əndərun sözü azərbaycan dilində

əndərun

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • əndərun • 83.3333%
  • Əndərun • 16.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əndərun
Əndərun (Osmanlıca: اندرون) — Osmanlı imperiyasında sarayda bürokratik və hərbi sahədə ixtisaslı kadrlar yetişdirən təhsil qurumudur. Osmanlı dövlətində XV əsrin ortalarından etibarən mədrəsələr istisna olmaqla, ən önəmli rəsmi təhsil qurumu idi. Əsasən, mülki və hərbi idarəçilərin hazırlandığı bu məktəb, Osmanlıda mərkəzi və regional bürokratiya üçün lazimi insan resurlarını formalaşdırırdı. Əndərun təhsil sistemi II Murad dövründə Ədirnə sarayında təsis olunmuş, II Mehmed dövründə isə tamamlanmışdır. Adətən ailələriylə əlaqələri tamamilə kəsilən və dəvşirilən uşaqlar Əndəruna alınmazdan əvvəl müəyyən bir təlimdən keçirilirdi. Xristian ailələrdən alınan bu uşaqlar əvvəlcə türk ailələrinin yanında türkcəni, İslami əsasları və əsas təlim-tərbiyəni öyrənir, daha sonra Ədirnə, Qalata, İbrahim Paşa saraylarının birində öz qabiliyyətlərinə uyğun dərslər alırdılar. Bu uşaqlara "acemi oğlanlar" (yəni, naşı oğlanlar) deyilirdi. Acemi oğlanlar buradakı təhsillərini bitirdikdən sonra "çıkma" adı altında müxtəlif hərbi vəzifələrə gətirilirdi. Daha bacarıqlı olanlar isə nisbətən yüksək təlim almaq üçün Əndəruna alınırdı. Əndərundakı təhsil Böyük və Kiçik odalar, Şahinçilər sinfi, Səfərlilər sinfi, Anbar odası, Xəzinə odası və Has oda olmaq üzrə 7 mərhələyə ayrılmışdı.
Əndərunlu Fazil
Əndərunlu Fazil (türk. Enderûnlu Fâzıl) - XVIII əsrdə yaşamış osmanlı divan şairlərindən biri. Əndərun məktəbində təhsil aldığı üçün özünə Əndərunlu təxəllüsünü götürmüşdür. Osmanlı İmperiyasında qadağan edilərək əsərləri toplanan ilk şair olaraq tarixə keçmişdir. Əndərunlu Fazilin Zənənənnamə (qadınlar kitabı) əxlaqsız məzmun səbəbi ilə oxunması qadağan edilmişdir. Əndərunlu Fazil homoseksual olduğunu açıq şəkildə etiraf edən və bununla fəxr edən ilk şərq şairi hesab edilir. Qadınlarla qurduğu münasibətlərdən heç bir zövq almadığını təkrarlamış və yazdığı şeirlərdə əsasən cinsəllik mövzularında olan məsələlərdən yazmağa üstünlük vermişdir. Müxtəlif təbəqədən olan gənc oğlanlarla yaşadığı münasibətləri və hisslərini açıq şəkildə qələmə alan Əndərunlu Fazilin bu misraları onu çox məhşurlaşdırmışdır: Şair bu ifadələrlə şair olduğunu və cinsəllik baxımından fahişə olaraq adlandırdığı qadınların oğlanlarla onun arasına girə bilməyəcəklərinə işarə etmişdir. Əndərunlu Fazilin günümüzə qədər gəlib çatmış beş əsəri mövcuddur: Defter-i Aşk / دفتر عشق - şair, başına gəlmiş hadisəni nəql etməkdədir. Əsər Fazilin saraya qəbul edilməsi, gənc saray nümayəndələrinə qarşı sevgi hissi keçirməsini və vəziyyətin müəyyənləşməsindən sonra saraydan qovulmasına qədər davam edən dövrü özündə ehtifa edir.

əndərun sözünün leksik mənası və izahı

  • 1 [fars.] 1. sif. köhn. İç, içəri, daxil. Pişxidmətbaşı və xacə Mübarək düşdülər qabağa, bir-bir əndərun otaqlarını göstərməyə şüru etdilər. M.F.Axundzadə. 2. is. İran evlərində: evin ailə və qadınlara məxsus hissəsi. [Yusif şah:] [Xacə Mübarəkə:] Çünki sən həmişə Şah Abbasın əndərununda olubsan, mümkün deyil ki, bu qəziyyə sənə məlum olmasın. M.F.Axundzadə. Məclislə əndərunun arasında dolaşan Fərman idi. Ə.Haqverdiyev. 3. is. Ümumiyyətlə, otaq mənasında. Mirzə öz əndərununa getdi, mən də soyunub yatdım. Ə.Haqverdiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / əndərun

əndərun sözünün rus dilinə tərcüməsi

  • 1 устар. I прил. внутренний. Əndərun otaqlar внутренние комнаты II сущ. 1. женская половина дома 2. обобщ. комната

    Azərbaycanca-rusca lüğət / əndərun

əndərun sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] 1. прил. куьгьн. къене авай, къенен, къен патан; 2. сущ. Ирандин кӀвалера: кӀвалин хзандиз ва дишегьлийриз махсус тир пай; 3. кӀвал.

    Azərbaycanca-ləzgicə lüğəti / əndərun

"əndərun" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əndərun nədir? #əndərun sözünün mənası #əndərun nə deməkdir? #əndərun sözünün izahı #əndərun sözünün yazılışı #əndərun necə yazılır? #əndərun sözünün düzgün yazılışı #əndərun leksik mənası #əndərun sözünün sinonimi #əndərun sözünün yaxın mənalı sözlər #əndərun sözünün əks mənası #əndərun sözünün etimologiyası #əndərun sözünün orfoqrafiyası #əndərun rusca #əndərun inglisça #əndərun fransızca #əndərun sözünün istifadəsi #sözlük