Mayk sözü azərbaycan dilində

Mayk

Yazılış

  • Mayk • 99.7260%
  • MAYK • 0.1370%
  • mayk • 0.1370%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Mayk Lazaridis
Mayk Lazaridis (Mike Lazaridis; 14 mart 1961, İstanbul) - Kanadalı biznesmen, kvant mühit texnologiyaları üzrə investor, (RIM) şirkətinin banisi və rəhbəri, Blackberry telefonlarının “atası”, == Həyatı == Mayk Lazaridis 14 mart 1961-ci ildə Türkiyənin İstanbul şəhərində Yunan ailəsində anadan olmuşdur. Maykın beş yaşı olarkən ailəsi 1966-cı ildə Kanadaya köçdü və Ontario, Windsor şəhərində məskunlaşdı. == Fəaliyyəti == Mobil rabitə üçün nəzərdə tutulmuş müasir simsiz vasitələrin istehsalı ilə məşğul olan Research In Motion (RIM) şirkətinin banisi və rəhbəri, Blackberry telefonlarının “atası”, kanadalı biznesmen Mayk Lazaridis Vaterloo Universitetinin rektoru və Kanada Ordeni zabitidir. Lazaridis müvəffəqiyyətli sahibkar olmaqla yanaşı, həm də məşhur xeyriyyəçidir. Mayk Lazaridis 1984-cü ildən 2012-ci ilədək BlackBerry-nin həmsədri, həmçinin 2012-ci ildən 2013-cü ilədək İdarə Heyəti sədrinin müavini və İnnovasiya Komitəsinin sədri vəzifələrini yerinə yetirmişdir. == Mənbə == Əliquliyev R.M., Salmanova P.M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: “İnformasiya Texnologiyaları” nəşriyyatı, 2013, 169 səh.
Mayk Marin
Mayk Marin (ing. Mike Mareen) – Alman ifaçısıdır. Ken Laszlo və Fred Ventura ilə əməkdaşlıq etmişdir.
Mayk Markkula
Armas Klifford "Mayk" Markkula Jr. (ing. Armas Clifford Mike Markkula Jr.; 11 fevral 1942, Los-Anceles, Kaliforniya — Amerikalı elektrik mühəndisi, iş adamı və sərmayədardır. O Apple Kompüterin ikinci Baş İcraçı direktoru idi və idarəetmə dəstəyini təmin edirdi. Markkula, bu kompüterin ilk versiyası olan Apple Iin bəzilərini satdıqdan sonra inkişaf etdirdikləri Apple II personal kompüterlərini istehsal etmək üçün maliyyəçi axtararkən Stiv Cobs və Stiv Vozniyak ilə tanışdı. Onun rəhbərliyi ve maliyyə dəstəyi ilə Apple ortaq olmaqdan çıxdı və şirkət olaraq quruldu.
Mayk Mayers
Maykl Con "Mayk" Mayers (25 may 1963) — kanadalı aktyor, komediyaçı, ssenarist və film prodüseri. O, daha çox “Wayne's World” və “Austin Pauers” filmindəki Ueyn Kempbell və “Austin Pauers” trilogiyasında “Doktor Şər” rolları, eləcə də eyni adlı cizgi filmlərində Şrekin səsi ilə tanınır. == Həyatı == Mayersin valideynləri İngiltərənin Liverpul şəhərindəndir. İngilis, Şotland və İrland əsillidir. 9 yaşında Mayers ilk dəfə reklamlarda rol almışdır. 1982-ci ildə Stephen Leacock Liseyini bitirib və Torontoda komediya truppasına qoşulub. 1980-ci illərin əvvəllərində Mayers alternativ video şousunda City Limits-də Toronto Şəhər Televiziyasında müxtəlif rollarda (o cümlədən Ueyn Kempbell kimi) tez-tez çıxış edirdi. 1985-ci ildə Londonda Comedy Shop-un aparıcı aktyorlarından biri olub. Növbəti il ​​o, Britaniyanın Wide Awake Club uşaq televiziya şousunda çıxış edərək, özünün Sound Asleep Club ilə şounun özünü parodiya etmişdir. Mayers 1989-cu ildən 1995-ci ilə qədər NBC-nin Saturday Night Live verilişində tanınmış iştirakçı olub.
