mələ sözü azərbaycan dilində

mələ

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • mələ • 68.7500%
  • Mələ • 25.0000%
  • MƏLƏ • 6.2500%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Alita: Döyüş mələyi (film, 2019)
Alita: Döyüş mələyi (ing. Alita: Battle Angel; yap. アリータ: バトル・エンジェル) – Yukito Kişironun "Battle Angel Alita" manqa seriyası əsasında çəkilmiş 2019-cu il istehsalı ABŞ kiberpank və macəra filmi. Ceyms Kemeron və Con Landaunun prodüserliyi, Robert Rodrigesin rejissorluğu, Kemeron və Laeta Kaloqridisin ssenaristliyi ilə çəkilən filmin 14 fevral 2019-cu ildə ekranlaşdırılması planlaşdırılır. Buraxılış və istehsal tarixi Kemeronun "Avatar" sikvelləri üzərindəki işlərinə görə daim ertələnmişdir. Filmin baş rollarında Roza Salazar, Kristof Valts, Cennifer Konnelli, Maherşala Ali, Ed Skreyn, Ceki Erl Heyli və Kian Conson çıxış edirlər. "Alita: Battle Angel"-da Dison İdo adlı kibertibb mütəxəssisi tərəfindən tapılan Alita adlı yaddaşını itirmiş kiborq qız əslində kim olduğunu kəşf etməyə çalışır. == Məzmun == Ceyms Kemeron Yukito Kişironun orijinal manqasının əsas hekayəsi və ilk 4 cildi əsasında filmi çəkməyi planlaşdırdığını bildirmişdir. O, xüsusilə 3-cü və 4-cü cildlərdə vacib yer tutan uydurma motorbol idman növünün filmə daxil edilməsini istəyir. == Rollarda == Roza Salazar Alita rolunda: əsas kiborq qəhrəman.
Anjelika, mələklər markizası (film, 1964)
Anjelika, mələklər markizası (fr. Angélique, marquise des anges / Angélique) — 1964-cü ildə Ann və Serj Qolonun əsəri əsasında çəkilmiş Fransa filmidir. Film 1966-cı ildə Almaniyanın "Qızıl ekran" (ing. Golden Screen) mükafatına layiq görülmüşdür. Filmin 2013-cü ildə remeyki çəkilmişdir. == Məzmun == Filmdəki hadisələr XVII əsri əhatə edir. Anjelika adlı bir xanımı onun razılığı olmadan Joffrey de Peyraka ərə verirlər. Joffrey de Peyrak varlı zadəgan ailəsindəndir və qəsrdəki saxladığı qızılları ilə məşhurdur. Zaman keçdikcə onlar arasında sevgi münasbəti yaranır. Lakin onların sevgisinə və yaşadıqları əsrarəngiz həyata Fransa kralı Lüdovik IV paxıllıq edir.
Arabella - Qaranlıq mələyi (film, 1989)
Arabella — Qaranlıq mələyi (it. Arabella, l'Angelo Nero) — 1989-cu ildə Stelvio Massi tərəfindən çəkilən İtaliya filmidir. == Məzmun == Filmdə Arabellanın macəralarından danışılır. Arabella çoxlu kişilərlə münasibət saxlayır. Bir gün yazıçı olan həyat yoldaşını dişləyir. Bu hadisədən sonra həyat yoldaşı paralic keçirir və onunla münasibət qura bilmir. Bu səbəbdən Arabella digər şəxslərlə münasibət qurmağa qərara gəlir. Bunun üçün müxtəlif klublara yollanmağa qərara alır. Arabella ilə maraqlanan iki polis müfəttişinin ölümündən sonra ittihamlar Arabellanın üzərinə düşür. Bu səbəbdən polislər onun izinə düşməyə qərar verirlər.
Arxangel (mələk)
Arxangel (yun. Αρχάγγελος — mələklərin başçısı) — iudaizmdə və xristianlıqda mələklərin ali dərəcəsi; “səma iyerarxiyası”na görə mələklərin 9 dərəcəsindən 8-cisi. == Mənbə == Azərbaycan Ensiklopediyası. 2011, t. 2.
