* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Baş və üz qırxmaq peşəsi ilə məşğul olan adam; bərbər. Bəli, başlar başlayıblar qırxılmağa. Dəllək dükanlarında macal yoxdur. C.Məmmədquluzadə. 2. Köhnə məişətdə: baş və üz qırxmaqla yanaşı, qan almaq kimi ara həkimliyi işləri ilə də məşğul olan adam. Qətibə Atabəyin yatağının yanını kəsib oturmuşdu. Dəllək gəlib qan götürdü. M.S.Ordubadi. 3. Hamamda kisəçəkən və masaj edən adam; kisəçi. 4. məc. Haqverməz, haqkəsən, fırıldaqçı, başqasını aldadıb pulunu, şeyini əlindən alan adam haqqında. …Adları bəy, özləri cibkəsənlər, dəlləklər, quldurlar… N.Vəzirov. Siz elə bilməyin ki, dəllək N. üzqırxan dəlləkdir, xeyr, o, cibqırxan dəlləkdir. “Kirpi”. ◊ Dəllək kimi baş qırxmaq – aldatmaq, aldadıb əlindəkiləri almaq, aldadaraq vardövlətini ələ keçirmək. Dağılıb çöllərə açdı hərə bir növ kələk; Qırxdı xalqın başını hər biri misli-dəllək. S.Ə.Şirvani.
Azərbaycan dilinin izahlı lüğəti / dəllək1 Ərəbcədir, bizdə “yolquçu”, “ülğucçu” deyiblər. Dəllək sözünün bir mənası ərəbcə “hamamçı”deməkdir. Bir deyim var: “dəvə dəlləklik eylər köhnə hamam içində”. Deməli, söhbət dəvənin hamamçı rolunda çıxış etməsindən gedir. Deyimin bütöv variantı belədir: Hamam hamam içində, / Xəlbir saman içində, / Dəvə dəlləklik eylər, / Köhnə hamam içində. Fikir verin: bir hamamxanada bir neçə otaq olur (hamam içində hamam), xəlbirlə dəni təmizləyirlər və o, samanlıqda qalır, dəllək öz işini bacarmadığı üçün dəvəyə bənzədilir. Bəs niyə başqırxana da “dəllək” deyirik? Çünki hamamçı (dəllək) həm də bu işlə məşğul olub. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / dəllək2 1. DƏLLƏK [Nayib Nadanov:] Dəlləyəm. Mənim ülgücümü heç kəs işlədə bilməz. Qırxdığım üzə bir ay tük gəlmir (Ə.İldırımoğlu); BƏRBƏR ...Hər məhəllənin öz hamamı, məscidi, bərbəri, xəyyatı, başmaqçısı, baqqalı, əllafı.. (Ə.Cəfərzadə). 2. dəllək bax kişəçi
Azərbaycan dilinin sinonimlər lüğəti / dəllək2 I сущ. 1. парикмахер, парикмахерша; устар. цирюльник 2. перен. обдирала (плут, мошенник) 3. тёрщик (в бане) 4. тот, кто производит обрезание (см. sünnət) II прил. парикмахерский. Dəllək qayçısı парикмахерские ножницы ◊ dəllək kimi baş qırxmaq с помощью хитрости, уловок обдирать людей
Azərbaycanca-rusca lüğət / dəllək1 i. 1. bax bərbər; 2. one who circumcises; 3. məc. d.d. fleecer, swindler
Azərbaycanca-ingiliscə lüğət / dəllək1 [ər.] сущ. 1. деллек, дерлек (кьил, ччуру твадай устӀар); 2. куьгьн. кьил, ччуру ттунилай гъейри иви къачун ва мс. ихьтин ара духтурвални ийидай кас; 3. кисечи (гьамамда кисе ядай ва массаж ийидай кас); 4. пер. гьакъи тагур, гьахъуникай атӀудай, гьарамзада, масад алцурарна адан гъилевай пул, затӀ къачудай кас; ** dəllək kimi baş qırxmaq деллекди хьиз кьил ттун, алцурарун, алцурарна масадан гьилевай пул, мал вичиз къачун.
Azərbaycanca-ləzgicə lüğəti / dəllək