Mayk Menyan
Mayk Peterson Menyan (3 iyul 1995, Kayenna) — Fransalı peşəkar futbolçu. İtaliya A Seriyasında çıxış edən "Milan" klubunun və Fransa millisinin qapıçısı. == Karyerası == Menyan "Paris Sen Jermen" klubunun aşağı yaş qrupu komandalarında oynayıb. Əsas komandaya bir neçə dəfə əvəzedici kimi daxil edilir, lakin əsas heyətdə oynamır. 2015-ci ildə 1 milyon avroya "Lill"ə keçir və 2017-ci ildə Lillin əsas qapıçısına çevrilir. O, 2018–19-da Liqa 1-də ilin qapıçısı seçilir. 2020–21 mövsumundə "Lill" klubu ilə liqa çempionluğunu qazanır. 27 may 2021-ci ildə Mainyan, A Seriyası klubu "Milan" ilə 1 iyul tarixindən etibarən qüvvəyə minən beş illik müqavilə bağlayır. O, avqustun 23-də "Sampdoriya" klubuna "Milan"ın 1–0 hesabı ilə qalib gəldiyi oyunda debüt edir.
Mayk Pens
Mayk Pens (ing. Michael Richard "Mike" Pence; 7 iyun 1959[…]) — Amerikalı Respublikaçı siyasətçi, İndiana ştatının 50-ci qubernatoru və Amerika Birləşmiş Ştatlarının 48-ci vitse-prezidenti. 2000-ci ildə ABŞ Nümayəndələr Palatasına seçilmişdir. Mayk Pens 1959-cu ildə ABŞ-nin İndiana ştatının Kolumbs şəhərində anadan olmuşdur. Hanover Kollecini bitirdikdən sonra İndiana Universitetinin Robert Makkinli hüquq məktəbində hüquqşünaslıq üzrə təhsil almışdır. 1988, 1990-cı illərdə ABŞ Konqresinə namizəd olsada seçilməmişdir. 1994–1999-cu illərdə siyasi və tənqidi fikirləri məşhurlaşmış televziya və radio verlişlərinə rəhbərlik etmişdir. 2000-ci ildə İndiana ştatından ABŞ Nümayəndələr Palatasına seçilmiş və 2013-cü ilə qədər bu vəzifədə qalmışdır. Mayk Pens siyasi karyerasında daha çox Çay partiyası hərəkatının ideoloqu və təsübkeşi kimi tanınmışdır.2012-ci ildə İndiana ştatının 50-ci qubernatoru seçilmiş, 2013-cü ilin yanvar ayından etibarən vəzifələrinin icrasına başlamışdır. İndiana ştatının qubernatoru seçildikdən sonra ştat daxilində təhsil imkanlarının artırılması, vergi sisteminin nizamlanması və əhalinin rifah halının artılması sahəsində önəmli işlər görmüşdür.
Mayk Pompeo
Maykl (Mayk) Riçard Pompeo (ing. Michael Richard «Mike» Pompeo; 30 dekabr 1963) — ABŞ siyasətçisi. 2011-ci ildən Kanzas şatatını ABŞ Nümayəndələr Palatasında təmsil edir. 18 noyabr 2016-cı ildə ABŞ-nin 45-ci, yeni seçilmiş Prezidenti Donald Trampın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru vəzifəsini tutmaq təklifini qəbul edib. == Həyatı == Pompeo Vest Point hərbi akademiyasından birinciliklə məzun oldu (1986). Bir müddət Soyuq Müharibə dövründə orduda xidmət elədi. Daha sonra isə Harvard Universitetində hüquq təhsili aldı. Harvard Law Review adlı jurnalın redaktəsini etdi. Qısa müddətlik vəkillik işinin ardından hərbi təyyarələr üçün parçalar emal edən Thayer Aerospace adlı firmanı qurdu. Neft ehtiyatlarında istifadə edilən vasitələri istehsal edən Sentry İnternational firmasında rəhbərlik etdi.