Bakirə mələklərin əhatəsində
"Bakirə mələklərin əhatəsində" (fr. La Vierge aux Anges) — fransız akademik rəssamı Vilyam Buqronun 1898-ci ildə işlədiyi rəsm əsəri. Əsərdə buludların üzərində dayanmış iyirmi bir mələyin əhatəsində öz taxtında ayaq üstə daynaraq qucağında körpə tutmuş Məryəm təsvir edilmişdir. Məryəm ananın qabağında diz çökmüş mələklər əllərində büxurdanlar tutmuşlar.
Borsellinonun mələkləri (film, 2003)
Borsellinonun mələkləri (it. Gli angeli di Borsellino) — rejissor Roko Cesareonin filmi. == Film haqqında == Emanuela hakim Paolo Borsellino müşayiət vəzifəli bir polis cangüdənlər var. Filmdə o iş və Giovanni Falcone qətli arasında 57 gün ərzində onun qorxuları (13 may 1992-ci il iyulun 19-) haqqında danışır və Borsellino ki.
Cəbrayıl (mələk)
Cəbrayıl (Cibril) — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Xristianlıqda o, arxmələkdir və əvvəlcə Vəftizçi Yəhyanın, sonra isə Məryəmə İsanın doğulacağını (Müjdə) qabaqcadan xəbər verir. İslam ənənəsinə görə o, Allahın iradəsini Qurana köçürmüş və ayrı-ayrı vəhylər şəklində Məhəmməd peyğəmbərə çatdırmışdır. Roland haqqında nəğmədə o, Böyük Karla baş verən hadisələri xəbər verir. Cəbrayıl Azərbaycan folkloruna da daxil olmuşdur. Rəvayətlərdə Cəbrayılın Məhəmməd (ə.s) peyğəmbərə gah Pak Ruh gah da cavan oğlan kimi göründüyü bildirilir. == Etimologiyası == Üç səmavi dində adı keçən bu mələk İbranicə Gavriel; Latınca Gabrielus; Yunanca Gabriel; Aramicə Gabr-el və Ərəbcədə isə Cəbrayıl və ya Cibril olaraq bilinir. Təbəriyyə görə "Cəbrayıl" sözü "Cəbr" və "İl" sözlərinin birləşməsindən yaranmışdır. Burada "Cəbr" "Əbd" (qul) mənasında "İl" isə Allah deməkdir. Dolayısı ilə bu söz Allahın qulu mənasına gəlir.
Düşmüş mələklər
Düşmüş mələklər — Yəhudilikdə bəzi pis mələklərin Şeytanın hökmranlığı altında olduğuna və Cinlərin “düşmüş mələklər” olduğu inancı mövcuddur. == Yəhudilikdə == Yəhudi inancında düşmüş mələklərin özünə məxsus yeri vardır. Bu mələklər haqqında ən geniş məlumat Hanokun kitabında yer alıb. Hanok kitabında Tanrı oğulları olaraq bildirilən bu mələklər insan qızlarından xoşladıqları üçün yerə enirlər. Mənbələrdə yerə enən mələklərin sayı 200-ə qədər olduğu qeyd olunur. Bu mələklər özlərinə həyat yoldaşları seçib onlarla evlənirlər, bu evlilikdən böyük divlər dünyaya gəlir. Divlər hər şeyi yeməsinə baxmayaraq doymaq bilmirlər və insanlara hücum edirlər. Hətta doymaq bilmədikləri üçün bir-birlərinə hücum edərək qanlarını içirlər. Hanokun kitabının IX bölümündə isə yerdəki ölən şəxslərin ruhlarının hararyının Cənnətin qapılarına qədər yüksəldiyi bildirilir. Bunu görən baş mələklər (Gabriel, Uriel, Rafael, və d.) Tanrının bunun qarşısını almasını istəyirlər.
