maral-öküzlər sözü azərbaycan dilində

maral-öküzlər

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • maral-öküzlər • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Öküzlər
Öküzlər (lat. Bovinae) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Maral
Marallar (lat. Cervidae) — cütdırnaqlılar dəstəsiə aid fəsilə. 40 növə malikdir. Avrasiya, Şimali Amerika, Cənubi Amerikada yayılıb, eləcə də insanlar tərəfindən Avstraliya və Yeni Zelandiyaya gətirilib. Azərbaycan folklorunda adı ən çox hallanan heyvanlar arasında maral sözsüz ki, birincilər sırasındadır. Lap qədim dövrlərdən indiyə kimi həmişə insanın bu "dağlar və meşələr gözəli"nə xüsusi marağı olub. Ona görə də məişət və təsərrüfat fəaliyyətində maraldan zaman-zaman istifadə ediblər. Maralın qidalığına görə əti və südü, sənaye əhəmiyyətinə görə isə dərisi və buynuzu əvəzsiz sayılıb. Maral estetik baxımdan və mənəvi tələbatı ödəmək cəhətdən müqayisəolunmazdır. Gözəl təbiət müşahidəçisi, yazıçı-ekoloq Zaman Novruz onu bu cəhətdən belə ifadə edirdi: "Təbiətcə çox da sakit olmayan maralın görkəmindəki zəriflik, baxışlarındakı mehribanlıq, cəlbedicilik, duruşundakı vüqar, əzəmət və incəlik onu gözəllik rəmzi kimi dilə-dişə salmış, adı nağıllara, dastanlara, şeirlərə düşmüş, neçə-neçə maral ünvanlı əfsanə yaranmışdır".
Uçan Öküzlər
Uçan Öküzlər (ing. Flying Bulls) Çex aerobatika komandasıdır. Red Bull GmbH-ə tabedir.Uçuşlar üçün 4 ədəd XtremeAir Sbach 342 təyyarəsi istifadə olunur. Təyyarələr komandanın sponsoru olan Red Bull enerji içkisi rənglərinə boyanmışdır. Bütün təyyarələr ağ tüstü generatorları ilə təchiz olunmuşdur.
Əsl öküzlər
Ağquyruq maral
Ağquyruq maral (lat. Odocoileus virginianus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin amerika maralı cinsinə aid heyvan növü. Marallar fəsiləsinin Şimali Amerikada daha çox yayılmış növüdür.
Maral Akşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu sədri. O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Maral Ağşənər
Meral Akşenər (8 iyul 1956, İzmit) — türk elm xadimi və siyasətçi, sabiq Daxili işlər naziri (1996–1997), İYİ Partiyanın qurucu sədri. O, 2018-ci il keçirilən Türkiyə Respublikası Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 1995 və 1999 Türkiyə seçkilərində Doğru Yol Partiyasından millətvəkili kimi TBMM-ə girən Akşenər, 1996 və 1997-ci illər arasında Nəcməddin Erbakan tərəfindən qurulan koalisyon hökumətdə daxili işlər naziri olmuşdur. 2007, 2011 və 2015 Türkiyə seçkilərində Milliyətçi Hərəkat Partiyası millətvəkili olaraq TBMM-ə girməyi bacarmışdır. 2015-ci il noyabr seçkilərində partiyasından millətvəkili namizədi göstərilməmişdir. 25 oktyabr 2017-ci ildən etibarən özünün liderliyində qurulan İYİ partiyanın rəhbəridir. 2018-ci il Türkiyə prezidentliyi seçkilərində partiyasının prezidentliyə namizədi olmuşdur. == Həyatının erkən dövrü və karyerası == Selanikdən Kocaeliyə köçən Balkan türkü ailənin qızı olan Meral Akşenər, 18 iyul 1956-cı il tarixində Tahir Ömər bəy və Sıdıka xanımın uşağı olaraq Kocaelinin İzmit bölgəsinə bağlı Gündoğdu kəndində anadan olmuşdur. 1974-cü ildə Bursa Qız Liseyini bitirdikdən sonra 1979-cu ildə İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olmuşdur. 1979–1982-ci illərdə müəllim olaraq çalışan Meral Akşenər, 1982-ci ildə Ulduz Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlamışdır.