Mayk Tayson
Mayk Tayson (30 iyun 1966[…], Bruklin, Nyu-York) — Dünya şöhrətli, keçmiş peşəkar ABŞ boksçusu. Ağır çəki dərəcəsində gəlmiş keçmiş ən yaxşı boksçulardan biri kimi qəbul edilir. ESPN-in "Bütün Çəkilər Üzrə Tarixin Ən Yaxşı Boksçuları" sıralamasında 42-ci yerdə göstərilib, "Bütün Zamanların Ən Yaxşı Ağırçəkili Boksçuları" negro sıralamasında isə 11-ci sırada qərarlaşıb. Əfsanavi Tayson, ağır çəki dərəcəsində ən gənc Dünya Çempionu olmuş boksçudur, 1986-cı ildə çempion olarkən onun cəmi 20 yaşı var idi. Mayk Tayson boks tarixində "George Foreman" və "Earnie Shavers"dan sonra ən ağır zərbə gücünə sahib boksçu olub. "Dəmir Mayk"ın endirdiyi zərbənin ağırlığı 1.2 tona bərabər olub. İslam dinini qəbul etdikdən sonra adını dəyişib Malik Abdul Əziz qoydu. == Həyatı == Maykl Cerard Tayson ABŞ-nin Nyu-York ştatının Bruklin şəhərində Lorna Smit və Cimmi Kirkpatrikin ailəsində dünyaya göz açıb. Dünya şöhrətli boksçu Tayson soyadını anasının birinci həyat yoldaşından götürüb. Maykl hələ dünyaya gəlməmişdən atası ailəni tərk edib.
Mayk Şinoda
Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir. == Haqqında == Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur.
Mayk Braun
Mayk Braun (ing. Michael E. Brown; 5 iyun 1965, Hantsvill, Alabama) — Erida və bir sıra Neptunxarici cisimi kəşf edən ABŞ-lı astronom. == Həyatı == Mayk Braun 2003-cü ildən Kaliforniya Texnologiya İnstitutunda planetlərlə bağlı sahədə professor kimi fəaliyyət göstərir. Komandası ilə birlikdə Erida kimi Neptunxarici cisimlər kəşf etmişdir. Özünü "Plutonu öldürən insan" kimi qəbul edir, çünki Erida kimi Plutondan böyük Neptunxarici cisimləri kəşf etdikdən sonra, Pluton cırtdan planetlər sırasına daxil edilmişdir. 2010-cu ildə "Plutonu kim öldürdü?" adlı kitabı dərc olunmuşdur. === Gənclik illəri və təhsili === Mayk Braun ABŞ-nin Alabama ştatının Hantsvill şəhərində anadan olmuşdur. Bu şəhərdə yerləşən Virgil Qrissom məktəbinin məzunudur. Prinston Universitetində fizika təhsili almışdır. Prinston Şəhər klubunun üzvüdür.
Mayk Finniqan
Maykl Kelli Finniqan (ing. Michael Kelly Finnigan; 26 aprel 1945, Troy[d], Ohayo – 11 avqust 2021, Los-Anceles, Kaliforniya) — ABŞ klaviaturaçı və vokalisti. Onun əsas əaliyyəti "B3 Hammond" orqanı ilə idi. Əsasən azad studiya musiqiçisi və qastrol musiqiçisi kimi çalışan Finniqan pop, rok, blüz və caz janrlarında müxtəlif musiqiçilərlə birlikdə çıxış etmişdir. == Şəxsi həyatı == Finniqan Kendi Finniqan ilə 50 il evli olmuşdur. Onların iki övladı var: qızı Bricit və oğlu Kelli.Finniqan aktiv blogger idi və liberal, proqressiv ideyaları təbliğ edirdi. == Vəfatı == Finniqan 11 avqust 2021-ci ildə ABŞ-nin Kaliforniya ştatında yerləşən Los-Anceles şəhərində, 76 yaşında qaraciyər xərçəngindən vəfat etmişdir.