Göy Mələkləri məbədi
Göy Mələkləri Məbədi — Ermənistan respublikası Üçkilsə rayonunun ərazisində, İrəvan – Üçkilsə yolunun 18 – ci kilometrliyində, Üçkilsə şəhəri yaxınlığında yerləşən erməni məbədi. == Tarixi == Məbəd VII əsrin II yarısında katolikos III Nerses tərəfindən inşa etdirilmişdir. Məbədin inşasına 642 – ci ildə başlanmışdır. Alban tarixçisi Moisey Kalankatlı məbədin hələ tamamlanmasına rəğmən artıq 653 – cü ildən ibadətə açılmasını bildirir. 653 – 659 – cu illərdə Nerses Dvində olduğundan, məbədin inşaat işlərinə Anastas Akarratsi rəhbərlik etmişdir. Lakin ərəblərin Dvinə yaxınlaşması və Bizans qüvvələri ilə Ərəb Xilafəti arasında toqquşmaların çoxalmasından sonra III Nerses Dvindən Göy Mələkləri məbədinə qayıtmışdır.Lakin X əsrdə bina uçaraq dağılmış və bir daha bərpa olunmamışdır. Bununla belə X əsrdə güclənən Ani çarlığının hökmdarı I Qagik Baqratuninin saray memarlı Memar Trdat Göy Mələkləri məbədinə oxşar ikinci bir məbədi qədim Ani şəhərində inşa etdirmişdir. Tarixi mənbələrdə Qaqikaşen adıyla anılan bu məbədin də taleyi Göy mələkləri məbədinin taleyinə oxşamış və o da tezliklə uçaraq dağılmışdır.Hazırda ermənilərin Zvartnos adlandırdıqları məbədin ətrafındakı yaşayış yerlərinə ilk ermənilərin gəlişi XVI – XVII əsrlərdə, kütləvi gəlişi isə XIX yüzilin əvvəllərinə təsadüf edir. == Arxeoloji tədqiqatlar == Məbədin xarabalıqlarında 1901 – 1907 – ci illərdə arxeoloqlar tərəfindən arxeoloji tədqiqatlar aparılmağa başlanmışdır. Vardapet Kacik Dadyanın rəhbərlik etdiyi bu ilk qazıntılarda məbədin qalıqları aşkarlanara üzə çıxarılmış, saray binası və şərab emalatxanası aşkarlanmışdır.
Günaydın, mələyim! (film, 2008)
== Məzmun == Filmin əsas ideyası Qarabağ döyüşlərindən və onun ağır nəticələrindən bəhs olunmasıdır. Çox psixoloji bir süjet üzərində qurulan film şəxsi insanların taleyindən bəhs etsə də, burada insanın ən ali xüsusiyyətləri ön plana çəkilir və onun cəmiyyətdə Tanrı tərəfindən bəxş edilən mənəvi dəyərlərin insan həyatındakı rolu qabardılır. Filmdə Mədinə adlı bir qızın həyatından, məhəbbətindən danışılır. Onun həyat yoldaşı Qarabağda şəhid olur. Ancaq Mədinə, heç vaxt onu unuda bilmir. Baxmayaraq ki, onunla evlənmək istəyənlər çox olur, gözəl cəlbedici qadın olur, yenə də həyat yoldaşının, sevdiyi idealının fikri ilə yaşayır. Filmdə Mədinənin təkbaşına çırpınaraq yaşadığı keşməkeşli həyatdan, tənhalıq içərisində keçirdiyi iztirablardan, ədalətsizliklərdən bəhs olunur. Gənc qadın keçdiyi çətin yolda üzüağ çıxmağa çalışır və sonda tutunmağa, yaşamağa ümid yeri tapır. == Film haqqında == Film aktrisa Bəsti Cəfərovanın böyük kinoda ilk böyük işidir. Film istehsalata 2006-cı ilin sonlarında buraxılmışdır.
Harri Potter və Mələz Şahzadə (film, 2009)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter seriyasnın altıncı kitab əsasında çəkilən film. == Məzmunu == Harri Potter və "Yarımqan Prins"də Voldemortun geri dönüşünü Sehr Nazirliyinin də qəbul etməsiylə artıq insanlar Harrini "Seçilmiş Insan" deyə çağırmağa başlayırlar. Bu vaxt Harri, özünə vəftiz atası Siriusdan miras mallar qaldığını öyrənir. Bu mallar, Simruq Ordeninin gizli qərargahı olan Grimmauld meydanındakı, Blek ailəsinin evi və yaşlı ev elfi Kriçerdir. Harry, professor Sneypin Qaranlıq sənətlərə Qarşı Müdafiə müəllimi olduğu xəbərini eşitdikdə çaşıb qalır. Sneypin yeri, Harry-nin fərqində olmadan müəllimlik etməsi üçün razı etdiyi Horace Slughorn doldurur. Bu bir baxıma Harrinin faydasına olmuşdur çünki; Slughorn, Harrini Sneypin istədiyindən daha aşağı bir OSS (Orta sehrbazlıq səviyyəsi) balı ilə FYBS (Faciəvi Yorucu sehrbazlıq imtahanları) Eliksir sinifinə qəbul edər. Beləcə Harry seherbaz (ölüm yeyənlərlə döyüşən cadugər) ola bilməsi üçün lazım olan dərsləri ala bilər. (Harrinin gələcəkdə etməyi düşündüyü tək peşə sehrbazlıqtır.