Maral Poladova
Maral Bahadur qızı Poladova (18 sentyabr 1949, Qasım İsmayılov) — "Elm və həyat" jurnalının məsul katibi. == Həyatı == Maral Poladova 1949-cu ildə Goranboy rayonunda doğulub. 1966-cı ildə 1 saylı orta məktəbi bitirərək 1966–68-ci illərdə rayonda çıxan "Mübariz" qəzeti redaksiyasında korrektor vəzifəsində çalışıb. 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil alıb. 1980–1983-cü illərdə Azərbaycan Elmlər Akademiyasının Əlyazmaları Fondunda baş laborant vəzifəsində çalışıb və həmin vaxtdan "Elm və həyat" jurnalı redaksiyası ilə əməkdaşlığa başlayıb. 1983-cü ilin iyul ayından jurnala müxbir vəzifəsinə işə qəbul olunub. 1995-ci ilədək ədəbi işçi, baş ədəbi işçi vəzifələrində çalışıb. 1995-ci ildən jurnalın məsul katibidir. M.Poladovanın 2004-cü ildə nəşr olunmuş "Ömrün izləri" adlı kitabında "Elm və həyat" jurnalında çap edilmiş yazılarının bir hissəsi toplanmışdır. O, "Elm və həyat" nəşriyyatında çapa hazırlanan onlarla kitabın redaktoru olub.
Maral Quliyeva
Maral Bəyiş qızı Quliyeva (1921, Məmmədbəyli, Zəngilan rayonu – 1990) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1948). == Həyatı == 1921-ci ildə Zəngilan rayonunun Məmmədbəyli kəndində doğulub.1948-ci ildə Sosialist Əməyi Qəhrəmanı adı verilmişdir.1969-cu ildə təqaüdə çıxmışdır. 1990-cı ilin noyabrında vəfat edib. == Təltifləri == Lenin ordeni və medallarla təltif olunmuşdur.
Maral Rəhmanzadə
Maral Yusif qızı Rəhmanzadə (23 iyul 1916, Bakı – 16 mart 2008, Bakı) — professional rəssamlıq təhsili görmüş ilk azərbaycanlı qadın rəssam, qrafika ustası, Azərbaycan SSR Xalq rəssamı (1964), M. F. Axundov adına Azərbaycan SSR Dövlət mükafatı laureatı (1965). == Həyatı == Maral Rəhmanzadə 1916-cı il iyulun 23-də Bakının Mərdəkan qəsəbəsində zərgər ailəsində anadan olmuşdur. O, 1922-ci ildə Bakı şəhərində H.Cavid adına 8 saylı qız məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu illərdə "Ana dili" kitabındakı xalq nağıllarına və "Aran köçü" hekayəsinə ilk şəkillərini çəkmişdir. Maral Rəhmanzadə 1930–1933-cü illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda, daha sonra isə 1934–1940-ci illərdə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda təhsil almışdır. == Yaradıcılığı == 1940-cı ildə institutu bitirən qrafika ustası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işə düzəlir. 1941-ci ildə rəssamın atası repressiyaya məruz qalır, onu xalq düşməni elan edirlər. Altı ay sonra o, Daşkənd həbsxanasında vəfat edir. M. Rəhmanzadə Moskvada işini buraxıb Bakıya qayıtmalı və yaradıcılıq fəaliyyətini burada davam etdirməli olur. Bakıya qayıdan gənc rəssamın elə həmin ildən "Maral Rəhmanzadə" imzalı əsərlər silsiləsi başlanır.
Maral böcək
Maral böcək (lat. Lucanus cervus) — Sərtqanadlılar dəstəsinə, Buynuzlu böcəklər fəsiləsinə aid böcək növü. == Təsviri == Bığcıkları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibuaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir. Bədənin rəngi əksər hallarda qəhvəyimtil qaradır. Qanadüstlükləri və çənələri şabalıdı – qəhvəyidir. Sürfləri ağ rəngdə olub, S formasında əyilmiş vəziyyətdə olurlar. Sürfələrin bədən uzunluğu 14 sm – dir. Erkək fərdlərin bədəninin uzunluğu mandibulaları ilə birlikdə 83 mm, dişi fərdlərinki isə 45 mm – dir. == Yayılması == Mərkəzi, Cənubi və Qərbi Avropa, Kiçik Asiyada yayılmışlar.