Mayk Hikson
Mayk Hikson (d. 16 iyul 1994) — ABŞ-lı suya tullanan. Mayk Hikson ABŞ-ni 2019-cu ildə XVIII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Mayk Hikson birinci dəfə Dünya Çempionatına 2019-cu ildə qatıldı. O, Kvanjuda baş tutan XVIII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 1 m tramplin yarışlarında təsnifat mərhələsində iştirak etdi. 330.00 xal toplayaraq 17-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Mayk Havenaar
Mayk Havenaar (d. 20 may 1987) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 17 oyun keçirib, 4 qol vurub.
Mayk Tomlin
Michael Pettaway Tomlin (15 mart 1972-ci ildə anadan olub) Milli Futbol Liqasında (NFL) Pittsburgh Steelers komandasının baş məşqçisi olan Amerika futbol məşqçisidir. 2007-ci ildə Steelers-ə qoşulduqdan sonra o, komandanı on pley-off qaçışına, yeddi divizion tituluna, üç AFC Çempionatı Oyununa, iki Super Bowl oyununa və Super Bowl XLIII tituluna çıxardı. 36 yaşında Tomlin Super Bowl-u qazanan ən gənc baş məşqçi oldu, bu rekord daha sonra Super Bowl LVI -da Sean McVey tərəfindən qırıldı. Onun heç vaxt məğlub olduğu mövsüm olmayıb.
Albert Maykelson
Albert Abraham Maykelson (19 dekabr 1852[…] – 9 may 1931[…], Pasadena, Kaliforniya, ABŞ[…]) - polyak əsilli fizik, fizika üzrə Nobel mükafatı laureatı. İşıq sürətinin ölçülməsi ilə bağlı işi və Maykelson-Morli təcrübəsi ilə tanınır. 1907 -ci ildə Fizika üzrə Nobel mükafatı verilmişdir. Elmi cəhətdən bu mükafatı alan ilk amerikan olmuşdur. == Bioqrafiyası == Maykelson Strlzelnoda, Prusiya krallığında (indiki Polşa) yəhudi ailəsində dünyaya gəlmişdir. Atası Samuil Mixelson ticarətlə məşğul idi, anası Rosaliya Mixelzon (qızlıq soyadı Prilubskaya), İnovroslavdan olan Abram Prilubskinin qızı idi. Albert Abraham Maykelsonun iki yaşı olanda (1855), valideynləri Nyu-Yorka (ABŞ) mühacirət etdilər, burada soyadları "Michelson" kimi tələffüz olunmağa başladı. Oradan ailə ölkənin qərbinə köçdü və əvvəlcə Merfis (Kaliforniya) və Virciniya Siti (Nevada) mədən qəsəbəsində yaşayıblar, burada atası uğurlu quru meyvə biznesi inkişaf etdirib. Məktəb illərində Albert Mişelson San-Fransiskoda, bibisi Henrietta Levinin (yazıçı Harriet Leyn Levinin anası, alimin əmisi oğlu) ailəsində yaşayırdı 1869-cu ildə Mişelson Annapolisdəki Birləşmiş Ştatların Dəniz Akademiyasına daxil oldu və 1873-cü ildə məzun oldu. Tədqiqatlarının əvvəlindən Mişelson elmə və xüsusən də işıq sürətinin ölçülməsi probleminə çox maraq göstərirdi.
Ali Maykl
Aleksandra Nikol Maykl (15 may 1990, ing. Alexandra Nicole Michael) — Amerikalı model. == Həyatı == Ali Maykl Texas ştatının Kollivill şəhərində böyüyüb. Onun karyerası 2005-ci ildə 15 yaşında Fashion!Dallas/Kim Dauson Model Axtarışı müsabiqəsində qalib olduqdan sonra başladı. 2008-ci ilin mayında Qreypvayn Liseyini bitirdi və qısa müddət sonra modellik karyerasını davam etdirmək üçün Nyu-Yorka köçdü. == Karyerası == == Şəxsi həyatı == 2008-ci ilin fevral ayında Moda Həftəsindən kənarlaşdırıldıqdan sonra Maykl, Today-ə çıxdı və bulimiya nervoza və anoreksiya nervoza ilə apardığı mübarizəsindən danışdı .