Harri Potter və Mələz Şahzadə (roman)
Harri Potter və Yarımqan Prins (ing. Harry Potter and the Half-Blood Prince) — Harri Potter haqqında kitabların altıncı tomu. Bu kitab Ginnesin rekordlar Kitabına dünyanın ən çox satılan kitabı kimi düşüb. 2005-ci ildə kitabın əsasında film ekran üzü gördü.
Mavi Mələklər
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Mavi mələklər (kitab)
"Mavi mələklər" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == BMT-nin gizli əməkdaşlarını "mavi mələklər" adlandırırlar. Onların əsil adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik - Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər edir və öz məqsədinə yaxınlaşdıqca bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur... Xəbərdarlığın sonu == Nəşrləri == Голубые ангелы. Баку. Язычы, 1988, 256 с., 30 000 тираж, ISBN 5-560-00131-7 Мави мәләкләр. Бакы: Јазычы, 1993, 256 с., 9 000 тираж.
Mavi mələklər (roman)
"Mavi mələklər" - Çingiz Abdullayev tərəfindən yazılmış roman. == Məzmun == BMT-nin gizli əməkdaşlarını "mavi mələklər" adlandırırlar. Onların əsil adı heç kimə məlum deyil, hətta özləri belə öz adlarını unudublar. Peşəkar ekspert və analitik - Dronqo buna parlaq nümunədir. O, narkotik alverçilərinin izi ilə öz qrupuyla birgə yer kürəsinin müxtəlif bölgələrinə səfərlər edir və öz məqsədinə yaxınlaşdıqca bir o qədər təhlükəli olur. Onun ən əziz insanı, ən yaxın dostları həlak olur... Xəbərdarlığın sonu == Nəşrləri == Голубые ангелы. Баку. Язычы, 1988, 256 с., 30 000 тираж, ISBN 5-560-00131-7 Мави мәләкләр. Бакы: Јазычы, 1993, 256 с., 9 000 тираж.
Mikayıl (mələk)
Mikayıl — iudaistik, xristian və müsəlman ənənələrinə görə Allaha ən yaxın olan mələklərdən biri. Bibliyada Mikayıl şeytan ilə vuruşan göy ordusunun başçısı kimi təmsil edilir. Xristianlıqda o, arxmələklərdən biri olan buludlarda rəhmətə getmiş Məryəmi də aparır. Quranda Mikayıl həmçinin Cəbrayıl ilə bərabər qeyd edilir. İslama görə Allahın dörd böyük mələyi var: Cəbrayıl, Mikayıl, Əzrayıl, İsrafil. Mikayıl insanların haqq yoldan azdıqlarından məyuslandığı üçün həmişə qəmli görünür. Dini kitablarda o ucaboy, boz əbalı mələk kimi təsvir olunur. Mikayıl Allahın verdiyi ruziləri insanlara paylayır. == Etimologiyası == Mikail adı İbranicə “Micha’el və ya Mikha’el; Yunanca Mikhail, latınca Michael; Ərəbcə isə Mikayıl şəkildə keçir və Tanrıya kim bənzər mənasına gəlir. == Yəhudilikdə == Yəhudilikdə ən üstün mələk olaraq bilinir.
Müqəddəs Mələk qəsri
Müqəddəs Mələk qəsri (ital. Castel Sant'Angelo - "Müqəddəs Mələk qəsri") - Romada yerləşən memarlıq abidəsi. Sərdabə kimi tikilmiş qəsrdən Roma papasının iqamətgahı, həbsxana kimi istifadə olunmuş, hazırda isə muzeyə çevrilmişdir. == Tarixçəsi == İmperator Adrian özü və ailəsi üçün sərdabə kimi 135-ci ildə tikintisinə başlamış, ölümündən sonra xələfi Antonin Piy tərəfindən 139-cu ildə bitirilmişdir. Sərdabə 84 m uzunluğa malik dördkünc özül üzərində diametri 64 və hündürlüyü 20 m olan silindrik formada inşa edilmişdir. Burada Adriandan Septimemə qədər bütün imperatorların qəbirləri yerləşmişdir. Romada Avreli divarları tikildikdən sonra ondan hərbi istehkam kimi istifadə olunmuşdur. Rəvayətə görə 590-cı ildə taun epidemiyası zamanı Papa Böyük Qriqori qəsrinin üzərində Mələk Mikayılı qılıncını qınına qoyarkən görmüş və o vaxtdan qəsr Müqəddəs Mələk qəsri adlandırılmağa başlanmışdır. Orta əsrlərdə qəsr Vatikanla 800 metrlik dəhliz (ital. Passetto) vasitəsilə əlaqələndirilmişdir.