Maral böcəklər
Maral böcəklər (lat. Lucanus) — Buynuzlu böcəklər fəsiləsinə aid böcək cinsi. Bu cinsə 50 növ daxildir. Böyük Plini bildirmişdir ki, Niqidiy maral böcəyini lucanі adlandırmışdır. Bu isə İtaliyada vilayət adıdır. Lukaniya vilayətində onlardan amlet hazırlanır. Təbii şəraitdə nəslinin kəsilməsi ehtimalı vardır. == Qısa təsviri == Bu böcəklərin xarici görkəmi o qədər səciyyəvidir ki, hətta bioloq olmayanlar da onları görən kimi taniyir. Bığcıqları dizlikli, buğumları isə toppuzşəkilli olub 3-6 ədəddir. Mandibulaları çox güclü olub, erkək fərdlərdə dişilərə nisbətən daha iridir.
Maral böcəkləri
Maral böcəği , (Coleoptera) dəstəsindan bir böcək növü.
Maral böcəyi
Maral böcəği , (Coleoptera) dəstəsindan bir böcək növü.
Maral düşərgəsi
Maral düşərgəsi - Qobustan ərazisində arxeoloji abidə. == Etimologiyası == Böyükdaş dağı yuxarı səki sahəsinin şimal hissəsində, dağın üstünə qalxan yolda 40–50 m qərbdə, 137 və 138 №-li qayadakı çox real çəkilmiş maral təsvirinin şərəfinə “Maral" düşərgəsi adlandırılmışdır. == Arxeoloji tədqiqatlar == Düşərgədən ilk dəfə qısa müddətdə daş, sonralar isə orta əsrlər dövründə maldarlar tərəfindən istifadə olunmuşdur. Burada 1990 və 1993-cü illərdə 60 kv.m sahədə arxeoloji qazıntı aparılmışdır. Burada Daş dövrünə aid material əsas 137 №-li şəkilli daşın şimal-qərb tərəfində və 138 №-li (maral şəkli) daşın cənub tərəfində yerləşir. Səviyyəsindən 80-100 sm dərinlik arasında, cəmi 11-12 kv.m-lik sahədə, 5-15 sm qalınlıq arasında aşkar edilmişdir. == Maddi-mədəniyyət tapıntıları == Buradan çaxmaqdaşı və çaydaşından 1200-ə yaxın qəlpə, lövhə və qırıq, 120-dən çox üzərində müxtəlif məqsədli xüsusi dişəkləmə aparılmış alət nümunəsi aşkar edilmişdir. Çaxmaqdaşından hazırlanmış alətlər kiçik ölçülüdür. Onlar bıçaqvari lövhədən olan qaşov (30), seqment (9), itiuclu (8), şatelperron tipli bıçaq (3), iskənə (14), ox ucluğu (3), biz (1), kəsər (1) və s. ibarətdir.
Maral fiquru
Mаrаl fiquru — Şərurun аrхеоlоji аbidələrindən аşkаr еdilmiş mаrаl fiquru sоn dərəcə оrijinаl bir tаpıntıdır. Mаrаl fiqurunun çiyin hissəsinə zəncir birləşdirilmişdir. Mаrаlın buynuzu və bоynunа kоnusvаri fоrmаlı, bucаq əmələ gətirən əlаvə bir fiqur birləşdirilmişdir. Gümаn еdirik ki, mаrаl fiqurundаn dəvə kаrvаnlаrındа istifаdə еdilmişdir. Görünür, fiqurun аşаğı hissəsinə əlаvə zəng birləşdirilmişdir. Kаrvаn hərəkət еtdikcə zəng səslənirdi. Maral fiquru III əsrə aid edilir. S.M.Qаzıyеvin fikrincə, mаrаl qədim Аzərbаycаnlılаrın tоtеmi оlduğu üçün оnun fiqurunu hаzırlаmışlаr.
Maral fındığı
Ağacvari fındıq (lat. Corylus colurna) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin tozağacıkimilər fəsiləsinin fındıq cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir. == Təbii yayılması == Rusiya, Gürcüstan, İran, Kiçik Asiya və Balkan ölkələrində təbii arealı vardır. Azərbaycanda Lənkəran (İşхan çayı hövzəsində), Zaqatala rayonlarında və Qarabağda (Xoros çayı hövzəsi) dəniz səviyyəsindən 1200–1400 m yüksəkliklərdə yayılmışdır. Qarışıq meşələrdə karbonatlı torpaqlarda rast gəlinir. == Botaniki təsviri == Təbiətdə 15–25 m hündürlüyə çatan düz gövdəli bitki növüdür. Gövdəsinin qabığı açıq-boz, cavan zoğları açıq-qəhvəyi rəngdədir. Birillik zoğları seyrək tükcüklüdür. Şaxələrində altyarpaqlar qısa, ellipsvarı, iki cür mişardişlidir.