Braun Maykl Stüart
Braun Maykl Stüart (13 aprel 1941[…], Bruklin, Nyu-York ştatı) — məşhur Amerika həkimi və biokimyaçısı. İrsi hiperkolesterolemiya reseptorunun kəşfi ilə əlaqədar tədqiqat aparmaq üçün Joseph Goldstein ilə birlikdə 1985-ci ildə Tibb və Fiziologiya üzrə Nobel Mükafatını aldı. 1977 ildən Texas Universitetinin Tibb Məktəbi nəzdindəki Genetik Xəstəliklər Mərkəzinin direktorudur. == Həyatı == 13 aprel 1941-ci il tarixində Bruklində anadan olub. 1962-ci ildə Pensilvania Universitetinə qəbul olur və 1966-cı ildə həmin universitetin tibb fakültəsini bitirir. O vaxtdan bəri Southwestern Medical Center-də xolesterol metabolizması sahəsində işləyir. Dünyanın aparıcı bioloji və tibbi jurnallarında çoxsaylı məqalələrin müəllifidir.
Con Maykl Bişop
Con Maykl Bişop (ing. John Michael Bishop) (d.22.2. 1936, Pensilvaniya ştatının York ş.) — Amerika molekulyar bioloqu, virusoloq, Nobel mükafatı laureatı (1989, H. Varmusla birlikdə). == Fəaliyyəti == Harvard Universitetini bitirmişdir (1962). 1960-cı illərin ortalarından Kaliforniya Universitetində (San-Fransisko) laboratoriyaya başçılıq edib, 1972-ci ildən professorudur. Əsas işləri onkogenezin hüceyrə mexanizmlərinə, onkogenlərin mənşəyi, strukturu və funksiyalarına aiddir. Xərçəng xəstəliyinin müxtəlif təsirlərdən (virus, fiziki və kimyəvi kanserogenlər) baş verə bilən genetik dəyişikliklərin nəticəsi olduğunu sübut etmişdir (H. Varmus və fransız alimi D. Steelenlə birlikdə).
Corc Maykl
Yorgos Kiriakos Panayotu (25 iyun 1963[…] – 25 dekabr 2016[…]) və ya məşhurlaşdığı adı ilə Corc Maykl — iki Qremmi mükafatı sahibi yunan əsilli məşhur ingilis müğənnisi, vokalist və bəstəkar. Corc Maykl musiqi tarixindəki ən uğurlu müğənnilərdən biri hesab olunur.
Cümə məscidi (Maykop)
Maykop Cümə məscidi adıq Мыекъуапэ йы гурыт мэщыт — Adıgey Respublikasının Maykop şəhərinin əsas katedral cümə-məscidi. Adıgey Respublikası və Krasnodar Diyarı Müsəlmanları Ruhani İdarəsinin yerləşdiyi yerdir. Məscidin tikinti Birləşmiş Ərəb Əmirliklərinin keçmiş vəliəhdi-Əl-Qasimi qəbiləsinin üzvü Хalid Bin Sakr-əl-Qasiminin şəxsi vəsaiti hesabına inşa edilmişdir. Məscidin imamı İbrahim Şxalaxovdur. == Tarixi == XIII əsrdə Şimali Qafqaz Qızıl Ordanın tərkibinə daxil oldu və adıgeylər də daxil olmaqla əhalinin əksəriyyəti Özbək xanın (1312-1342)dövründə islamı qəbul etdi. XVII əsrdə Osmanlı səyyahı Övliya Çələbi dağlarda yaşayan adıgeyləri ziyarət edərək, "Adıgeylərin Allah dininə sitayiş etdiyini və donuz əti yemədiyini" bildirir. XIX və XX əsrin əvvəllərində, Adıgey kəndlərinin əksəriyyətində bir neçə məscid fəaliyyət göstərirdi. Sovet dövründə, din əleyhinə kampaniya çərçivəsində tarixçilər və publisistlər islamın Adıgey tarixinə və mədəniyyətinə təsirini minimuma endirməyə çalışırdılar. Mistik təsəvvürlərə və insanların sadə cahilliyinə əsaslanan qədim bütpərəst dinlərin öyrənilməsinə üstünlük verilirdi. Ateist məqsədlər üçün, adıgeylərin güclü islam tərəfdarlarının olmadığı barədə yalançı bir nəzəriyyə hazırlanmışdı.