Mələk
Mələk və ya əvvəlki mənbələrdə füriştə — iudaistik, xristian və müsəlman ənənələrində Allaha xidmət edən fərdiləşdirmiş bədənsiz və qanadlı varlıq. Rəvayətlərə görə miqdarca saysız mələklər nurabənzərlərdir. Xristian ənənəsində doqquz dənə mələk rütbə var (serafimlər, xeruvimlər, taxt-taclar, hökmranlıqlar, qüvvələr, hakimiyyətlər, başlanğıclar, arxmələklər və mələklər). == İslamda mələklər == Mələklər, Quranda 21 surədə qeyd olunduğu kimi, Allah tərəfindən müəyyən vəzifələri yerinə yetirmək məcburiyyətindədirlər. İslam dinində mələklər, yeməyən, içməyən erkəyi və dişisi olmayan, yatmayan, günah işləməyən , gözə görünməyən, nurdan ya da oddan yaranan varlıqlar kimi insanlara bilinir. Mələklər yalnız Allaha qulluq edirlər. Insanlar və cinlərdən fərqli olaraq, onların iradə azadlığı yoxdur və öz fövqəltəbii məskənlərinə təyin olunmuşlar. Buna görə də günahsız varlıqlardır İslamda ən müqərrəb (məqamı daha uca olan) mələk vəhy mələyi olan Cəbrayıl hesab olunur. Əzrayıl, Mikail, İsrafil də müqərrəb mələklərdir. Cəhənnəm mələkləri arasında məşhur olan Maalik, Zəbanilar və İblisdir.
Mələk-A (film, 2005)
Mələk-A—Lük Bessonun çəkdiyi Fransa fimi. == Mövzu == "Mələk A" filmi daha çox bizim hər birimizin daxilinə baxışdır: çətinliyimiz olanda güzgüyə baxıb deyirik: "Salam. Sən əslində elə də pis deyilsən, mənim xoşuma gəlirsən". Məhz filmin süjet xətti budur. Anjela (Pye Rasmussen) adlı bir qız miskin vəziyyətə düşmüş Andrenin (Cəmil Debbouz) qarşısına çıxıb deyir ki, mən mələyəm. Mələk miskini insan biçiminə qaytarır. Onlar bir-birlərinə vurulurlar.
Mələk (Qara Qan)
Mələk — Qaraqanın 2015-ci ildə nəşr olunan kitabı. == Məzmun == Qaraqanın yeni romanı sayca dördüncü əsəridir. Mələk adlanan bu əsər Fantastik-drama janrında yazılıb. Əsərdə Azərbaycan reallığı, əsl sevgi və onun acı nəticələri, paxıllıq, kin, nifrət, acgözlük və şəhvət hisslərinin ətrafında baş verən hadisələr oxucunu yeni, sərt həqiqətlərlə dolu bir dünyaya aparır. Gözəl bir qadın cildində bir oğlanın damına düşən mələk və onun taleyindən danışılır.
Mələk (İslam)
Mələklər — İslama görə Allah tərəfindən yaradılmış varlıqlardır. Belə ki insandan fərqli olaraq mələklərin iradə etməsində muxtariyyat yoxdur — onlar ancaq Allahın əmrlərini yerinə yetirirlər. Ən şərafətli mələklər müqərrəb mələklər adlanır. onların başında Cəbrayıl (ə) durur. Mikayıl, Əzrayıl, İsrafil də müqərrəb mələklərdən hesab olunur. Mələklər çox saf və təmiz varlıqlardır, amma buna baxmayaraq Haqq Sahibi insanı onlardan üstün yaratdı.