Maral gölü
Maralgöl — Azərbaycanın dağ göllərindən biridir. Göygöl yaxınlığında yerləşir. Dəniz səviyyəsindən hündürlüyü 1910 m, uzunluğu 700 m, eni 500 m, sahəsi 23 km²-dir. Ən dərin yeri 60 m-dir. Maralgölə qalxan yol 296 pillədən ibarətdir.
Maral kökü
Maral oyunu
Maral oyunu və ya Maraloyunu – maralı təmsil edən bir oyunçunun zurnanın müşayiəti ilə heyvanın hərəkətlərini yamsılamasıdan ibarət kukla oyunu. == Tarixi == Keçmiş toylarda gəlin bəy evinə gətirilən zaman oynanılmışdı. Gəlini atdan düşürdükdən sonra camaat qövsvari şəkildə düzülərdi. Bir tərəfdə gəlin üzündə örpək, digər tərəfdə isə bəy yanında sağdişi, soldişi ilə durardı. Gəlinin qarşısında əvvəl “Maral oyunu” oynanar, sonra "Kilimarası" göstərilərdi. Bu oyunları seyr etdikdən sonra gəlinin ayağı altında qurban kəsilər və o, evə daxil olardı. Müasir dövrümüzdə bu ənənə bəzi bölgələrimizdə yenə də davam etdirilir. Elçin Aslanovun yazdığına görə, Azərbaycanın şimal-qərb rayonları üçün xarakterik olan bu oyun “keyik oyunu” və ya “dəvə oyunu” kimi də tanınmışdır (Aslanov, 134). “Maral oyunu” nakam sevgi motivi üzərində qurulmuşdur. Əfsanələrdən tutmuş dastanlara qədər fərqli janrlarda rast gəlinən bu motivdə iki gəncin məhəbbətindən, lakin sosial, dini fərqlər üzündən bir-birinə qovuşa bilməmələrindən bəhs olunur.
Maral Şirinova
Maral Şirinova (tam adı: Şirinova Maral İbrahim qızı; d. 1 yanvar 1930, Kortala) — Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (02.10.2002) == Həyatı == 1930-ci il yanvarın 1-də Azərbaycan SSR-in Zaqatala qəzasının Kortala kəndində (hazırda Balakən rayonunda kənd) Nəsiblər nəslində anadan olub. 2010 cu ildə 80 yaşında vəfat edib 1952-ci ildə Şəki Pedaqoji Texnikumunu bitirmişdir. 1945-1950-ci illərdə Balakən rayonunun "Kommunizm" kolxozunun manqabaşı olmuşdu. 1948-ci ildə “Trapezond” sortu üzrə 3 hektar sahədə hər hektardan 25,2 sentner tütün məhsulu alıb. Maral Şirinova həmçinin, Azərbaycanın ictimai həyatında da fəal iştirak etmişdir. 1952-ci ildən orta məktəbdə müəllim işləmişdir. 1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, 1968 və 1978-ci illərdə müəllimlərin Ümumittifaq qurultayının nümayəndəsi olmuşdur. == Mükafatları == 1949-ci il 1 iyul tarixli SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə, 1948-ci ildə yüksək tütün məhsulu topladığına görə Şirinova Maral İbrahim qızı Sosialist Əməyi Qəhrəmanı adı verilmiş, Lenin ordeni və "Oraq və Çəkic" qızıl medalları təqdim olunmuşdur. Azərbaycanın elm və təhsil sahəsində böyük xidmətlərinə görə, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” 11 iyun 2002-ci il tarixli Fərmanına uyğun olaraq 2002-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Nəcib maral