Hellouin 4: Maykl Mayersin qayıdışı (film, 1988)
Hellovin 4: Maykl Mayersin qayıdışı (ing. Halloween 4: The Return Of Michael Myers) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 30 oktyabr 1988-ci il. Baş verən hadisələrdən 10 il ötmüşdür. Keçmiş seriyalı qatil Maykl Mayers koma vəziyyətindədir və paralic olduğu üçün hərəkət etmək qabiliyyətini itirmişdir. Həkimlər onu milli xəstəxanaya köçürməyə qərara gəlirlər. Bu müddətdə sifətində çapıq olan həkim Lumis əvvəlki hadisələri xatırlayır və hospitalın işçilərinə Mayersi ciddi nəzarət altında saxlamağı qeyd etmişdir. Onun sözlərinə görə, Mayers koma vəziyyətində olsa da, qaçmaq üçün əlindən gələni edəcəkdir. Bir müddət sonra onun sözləri reallığa çevrilir. Mayersi aparan hospital maşını qəzaya uğrayır və Mayers qəzadan sağ qalaraq qaçmağı bacarır...
Hellouin 5: Maykl Mayersin qisası (film, 1989)
Hellovin 5: Maykl Mayersin qisası (ing. Halloween 5: The Revenge of Michael Myers) — 1989-cu ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Baş verən hadisələrdən 1 il keçmişdir. Artıq Hellovin bayramı yaxınlaşmaq üzrədir. Seriyalı qatil yenidən İllinoys ştatındakı Heddonfilddə yenidən insanları qorxutmaq niyyətindədir… == İstinadlar == == Xarici keçidlər == Hellovin seriyasının Rəsmi Saytı Con Karpenterin Rəsmi Saytı Hellovin 5 — Internet Movie Database saytında.
Hellouin 6: Maykl Mayersin lənəti (film, 1995)
Hellovin 6: Maykl Mayersin lənəti (ing. Halloween: The Curse of Michael Myers) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Hellovin 4: Maykl Mayersin qayıdışı (film, 1988)
Hellovin 4: Maykl Mayersin qayıdışı (ing. Halloween 4: The Return Of Michael Myers) — 1988-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 30 oktyabr 1988-ci il. Baş verən hadisələrdən 10 il ötmüşdür. Keçmiş seriyalı qatil Maykl Mayers koma vəziyyətindədir və paralic olduğu üçün hərəkət etmək qabiliyyətini itirmişdir. Həkimlər onu milli xəstəxanaya köçürməyə qərara gəlirlər. Bu müddətdə sifətində çapıq olan həkim Lumis əvvəlki hadisələri xatırlayır və hospitalın işçilərinə Mayersi ciddi nəzarət altında saxlamağı qeyd etmişdir. Onun sözlərinə görə, Mayers koma vəziyyətində olsa da, qaçmaq üçün əlindən gələni edəcəkdir. Bir müddət sonra onun sözləri reallığa çevrilir. Mayersi aparan hospital maşını qəzaya uğrayır və Mayers qəzadan sağ qalaraq qaçmağı bacarır...
Hellovin 5: Maykl Mayersin qisası (film, 1989)
Hellovin 5: Maykl Mayersin qisası (ing. Halloween 5: The Revenge of Michael Myers) — 1989-cu ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == Baş verən hadisələrdən 1 il keçmişdir. Artıq Hellovin bayramı yaxınlaşmaq üzrədir. Seriyalı qatil yenidən İllinoys ştatındakı Heddonfilddə yenidən insanları qorxutmaq niyyətindədir… == İstinadlar == == Xarici keçidlər == Hellovin seriyasının Rəsmi Saytı Con Karpenterin Rəsmi Saytı Hellovin 5 — Internet Movie Database saytında.
