentina milli futbol komandasının şərəfini qorumuş, Dieqo Armando Maradonanın milli komandada vurduğu qolların siyahısıdır. O, millinin tərkibində ümumilikdə 91 matç keçirmiş və 34 dəfə fərqlənə bilmişdir. Millidə ilk debütünü 27 fevral 1977-ci ildə Macarıstan yığmasına qarşı etmişdir. Əsas millinin tərkibində isə ilk qoluna Şotlandiya millisinə 3-1 hesabı ilə qalib gəldikləri oyunda vurmuşdur. Hesablar və nəticələrdə ilk olaraq Argentina göstərilib:.
Dieqo Maradona
Dieqo Armando Maradona (30 oktyabr 1960[…], Lanus[d], Buenos-Ayres əyaləti[d] – 25 noyabr 2020, Diqe-Luxan[d], Buenos-Ayres əyaləti[d]) — Argentinalı keçmiş futbolçu və məşqçi. 25 noyabr 2020-ci ildə vəfat edib. O, klub karyerası ərzində "Argentinos Xuniors", "Boka Xuniors", "Barselona", "Napoli", "Sevilya" və "Newell's Old Boys" klublarında oynayıb. Gənclər arasında dünya çempionu 1979. 1986 Dünya Kubokunun ən yaxşı oyunçusu. 1979 və 1980-ci illərdə Cənubi Amerikada ilin futbolçusu. İki dəfə dünya çempionatlarının simvolik komandalarının üzvü. "Boka Xuniors" ilə Argentina çempionu, "Napoli" klubu ilə ikiqat İtaliya çempionu. FİFA-nın rəsmi saytında səsvermə yolu ilə 20-ci əsrin ən yaxşı futbolçusu 53,6% səs toplayıb; FİFA Futbol Komissiyasının məlumatına görə isə, Maradona 20-ci əsrin 3-cü futbolçusudur. Klassik 10 nömrə mövqeyində oynayan və yaradıcı pleymeyker olan Maradona, transfer qiyməti ilə iki dəfə dünya rekordu qıran ilk oyunçu olub.
Divrəzm (Marağa)
Divrəzm (fars. ديورزم‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 280 nəfər yaşayır (69 ailə).
Donuz maralı
Donuz maralı (lat. Axis porcinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin aksis cinsinə aid heyvan növü.
Dəvəboynu (Marağa)
Dəvəboynu (fars. ‎‎‎دوه بوينی‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 28 nəfər yaşayır (6 ailə). Dəvəboynu kəndinin əhalisi buranı tərk edərək ətraf şəhər və əyalətlərə köç etmişlər. Lakin bəzi ailələr 2005-ci ildə ata-baba kəndlərinə yerləşməyə qərar vermiş və burada daimi məskunlaşmışlar. Bu dövrdə kənd yalnız elektrik enerjisindən istifadə edir və başqa şəraiti yoxdur. Dəvəboynu kəndinin təxminən yaşı 300-dür. Lakin kənddə qədim dəfn yerlərinin olması və köhnə mağaraların mövcudluğu onun qədimliyini göstərir. Dinozavr qalıqlarının aşkar edilməsi böyük əhəmiyyət daşıyır. Şəhərdən uzaqda yerləşməsi və asfalt yolların olmaması səbəbindən bu kənddə nəqliyyat digər kəndlərə nisbətən daha azdır.Bununla belə bu kənddə çox təmiz hava müşahidə olunur.
Echinops maracandicus
Echinops maracandicus (lat. Echinops maracandicus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin toppuztikan cinsinə aid bitki növü.
Eupatorium maracayuense
Eupatorium maracayuense (lat. Eupatorium maracayuense) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin asırqalotu cinsinə aid bitki növü.
Eydli (Marağa)
Eydli (fars. عيدلو‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 22 nəfər yaşayır (7 ailə).
Fətullahbulağı (Marağa)
Fətullahbulağı (fars. فتح اله بلاغي‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Göl (Marağa)
Göl (fars. گل‎‎‎‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 308 nəfər yaşayır (73 ailə).
Göycəqamalaq (Marağa)
Göycəqamalaq (fars. گويجه قملاق‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 256 nəfər yaşayır (51 ailə).
Hirəq (Marağa)
Hirəq (fars. هرق‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 356 nəfər yaşayır (102 ailə).

"mara" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mara nədir? #mara sözünün mənası #mara nə deməkdir? #mara sözünün izahı #mara sözünün yazılışı #mara necə yazılır? #mara sözünün düzgün yazılışı #mara leksik mənası #mara sözünün sinonimi #mara sözünün yaxın mənalı sözlər #mara sözünün əks mənası #mara sözünün etimologiyası #mara sözünün orfoqrafiyası #mara rusca #mara inglisça #mara fransızca #mara sözünün istifadəsi #sözlük