Nəcib maral (lat. Cervus elaphus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Sayı azalmaqda olan növdür. == Qısa təsviri == Nəcib maralın buynuzlarında olan çıxıntıların sayı ən azı 5, adi halda isə 8–9 ədəd olur. Bədənlərinin kütləsi, ölçüləri Avropa maralı və xallı maraldan üstündür. Buynuzlarında örtük yoxdur. == Yayılması == Dünyada Şimali Afrika, Avropa, Qafqaz, Kiçik və Mərkəzi Asiya, Cənubi və Şərqi Sibirdə, Uzaq Şərqdə və Şimali Amerikanın bəzi ərazilərində yayılmışdır. Azərbaycanda Böyük Qafqazın cənub yamaclarında, çox az sayda Göygöl qoruğunda (reintroduksiya edilmişdir), nadir hallarda isə Qarayazı qoruğunun Gürcüstanla həmsərhəd Euqay meşələrində keçici xarakterdə 5–10 başdan ibarət kiçik populyasiya qala bilmişdir. == Yaşayış yeri və həyat tərzi == Nəcib maral ekoloji cəhətdən çox plastik növ olub, müxtəlif landşaftlarda yaşamaq qabiliyyətinə malikdir (meşəli düzlərdə, tuqayda, dağ-meşə, alp və subalp qurşaqlarında). Onların həyat tərzində — kiçik dəstələrlə yaşamaq, günün səhər və axşam saatlarında otlamaq (isti fəsillərdə), günorta dincəlmək, özlərinə istirahət yerləri seçmək, qida axtarışı və fəsillərlə əlaqədar sutkalıq və mövsümi miqrasiyalar (üfüqi və şaquli) kimi ekoloji qaydalar səciyyəvi xüsusiyyətlərdir.
Nəhəng maral
Nəhəng marallar (lat. Megaloceros) — Marallar fəsiləsinə aid nəsli kəsilmiş heyvan cinsi. Onlar əsasən Avrasiya və Şimali Afrika boyunca yayılmışdır. == Yayılması və növləri == Bu cinsə daxil olan növlər arasında Megaloceros obscurus alt pleystosen dövründə yaşamışdır. Onlar Böyük buynuzlu marala yaxınlığı ilə seçilir. Böyük buynuz marallar isə 400 000 il önçə yaranmış və 7 500 il önçə isə nəsli kəsilmişdir. Onların qalıqlarına Qərbi Avropa, Şimali Afrika, Sibir və hətta Çinə qədər olan ərazilərdə rast gəlinir. Xüsusi ilə İrlandiya və Almaniyanın bataqlıqlarında çoxlu qalıqlar aşkarlanmışdır. Bu onu göstərir ki, bu marallar təkcə çöllüklərdə deyil, həmdə seyrək meşələr və onların yaxınlığında da yayılmışdılar. Buzlaşma dönəmində artıq Avropada nəhəng marallar tükənmişdi.
Xallı maral
Xallı maral (lat. Cervus nippon) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü. Xallı maral Şərqi Asiyanın-Rusiyanın dənizqırağından şimali Vyetnama və Yaponiyada yayılmışdır. Bu ərazilərdə təxminən 10 yarımnövü yaşayır. Hal hazırda Xallı Marallara İngiltərədə, Yeni Zellandiyada rast gəlmək olur. Erkəklərinin buynuzu 80 santimetrə çatır. Xallı Maralların çəkisi 80-130 kiloqrama çatır. Uzaq Şərqdə xallı Marallar enliyarpaq palıd meşələrində yaşayır. Onların hamiləlik dövrü 7.5 ay çəkir. Xallı marallar bir bala doğurlar.
Ağbəniz maral
Ağbəniz maral (lat. Cervus albirostris) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin marallar fəsiləsinin əsl maral cinsinə aid heyvan növü.

maral-öküzlər sözünün rus dilinə tərcüməsi

Oxşar sözlər

#maral-öküzlər nədir? #maral-öküzlər sözünün mənası #maral-öküzlər nə deməkdir? #maral-öküzlər sözünün izahı #maral-öküzlər sözünün yazılışı #maral-öküzlər necə yazılır? #maral-öküzlər sözünün düzgün yazılışı #maral-öküzlər leksik mənası #maral-öküzlər sözünün sinonimi #maral-öküzlər sözünün yaxın mənalı sözlər #maral-öküzlər sözünün əks mənası #maral-öküzlər sözünün etimologiyası #maral-öküzlər sözünün orfoqrafiyası #maral-öküzlər rusca #maral-öküzlər inglisça #maral-öküzlər fransızca #maral-öküzlər sözünün istifadəsi #sözlük