Mələk Abbaszadə
Mələk Fuad qızı Abaszadə (d. 31 oktyabr 1969, Bakı) — Azərbaycan teatr aktrisası, top-model, Azərbaycan Respublikasının əməkdar artisti (2009). == Həyatı == Mələk Abaszadə 1990-cı ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kino aktyoru fakültəsini bitirib. 3 mart 1999-cu ildən Səməd Vurğun adına Rus Dram teatrın aktrisasıdır. Türkiyədə xoreoqraf Bilge Tususun xoreoqrafiya kursunu bitirmişdir.Teatrda işlədiyi müddətdə bir neçə rollarda çıxış etmişdir: Sanni (B.Sleyd "Çestvovaniye"), Sevər (Hidayət "Mənzil"), Ədilə Kərimova (Elçin "Poçt şöbəsində möcüzələr"), Ayşa Yüzbaşova (M.İbrahimbəyov "Neft bumu"). Mələk Abaszadə bir çox kliplərdə çəkilib. İbrus teatrında rollar oynamışdır. ⠀⠀⠀⠀⠀ ⠀⠀⠀⠀⠀ == Filmoqrafiya, 2010-2022 == 2022 Banu (Rejis. Təhminə Rafaella) 2021 Həyat Deyəsən Gözəldi (Rejis. Vagif Mustafayev) 2015 İnsanları Xilas Etməyə Gedirəm (Rejis.
Mələk Mehmed Paşa
Mələk Mehmed Paşa (d. 1718 - ö. 19 fevral 1802) — III Səlim səltənətlərində ümumilikdə 2 il 5 ay 15 gün sədrəzəm olmuş Osmanlı dövlət adamı. == Həyatı == == Mənbə == Şem‘dânîzâde, Müri’t-tevârîh (Aktepe), I, 171-172; II/A, s. 68, 74-75, 115; II/B, s. 20, 28, 93, 116; III, 4; Halil Nûri, Târih, Süleymaniye Ktp., Âşir Efendi, nr. 239, vr. 8a-10a; Ahmed Câvid, Verd-i Mutarrâ (Hadîkatü’l-vüzerâ içinde), s. 45-47; Vâsıf, Târih (İlgürel), s. 125; a.e., TSMK, Hazine Köşkü, nr.
Mələk Mosso
Mələk Mosso (türk. Melek Mosso) ya da gerçək adıyla Mələk Davarcı (türk. Melek Davarcı; d. 11 noyabr 1988, Kayseri, Türkiyə) — səhnə adı ilə bilinən Türkiyəli musiqiçi və musiqi müəllimi. == Həyat hekayəsi == 11 noyabr 1988-ci ildə Kayseri'də anadan olub. 7 yaşında ilk bəstəsini bəstələyərək musiqiyə başladı. 9 yaşında Dənizli Bələdiyyə Konservatoriyasında bağlama və Türk Xalq Musiqisi dərslərinə başlamışdır. Daha sonra təhsilini Gözəl Sənətlər Liseyində davam etdirdi. Liseydə yan fleyta çalmağa başladı. Universitet təhsilini Adnan Menderes Universiteti Təhsil Fakültəsi Musiqi Təlimi Bölməsində tamamladı.
Mələk balıqları

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.01 dəfə / 1 mln.
2013 •••••••••••••••••••• 0.15

mələ sözünün leksik mənası və izahı

mələ sözünün rus dilinə tərcüməsi

mələ sözünün ləzgi dilinə tərcüməsi

mələ sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

MƏLƏ’ ə. qələbəlik, izdiham, camaat, cəmiyyət.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Ağdam, Ağdaş, Lənkəran) 1. taxtabiti. – Bu gecə sə:rə kimi şirin canımı mələ yi:b; – Bizim evdə mələ yoxdu (Lənkəran) 2. əqrəb cinsindən olan zəhərli həşərat. – Mələ vuran adam hər sa:t əmələ:lmir (Ağdam); – Mələ bizim inəyi öldürdü (Ağdaş)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"mələ" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#mələ nədir? #mələ sözünün mənası #mələ nə deməkdir? #mələ sözünün izahı #mələ sözünün yazılışı #mələ necə yazılır? #mələ sözünün düzgün yazılışı #mələ leksik mənası #mələ sözünün sinonimi #mələ sözünün yaxın mənalı sözlər #mələ sözünün əks mənası #mələ sözünün etimologiyası #mələ sözünün orfoqrafiyası #mələ rusca #mələ inglisça #mələ fransızca #mələ sözünün istifadəsi #sözlük