* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 f. 1. Çığırmaq, bağırmaq, səs çıxarmaq (qoyun-quzu, keçi, maral, inək və s. haqqında). Keçi mələdi. Maral mələyir. – …Bir yanda quzular mələyir, bir yanda qıçları bağlı cücə-toyuqlar bağırırdılar. C.Məmmədquluzadə. Ceyran oylağında gəzinib mələr; O səsi əks edər uzun dərələr. S.Vurğun. 2. Sızıltılı səs çıxarmaq, ağlamaq, sızıldamaq, inildəmək. [Bəbir bəy:] “Yar, yar” deyib ömür boyu mələyənlər bəs havayıdırmı? Mir Cəlal. 3. məc. Səs çıxarmaq, səsi eşidilmək. Birdən zəhərli ilan kimi mələyərək gələn mərmi lap müşahidə məntəqəsini ağzına aldı. Mir Cəlal. Qarazurna çay aşağı və çay yuxarı mələyirdi. Ə.Vəliyev. ◊ İlan(lar) mələyir – çox isti, susuz, ilan çox olan çöl (yer) haqqında. Keçmişdə Muğan düzündə ilan(lar) mələyirdi.
Azərbaycan dilinin izahlı lüğəti / mələmək2 глаг. 1. блеять (издавать блеяние) 2. мычать (издавать мычание) 3. перен. реветь (громко плакать); ilan mələyən çöllər о жаркой и безводной пустыне
Azərbaycanca-rusca lüğət / mələmək1 гл. 1. гьараюн, ван акъудун; мээ авун (мес. хпе, цӀегьре); муу авун (мес. кали); 2. суза авун, цӀугъун, цӀурун, шехьун; 3. пер. ван акъудун, ван ацалдун, ван авун, ванун; ** ilan(lar) mələyir гзаф чими, яд авачир, гъуьлягъар гзаф авай чкадин гьакъинда.
Azərbaycanca-ləzgicə lüğəti / mələmək