Hellovin 6: Maykl Mayersin lənəti (film, 1995)
Hellovin 6: Maykl Mayersin lənəti (ing. Halloween: The Curse of Michael Myers) — 1995-ci ildə istehsal olunmuş ABŞ filmidir.
Mayke de Nuy
Mayke de Nuy (2 may 1983, Eyndhoven, Şimali Brabant) — Niderlandı təmsil edən su poloçusu. == Karyerası == Mayke de Nuy, Niderland yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasını 11:10 hesabı ilə məğlub edən Niderland yığması, XXIX Yay Olimpiya Oyunlarının qızıl medalına sahib oldu.
Maykl
Maykl — ad.
Maykl Adams
Maykl Adams (ing. Micheal Adams) (1971-ci il 17 noyabrda doğulub) Britaniyali qrosmeysterdir (1989). Onun ən yaxşı göstəricisi 2000 və 2002-ci illərdə müxtəlif vaxtlarda dünya reytinqində 4-cü yerə qədər yüksəlməsi olmuşdur. ən yüksək Elo reytinq xalı 2761-dir. O, Dünya Şahmat Çempionatı yarışlarında yaxşı nəticələr əldə etmişdir. Belə ki, 1997, 1999 və 2000-ci illərdə yarım-finala qədər yüksəlmiş, 2004-cü ildə FİDE Çempionatinda finala qədər yüksələrək yekunda Rüstəm Qasımcanova tay-breyk oyunlarında məğlub olmuşdur. == Kariyerasinin Başlanğıcı == Adams 17 noyabr 1971-ci ilde Truro,Cornvoll, Birləşmiş Krallıqda dünyaya gəlmişdir. 1980-ci ilə qədər artıq onun istedadı Britaniya Şahmat Federasiyası tərəfindən kəşf olunmuşdu və o, yerli şahmat çempionatının qalibi olan Maykl Prettejohn ilə yanaşı, keçmiş Avropa Gənclər Şahmat çempionu olan Shaun Taulbutdan yüksək səviyyəli dərslər almışdır. 1981-ci ildə 9 yaşlı Adams həmyaşıdları arasında keçirilən çempionata qatılır və qalib gəlir. Həmin ildə o, 13 yaşa, 15 yaşa və 18 yaşa qədər olanlar arasında keçirilmiş çempionatların da qalibi olur.
Maykl Ammar
Maykl Ammar (ing. Michael Ammar; 25 iyun 1956) — sehrbaz. == Haqqında == 1956-ci ilcə Qərbi Virciniyada, Loqanda dünyaya gəlmişdir. Dünyanın ən məşhur sehrbazlarından biridir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 5.68 dəfə / 1 mln.
2003 •••••• 3.94
2004 ••••••••• 5.73
2005 •••••••••••••••••• 11.47
2006 ••••••••• 5.41
2007 ••••• 3.17
2008 ••••• 2.68
2009 •••••••• 4.96
2010 •••••••••• 6.08
2011 ••••••• 4.55
2012 ••••• 3.27
2013 •••••••• 4.81
2014 •••••••• 4.81
2015 ••• 1.87
2016 •• 1.04
2017 •••••••••• 6.50
2018 •••••••••••••••••••• 13.18
2019 ••••••••••••••••• 11.13
2020 ••••••••••••••• 9.68

"mayk" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mayk nədir? #mayk sözünün mənası #mayk nə deməkdir? #mayk sözünün izahı #mayk sözünün yazılışı #mayk necə yazılır? #mayk sözünün düzgün yazılışı #mayk leksik mənası #mayk sözünün sinonimi #mayk sözünün yaxın mənalı sözlər #mayk sözünün əks mənası #mayk sözünün etimologiyası #mayk sözünün orfoqrafiyası #mayk rusca #mayk inglisça #mayk fransızca #mayk sözünün istifadəsi #sözlük