Aşağı Daşarx nekropolu
Aşağı Daşarx nekropolu — Şərur rayonunda eyniadlı kənddən şimal-qərbdə, Naxçıvan-Sədərək avtomobil yolunun sol tərəfində yerləşən İlk Tunc dövrünə aid arxeoloji abidə.
== Haqqında ==
Abidə şərqdən Ələddin çayının qolu ilə, digər tərəfdən isə yaşayış sahələri və evlərlə əhatələnmişdir. Abidənin cənub-qərb hissəsində açılmış yarğanda 7-8 metr qalınlığında mədəni təbəqə izlənir. Şimal-şərq hissəsində olan kəsikdə isə 3,5-4 metr qalınlığında İlk tunc dövrünə aid mədəni təbəqə vardır. Nekropolun ərazisində təsərrüfat işləri görülərkən bir neçə torpaq qəbir dağıdılmışdır.
Abidə ilk dəfə arxeoloq S.H.Aşurov tərəfindən 2001-ci ildə tədqiq edilmişdir. 2011-ci ildə isə yaşayış yeri yenidən arxeoloqlar Vəli Baxşəliyev və A.Q.Seyidov tərəfindən araşdırılmışdır.
Qazıntılar zamanı dörd tikinti qatı aşkar edilmişdir.
Birinci tikinti qatı abidənin üzərindən 0,8-1,30 metr dərinlikdə yerləşir. İri çay daşlarından iki cərgə hörülmüş divar oval planlıdır.